Hörmətli Adnan Oktarın 29 aprel 2015-ci il tarixli Xoş söhbətlər proqramından əhəmiyyətli başlıqlar

A9 TV, 29 aprel 2015-ci il Xoş söhbətlər

Möminlərin bir-biriylə mübahisə etməsi haramdır

Ənfal surəsi, 46 “Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin” -deyir Allah ayədə. Bax bir mübahisə, çəkişmə ola bilir möminlər arasında. Mübahisədən qaçmaq lazımdır. Mübahisənin arxasınca da bir-biriylə çəkişmə. bir-birinizlə mübahisə etməyin” bax,yoxsa ruhdan düşər və zəifləyərsiniz”. Allah haram edir. Amma Allah dünyada cəza verərəm deyir; “ruhdan düşər”, iki “zəifləyərsiniz”. Bəla olaraq. Yəni Allah bunlar bir ön bəla olaraq olar deyir. Ruhdan düşmə, zəifləmə. Bu vəziyyətə qarşı mömin nə etməlidir? Səbir edəcək. Bax “Səbir edin, çünki Allah səbir edənlərlədir”. (Ənfal surəsi, 46) Kim səbir etsə, onları qoruyur.

Allahın şıltaqlıq deyə bir şey yaratması möcüzədir

(Ənfal surəsi, 47)Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün” Rifahın insanları şıltaqlaşdırması və azdırması heyrət vericidir. Nəticədə bir qab yemək yeyirsən, amma adam azır və qəribə bir şəkildə şıltaqlaşır. Rifahdan şıltaqlaşma və azma, bu möcüzədir. Məsələn, normal bir insankən dəliyə dönür, şıltaqlaşır və rifahdan azır. Peyğəmbərimiz (s.ə.v) zamanında Allah deyir: “Onların sənə düşmən olmasının səbəbi sənin onları zəngin hala gətirməyindir” -deyir. Yəni onlara gözəl baxmağın, gözəl imkanlar verməyin, zəngin yaşatmağındır. Ona görə belə şıltaqlaşıb azırlar, deyir. Bu ayədə də rifahdan şiltaqlaşıb azdırar deyir Allah; təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxan”. Bir də insanlara belə, özünü göstərmək. Halbuki özünü göstərdiyin də öləcək, sən də öləcəksən. Özünü göstərdiyin nədir? Bir neçə paltar, bir neçə bijüteriya, bəlkə bir avtomobil, bəlkə bir telefon, bu kimi şeylər. Qardaşım məzara girdiyində hamısını buraxırsan. Yəni Iphone-nun da, kompüterin də qalır masanın üstündə; sən torpağın altında olursan. Yalnız bir kəfən. Allahın şıltaqlıq deyə bir şey yaratması bir möcüzədir. Bir də azma. Məsələn, normal insan ikən təkəbbürlənərək yeni bir xarakter göstərir. Nə oldu deyirlər məsələn, o şıltaqlaşdı deyir. “Bayaqkı adam bu deyildimi?” deyirsən. Bəli bu idi. Ağlı başında normal bir adam idi. Amma indi şıltaqlaşdı, deyir. Bir də azır, daha irəliləmiş forması. Arxasından nə edir? Özünü insanlara göstərir.

Şıltaqlaşma, azma və insanlara özünü göstərmə bir-biri ilə əlaqəlidir. Məzlum insanlara poza verir. Sən də məzlumsan, insanlar da məzlumdur. Ölüb gedəcəksən. Ağılını başına al. Nəticədə ətdən, sümükdən meydana gəlmisən. Paltar geysən nə olacaq? Kompüterin olsa nə olacaq? Telefonun olsa nə olacaq? Ət, sümük olduğun üçün ölürsən, məzarın altına qoyurlar, parça-parça olub çürüyəcəksən. Niyə təkəbbürlənirsən? Niyə azırsan? Niyə özünü göstərirsən?

Bunlar, belə tiplər Allahın yolundan getməyə maneə olarlar deyir Allah. Məsələn, müsəlmanların təbliğ etməsinə mane olar, danışmasına mane olar, İslamın yayılmasına mane olar, müsəlmanlara pis nümunə olarlar. Allahın hökmlərini tapdalayaraq pis nümunə olarlar.

Amma deyir ki; “Allah onların əməllərini hər tərəfdən ehtiva etmişdir”. (Ənfal surəsi, 47) Yəni hər təfərrüatı, ən xırdalığına qədər, şıltaqlaşması, azması, özünü göstərməsi; hamısını Mən yaradıram, Mənim idarəmdədir deyir Allah. Çünki təkəbbürlənib azdığında adam zənn edir ki, Allahdan müstəqil, ayrı bir güc olaraq edir. Onu Allahdan müstəqil edə bilməz. Allah hamısı Mənim əhatəm altındadır deyir. Hər tərəfdən. Mənim məlumatım daxilindədir deyir.

Şeytan insanlara pislikləri cazibədar göstərər

O zaman şeytan onların əməllərini özlərinə gözəl göstərib” (Ənfal surəsi, 48) Şeytanın xüsusiyyəti budur. Hərəkətlərini, etdiyi əxlaqsızlığı, nalayiqliyi, yersizliklərini cazibədar göstərir, bəzəkli göstərir. Məsələn həyasızlıq edir. Ağılsızlıq edir. İslama zərər verir, müsəlmanlara zərər verir. Amma buna kömək edən şeytan olur və cazibədar göstərir. O, təsir edici bir şey etdiyi qənaətindədir. İnsanlara qarşı belə təkəbbürlənib azmaq, təpədən baxmaq, eqoist olmaq; onu ona şeytan gözəl göstərir. Amma onu çox asan edir. Bir neçə tövsiyə ilə edə bilir.

Möminlər küfrdən daha güclü şəkildə bir-birlərini qorumalıdırlar

Allah “Kafirlər də bir-birinə dostdurlar” –deyir. Ənfal surəsi 73-cü ayədə. “Əgər siz bunu etməsəniz” Allah, fitnə və fəsad olar deyir. Yer üzündə böyük bir fitnə və fəsad olar deyir. Mömin bir-birinin vəlisi olacaq. Yəni küfr necə bir-birini qoruyursa, möminlər də bir-birlərini qoruyacaqlar. Çünki, Əgər siz bunu etməsəniz” deyir Allah. Eyni küfr kimi, onlardan daha da güclü olaraq bir-birinizi qorumasanız. Bu fitnə indi yer üzündə oldu. Fəsad da oldu. Allahın sözü yerinə yetdi. Böyük bir fitnə və fəsad. Hər yerdə İslam aləmində fəsad var. Böyük bir fitnə də hər yeri bürüdü. Çünki bir-birlərini sevmirlər. Bir-birlərinin vəlisi deyillər. Qorumurlar, şəfqət duymurlar, mərhəmət duymurlar. Əksinə nifrət edirlər.



DEVAMINI GÖSTER