Cənab Adnan Oktarın 27 may 2015-ci ildəki Xoş Söhbətlər proqramından əhəmiyyətli başlıqlar

A9 TV, 27 May 2015 Xoş Söhbətlər

 

Din olmayanda insanlar normal olmurlar, çox əziyyət çəkirlər

Din olmayınca insan normal olmur. İnsanlar çox əziyyət çəkirlər. Mən əvvəllər, uşaqkən dini yaşamayanlar daha rahat yaşayarlar deyə bilərdim. Əylənər, kefində olarlar. Dindarların da həyatları intizamlı olar deyə. Mən indi izləyirəm. Dini yaşamayanlar çox sürünürlər. Çox əziyyət çəkirlər. Televiziyanın bu mövzuda çox böyük faydası oldu. Çox əziyyət çəkirlər.

Bir evləndirmə proqramı, -orada mən çox mənalı şeylər görürəm, ona görə bir neçə dəfə diqqətimi çəkdi. Bu gün yenə baxdım, bir kanalda proqramdır. Əziyyət çəkməyən heç kim yoxdur. Bu necə bir şeydir? Bir-birlərini necə rədd edirlər, utandırırlar. Qadınları necə hörmətdən salırlar. Kişiləri də hörmətdən salırlar. Ağlasığmaz bir iztirabdır. Normal bir insan onun iki dəqiqəsinə dözə bilməz. Bir də daşlaşıblar, təsirlənmir kimi göstərməyə çalışırlar (ki çox üzr istəyərəm heyvan olsa, elə şeyə dözə bilməz). Çox iztirablı bir mühitdir. Və yaxud müqavimət göstərmənin bir yolunu tapıblar, o ağrıya bütün gücləriylə müqavimət göstərirlər. Amma doğrusu o Allahu aləm, o ağrıya müqavimət göstərirlər. Nə qorxunc bir şeydir! Sevgi yox, hörmət yox, dostluq yox, güvən yox, səmimiyyət yox. O onu yalançılıqla ittiham edir, o onu aktyorluqla ittiham edir. Yəni rüsvayçılıq baş alıb gedir.

Məsələn, görən kimi -əlbəttə ki, bəzi proqramlarda bəzi şəxslər üçün söyləyirəm - bir gənc qız çıxdı, "tək axtardığım şey çox zəngin olmasıdır" deyir. Bismillah, başlayan kimi. Sənin sərmayən nədir? Gözəlmiş. Zəngin çirkin də olsa, zəngini axtarar, söyləyirəm. Kasıba pul verməz. Hamısı üçün söyləməyim. Zəngin onsuz da zəngin olur. Çox bir hissəsi elədir. Bir çox zənginin kasıbdan xoşu gəlmir. Çox narahat olar. O gənc qızın xəbəri yoxdur, bu, əziyyətdir. Zəngin niyə gəlib səni orada, o proqramda niyə tapsın? Zəngin üçün o dərddirmi? Zəngin gedəcək kürsüyə oturacaq... Həm də çox zəngin olmalıdır, deyir. Adam nəyə məcburdurki? Puluyla özünü alçaldacaqmı? Niyə elə bir şey etsin? Sənin ortaya qoyduğun nədir? Gəncliyin, gözəlliyin. Adamın elə bir dərdi olmaz. Bir çox zənginin dərdi zənginlikdir. Onun üçün ən böyük gözəllik zənginlikdir. Bu səbəbdən çirkin də olsa, o zəngin axtarar. Səni neyniyir? Çünki heç bir əxlaqi üstünlüyünü söyləmirsən. Nə vəfalı, nə Allahı anan, nə Allah qorxusunu yaxşı bilən bir insan görünüşü vermirsən. Varsa-yoxsa  mən gözələm deyir, o qədər. Həmişə "evi varmı, pulu varmı?" Əxlaqı nədir, şəxsiyyəti nədir, əqli yerindədirmi, vicdanlı bir insandırmı? Əhəmiyyətli saymır. İnanılmazdır.

Hökumət hazır dindarlara yönəlik deyil, dindarları öyrədib təkmilləşdirməyə istiqamətlənmiş siyasət yürütməlidir

Dinin yaşanmaması cəmiyyətdə ağlasığmaz əziyyətli şəkildə özünü göstərir. AK Partiya iqtidarının da hazır dindarı qiymətləndirən bir siyasəti var. Orta dərəcədə və kasıb olan xalqın böyük hissəsi dindar və mühafizəkar olur. Amma əlbəttə ki, elə də şüurlu dindarlıq olmur. Ədəbə, duyğuya əsaslanan dindarlıq olur. Onların dindarlığıyla kifayətlənir. AK Partiya onları yetişdirmək haqqında düşünmür. Onları inkişaf etdirməyi düşünmür. Olmaz.

 

Bir çox insan evlilikdə yalnız zənginliyi əhəmiyyətli sayır, əxlaqi dəyərləri əsas götürmür

Məsələn, biri çıxıb dindən, imandan bəhs edə bilər. Mənim axtardığım dindar olmalı, Allahdan qorxmalı, gözəl əxlaqlı olmalı, vicdanlı olmalı, səmimi olmalı deyə bilər. Demirlər. "Salam Əleykum, pulun varmı?" Həqiqətən də, razıdırlar. Bir çox ailənin çox gözəl qızı var, tək şərtləri zəngin olsun yetər deyir. Başqa heç bir şey axtarmıram deyir. Nə əxlaqı, nə bir şeyi. Qardaşım, uşağı əzərlər. Aparar bir qab yemək yedirərlər, burnundan gətirərlər. Sənin necə vicdanın var? Adam sənə ovuc-ovuc pul paylacaq qədər avamdırmı? Bəzi ailələr gözəl qızı verdik, adam pulu bizə verər deyə düşünür. Adam sənə pulu versə, onsuz da zəngin olmaz. Qarşısına çıxana pulu axıtsa. Pulu səpələmədiyi üçün zəngindir. Sən dünyanın ən ağıllısısan da, o ən avadırmı? Gözüaçıqdır ki, qazanmış.

Bu qədər əziyyət çəkmələrinə baxmayaraq, dinin əhəmiyyətini fərq edə bilməmələri heyrət vericidir. Halbuki normal bir dindar hüzur içində dinc yaşayar. Çox gözəl yaşayar.

Bir də havadan biri gələcək zənn edirlər. Qədərində olmayan insan gəlməz. Qədərində olmayan hadisə olmaz. "Gözləyirəm" deyir, "Salam əleykum". Sanki belə portağal bağçasındadır. Başına nəsə düşürmüş kimi. Bəzi insanlar üçün söyləyirəm. Elə şey olarmı? Allah qədərindədirsə, qarşına gətirər. Ona görə Allah qədərində həmişə əziyyət verəcək adamları qarşılarına gətirir. O ona əziyyət verir, bu buna əziyyət verir. Həmişə iztirab çəkirlər. Əvvəl çox nadir də olsa, xoşbəxtmiş kimi görürük, sonra məsələn, eşidirik ya başını gözünü yarmış, ya öldürməyə cəhd edir, ya da bıçaqlamağa. Eqoistlik ortaya girir, eqoizm ortaya girir, vicdansızlıq ortaya girir. Hadisələr tam fərqli bir xəttə doğru gedir.

 

Furqan surəsindən ayə şərhləri

Bizə qovuşmağı ümid etməyənlər, dedilər ki: "Bizə mələklərin endirilməsi, ya da Rəbbimizi görməli deyildikmi?" (Furqan surəsi, 21)

Materialistlərdə həmişə belədir. "Madam Allah var, dünyanı bir anda cənnətə çevirsin. Niyə bu əziyyətlər, çətinliklər var?" Ağıla bax, sən bura imtahan verməyə gəlmədinmi? Əylənməyə gəlmədiyin üçün, imtahana gəldiyinə görə əlbəttə ki, əziyyət, çətinlik olacaq. Çətinliklər olacaq. Sən çətinlik olmadan necə imtahan verirsən?

İman etdik deyərək sınanmadan buraxılacağınızımı sandınız?" deyə Allah bildirir. (Ənkəbut surəsi, 2) Qardaşım, o zaman dünyanın bir mənası qalmır ki. Həm də əsaslı bir sınaq olmalıdır. Bax ayədə deyir ki, hz. Musa (ə.s) üçün, "Onu əsaslı bir sınaqdan keçirdik" (Taha surəsi, 40) deyir. İmtahandan keçirdik. Ondan sonra ulul-əzm peyğəmbər olur. Adi hadisələr olsaydı, o zaman hər hansı bir insan olardı. Amma qeyri-adi sınanılınca qeyri-adi insan olur. Başına gələnlər həmişə qeyri-adi hadisələrdir. Bütün ömrü boyunca, 120 yaşına qədər elə olmuşdur.

İnsanlardakı problem eqoizm və təkəbbürlük hissidir

"And olsun, onlar öz nəfslərində təkəbbürə qapıldılar" (Furqan surəsi, 21) Yəni ruhlarında təkəbbür və əzəmət hissi var. O dəliyə çevirir. Mən bir çox insanda təkəbbür hissini görürəm. Təkəbbür hissi lovğalığa səbəb olur, hörmətsizliyə səbəb olur və ən faciəlisi yazıq hala düşəcək şəkildə ağılsız olur. Məsələn, axmaqcasına dayanmadan yalan danışır. Amma ən axmağın belə etməyəcəyi şəkildə yalan danışır. Ən axmağın söyləməyəcəyi şəkildə məntiqsizlik edir. Ruhunda görünməmiş bir anarxiya olur, dəlicəsinə bir anarxiya olur. Küfrə çox uyğun olur. Küfrü bəyənir, başında böyüdür, oradan bir şey çıxacaq zənn edir. Küfrə uyduqca da bərəkətsizlik, bəla, çirkinlik tapır. Başqa bir şey tapa bilmir. Bataqlığın içindən nə çıxar? Bataqlıq çıxar. Başqa bir şey çıxmaz.

Allah "Yer üzündə böyüklənərək getmə" deyir, "yüksələrək dağlara çata bilməzsən." (İsra surəsi, 37)

"Və böyük bir azğınlıqla baş qaldırdılar." (Furqan surəsi, 21)

Baxın, "böyük bir azğınlıqla baş qaldırdılar." Nədir? Terrordur. Anarxiya və azğınlıq. Allah Quranda terrorun və anarxiyanın necə qaynaqlandığını izah edir . "Böyük bir azğınlıqla baş qaldırdılar". Baş qaldırma dediyi qiyamdır. Qiyam. O mənada. Böyük bir azğınlıqla, yəni qan tökərək, alçaqlıq edərək, rüsvaylıq çıxararaq. Yəni dinsizliyin nəticəsi, Allahdan qorxmamanın nəticəsi insanların böyük əksəriyyətini bu xəttə aparır.

"Mələkləri görəcəkləri gün, günahkarlara bir müjdə yoxdur."  (Furqan surəsi, 22)

Mələk sənə əzab vermək məqsədiylə gəlir. Mələklər mömin ölərkən gəlir, amma artıq ölüb, imtahan qalxıb. Orada, əlbəttə ki, lehinədir. Canını yumşaq şəkildə alarlar deyir. Amma artıq ölüb, imtahan qalxıb. İmtahan qalxdığında mələklər görünər, ondan başqa mələk görünməz.

Və o gün (mələklər onlara) deyərlər ki: "(Sizə şad xəbər) Qadağandır, qadağan." (Furqan surəsi, 22)

Yəni bir müjdə yoxdur, onları sevindirəcək bir şey yoxdur. Yəni olmaz .

"Etdikləri hər işin qabağına keçdik" (Furqan surəsi, 23)

Küfr heç bir şey edə bilmirlər. Məsələn, PKK bir şey etmək istəyir, Allah bəlalarını verir. Hitler bir şey etməyə cəhd etdi, Allah bəlasını verdi. Mussolini bir şey etməyə çalışdı, Allah bəlasını verdi. Stalin bir şey etmək istədi, Allah bəlasını verdi. Lenin bir şey etmək istədi, Allah bəlasını verdi. Allah hamısına bəlalarını verərəm, müvəffəq olmazlar deyir. Allah dünyanı da toz, tüstü bir-birinə qatacağam, yox edəcəyəm deyir.

 

Quranı hikmətlərini düşünərək oxumaq lazımdır

 Quranın hikməti həmişə əhəmiyyətlidir. Onun üstündə dayanacaqsan. Yoxsa istəsən 10 dəqiqədə çoxlu sayda ayə oxuya bilərsən. Böyük bir sürətlə oxuya bilərsən. Onsuz da bu çox böyük bir səhvdir. Quran təcvidlə oxunmalı və düşünülməli, açılaraq, hikməti getdikcə başa düşülərək oxunulası bir Kitabdır.



DEVAMINI GÖSTER