Düşüncə tənbəliyindən qurtulmaq

Bəzi insanları düşünməkdən, gerçəkləri görməkdən məhrum edən bir çox səbəblər var. Buna görə hər insan özünə mənfi təsir edən səbəbləri araşdırmalı və bunların təsirindən çıxmalıdır. Dərin düşünməyə mane olan ən mühüm səbəblərdən biri düşüncə tənbəlliyidir. Düşüncə tənbəlliyi səbəbindən insanlar hər şeyi gördükləri və öyrəşdikləri şəkildə edirlər. Məsələn;
*İnsanın hər zaman öyrəşdiyi şəkildə hərəkət etməsi;
*Çətin və zəhmətli olsa da hər mövzuda ancaq öz bildiklərini tətbiq etməsi;
*Heç bir yeni fikrinin olmaması və fərqliliyə can atmaması;
*Əskiklərini dəyişmək istəməməsi və s.
Bütün bu sadalananlar düşüncə tənbəlliyinin ən bariz nümunələrindəndir.
Halbuki insan təfəkkür etməklə özünü inkişaf etdirə bilər. Doğruları görəbilmə bacarığının artması, ədalət duyğusunun güclənməsi, hər mövzuda ağıllı davranma bacarığı və oxşar üstünlüklərin qazanılması təfəkkür sayəsində ortaya çıxır.
Rəbbimiz bir ayəsində iman etməyənlərin ancaq cəhənnəmi gördükdən sonra düşünməyə başladıqlarını bildirmişdir:


“O gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır.Lakin bu xatırlamanın ona nə faydası?”(Fəcr surəsi, 23)

Bu insanlar o vaxta qədər dünyaya gəlmə məqsədlərini, ətraflarındakı canlıların necə yarandığını, gecə və gündüzün var olma səbəblərini, kainatdakı nizamın qüsursuzluğunu, Allah’ın Quranda əmr etdiklərini, qısası özlərinə həqiqi mənada fayda verəcək mövzuların heç birini o ana qədər düşünməyiblər.Bir gün bütün insanlar kimi özlərinin də öləcəyini və Allah’ın hüzurunda hesab verəcəklərini ağıllarına belə gətirməyiblər.



DEVAMINI GÖSTER

Bu əsər ilə əlaqədar digər çeşidlər