Cənab Adnan Oktarın 25 avqust 2015-cu ildəki söhbətindən əhəmiyyətli başlıqlar

A9 TV, 25 avqust 2015

 

Dərs evlərinin bağlanılması haqqında

Dərs evlərinin bağlanılmasında belə bir doğruluq var; mən, həqiqətən, uşaqlığımda, orta məktəb-liseydə xatırlayaram; dəlicə bir kurs məntiqi olurdu. O bir sektordur. Ən fağır ailələr belə avtomobilini satır, uşağım oxusun deyir. İndi bu vəziyyətdə o rəqabət ortadan qalxmış olur. Məsələn, İmam Natiq məzunları daha əvvəl əmsal tətbiqi üzündən universitetə girə bilmirdi. O, ürəklərdə bir yara idi və çox ayıb edirdilər. AK Partiya onu qaldırdı. O, həqiqətən, vicdanın gərəyi idi, doğru oldu.

Mənim fikrimcə, dərs evləri cənub-şərqdə yaxşı idi, faydası olurdu. Heç olmasa adamın biri terrorist olmur. İçinə bağlı, öz halında bir gənc olur.

 

TRT açıq-aydın darvinizm etibarsızdır deyə bilmirsə, dolayı yoldan izah edə bilər

TRT HD darvinist nəşri mən söylədikdən sonra dayandırdı. Amma dolayı yoldan da etibarsızlığını izah edə bilərsən. Fosilləri göstər; bu balıq buna nə qədər çox bənzəyir deyərsən. İkisini yan-yana qoy, fərz edək skumbriya və fosili, yan-yana qoy. Eynisidir, heyrətvericidir deyərsən. Bu qədər, başqa bir şey deməyinə ehtiyac yoxdur. Məsələn, 70 milyon illik fosil indiki balıqla eynidir, mən buna heyrətləndim, deyərsən. Darvinizm etibarsızdır deməyinə ehtiyac yoxdur, dolayı yoldan izah edə bilərsən. Yol yoxdurmu.

 

(Pentaqonun spikeri açıqlama verdi. İŞİD-ə qarşı əməliyyat üçün Türkiyə ilə texniki görüşmələrin nəticələndiyini söylədilər.)

PKK cənub-şərqdə dövlət qurmuşkən biz oturub bizdən yüzlərlə kilometr kənarda İŞİD-lə məşğul olmağa başlasaq, bu həm günah, həm də çox qəribə bir hərəkət olar. Bizi heç maraqlandırmaz. Məsələn, bizdən yüzlərlə kilometr kənarda "Ceko" Haram təşkilatı var. O zaman bizim reaktivlərimiz getsin oranı bombalasın. Adamların bizlə nə əlaqəsi var? Sən PKK-ya güc yetirə bilmə, ondan sonra get mən bunu bilmirəm nə edəcəyəm de. Bu çox ayıb olar. Sən PKK-nı tamamilə yox edərsən, onsuz da ondan sonra adamın biri özü də çəkilər. Onlar Türkiyə ilə bir alıb verə bilmədiyi olan insanlar deyil. İş çıxartmasınlar. O, süni və məcburi bir şeydir. Dərin Amerikanın psixopatlığıdır. O əxlaqsız insanlar güc yetirə bilmədilər. Həm benzin puluna qənaət üçün Türkiyədən istifadə edirlər. Bir də quru hərəkatı da edin, gedin müsəlmanları siz öldürün, deyirlər. Oradakı bombalamadan İŞİD heç bir şəkildə təsirlənmir. İŞİD yeraltında qəribə bir sistem qurmuşdur. Sən istədiyin qədər havadan bombala, oradakı xalqı vurmuş olurlar. Yəni uşaq-muşaq, yaşlılar, fağırlar, onları vurmuş olurlar. "Razılaşdıq" "texniki razılaşma oldu" belə şey olmaz. Rədd olun gedin, desinlər.

 (Fransa Respublikasının başçısı François Hollande "Türkiyə Suriyada İŞİD-lə mübarizədə iştirak etməli və kürdlərlə danışığı yenidən başlatmalıdır" ifadəsindən istifadə etdi. Hollande Fransanın başqa hücumlara da hazır olması lazım olduğunu vurğulayarkən "buna görə də özümüzü qorumalıyıq" dedi.)

Özünü qoruyacaqsa, Türkiyəni niyə işin içinə salır? O ayıqlığı buraxsınlar, bunu Fransız dərin dövləti üçün söyləyirəm. Fransızlar, onlar da fağır nəzakətli insanlardır. Bu əxlaqsızlardan bezdik. Bizim İŞİD-lə işimiz yoxdur, terror təşkilatlarıyla işimiz yoxdur. Bizim bir tək başımızın bəlası var, o da PKK-dır. Stalinist bir təşkilatlanma olduğu üçün elmi cavab verilməlidir.

 

Həll müddəti ilə PKK-nı dayandırmaq mümkün deyil

Sən onun stalinist dövlətini qəbul edirsənmi? Etmirsən. Etmirsənsə, o sənlə döyüşər. Amma sən onun stalinist dövlətini qəbul etsən, stalinist qatilləri də buraxsan, adamın biri sənin əsgərlərinə bir müddət hücum etmərəm, deyir. Amma o da bir müddət . Bu qədər. Stalinist, kommunist, terrorist bir insanla razılığın mümkün olmadığını bunlar anlaya bilmədilər. Müddət deyir, adamın birinin səndən bir mənfəəti yoxdursa, niyə sənin yaxanı buraxsın? Adamın biri sənin yaxandan niyə yapışmışdır? Kommunist dövləti qurmaq üçün. Amma sən ona işıq vermisən, deyirsən ki, razılaşaq. O zaman deyir ki, "mənim məqsədim bir kommunist dövlət qurmaq, bu dövləti qurmaq üçün Türkiyənin cənub-şərqində geniş bir torpaq parçasında hakimiyyət quracağam, mənə qarışacaqsanmı?" deyir. Qarışmayacağam desən, yaxşı, afərin deyir. Türkiyənin içində kommunist dövlət üçün muxtariyyət elan edəcəyəm, buna da qarışmayacaqsan, zamanla bu da olacaq deyir. Bir də qatilləri buraxacaqsınız, deyir. Müddət verilməsində məqsəd budur, qardaşım.

 

Həll müddətində PKK daha gücləndi

Bax, müddət deyir, indi qarşıdurma yoxdur, necə də gözəldir. Qardaşım, o vaxt adamın biri silahlanır. Qarşıdurma olmadığında daha rahat silahlanır. Köhnə silahları dəyişdirir. Dağa gəncləri gətirir, yaşlı olanları endirir, onlardan təbliğatda istifadə edir. Buna görə də adamın biri güclənir. Sən bunu necə anlamazsan?

Hökumət də özü şərh edir, müddətdə PKK silah və insan sayını artırdı, deyir. Əlbəttə ki, insan belə bir müddətin olmasından məmnun qalar. Sən insanın lehinə hərəkət etmiş olursan.

 

Türkiyəni bölmək istəyən xarici güclərə qarşı  Qurtuluş savaşındakı kimi güclü bir cavab verilməlidir

Türkiyənin cənub-şərqində belə bir torpaq parçası yox idi, yəni bir kommunist dövlət yox idi, iki-üç ayın içində kommunist dövlət meydana gətirdilər. Amerika da dəstəkləyir, Rusiya da dəstəkləyir. Türkiyə eynilə Qurtuluş savaşındakı kimi igidlik edib, cavanlıq edib ortaya çıxarsa, hamısı qorxar. Məsələn, Qurtuluş savaşında Türkiyə qəhrəmanlıq etdi, alay qorxdu, hamısı qaçdılar. Bunlar qoçuluqdan anlayar, sakitlikdən, həlimlikdən anlamazlar.

 

Artvində seldən zərər çəkmiş bacı-qardaşlarımız üçün yardım kampaniyası başladılsın

Artvində 8 bacı-qardaşımız seldə şəhid oldu, bilirsiniz. Peyğəmbərimiz (s.ə.v) boğularaq ölənlər şəhiddir, deyir. Allah hamısına rəhmət etsin. Bütün Artvindəki bacı-qardaşlarımızın başı sağ olsun. Artvində bacı-qardaşlarımız çətin vəziyyətdə qalıblar. Onlar mərd insandırlar, təmiz insandırlar, kimsədən bir şey istəməzlər. Oraya geniş miqyaslı yardım kampaniyası başladaq, yemək, pal-paltar yardımı. Sel hamısını aparır. Adam haradan tapsın, nə etsin, kimdən istəsin? Onun üçün oraya həm ərzaq məmulatı göndərək. Qızıl aypara geniş miqyasda kömək etsin. Həm qida köməyi, həm paltar köməyi lazımdır. Çünki seldə paltar deyə bir şey qalmaz, qida da qalmaz hamısı darmadağın olur.

 

("PKK-nı yox etmək üçün elmi yollara, yoxsa hərbi yollara müraciət etmək lazımdır?" tamaşaçı sualına cavab olaraq)

Əlbəttə ki, hərbi yol da lazımdır, amma elmi yol kökündən bitirər. Dövlət bunu etmir. Çəkinir. PKK ilə elmi mübahisəyə girə bilmir. Ya adamı yoxdur, ya özünə güvənə bilmir. Yaxud bizim anlaya bilmədiyimiz bir səbəbi var. Stalinizm, leninizm, darvinizm elmdir. Saxta və azğın da olsa elmdir. Sosioloji və fəlsəfənin içinə girən bir elm sahəsidir. Sən buna elmi cavab verməsən, adamın biri davam edər. Adamın biri haqlı olduğuna inanar.  Dünyadakı ən müasir fəlsəfə marksizm, leninizm və dünyanın hər yerində hal-hazırda keçərlidir. Hər yerdə tətbiq olunur. Obama belə solçudur. Bir çox insanın zənn etdiyi kimi deyil. Marksizm tavana atılacaq, havada qalacaq bir şey deyil. Elmi istiqamətdən tənqid etsən, əzə bilərsən. Yoxsa keçərli olar, davam edər.

 

(PKK-lı terroristlər qadın geyimləri ilə polis bölməsinə hücum etdi. Bitlisdə qadın paltarları geyinən terror təşkilatı mənsubları Fuad Bal polis mərkəzinə əl bombasıyla hücum təşkil etdi. İnsan itkisi, ya da yaralanma olmadı. Tutulmaları üçün geniş miqyaslı əməliyyat başladıldı.)

Necə qaçırlar. Adamın biri polis bölməsinin yanına qədər gəlir. Allah Allah! Anlamaq mümkün deyil. Ortalığı gündüz kimi işıqlandırarsan. Ortalıq günəş doğulmuş kimi olar. Hara qaçır? Məcbur olub təslim olacaq.

 

(Baş qərargah rəhbərliyi Şimali İraqdakı PKK hədəflərinə istiqamətli quru hərəkatı etdiyini açıqladı. Edilən şərhdə "hava hərəkatı nəticəsində cəmi 34 terrorist təsirsiz hala gətirilmişdir" deyildi.)

Yaxşı əla, mən paşalarımızın əlindən öpürəm. Bir terrorist öldüyündə onsuz da PKK-nın çoxlu miqdarda internet səhifəsi var- onlar orada nəşr edirlər. Cəsədlər basdırılarkən nəşr edirlər. Heç bir cəsədi buraxmırlar. İnsanlar gündəlik həyatına normal davam edirlər. Bu cəsədlərin harada olduğuyla maraqlanıram. Normalda böyük hissəsini Türkiyəyə gətirirlər. Şamda da basdırmırlar. Türkiyəyə gətirirlər, ailələrinə təslim edirlər. Minə yaxın cəsəddən bəhs edilir. Bunlar haradadır? Bu bir az qəribədir. Amma PKK getdikcə böyüyüb, inkişaf edir. Bizim əsgərimiz şəhid olduğunda hər kəs görür. Amma PKK-lını kimsə görmür. Məsələn, PKK-lılar öldürüldüyündə edilən mərasimləri göstərə bilərəm. Şəkilləri var. Şam bölgəsində də, hadisənin baş verdiyi yerdə də böyük mərasim keçirirlər.

(CHP Daxili İşlər Nazirliyi müavini Haluk Koç AK Partiyanın Öcalan ilə arasına məsafə qoymalı olduğunu söylədi. "Öcalan bölgənin yeni aktyorudur deyən bir baş nazir köməkçisi, Öcalanın düşüncələri bizim də düşüncələrimizdir deyən bir başqa baş nazir köməkçisi bunu ifadə edir. Buradan açıq-aydın çağırış edirəm. PKK bir terror təşkilatıdır. Dərhal silah buraxmalıdır" dedi.)

Haluk Koç danışdı, amma PKK əleyhinə heç danışmırlar. PKK namərddir, xaindir, terroristdir deməlidir. Darvinist, materialist düşüncəyə qarşı mübarizə etməyimiz lazımdır deməlidir. Fəlsəfəsini yıxmağımız lazımdır deməlidir. Kommunizmin məntiqsizliyini dövlət izah etsin deməlidir. Abdullah Öcalan ilə görüşmə. Görüşmə tamam. Onsuz da insan görüşə maraqlı deyil. Onlar oraya gedir. O kimsəni dəvət etmir ki. Çox böyük hadisələr çıxır. Məsələn, bax, min PKK-lı öldürüldü deyir, bir adamın belə cəsədi ortada yoxdur. Amma bizim şəhidlərimiz ortadadır. Sayları demək olar yüzə yaxınlaşdı. Hər gün şəhid veririk. Demək olar ki, heç bir əməliyyatda PKK-lı tutulmur. Hamısında qaçırlar. Vur qaç tərzində. Bizim əsgərimizə 7,65 mm silah verilir. Ən çox uzaqdan hədəfə alma 600 metrdir. Adamların əlində tam avtomatik, 9 mm-lik, 1500 metr uzaqdan hədəfə alan silahları var. Bu vəziyyətdə onsuz da lap əvvəldən itirmiş olursan.  

 

Orada quracaqları kommunist-Kürdüstan, stalinist-Kürdüstan bütün İslam aləmini yox etmək üçün qurulan dəccal dövlətidir. Amerika dəccalın oradan zühur edəcəyinə inanır. Və onları dəccal olaraq hazırlayır. Çünki onlar dəccalın çıxacağına inanırlar. Bölgə olaraq da dəccalın oradan çıxacağı bilinir. Və bütün dünya terroristləri oraya gəlirlər.

 

Hz. Mehdi (ə.s)-ın zühurundan əvvəl onun öldüyünə dair söz-söhbətlər çıxacaq, bu, hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindəndir

İsa ibn Abdullah, atasından, o da cəddindən nəql edir ki, əmirəlmöminin əleyhissalam belə buyurdu: "Bu işin sahibi (Mehdi) mənim övladlarımdandır. Onun haqqında deyəcəklər ki: O ÖLDÜ, HƏLAK OLDU..." (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybeti Numanı səh. 198) 2- əl Kafi 1-ci cild, səhifə :340)

Əbu Cəfərdən rəvayət edildi. Dedi ki: Bu işin sahibində 4 peyğəmbərin 4 xüsusiyyəti olacaq. Hz. Musa, hz. İsa, hz. Yusif və hz. Məhəmməd (əleyhimüssəlam). Hz. Musanın qorxu içərisində ətrafı müşahidə etməsinə, hz. Yusifin həbs edilməsinə, hz. İsanın ÖLMƏDİYİ HALDA ÖLDÜ DEYİLMƏSİNƏ BƏNZƏYƏR, Məhəmməd (əleyhimmüssəlam) qılıncla yaraqlanmasına bənzərliyi vardır. (Şeyx Saduk, Kemaluddin,5-ci fəsil,16. Hədis, səhifə: 153)

Zeynəl Abidindən soruşuldu: Mehdinin İmran ibn Musaya bənzərliyi necədir? Dedi ki: doğumunun gizli olması və qeybi (gizlənməsi) mövzusunda bənzəyər. Deyildi ki, hz. Musa (ə.s) neçə il əhlindən gizli qaldı? Dedi ki: 28 İL. Rəvayət olundu ki: QAİM (Ə.S) -MEHDİ ÇIXDIĞINDA ÜZƏRİNDƏ; YUSİF (Ə.S)-ın KÖYNƏYİ, YANINDA MUSA (Ə.S)-ın ƏSASI VƏ SÜLEYMAN (Ə.S)-ın MÖHÜRÜ OLAR. (Şeyx Saduk- Kemaluddin adlı kitabdan alınmışdır) (Şeyx Saduk, Kemaluddin, 5-ci fəsil, 14-cü hədis, səhifə: 152) Bunlar müqəddəs sandıq tapıldığında çıxır.

 

Qurtuluş savaşından zəfərlə çıxan Türk milləti PKK-nı məğlub edəcək

Qurtuluş döyüşündə müxalif dövlətləri 61 hissə hərbi gəmi ilə İstanbulun yaxınlığına gəldilər. Yunanlar da zirehlərlə 11 hərbi gəmi gətirdilər. Yəni sırasından 2616 ingilis, 540 fransız, 470 italyan əsgəri daxil olmaqla cəmi 3626 əsgər İstanbula göndərildi. Gəmilərdə lülələr Dolmabaxçaya doğru istiqamət götürmüşlər. Biz belə bir işğaldan cəsarətimizlə xilas olduq. Bax, üç-beş fərasətsizə qarşı cəsarət göstərilməzsə, "Aman nə olar" deyilərsə, olmaz. Türkiyə PKK-nı tamamilə yox etməlidir. Türkiyənin cənub-şərqimizdə qurulan dövləti də yıxmalıdır. Əgər tankla topla girəcəksə, İŞİD-lə məşğul olmaqdansa, əslində onlarla məşğul olmaq lazımdır. Silahların lülələrini o kommunist- stalinist dövlətə çevirmələri lazımdır. 2000 tankla girsinlər! 5 dəqiqədə hamsını silib-süpürüb həbs edə bilərlər. 48 saatda əməliyyatı bitirə bilərlər. Bütün o dindar Kürd bacı-qardaşlarımızı da yenidən evlərinə yerləşdirə bilərlər. Oradakı stalinist işğalı dövlət qura bilər. Bütün dünya da şok olar. Hər kəsin gözü qarşısında bunu edə bilərlər. Cəsarət lazımdır. Cavanlıq və qoçuluq daim müvəffəqiyyətlə nəticələnər.

 

Axırzaman hədislərinin son 1 ay içində dalbadal baş verməsi bir möcüzədir

Axırzaman hədisləri son 1 ay içində dalbadal möcüzə olaraq gizlilikdən zahir oldu. Biz o hədisləri bilmirdik. Yəni o ulduzun çıxışı, digər hadisələr çox möcüzəvidir. Açıq-aydın gülən üz. "Abdullah", Abdullah Öcalanın açıq-aydın adı keçir. "Başlarında Abdullah vardır" deyir. On minlərlə adın içində bir ad. Peyğəmbərimiz (s.ə.v) Fırat kənarında qan tökən bir dəstədən bəhs edir, açıq-aydın PKK-nı təsvir edir.

 

Ölən PKK-lıların şəkilləri olmalıdır

PKK-da biri öldükdə, yaxud öldürüldüyündə cənazə mərasimi keçirirlər və bu, PKK-nın saytlarında əhatəli nəşr olunur. Deyirlər ki, "1000 adam öldürdük, 1000 şəxsiyyət". Böyük bir cənazə keçirilməlidir. Elə bir hadisə yoxdur! Adamın biri belə basdırılmamış. Ancaq İŞİD-in öldürdüklərini basdırırlar, onda da xeyli cənazə mərasimi keçirirlər.



DEVAMINI GÖSTER