Hörmətli Adnan Oktarın 16 may 2015-ci il tarixli Xoş söhbətlər proqramından əhəmiyyətli başlıqlar

A9 TV, 16 may 2015-ci il Xoş söhbətlər

Xurafatçı qadınların, xurafatçı kişilərin diksindirici xarakterləri ucbatından İslam yayılmır

İslam çox qısa bir müddətdə yayıla biləcək, bütün dünyanın sevəcəyi bir dindir. Pislik, qoxumuş insanların üzündən İslam hakim olmur. Xurafatçı qadınların, kişilərin diksindirici xarakterləri ucbatından İslam yayılmır. İslam sevgi, gözəllik, dostluq, qardaşlıq, barış dinidir. Heç bu əxlaqsızlarda eşidirsinizmi belə bir şey; qardaşlıq, barış, sevgi? Yazılarında heç görürsünüzmü? İsrarla tək söz yazmırlar. Süni olaraq söylə. Üsul olaraq söylə. Bir sevgi sözünü keçir. Heç olmasa “Sevgi nədir?” de. Heç bir şəkildə sevgidən bəhs etmirlər. Üzlərində nur, xeyir, bərəkət yoxdur. Sənət bilməz, gözəllik bilməz, estetik bilməzlər. Halbuki Allahın istədiyidir, Allah ucsuz-bucaqsız dünyanı yaratmış. “Dinc, sevgi dolu, dostca, qardaşca, Mənə ibadət edərək və Məni sevərək, halala, harama diqqət edərək bu dünyada yaşayın, sizə bərəkət bolluq verəcəyəm” -deyir. Adamlar qəbul etmir. Döyüş, dava, terror, anarxiya, pislik, zalımlıq, əxlaqsızlıq, fırıldaqçılıq, xurafatçılıq, bütpərəstlik; hamısını edirlər. Bax dənizlərdən insan toplanır. Dünən şəkilini göstərdilər. Yüzlərlə insanın əti sümüyü bir-birinə keçmiş. Ucsuz-bucaqsız torpaqlar var. Adamlara çadır verin yetər. Bir 150-200 qoyun versəniz məsələn 100 adama, onlar onu çoxaldar, inkişaf etdirərlər. Çox da gözəl hala gətirərlər. Yalvarırlar, öləcəyik artıq bizi qurtarın deyirlər. Hər qurtarılmaq məqsədiylə hərəkət etdiklərində adamlar bir anormallıq çıxardırlar. Ya odunla başlarına vurur, ya da geri dənizə itələyirlər. Yəni ölmələrini istəyirlər. Qəbul etsək gerisi də gələr deyirlər. Əxlaqsızlığa bax. Daha nə istəyirsən? Gəlsin, gəlirsə gəlsin. Bərəkətiylə gəlir.

Xurafatçılər bir az nəfəs aldırsa dünyaya. Qardaşım az qala qadınların hamısına düşmən olmuşlar. Qadınlara yaşamağa imkan vermirlər. Bir ovuc ənənəvi Ortodoks qadın var, onları da əzirlər. Siz tam insan deyilsiniz deyir, yarımsınız, onlar da qəbul edirlər. Bu böyük bir fəlakətdir. Ənənəvi Ortodoks İslam, qadını tam insan olaraq qəbul etmir. Halbuki qadın və kişi bərabərdir. Ayədə çox açıq ifadə edilmişdir. Allah bir çox yerdə insanları bərabər yaratdığını vurğulayır. Hər istiqamətdən bir-birlərinə bərabərdirlər.

Bu xurafatçıların sevgisizliyi, qadın düşmənliyi, qadının əleyhinə olmaları ağılasığmaz ölçüdədir. Qadını qarşına aldınmı dünyanın yarısını qarşına almış olursan. Çünki qadın anadır. Sən dünyanın yarısını və anaları qarşına almış olursan. Belə olduğunda da dünyada bu an olduğu kimi İslam tamamilə gücünü itirir.

Xurafatçıların qadına olan çirkin dünyagörüşləri insanları dindən soyudur

“Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən?” (Məryəm surəsi, 42)

“Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim”. (Məryəm surəsi, 43)

Hz. İbrahim (ə.s)-ın atası da müşrik idi. Yəni o da xurafatçı idi.

“Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu”. (Məryəm surəsi, 44)

İndi bunlar necə şeytana xidmət edir? Allahın demədiyini Peyğəmbər (s.ə.v)-in əleyhinə olaraq “Peyğəmbər dedi” deyə ortaya atırlar və dünyada Peyğəmbər (s.ə.v)-ə qarşı əcaib bir hirs meydana gətirirlər. “Peyğəmbər (s.ə.v) dedi ki” deyir, “qadınlarla məsləhətləşin, tam əksini edin”. Bu, bütün dünya qadınlarına bir təhqirdir. Bütün dünya qadınlarını hədəfləyən ifadədir. Sırf bu ifadəylə belə İslam yox olar. Allah əsirgəsin. Bir qadına desən ki, sən yarımsan, sənin hər dediyinin tərsi ediləcək. Qadını sən dünyadaykən öldürmüş olursan. Haşa heyvan yerinə qoyursan. İnsan olaraq qəbul etmirsən. Bu nə qədər də qorxunc bir şeydir. Qadın deyir: “Bu gün çölə çıxaq, bax hava çox gözəldir. Hamı birlikdə, uşaqlarla birlikdə yemək yeyək”. “Yox,” deyir “evdə oturacağıq”. Qadın deyir: “hava yağışlı, bu gün çölə çıxmayaq, evdə oturaq”. “Haydı gedin çıxırıq” -deyir. Bu necə də sinir pozucu bir şeydir. Belə bir müsəlmanlıq anlayışı olarmı? Bu şeytanın uydurmasıdır. Bu şeytanın uydurmalarıyla müsəlmanlığı məhv etdilər. Neçə-neçə belə uydurma? Yüzlərlə, minlərlədir. Bax, İslamı yer üzündən qaldırmaq üçün sırf bu bir dənəsi yetərlidir. Qadın yarım varlıqdır demək yetərlidir. İnsan qəbul etmirsən. Uşağa deyirsən: “balam sənin anan insan deyil, yarım varlıqdır, xəbərin varmı?”. Ata deyir ki qızlarına; “balam siz hamınız yarımsınız, bax mənim oğulum, bu tam, bütündür”. Bu necə bir vicdansızlıqdır? Adam bunu eşidib dindən imandan çıxar. İslama qarşı olar. Yenə Allahın köməyiylə din ayaqda qalır. Çoxdan yer üzündən silinib gedərdi. Çoxdan qiyamət qopardı. Belə təhqir olarmı? Qadına məsləhət edib, tam tərsini edəcəkmişik. Amma diqqət yetirin, bu yalnız bir dənəsidir.

Qadın üstün bir varlıqdır, gözəl bir varlıqdır. Qadın və kişini Allah bərabər yaratmışdır, amma qadın mötəbər, üstün bir varlıqdır.

Qiyamətin qapıdaydı, Allah hz. Mehdi (ə.s) vəsiləsiylə qiyaməti dayandırdı

Hədisdə elə deyir. “Qiyamətə bir gün qalsa Allah qiyaməti təxirə salar, övladlarımdan Məhəmməd Mehdini zühur etdirər”. Bax deyir, “Səhərinə qiyamət qopacaq olsa”, “Allah səhərinə, övladlarımdan Məhəmməd Mehdini zühur etdirər, qiyaməti dayandırar”. Deməli axşam vaxtı gəlmiş. Hədisin də mənalı olmasına bax, “səhərinə” deyir. Qiyamət qopacaqkən. “Allah qiyaməti dayandırar” -deyir.

Sən onların arasında olduğun halda Allah onlara əzab verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir. (Ənfal surəsi, 33)

Allah Peyğəmbərimiz (s.ə.v) üçün; “Sən onların arasında olduğun halda Allah onlara əzab verməyəcək”. Yəni elə mömin bir kimsənin olduğu bir yerdə, məsələn hz. İbrahim (ə.s)-ın olduğu yerdə fəlakət olmur. Əvvəl çıxarılırlar, sonra fəlakət gəlir. Hz. Mehdi (ə.s)-ın olduğu dünyada da qiyamət qopmur. Amma adamların xəbəri yoxdur. Bütün dünyadakı xurafatçılər ona düşməndir. Onun sayəsində yaşadığından xəbəri yoxdur. Onun sayəsində qiyamətin qopmadığından xəbəri yoxdur. Küfr, əhli tüğyan, dəlalət onun sayəsində yeyib içdiklərindən xəbərləri yoxdur. O vəsilə olur. Allah çoxdan qiyaməti qoparmış olacaq. Qiyamətin qopmama səbəbi olan insan, düşməni olduğu adam olur. Əlbəttə, hz. Mehdi (ə.s) da onlara qarşıdır, amma o qurtarmağa çalışar.

Hadisə görə xürafatçılar Mehdi üçün, “Dinimizi məhv edir, ortadan qaldırır” deyirlər

Məhv etdi zənn etdiyin adam sənin qurtuluşuna vəsilə olur. Qiyamətin dayanmasına vəsilə olur. Xəbərin belə yoxdur. “Bu o deyil” deyib dəccala tabe olurlar. Hiss edə bilmir. Axtarmır, araşdırmır. Dəccala necə tabe olar bir insan? Qurana tabe olmadığında, Quran əxlaqına uyğun yaşamadığında dəccala tabe olar. Fərqində olmadan tabe olar. Yaxud fərqində olaraq tabe olar.

Sevgi dünyanın quruluş məqsədidir

Allah sevgi olmasa onsuz da kainatı yaratmaz. Sevgi üçün yaradır. Cənnətin məqsədi də sevgidir. İmtahanın məqsədi də sevgidir. Allahın da bizdən istədiyi sevgidir. Amma baxın ənənəvi Ortodoks müsəlmanlar sevgi sözünü ağızına almaz. Bu bir möcüzədir. Heç bir şəkildə söyləmirlər. Sevgidən bəhs etmirlər. Kainatın quruluş məqsədi olan bir gözəlliyi ağızlarına belə almırlar.

(“Yaxşı insan olmaq üçün bir dinə deyil ağıla ehtiyac var. Bütün dünyanın İslamı seçməsi mümkün deyil” tamaşaçı mailinə cavab olaraq)

Sən elə deyirsən amma Quran bütün dünya İslamı seçəcək deyir. Hz. İsa (ə.s)-a Allah xitab edir: ...sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. ..”. (Ali İmran surəsi, 55) və yenə ayədə Allah İsa Məsih (ə.s)-ı qiyamət üçün bir əlamət olaraq söylədikdən sonra, “sənə tabe olanları dünyaya hakim edəcəyəm” -deyir. Kitab əhlindən elə kimsə yoxdur ki, (İsanın) ölümündən əvvəl ona iman gətirməsin...”.(Nisa surəsi, 159) Kitab əhlindən hər kəs sənə iman edəcək deyir. Müsəlmanlar onsuz da iman edir. Kitab əhli də iman edərsə sənin bu sözün etibarlı deyil. “Bütün dünyanın İslamı seçməsi mümkün deyil” deyirsən amma Allah olacaq deyir. Başqa bir ayədəinsanların dəstə-dəstə Allahın dininə girdiklərini...”. (Nəsr surəsi, 2) bildirir. Ağıla ehtiyac var deyirsən, amma indi məsələn kommunist ağılına görə “mən belə dünyanın doğru hala gələcəyini düşünürəm” deyir, sel kimi qan axıdır. Stalinistlər cənub-şərqi Anadoluda nələr edir görürsünüz. Nəticədə bu da bir ağıldır. Bütpərəstlər müsəlmanları qətl edirlər. Cahil müsəlmanlar, Qurana tabe olmayan müsəlmanlar gedir şiələri qətl edir. Cahil şiələr gedirlər sünni müsəlmanları qətl edirlər. Ağılla hərəkət etdiyində bu olur. Quranı qeyri-kafi görüb də ağılla hərəkət etdiyində bu olar. Allah,Onlardan bir qisimi ümmidir. Kitabı bilməzlər; (bildikləri) bir çox əsassız şeylərdən başqası deyil və yalnız zənn edərlər” -deyir. Zənn və təxminlə. Bax onsuz da deyir ki; bu rəvayətlər zənnin güclü və ya zəif olmasıdır. Amma zənndir deyir. Ayədə zənn və təxminlə yalan danışarlar deyir. Sən də zənn bunlardır deyirsən. Zənlə niyə hərəkət edirsən? Açıq hökm var, Qurana tabe ol.

Müsəlmanların savadlı, keyfiyyətli yazıçısı çox azdır

Müsəlmanların belə savadlı, keyfiyyətli yazıçıları çox azdır. Həmişə belə cahil insanlar. Özlərini super zəkalı, keyfiyyətli zənn edən, həmişə bir çoxu belədir. Sevgisiz, kommunistlərə qarşı əzik, hətta bir az da kommunist kimi özünü göstərən, darvinizmə qarşı əzik, lazım olduğunda darvinizmi müdafiə edən və yaxud “darvinizmmi var? haradadı?” deyən, ümumiyyətlə dedi-qoduyla vaxt keçirən, fitnəylə vaxt keçirən, qorxaq, qorxmadığı zamanlarda da məhəllə iti kimi belə öz fikrincə uyğun gördüyünə hücum edən, hücum etdiyində də əgər gücü çatmayacağını anlarsa yenə quyruğunu qısıb qaçan, çox xaraktersiz, ağılsız adamlardır. Bunlar bəzi qəzetləri dolanışıq kimi etmişlər. Bu axmaqlara da normal adam olaraq görüb çoxlu pul verirlər. Bunların bu fitnəçiliyinə, boşboğazlığına, ağız pozuqluğuna, sevgisizliyinə, mədəniyyətsizliyinə, keyfiyyətsizliyinə bəzi qəzetlər çoxlu pul verir. Çox ağılsız. Buna niyə pul verirsən? Bunu niyə tutursan? Sən özün bir yerdən al. Risalə-i Nurdan götür, başqa bir yerdən götür, yaz və qoy. Bunlar da özlərini çox mötəbər zənn edirlər. Halbuki qəzetlər adam tapa bilmədiyindən bu kötüklərə imkan tanıyır. Bunlarla sanki müsəlmanların beynini bişirirlər. Müsəlmanlar fərqində olmadan bunların kirini alırlar. Bunların iyrəncliyini alırlar. Bunların üfunətini alırlar. Yazıq müsəlmanlar, bir qisimi təbii bu iyrənc məxluqlarla davamlı belə yazılarıyla həmsöhbət olaraq onların murdar qoxusunu, iyrəncliyini fərqində olmadan özlərinə çəkmiş olurlar. Halbuki “üzüm üzümə baxa-baxa qaralar” deyərlər. Belə pisliklərdən uzaq gəzmək lazımdır. Müsəlmanlar bu pislikləri adam yerinə qoyduqları müddətcə zəhərlənirlər. Bu səfər internetdən bunların azğınlığından və sevgisizliyindən, kirindən, pisliyindən bir-birlərinə ifadələrdən istifadə edirlər. Baxıram nə sevgi var, nə nəzakət var, nə hörmət var. O, ona söz atır, o da, ona söz atır. Qızlarda da mən bunu görürəm. Başı bağlı, amma yekəxana. Belə “moderin” -onun diliylə- bir hallara girməyə çalışır. Əziklik və alçaq kompleksləri bunları sıxır.

“Şiələrin hz. Mehdi (ə.s)-a olan sevgisiylə əlaqəli bir detal var. Şiələr hər cümə namazında cümə namazından əvvəl 12 imamın adını sayaraq və ən son hz. Mehdi (ə.s)-ın adı gəldiyi zaman ayağa qalxaraq üç dəfə əlləri başlarının üzərində salavat gətirərlər. Şiələrin belə gözəl bir xüsusiyyətləri var”.

Şiələrin hz. Mehdi (ə.s) ilə əlaqədar gözəlliklərini saymaqla bitməz. Bax məsələn, İranda 1 milyon nəfərlik Mehdi ordusu var. Qaçarkən hər addımda “Mehdi” deyirlər. Hər addımını o yerə vuruşunda “Mehdi”. Yer, göy inləyir belə, maşaAllah. Hz. Mehdi (ə.s) dediyində onlar ağlayarlar. Hz. Mehdi (ə.s)-ı əcaib sevərlər. Peyğəmbərimiz (s.ə.v) də “Kufə əhli hz. Mehdi (ə.s)-ı çox sevər” -deyir. Bax məsələn, o çox əcaibdir. Dəyərini ən çox onlar bilər deyir.

Əgər şiələr olmasa hz. Mehdi (ə.s) ilə əlaqədar hədisləri yox edə bilərdilər. Sünnilərin elə bir xüsusiyyəti var. Hamısını tənzih edərəm, amma böyük bir qisimi elədir. Öz fikirlərincə yox etməyə çalışırlar. Bir qisimi 12 dənə buraxmış, biri bilməm nə qədər buraxmış. MaşaAllah şiələr, minlərlə hz. Mehdi (ə.s) ilə əlaqədar hədisi mühafizə etmişlər. Baş edə bilməmişlər. Yəni oradan Allah qapını açmış. Əlbəttə sünnilərin də hz. Mehdi (ə.s)-ı sevəni çoxdur.

(“Hörmətli hocamız “Böyük Yaxın-şərq layihəsi” haqqında nə düşünür?” sualına cavab olaraq)

Böyük Yaxın-şərq layihəsinin məqsədi İslam aləmini parça-parça etmək idi. Yəni Mehdiyət vəhdəti təmin etmək, bütünlüyü təmin etmək istəyərkən, tək parça olmağı təmin etmək istəyərkən dəccaliyət də parça-parça etməyi qarşısına məqsəd qoydu. Böyük Yaxın-şərq layihəsi dəccaliyətin bir layihəsidir. Dəccaliyət İslam aləmini parça-parça etmək, kiçik parçalara ayırmaq və qısası çox asan təsirsiz hala gətirib yox etmək üçün bir plan hazırladı. Amma Allah ayaqlarına doladı. Yəni bu dolamağı da daha da irəlidəki illərdə görəcəksiniz.

Xurafatçının ən diqqət çəkən xüsusiyyəti qadın düşmənçiliyidir

Qadınlara hirslidir. Qadınlara qarşı içində təsvir edilməz bir kin var. Qadınlardan nifrət edər. Bu səbəbdən özündən də nifrət edir. Küçədə də görürsünüz, məsələn həmişə avtomobil istifadə edən qadınlara qarşı kinli, küçədə gördüyü qadınlara, həmişə alçaq görər, sadə görər. Özünü böyük görər. Sevgini bilməyən, sevgiyə qarşı döyüşən, ağzından nifrət tökülən, ağzından hirs tökülən, kobud, keyfiyyətsiz, xaraktersiz insanlara xurafatçı deyirik. Yaxud mövhumatçı deyirik. Əlbəttə bu xürafatçıların bir qisimi fağır olur. Həqiqətən cahil, məlumatsız olurlar. Öyrətsən adam olar. Amma bir qisimi insan deyil, insan görünüşündə şeytandır. Ona görə insanlar onlara nə qədər izah etsə izah etsin şeytan olduğu üçün heç təsirlənməz. Amma görən də onu insan zənn edir, çünki yeriyir.

İnsan şəklində çox şeytan yer üzündə gəzər

Adam şeytan deyilincə alnında buynuzlar filan olacaq zənn edir. Halbuki insan şəklində çox şeytan yer üzündə gəzər. Bəlkə də onun şeytan olduğunu bilsə insanlar çox şiddətli qorxacaqlar. Allah bax ins və cin şeytanlar deyir. İnsan şeytanlar vardır. Tam şeytandır. İnsanlar hiss etməzlər. Onlar cəmiyyət içində gəzərlər. Dini korlayar, müsəlmanlığı korlayar, qadınlara qarşı nifrət doludur, pozğundur, kin doludur, xaraktersizliyi, pisliyi təşviq edərlər. Alçaq kompleksi içərisində təcavüzkardır, qan tökmək istəyərlər. Şeytanın xüsusiyyəti nədir? Qan tökmək. Şeytana tabe olanlar da qan tökərlər. Onun üçün şeytanın milyonlarla yer üzündə ordusu var, insan ordusu var, insanlardan ibarət ordusu var. İnsanlar da hiss etmədikləri üçün küçələrdə şeytanlarla yanaşı otururlar. Məsələn məktəbdə yanaşı oturur, restoranda yanaşı oturur, hovuzda şeytanla birlikdə üzür, xəbəri olmur. Yaxud ailəsinin içində şeytan olur, bilmir. Yaxud evləndiyi qadın şeytan olur, fərqində olmur. Bilmir. Axirətdə öyrənir. Məsələn bax, hz. Nuh (ə.s)-ın xanımı, hz. Lut (ə.s)-ın xanımı. İmtahanın gərəyi olaraq fərqində olmurlar, bilinməz.

Peyğəmbər də Qurana tabe olmaqla mükəlləfdir, öz-özünə əlavə hökm gətirə bilməz

“Heç kimə yaraşmaz ki, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!” – desin. Əksinə, o deyər: “Öyrətdiyiniz Kitabın və ondan öyrəndiyiniz şeyin sayəsində din xadimləri olun!” (Ali İmran surəsi, 79)

Bu qədər. Peyğəmbər də Qurana tabe olmaqla mükəlləfdir. Öz-özünə hökm gətirə bilməz. Əlavə hökm gətirə bilməz. Bütün dünyanı Peyğəmbər (s.ə.v)-ə düşmən etməyə çalışırlar və bütün dünyada hz. Məhəmməd (s.ə.v)-ə qarşı düşmənlik yayılmağa başladı. Peyğəmbər (s.ə.v)-i sevdirsənə. Demədiyi şeyləri dedi deyə niyə söyləyirsən? Yalnız Quranı izah etsənə.

Mehdi (ə.s) dini yüngülləşdirəcək, asanlaşdıracaq

“Peyğəmbərimiz (s.ə.v) də hz. Mehdi (ə.s)-dan bəhs edərkən, onun bu xurafat və bidətlərə əsaslanan din anlayışını dəyişdirib dini öz zamanındakı saf öz halıyla yaşanacağı hala gətirəcəyini bildirir”.

Mehdi (ə.s)-ın xüsusiyyəti dini yüngülləşdirməsi, asanlaşdırmasıdır. Onu Muhyiddin Ərəbi həzrətləri də söyləyir. “Gəldiyində füqəha üləma dini asanlaşdırdığını gördüklərində ondan nifrət edərlər” -deyir. “Onu küfrlə, dəlalətlə günahlandırarlar” -deyir.

Allah Peyğəmbərimiz (s.ə.v)-ə miracda hz. Mehdi (ə.s)-ı göstərmiş və Mehdi (ə.s)-ı sevdiyini bildirmişdir

Abdullah ibn Ömər ibn Hattabdan: Rəsulullah (s.ə.v) belə buyurdu:

Abdullah ibn Ömər Hattab. Çox mötəbər bir qaynaqdır.

“Mirac gecəsi Allah Azze və Celle mənə belə vəhy etdi: “Ey Məhəmməd! Onları görmək istərsənmi?” “İstəyərəm ya Rəbbim!” dedim.

Belə buyurdu: “Elə isə bir az irəlilə”. Bir az irəliləyincə Əli ibn Əbu Talibi gördüm.

Ay maşaAllah. Hz. Əli kərəmullahu vəchə.

Sonra Həsən, Hüseyn, Əli ibn Hüseyn, Məhəmməd ibn Əli, Cəfər ibn Məhəmməd,

Həmişə Peyğəmbərimiz (s.ə.v)-in nəvələri bu kəslər.

Musa ibn Cəfər, Əli ibn Musa, Məhəmməd ibn Əli, Əli ibn Məhəmməd, Həsən ibn Əli və HÜCCƏTİ QAİMİ GÖRDÜM.

İmam Mehdi.

Mehdi onların içində parlayan ulduz kimi idi.

Bax maşaAllah, xüsusi diqqət çəkir. Peyğəmbərimiz (s.ə.v) miracda görür. Bu hədisə görə hz. Mehdi (ə.s)-ın səhabə olduğunu anlayırıq. Çünki peyğəmbərimiz (s.ə.v) ilə ruhən və bədənlə görüşmüş olur. Hz. İsa Məsih (ə.s)-ı da gördüyü üçün o da səhabədir. Hz. İsa Məsih (ə.s) da səhabədir, hz. Mehdi (ə.s) da səhabədir. Yəni iki səhabədən bəhs edilmir. Miracda görüşdükləri üçün onlar da səhabə olmuşlar. Peyğəmbərimiz (s.ə.v)-i bir insan on saniyə belə görsə, göz-gözə gəlsə səhabə olar. Miracda uzun müddət görüşdülər. Hz İsa Məsih (ə.s) və hz. Mehdi (ə.s). Hər ikisi də səhabədir.

“Dedim ki: Ey Rəbbim! Kimdir bunlar? Belə buyurdu: “Onlar imamlardır. Bu da qaim (qiyam edici) dir. Halalımı halal edəcək. Haramımı isə haram edəcək””.

Yəni Qurana tam tabe olacağı üçün Qurana insanları dəvət edəcək. Halal-haramda bir qarışıqlıq oldusa onu düzəldir. Məsələn adam gərəksiz yerə yalan danışır. Haramdır deyir. Yox deyəcək bu haram deyil, halaldır. Adam halalı da haram edir. Yox deyəcək bu, bu şəkildə deyil. Siz bunu dəyişdirmisiniz, doğrusu budur deyəcək.

“Düşmənlərimdən də intiqam alacaq”.

Elmlə mədəniyyətlə. Darvinistləri, materialistləri, PKK-nı, hər kəsi fikirlə, elmlə darmadağın edəcək.

“Ey Məhəmməd onu sev. Çünki mən onu sevirəm. Onu sevəni də sevirəm”. (Şeyx Məhəmməd İbrahimi Numanı, Gaybet-ül Numanı, səhifə 97)

Allah Mehdi (ə.s)-ı sev deyir, vəhylə söyləyir. Birbaşa söyləyir. Bax mən sevirəm onu deyir, onu sevəni də sevirəm deyir. Onu sevməyəni Allah sevmir.

MaşaAllah, baxın bu şiə qardaşlarımızın mötəbər qaynağından gələn hədisdir. Sünnilər itirmişlər. Gaybet-ül Numanı kitabı da itmişdi. Allaha çox şükr, bir yerdə, gizləndiyi bir yerdə, topasıyla, bütöv şəkildə kitab tapıldı. Çox köhnə bir əsərdir. İtdi deyərkən, insanlarda ümidlər kəsilmişdi, Gaybet-ül Numanı tapıldı. Ondan sonra həm çoxaldıldı, həm bir çox dillərə tərcümə edildi. Originalının itməməsi böyük bir möcüzədir. Allahın bir lütfüdür. Gizləndiyi yerdə tapıldı.

Mehdi (ə.s) siyasətlə maraqlanmayacaq

Bədiüzzaman deyir ki, Əmirdağ Lahikasında: “Mehdi hadisəsi haqqında qeyri müntəşir bir məktub”. İntişar etməmiş, çap edilməmiş bir məktub.

“Hərçənd həqiqət nöqtəsində axır zamanda gələcək böyük mehdi siyasəti tam dindar isəvilərə buraxıb, tək islamiyyət həqiqətlərini isbata, izhara və icraya çalışar”.

Bədiüzzaman Mehdi (ə.s) üçün “O zatı mübarək” -deyir. Mehdi camaatı üçün bu məktubunda “Onun camaatı nuraniyəsi” deyir.

Bədiüzzaman Kastamonu Lahikası səhifə 57-də və Sikkə-i Tasdik-i Gayb-i 43-cü səhifədə də “(Faraza) Fərz edilən, həqiqi gözlənililən” -deyir. “Fərz edilən həqiqi gözlənililən o şəxs belə”. Yəni Mehdi (ə.s) belə, “bu zamanda gəlsə hərəkatını o cərəyanlara uduzmamaq üçün siyasət aləmindəki vəziyyətdən uzaqlaşacaq və hədəfini dəyişdirəcək deyə təxmin edirəm”. Yəni Mehdi (ə.s) siyasətlə ortaya çıxmayacaq deyir. Yəhudi qaynaqlarda da onun üçün deyir, Mehdi (ə.s) evindən, taxtından idarə edər deyir. Evindəki taxtından. Çünki mənəvi liderdir. Yəni o nə respublika başçısıdır, nə baş nazirdir, nə Misirin respublika başçısıdır, nə Türkiyənin respublika başçısıdır. Nə dövlət başçısıdır. Mehdi (ə.s) mənəvi liderdir. Yəni siyasətlə bir işi olmaz. Mehdi (ə.s) siyasəti siyasətçilərə buraxar. Dövlət idarəsi ilə maraqlanmaz. Adamlar zənn edir ki, prezidentlik məqamına gedər, oturar. Bədiüzzaman Mehdi (ə.s)-ın belə bir vəzifəsi yoxdur deyir. Yalnız iman həqiqətlərini isbat, izhar və icraya çalışar deyir. Həmişə fəaliyyətləri iman istiqamətlidir. Ona görə yəhudi qaynaqlarda “taxtından idarə edər” -deyir, evindəki taxtından. Misirin, məsələn respublika başçısı da olacaq, baş naziri də olacaq. Türkiyənin də respublika başçısı da olacaq, baş naziri də olacaq. Mehdi (ə.s) onlara qarışmaz. Mehdi (ə.s) hamısının üstündə mənəvi liderdir. Dövlətlərin idarəsiylə maraqlanmaz. İcra hakimiyyətləri ilə, baş məmurluqlarla, respublika rəisliyi ilə və yaxud prezidentliklə maraqlanmaz. Bütün İslam aləmində, bütün dünyada da sözü keçən mənəvi bir liderdir. Ancaq mənəviyyat.

Mehdi (ə.s)-ın onsuz da vaxtı az olur. Bədiüzzaman onsuz da “vaxt və vəziyyət icazə verməz” -deyir. Çünki siyasət əcaib vaxt alan sahədir. Gedəcəksən, nazirlər kabineti yığıncağına girəcək, oradan oraya, oradan oraya. Olacaq iş deyil. Mehdi (ə.s) mənim anladığım ümmətlə gündə ən çox bir neçə saat maraqlanır. Amma o bütün dünyaya çatır. Məsələn sevgiyə çox ağırlıq verək deyir. Dost olaq, qardaş olaq, döyüşlərə ehtiyac yoxdur. Məsələn iki ölkə döyüşürsə, döyüşməyəcəksiniz deyir. Ehtiyac yoxdur, Qurana görə sevgi vardır deyir. Etmirlər. Məsələn, dənizə insanları doldururlar elə deyilmi? Dənizdə ölən insan olmasın. Hamısına ev verin, imkan verin, iş verin, belə bir ağrı-acı olmasın deyir, olmur. Məsələn PKK; onları silin, qalmasınlar deyir. Amma onlar onun deməyinə gərək qalmadan onsuz da qorxudan silinər. Mehdi (ə.s) olduğu vaxt onun deməsinə gərək qalmaz. Yəni Mehdinin danışmaları tövsiyə mahiyyətindədir, nəsihət tərzindədir. Yoxsa siyasətə və siyasətçilərə qarışmaz. Elə bir vəzifəsi yoxdur.

Bədiüzzaman deyir: “Çox zaman, əhli imanı dəlalətdən mühafizə etmək, bu vəzifə həm dünya həm hər şeyi buraxmaqla çox zaman tədqiqat və məşğuliyyət tələb etdiyindən hz. Mehdinin o vəzifəsini şəxsən özünün görməyinə vaxt və vəziyyət icazə vermir”.

“Çünki xilafəti məhəmmədiyə cəhətindəki səltənəti onunla məşğuliyyətə vaxt buraxmır” -deyir.

Vaxt buraxmaması nə deməkdir? Vaxtı çox dardır. Yəni nə siyasətlə maraqlanacaq vəziyyətdədir, nə də başqa şeylərlə. Bax “o vəzifəsini özünün görməyinə vaxt və vəziyyət icazə verməz”. Vaxt və vəziyyət. Üzərindəki vəziyyətdənn qaynaqlanan vəziyyət icazə verməz deyir.

Müsəlmanı asmaq çox böyük bir vicdansızlıqdır

Mursiyə edam qərarı verilmiş. İçlərində xanım da varmış. Çox ayıb. Müsəlmanı asmaq çox böyük bir vicdansızlıqdır. Mursiyə xaricə çıxış icazəsi verməlidirlər. Xaricə çıxsın. Ən çoxu bu olar. Asmaq çox nalayiq davranış olar. Siyasi qorxuyla asmağa çalışmaq. Adnan Menderesdə də elə oldu. Siyasi qorxu ilə asmağa çalışdılar. Çox böyük bir zülm.



DEVAMINI GÖSTER