Görən, dad bilən, toxunan və eşidən bitkilər

Bitkilərdəki ən maraqlı sistemlərdən biri reaksiya mexanizmləridir. Kənardan baxanda nə ağzı, nə gözü, nə də sinir sistemi olan bitkilər bu reaksiya mexanizmləri sayəsində çox vaxt insanlardan da həssas ola bilirlər.

Bitkilərin görmə duyğusu

Bitkilərin bizim kimi gözləri yoxdur, lakin bizim gördüyümüzdən daha çoxunu görə bilirlər. Çünki onlarda işığa həssas komponentlərdən ibarət zülallar vardır. Buna görə də bizim gördüyümüz və görə bilmədiyimiz bütün dalğa uzunluqlarını hiss edirlər. 

Bitkilərin bu xüsusiyyətlərə sahib olmasının səbəbi böyümək və həyatda qalmaq üçün işığa ehtiyac duymalarıdır. Buna görə də işığı görürmüş kimi işıq istiqamətində zoğ verir və inkişaf edirlər. Hətta gün ərzində günəşi təqib edən günəbaxan bitkisinə də bu xüsusiyyətinə görə belə ad verilmişdir. Bitkilər onlara verilmiş görmə qabiliyyəti sayəsində işığın sıxlığını, istiqamətini və dövrünü müəyyən edirlər. 

Dadbilmə duyğusu

Bitkilər yalnız günəş işığı ilə yaşaya bilməzlər, torpaqdan bəzi qida maddələri də qəbul etməlidirlər. Dadbilmə duyğusu torpaqdan mineral və qida maddələri alan bitki kökləri üçün çox vacibdir. Arabidopsis (kərə otu) adlı bitki üzərində aparılan tədqiqatlar bir genin nitrat və ammonium duzları ilə zəngin olan yerləri müəyyən etdiyi aşkar olunmuşdur. Bu gen sayəsində köklər təsadüfi yox, qida maddələri yönündə inkişaf edərək şüurlu davranış nümayiş etdirirlər. Nitratları müəyyən edən bu gen ANR1-dir.

Toxunma hissi

Toxunma duyğusuna da bitkilərdə tez-tez rast gəlinir. Venera kimi ət yeyən bitkilər üzərilərinə qonan böcəyi bir anda tutur. Mimoza isə yavaş toxunuşda belə incə yarpaqlarını aşağı endirir. Noxud və lobya kimi sarmaşan bitkilər həssas toxunma duyğusu sayəsində zoğlarını möhkəm dəstəklərin ətrafına sarıyırlar. Demək olar ki, bütün bitkilər toxunma duyğusuna sahibdir. 

Eşitmə duyğusu

Aparılan təcrübələrin nəticəsində bitkilərin müəyyən səs tezliyini və ya titrəyişi hiss etdiyi ortaya çıxmışdır. “Wake Forest”də aparılan bir təcrübədə normal cücərmə nisbəti 20% olan turp toxumlarının cücərmə nisbətinin müəyyən tezlikdəki səsə uzun müddət məruz qaldıqda 80-90%-ə çatdığı müşahidə edilmişdir. 

Haqqında danışdığımız bu nümunələrdəki şüurlu deyə biləcəyimiz davranışlar, əslində, Allahın sonsuz ağlının təcəllilərindəndir. Rəbbimiz yer üzündəki hər şeyi nəzarəti altında saxlayandır.

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın yazıda olmasın. (Ənam surəsi, 59)


DEVAMINI GÖSTER

iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net