Hörmətli Adnan Oktarın 11 may 2015-ci il tarixli söhbətindən əhəmiyyətli başlıqlar

Hörmətli Adnan Oktarın qonaqları, Şeyx Nazim həzrətlərinin London dərgahından Şeyx Zymer Salehi və həyat yoldaşı

Hörmətli Adnan Oktar: İlk dəfə Şeyx Nazim həzrətləriylə necə tanış oldunuz?

Şeyx Zymer Salehi: Əlbəttə Şeyx Nazimlə qarşılaşdıq, hadisə o şəkildə başladı. İslamın bir başçısı olmalıdır. Biz əslən Osmanlının davamı olaraq Balkan mənşəliyik. 1992-ci ildə Şeyx Nazim həzrətləri ilə qarşılaşdıq, tanış olduq və o da bizi Avropada yerləşdirdi, dərgah açmış olduq. Bu şəhərdə onun ruhaniyətiylə Kosovada xüsusilə çox böyük fəaliyyətlər oldu. Kəramət göstərdilər, çox bərəkətli nəticələri oldu.

Hörmətli Adnan Oktar: Üzündəki nur bütün dünyaya təsir etdi. Şeyximizə baxan aşiq olurdu. Gözəl söhbətinə, gözəl səsinə, gözəl üzünə aşiq olmayan heç bir insan olmurdu, maşaAllah.

Şeyx Zymer Salehi: Onunla qarşılaşan hər kəs onun kəramətlərinə şahid olmuşdur. Çox vaxt hələ ona sual vermədən, verecəyim sualla bağlı ondan lazımı cavabı alırdım. Kosovada xüsusilə hadisələr baş vermədən 3 ay əvvəl hər kəsin bir-birinə kömək etməsi mövzusunda öyüd-nəsihət vermişdi. 3 ay sonra biz hadisənin necə olmalı olduğunu görmüş olduq. Şeyximiz kəramət göstərdi.

Hörmətli Adnan Oktar: Bu İslam aləmindəki hadisələri də aylar əvvəlindən söylədi. İnsanlar bunu olacaq bir hadisə olaraq görmədilər. Lakin eynisiylə oldu. Neçə ay əvvəlindən söylədi. Üzü çox nurlu idi. Üslubu çox gözəl idi. Söhbətləri çox gözəl idi. Yanında olmaq insana möhtəşəm bir rahatlıq, sevinc verərdi. Şeyximizi nə vaxt görsək bayram kimi olardı hər yan, hər görəndə bir sevinc meydana gəlirdi maşaAllah.

Şeyx Zymer Salehi: Övliyalar fiziki olaraq yer üzündən ayrılsa da ruhani varlıqları, təsirləri yer üzündə davam edir, bərəkətləri davam edir. Kiprə minlərlə adam yenə onun xatirinə, onun xatirəsini yad etmək üçün gəlir. Şeyx Məmməd əfəndi də yenə gəzir. Onun başçılığında da olsa yenə böyük şeyximiz Şeyx Nazim əfəndinin bərəkəti davam edir. Minlərlə insan yenə şəhadət gətirərək İslama qatılırlar.

Hörmətli Adnan Oktar: MaşaAllah, əlhəmdülillah. Şeyx Məmməd əfəndi də çox təvazökar, çox xoş, gözəl xasiyyətli, insanpərvər, mərhəmətli bir insandır. O da hər kəsə açıq, hər kəsə qarşı şəfqətli, mərhəmətli, dostca yaxınlaşan, yaxınlığı mükəmməl; amma ən çox təvazökarlığı, təvazösüylə çox diqqət çəkir. Allah şeyximizdən ona o ruhaniyəti köçürmüş, bu açıqca görünür. Çünki eyni təsir davam edir. Şeyximizdən gözəl bir neçə dənə xatirə izah etsəniz...

Şeyx Zymer Salehi: Bir dəfə Kipri ziyarətimdə yeməkdən sonra namaz qıldıq. Daha sonra birlikdə otururduq. Bir cüt təsbeh hədiyyə etməyi düşünürdüm. Mən tam ona verəcəkdim ki, bir anda öz təsbehini hədiyyə olaraq verdi. Hətta bir dənəsini də yerə atıb götürməmi istədi “Bu da hədiyyə” dedi. Demək ki, Sultanın qarşısında oturarkən, danışarkən diqqətli olmaq lazımdır, amma övliyaların qarşısında oturarkən nə düşündüyünün də, ürəyindən keçənin nə olduğuna da diqqət yetirməlisən.

Şeyx Zymer Salehi: Təşəkkür edirəm xidmətinizdən zaman ayıraraq bizə vaxtınızı ayırdığınız üçün, bu fürsəti verdiyiniz üçün. Biz sizin proqramlarınızı izləyirik, kitablarınızı oxuyuruq. Verdiyiniz xidmətlərin daha da artması üçün dua edirik. Zamanında missiyası artmasıyla kral ailələrinin üzvlərinə də həmişə yaxınlıq göstərmişdir, onlarla xüsusi maraqlanmışdır. Buna görə aramızda Əfqanıstan şahzadəsi də var onunla da yaxından maraqlanırdı. Onun atası şeyx Nazim Mövlana həzrətlərinin müridi idi. Süleyman Cənnah da Şeyx Nazim həzrətlərinin tövsiyəsiylə sizi ziyarət etməyə gəlmişdi. Albaniya kralının məsləhətçisidir. Daha sonra yenə sizi ziyarətə gəlmək istəyirik.

Hörmətli Adnan Oktar: Şərəfləndirilərik, qürur duyarıq. Şeyximizin bizə əmanətisiniz. Şeyximiz sizləri bizə bir gözəllik olaraq təqdim etdi. Şeyximizin əlbəttə missiyası çox böyük idi, hədəfləri çox böyük idi. O hədəflərə Allah qapı açmış vəziyyətdə irəliləyir, davam edir. İnşaAllah çox gözəl olacaq. Yenə bizə əmriniz olsa yerinə yetirərik inşaAllah.



DEVAMINI GÖSTER