Cənab Adnan Oktarın 8 iyun 2015-ci ildəki Xoş Söhbətlər proqramından əhəmiyyətli başlıqlar

A9 TV, 8 İyun 2015 Xoş Söhbətlər

 

Ayə şərhləri

"And olsun, Biz onlara bəlkə (inkarçılıqdan) dönərlər deyə o böyük (axirət) əzabdan əvvəl, yaxın (dünyəvi) əzabdan da daddıracağıq." (Səcdə surəsi, 21)

Yaxın əzab, yəni axirət əzabından əvvəl dünyadakı alçaltma və bəladır.  Allah dünyadakı fəlakət, dünyadakı təxribat, dünyadakı böyük ağrılar, bunları daddıracağıq deyir. Allah axirətdə ayrı intiqam alacağam deyir. Amma dünyada da ağrını daddıracağam deyir.

"Görmürlər ki, həqiqətən, onlar hər il, bir və ya iki dəfə bəlaya düçar olurlar, sonra tövbə etmirlər və öyüd alıb (dərs çıxarıb) düşünmürlər." (Tövbə surəsi, 126)

Əlbəttə, "başınıza gələnlər əllərinizin öndən təqdim etdiklərinə görədir " deyir.

Biz sənə bu Quranı çətinlik çəkməyin üçün endirmədik, "İçi titrəyərək qorxu duyanlara" ancaq nəsihət edib-xatırlatma (olsun deyə endirdik). (Taha surəsi, 2-3)

Bax, çətinlik deyil. Çətinlik çəkirsənsə, deməli, bir qəribəlik edirsən. Yəni Qurana əməl etmirsən. Quranda çətinlik yoxdur, İslamda çətinlik yoxdur. Yalnız asanlıq vardır. İslam asanlıq dinidir.

"Şübhəsiz, Allah, insanlara heç bir şeylə zülm etməz. Ancaq insanlar, öz nəfslərinə zülm edirlər." (Yunis surəsi, 44)

Bəli, o çox əhəmiyyətli bir sirdir. Musiqi dinləmir, özünə zülm edir. Məsələn, xanımlar başı açıq gəzə bilər, makiyaj edə bilər, əylənə bilərlər. Daha gözəl görünər, baxımlı olarlar. Özlərinə zülm edirlər.

Sən əfv (və ya asanlıq) yolunu mənimsə, (İslama) uyğun olanı (ənənəni) əmr et və cahillərdən üz çevir. (Əraf surəsi, 199)

Əfv dediyi də asanlıq yoludur. Yükünü azaltma. Halbuki daha əvvəlki dinlərdə, həqiqətən, ağır yüklər var. Məsələn, musəvilikdə var.

…Rəbbimiz, bizə, bizdən əvvəlkilərə yüklədiyin kimi ağır yük yükləmə... (Bəqərə surəsi, 286) Allah deyir. Onlarda şənbə qadağanı var. Bir çox yemək haramdır. Amma İslamda Allah asanlıq yaratmışdır. Bu qadağaları qaldırmış bir müjdədir, bir nemət olaraq.

Allah İslam dini üçün deyir ki: "Hz. İbrahimin dini kimi asandır".

"Biz bunu (Quranı) sənin dilinlə asanlaşdırdıq", yəni asanlıqla anlayarsınız, asanlıqla hökmünə əməl edərsiniz. "Təqva sahiblərinə müjdə verməyin və müqavimət göstərən bir qövmü xəbərdar edib-qorxutmağın üçündür." (Məryəm surəsi, 97) Bu, təqva sahiblərinə müjdədir. Müqavimət göstərən bir qövmü də xəbərdar edib qorxutmağın üçün deyir. Çünki adam müqavimət göstərir.

 

Allah asanlıq yaratmışkən çətinlik çıxaran ənənəpərəst İslamı, ortodoks İslamı axtaran hər kəs əzilir

Bax özlərinə necə iztirab verirlər. Allah deyir ki: "Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!” – deməyin…" (Nəhl surəsi, 116)
 Yəni Allah dini uydurmalarla diliniz yalana öyrəşdiyi üçün özünüzə əzab verirsiniz deyir.

 

Məsələn, halal olanı haram edir. Daha nə istəyirsən? Halaldır. Mütləq haram edəcək. Haramı da halal edir, bəla meydana gətirir. Yəni dini dəyişdirir. Məsələn, Leyl surəsi 5 və 7-də də: "Lakin kim verər və qorxub-çəkinsə", yəni Allahın dininə əməl edərsə, İslama, Qurana əməl edərsə; "Və ən gözəl olanı təsdiqlərsə," Bu hansıdır? Qurandır. Quranın hökmləri, Allahın hökmləridir. "Biz də onu asan olanda müvəffəqiyyətli edəcəyik" deyir. Amma bax asan olan üçün. İndi məsələn, Allah bizə asanlıq meydana gətirir, asanda da müvəffəqiyyətli edir. Bax çətinlik axtaranlar həlak olurlar. Məğlub olur, əzilir. Ənənəpərəst İslamı, Ortodoks İslamı axtaran hər kəs əzilir. Nə gərək var, Allahın nur kimi dinini niyə dəyişdirirsən? Allah asanlıq yaratmışkən niyə çətinlik çıxarırsan? Nə gözəldir sevinc içində yaşa. Axirətdə də Allah səni cənnətlə müjdələyir. Cənnəti də sənə asanlaşdırıb, nə gözəldir. Mütləq bəlanın içində olacaq. Çətinləşdirdiyində, bəlanın içində olduğunda cəhənnəmə gedirsən, ağılsızlıq etmə. Asan olan, İbrahimin dininə əməl etdikdə; hənif olan bu İslam dininə, Məhəmmədi dinə iman gətirdikdə cənnətə gedirsən. Amma sənin çətinləşdirdiyin dində, çıxılmaz hala saldığın dində cəhənnəmə gedirsən. Həm dünyan cəhənnəmdir, həm axirətin cəhənnəmdir. Niyə bəlanı axtarırsan? Təəssüf, sənə günah deyilmi? Allah günahını bağışlasın, ağlını açsın, bəsirətini bağlamasın. Nəfsin və şeytanın təsirində qalıb bu bəlanın içinə süründürülürlər. "Din nə qədər çətin olsa, o qədər yaxşı olar" deyə düşünürlər.

Məsələn, Nur surəsi 55-də Allah "özləri üçün seçib bəyəndiyi dinini" hakim edəcək, xurafatçıların bəyəndiyi dini demir. Elə olsa "sizin bəyəndiyiniz dini" deyərdi. "Allahın bəyəndiyi dini" deyir, çünki Allahın bəyəndiyi dini bunlar bəyənmir, dəyişdirirlər. Yəni "asan olan İslamı, Quran İslamını hakim edəcəyəm" deyir.

"Müşriklər belə deyirlər: "Bundan başqa bir Quran gətir və ya onu dəyişdir." (Yunis surəsi, 15)

Nəhayət, onu da etdilər. Həqiqətən, bundan başqa bir Quran gətirdilər. Həqiqətən, dini də dəyişdirdilər. Və indi fəlakət dünyanı bürüyüb. Peyğəmbərimiz deyir ki: "Din asandır." (Ramuz el-Hadis, 1-ci cild, səh. 98) "Kimsə dinə qarşı şədid ola bilməz." Çətinləşdirici, ağırlıq verən ola bilməz. "Çünki dinə məğlub olar." Din onu məğlub edər, özü məğlub olar. İqtidarı gedər, gücü gedər. Osmanlı dağıldı, bax Əbdülhəmid devrildi. "Xətti hərəkətinizi doğruldun" deyir. Peyğəmbər "Qurana uyun" deyir. "Dinin asanına əməl edin. "Edə bilmir. "Belə dinmi olar" deyir. "Bax musəvilər sürünür" deyir. Necə də çətindir. Onlara qibtə edir. "Bizim dinimiz daha da çətin olmalıdır, bizim onlardan nəyimiz əskikdir?" deyir. Musəviləri qısqanırlar. Daha da ağırını edirlər.

Məsələn, musəvilikdə təkkə var, sarıq da var, cübbə də var. Qadınlar əsla kişilərin olduğu yerə girə bilməz. Bu ənənəpərəstlərin qadınlara olan baxış bucağı eynilə musəvilikdə vardır. Onlar da özlərinə zülm edir. Hz. İsa (ə.s) da deyir: "Bax özünüzə zülm edirsiniz, dini dəyişdirirsiniz və səmimiyyətsizsiniz" deyir. Qoyun saf, tərtəmiz din yaşansın, İslam yaşansın. Niyə qarışıq hala salırsız, niyə bəlanı çəkirsiniz? Osmanlını Allah yıxdı. Qurana əməl edərsə, dağıtmaz. Qurana əməl etmədikdə dağıdar. Allah Özü ayədə söyləyir "Ölkələr Qurana əməl etmədikdə dağıdacağam, iqtidarları dağıdacağam" deyir.

"Rəbbimiz bir ayədə belə buyurur: "Siz həddini aşan bir qövmsünüz deyə, indi o zikri (öyüd və xatırlatma dolu Quranı) sizdən (uzaqlaşdırıb) bir tərəfəmi buraxaq? And olsun, onlara: "Göyləri və yeri kim yaratdı?" deyə soruşacaq olsan, müzakirəsiz: "Onları üstün və güclü (Əziz) olan, bilən (Allah) yaratdı" deyəcəklər.  (Zuxruf surəsi, 5, 9)

Bax ortodokslar da eyni şəkildə. "Allah" deyə xüsusi bir vurğuyla söyləyirlər, Qurana niyə əməl etmirsən? Əməl etmir, orada da səmimiyyətsizdir, Allahın adını xatırlayarkən də səmimiyyətsizdir.

Bəqərə surəsi, 220-də Allah deyir: "Əgər Allah diləsəydi, sizə çətinlik yaradardı." İstəsəydi, dini çətinləşdirərdi, amma "asanlaşdırdım" deyir. Bunlar da ancaq çətinlik axtarırlar. Çətin olan dinin qürurverici bir din olduğuna inanır.

 

Məsnəvi-Nuriyyədə Bədiüzzaman səhifə 71-də:

"Küfr yolunda getmək, buzlar üzərində getməkdən daha zəhmətli və daha təhlükəlidir. İman yolu isə, suda, havada getmək və üzmək kimi çox asan və zəhmətsizdir" deyir. Həqiqi iman. Həqiqətən, ləzzətlə yaşadı, ləzzətlə də şəhid oldu, maşaAllah. "Bədiüzzaman vəfat etdi" deyirlər. Cihad edərkən vəfat etmədimi, təbliğ edərkən vəfat etmədimi? Elə insan nə olur? Şəhid olur.

 

Ənənəpərəst ortodokslar dini çətinləşdirməkdə musəvi ortodokslarla yarışdadırlar

"Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik” – deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz." (Zumər surəsi, 3)

"Allaha yaxşılıq olsun deyə edirik" deyirlər deyilmi? "Allahın razılığı üçün edirik." Allah da şiddətlə rədd edir. Etdiklərinizin heç bir mənası yoxdur, deyir. Allah belə bir şey yoxdur, Mənim belə bir tələbim də yoxdur, deyir.

 "Uca Rəbbimiz başqa bir ayədə belə buyurur, "Kim İslamdan başqa bir din axtarsa, əsla ondan qəbul edilməz." (Ali-İmran surəsi, 85)

Qardaşım, adam əvvəlcə musəvilərlə rəqabət aparır. Sarığı belə musəvilərin taxdığı kimi taxır. Məsələn, Peyğəmbərimiz (s.ə.v) bükür, elə etmirlər. Tam  sarıb yapışdırırlar. Yəni bu məscidlərdə hocaların etdiyi sarıq var, musəvilərinkinin eynisidir. Onlar, musəvilər bükmürlər. Eynisini edirlər. Hər şey eynidir. Rəcm eynidir, rəcm etmək, qadınları daşlayaraq öldürmək eynidir. Qadınlara edilən bütün rəftarlar, hamısı eynidir. O yazıqlar, o musəvi xanımlar necə iztirab çəkirlər. Boş yerə. Bir də onlar başlarını da qırxdırırlar. Onların heç vaxt saçları olmur. Parik taxırlar. Təəssüf, günahdır. Bu əziyyətə bax.

Allah "Onlar Allahın qədrini" deyir, yəni üstünlüyünü, gözəlliyini, şəfqətini, sevgi dolu olmasını "haqqıyla bilib təqdir edə bilmədilər" deyir, "anlaya bilmədilər" deyir. (Zumər surəsi, 67 və Həcc surəsi, 74) Anlamamaqda da israr edirlər.

"Səbir etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik.." (Səcdə surəsi, 24)

Ayəyə inanır, hədislərə deyil.

Müsəlman bir az küfrə düşdükdə həyatı çox əzab-əziyyətli olar

Bədiüzzaman Şüalarda, "İman və tövhid yolu çox qısa, doğru, müstəqim və asandır"deyir. "Və küfr və inkar yolları çox uzun, müşkül və təhlükəlidir" deyir. Küfr çox bəlalıdır. Çox sıxıcıdır. İnsanın ürəyini parçalayar. Çox çətindir. Müsəlmanlıq çox aydın, rahatdır, başın sağ, ruhun salamatdır. Küfrə düşdükdə müsəlmanlarda çox iztirab olur. Bir az küfrə düşdü; iztirab, çətinlik başlayır. Depressiyaya düşür, yerində dayana bilmir. Qaynağını bilmir. Halbuki küfrə düşdüyündən, qismən küfrə düşdüyündən olur. Küfrə bir parça heyranlıq duyur, o onu həlak edir, yandırıb yaxır. Məsələn, onların internetdəki üslubuna etina edir, oradan özünü bitirir. Və yaxud onların həyat şəkli xoşuna gəlir. Yəni halal olan deyil, haram olan həyat şəkli xoşuna gəlir. Az da olsa, ora getmək istəyir. Yəni deyir ki, məsələn, mənim müsəlmanlıq tərəfim ayrıdır, ictimai həyatım ayrıdır. Artıq burada sən əldən getdin. Halbuki həyat bir bütövdür. İslam bütövdür. İslam həyatının bütün mərhələlərini, hər şeyi əhatə edir. Elə etsən, özünü həlak edərsən.

 

Güclü dövlətləri gözündə böyüdüb onlara heyranlıq duyanlar Allaha güvənə bilmir və İslamın hakimiyyətindən ümid kəsirlər

Məsələn, bir ölkəyə heyran olur, məsələn, Amerikaya heyran olur. Amerikan heyranlığı. Bunun nəticəsində də İslamın hakimiyyəti barədə içində ümid olmur. Deyir ki, "Allahdan daha böyük Amerika var", əstəğfirullah. Yəni "Allahın gücü Amerikaya çatmaz. Ona görə də İslamı yaya bilmərik, hakim edə bilmərik" deyir.

Bura gələn iranlılar vardı. Molla, yəni Ayətullah idi. Yəni böyük molla. Dedim; "İslam Birliyini artıq elan edək, Türkiyəylə İran birləşsin". "İsrail nə deyər?" deyir. "İsrail icazə verməz ki" deyir. Allah icazə verirsə, İsrailin icazə verməməsi səni niyə maraqlandırır? Bu İsrail heyranlığı nədir? Bu İsrail qorxusu nədir?

Bütün güc Allahdadır. Sən ona heyran olduğun müddətcə o küfrün ruhu sənin içini yandırar. Və ona görə İslama güvənə bilməzsən, Allaha güvənə bilməzsən. Allaha güvənə bilməyincə də məğlub olarsan. Allaha güvənsələr, iş bitəcək. Amma İngiltərə qorxusu, İsrail qorxusu, Amerika qorxusu və onları gözlərində böyütmək bunları həlak edir, məhv edir. "Biz necə edəcəyik?" deyir. "Mümkün iş deyil" deyir.

 

Peyğəmbərimiz (s.ə.v)-in zamanında ölkələr çox güclü idi. Farslar vardı, Bizans vardı. Peyğəmbər (s.ə.v) yenə də hakim oldu. Belə bir qorxusu yox idi. Belə bir çəkinəcəyi də yox idi. Bizans ağlasığmaz dərəcədə güclü idi, Farslar çox güclü idi. Bütpərəst bir qövm idi, dəhşətli yırtıcı idilər.

 

Mehdiyyət siyasətlə inkişaf etməz, tamamilə metafizik bir hadisədir

Məsələn, indi İslam hakim olacaq, mehdiyyət vəsiləsiylə hakim olacaq. Mehdiyyət metafizik bir hadisədir. "Elə olarmı?" deyir. "Biz siyasətlə etməliyik" deyir. Qardaşım, siyasətlə etdin, həlak oldun. Allah icazə vermədi. Ortalıq darmadağın oldu. Allah beş dəqiqədə bitirdi. "İncə siyasətlə, altdan-altan çoxlu çalışmaqla, inkişaf etdirməklə olar" deyir. Tamam, sən mehdiyyətə ən çox bununla köməkçi ola bilərsən. Amma bundan mehdiyyət olmaz. Yəni belə mehdiyyəti kərpiclərlə hörərək özün meydana gətirə bilməzsən.

Mehdiyyəti bir saray kimi görürlər, sementi götürərsən, dəmiri götürərsən, bəzəyərsən, al sənə bir saray deyir. O saray Allah Qatındadır. Mehdiyyət Allah Qatındadır. Elə bir şey yoxdur. Qədərin axışındadır, bu filmin içində olan bir şeydir. Metafizik inkişaf edir. Məsələn, mehdiyyətin qarşısında nə varsa, Allah indi hamısını silib süpürür, görürsünüz. Olacaq iş deyil, amma Allah hamısını qaldırır. Allah mehdiyyətin qarşısında heç bir şey qəbul etmir. Heç bir hərəkətə güc vermir. Yalnız mehdiyyətin yolu açıqdır. Bax zamanı gəlmədiyindən mehdiyyətə heç bir şəkildə qapını açdırtmır. Deyirlər ki, "nə vaxt İslam hakim olacaq?" Həmişə soruşurlar. "Hz. Mehdi (ə.s) nə vaxt çıxacaq?". Həmişə soruşurlar. Ayədə də var. Soruşurlar, "Nə vaxt?" deyirlər, "Hakimiyyət, fəth, qurtuluş nə vaxtdır?" Biz nə deyirik?  Yalnız "yaxındır" deyirik. Metafizikadır dedim, bax onda şoka düşdülər.

Layihə ilə mehdiyyət olmaz. Nizamlanaraq mehdiyyət olmaz. Allahın dilədiyi bir quruluş var, bu təbii olaraq inkişaf edir. Ana bətnində uşağın inkişafı kimi. İnsan əliylə uşaq ana qarnında düzəldilə bilməz, deyilmi? O təbii inkişaf edir. Sən çöldən o uşağa yemək verə bilmirsən, bir şey edə bilmirsən. Bunlar çöldən uşağa yemək verəcəklərini düşünürlər. O uşağı özlərinin düzəldəcəyini zənn edirlər. O uşağı sən düzəldə bilməzsən, Allah edər. Zamanı gəlincə də o uşaq doğular. Yəni dayandıra bilməzsən. Çox həyəcanlıdırlar. Sanki bayram şəkəri üçün qapışırmış kimi mehdiylə qapışırlar. Kim əldə edərsə, mehdiyyət onda qalacaq zənn edirlər. Elə bir şey olmaz. Qapışınca yerə düşərsən. Qapışmaqla olmaz.

 

Mehdiyyət, hz. Mehdi (ə.s)-ın çəkdiyi əziyyətə qarşılıq Allah tərəfindən nemət olaraq verilən bir hakimiyyətdir

O əziyyətə qarşı, Allah üçün edilən səbrə qarşılıq bir nemət olaraq simvolik bir hakimiyyətdir. Elə çox deyil, 30-40 il bir hakimiyyətdir. Bir şey də yoxdur. Göz açıb qapayana qədər keçir. Elə səltənətli, göstərişli bir şey də yoxdur. "Hz. Mehdi (ə.s)" deyir, "evindən, kürsüsündən idarə edər". Kürsü bax, xüsusilə o söz seçilmişdir. Hz. Mehdi (ə.s)-ın sarayları yoxdur. Hz. Mehdi (ə.s)-ın sarayı ürəyinin içindədir. Bütün dünya hz. Mehdi (ə.s)-ın sarayıdır. Yəni tək bir bina deyil. Çünki bütün dünyanın imamıdır.

 

Qiyamət hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) vəsiləsiylə dayanmışdır

Qiyamət onun vəsiləsiylə dayanır. Peyğəmbər (s.ə.v) açıqca söyləyir, qiyamət qopacaqkən Allah qiyaməti dayandıracaq deyir, övladlarımdan Məhəmməd Mehdini göndərəcək deyir. Bax qiyamət gedə bilmir, gedə bilmir. Mehdiyyətə dəyir, dayanır. Amma indi qiyamət qapıda gözləyir. Hz. Mehdi (ə.s) çəkilən kimi dərhal dövrəyə girəcək bir sistemdir. Hz. Mehdi (ə.s) dayandığı müddətcə qiyamət girə bilmir. Hz. İsa Məsih (ə.s) və hz. Mehdi (ə.s). Bunlar dayandırırlar. Yəni iki əlləriylə dayandırırlar. Allah onları vəsilə edir. Onlar əlini çəksə, qiyamət sürətlə dünyanın başına çökəcək.

Hz. İsa Məsih (ə.s) vəfat etdiyində Peyğəmbərimiz (s.ə.v)-in yanında dəfn ediləcək

Peyğəmbərimiz (s.ə.v) deyir ki; mənim yanımı, sağ tərəfimi boş buraxın. Böyük, geniş yer buraxmış. Amma hz. Əbubəkr (r.ə) solunda, bitişikdir məzarı, bitişik. Hz. Ömər (r.ə)-dən irəlidədir. Buranı boş buraxın deyir. Bura hz. İsa Məsih (ə.s)-ı vəfat etdiyində basdıracaqsınız deyir. Amma mənim qənaətim hz. Mehdi (ə.s)-a də orada bir yer vardır. Hz. İsa (ə.s) bir tərəfdə, hz. Mehdi (ə.s) o biri tərəfdə də ola bilər, bax söyləyirəm. Çünki çox genişdir. Çox açıq yer buraxılıb. Yəni iki nəfərlik yer buraxılıb. Bir nəfər deyil. Elə dar bir yer deyil. "Birlikdə qalxacağıq" deyir. "İlk biz qalxacağıq" deyir. Hz. İsa Məsih (ə.s) Allahın "Hay" isminin təcəllisidir, ölünü dirildir. Bir möcüzə tərəfi var, "Allah ilk bizi dirildəcək" deyir. "İlk bizi qaldıracaq". Allahın "Hay" isminin təcəllisidir. "Hamımız birlikdə qalxacağıq" deyir. İnsanlar zənn edir ki, üstündən torpaq silkələyəcək. Elə deyil. Bütün dünya birdən qalxır. Bizim bildiyimiz kimi səbəblərə əsaslanan bir sistem deyil. O zaman, zamanı gəlincə görəcəyik.

 

HDP-nin ən təhlükəli cəhəti arxasında PKK-nın olmasıdır

Yanlış anlamasınlar, HDP-li bacı-qardaşlarıma qarşı mənim içimdə bir kin yoxdur. Mənim dərdim PKK ilədir. Mən silahla, yaxud məcbur olduğu üçün və yaxud cəmiyyət təzyiqiylə HDP-yə səs verən və yaxud, həqiqətən, xoşuna gələ bilər. Məsələn, qadın haqlarından bəhs edir. O digər cəhətlərini düşünməyə bilər. Onlar bir şəkildə həll olar deyə düşünə bilər. Amma ən təhlükəli istiqamət odur. "Biz APO-nun heykəlini tikəcəyik" deyir. APO-nun heykəlini tiksən APO ondan sonra Türkiyənin heykəlini tikər. Yəni məhv olarıq. Çünki bu dəfə o da həyatını qurtarmaq üçün məcbur olar. Çünki dediyini etməli olacaq. Böyük bir fəlakətə yuvarlanarıq.

 

(Hz. Əbubəkr, hz. Ömər (r.ə) və hz. Osman (r.ə)-in, əstəğfirullah, İslama zərər verdiyini iddia edən tamaşaçı mailinə cavab olaraq)

Peyğəmbər (s.ə.v)-in tərbiyəsi altında böyümüş insanlardır, dizinin dibində böyümüşlər. Nə qədər məntiqsiz bir şeydir. Onların bir anda ağıllarımı gedəcək? Peyğəmbərimiz (s.ə.v) onları yanında, dizinin dibində öyrətdi. Çox da sevirdi. Səhvlərini, əskiklərini də düzəltdi. Peyğəmbər (s.ə.v) səhvlərini gördü. Bütün ömürlərini, gəncliklərini Peyğəmbər (s.ə.v)-in yanında keçirdilər. Allah üçün keçirdilər. Hz. Osman (r.ə) xəlifə olanda piri-fani idi. Şəhid etdilər. Hz. Əli (r.ə) mənim canım babam, onu da şəhid etdilər. Bunlar hamısı xurafatçı, mövhumatçı dəstədirlər. Mən ən yaxşısı o dövrün münafiqlərini izah edən bir kitab yazım, mövzu  aydınlaşsın. Hz. Osman (r.ə), hz. Ömər (r.ə), hz. Əli (r.ə) Peyğəmbərimiz (s.ə.v)-ə aşiq idilər. Çox sevirdilər.



DEVAMINI GÖSTER