Hörmətli Adnan Oktarın 8 may 2015-ci il tarixli söhbətindən əhəmiyyətli başlıqlar

A9 TV, 8 may 2015-ci il

(Məşhur sənətçi Zəki Alasya qaraciyər müalicəsi gördüyü xəstəxanada 72 yaşında vəfat etdi.)

Zəki Alasya çox zarafatcıl, sevimli, qiymətli bir sənətçi idi. İllərlə türk millətini şənləndirdi, onları xoşbəxt etmək üçün cəhd göstərdi. Həqiqətən uşaqlar, gənclər hər kəs onun filmlərini çox sevərək seyr edirdi. Allah rəhmət etsin. Mömin bir insan idi. Allaha inanan bir insan idi. Təmiz bir insan idi, vicdanlı bir insan idi. Allah ailəsinə də səbirli olmağı nəsib etsin. Allahdan gəldik, Allaha dönəcəyik. inşaAllah.

(İranda kürdlərin sıx yaşadığı Mahabad bölgəsində dünən Fərinaz Hosrəvani adlı bir kürd gənc qız İranlı kəşfiyyatçıdan qaçarkən bir otelin pəncərəsindən tullanaraq intihar etdi. Bəzi iddialara görə gənc qızın təcavüzdən qaçdığı üçün intihar etdiyi deyilir.)

Bəli böyük ehtimalla zorakılığa məruz qalmışdır. Əlbəttə çox böyük bir əxlaqsızlıqdır, bir qadının sevgisi olmadığı halda, bir tələbi olmadığı halda ürəyində bir məhəbbət olmadığı halda onu əlaqəyə zorlamaq birbaşa ləyaqətsizlik, əxlaqsızlıq və şərəfsizlikdir. Çünki bir qadınla bir kişinin birləşməsi üçün şərtlər; birincisi qadın o kişini çox sevməlidir, hörmət etməlidir, dəyər verməlidir, güvənməlidir. Halalı olaraq görməlidir, ürəyində ehtiras duymalıdır. Ancaq o zaman Allah bir məmnuniyyət duyğusu verər. Yoxsa it kimi ətə, sümüyə hücum etmək çox alçaq bir hərəkətdir. İran üzr istəsin. Belə əxlaqsızlara da yol verməsin.

(Rumeli Hisarının içində olan və konsert sahəsi olaraq istifadə edilən məkanda məscid tikilməsi müxtəlif mübahisələrə gətirib çıxardı. Respublika başçısı Ərdoğan “Bir mükafat mərasimində sənətçi olduğu iddia edilən bəziləri “Biz burada məscid tikdirmərik” deyir. Siz kimin bağından kimi qovursunuz. Ora onsuz da, ibadət məkanıdır” dedi.)

Tayyib hocamın yaxşı tərəfi budur. Belə şeylərdə ürəkli və cəsur rəftar sərgiləyir. Bir yer düşün mehrabı durur, minarəsi durur. Ora məsciddir. Qanunla, hüquqla ora məsciddir və oraya məscid tikilməsi son dərəcə məqbuldur. “Tikdirməyəcəyik”. Sən kimsən də tikdirmirsən? Sənin sözünlə olmaz, millətin sözüylə olar. Hər xaraba hala gəlmiş məscid yenidən canlandırılmalıdır. Haramdır o halda buraxmaq. Mütləq əhya olmalıdır. Məscid qiyamətə qədər məsciddir. Sən oranı söküb əyləncə yeri edə bilməzsən.

CHP suriyalıları geri qaytarmaq sözünü dilinə gətirməsin

Amma belə ola bilər, məsələn deyər: “Suriyada biz onlara öz vətənlərini onlara etibarlı bir bölgə halına gətirəcəyik. Suriyada bir təhlükəsizlik zolağı meydana gətirəcəyik. Təhlükəsiz bir bölgə meydana gətirəcəyik. Qardaşlarımızı oraya götürəcəyik”. Bunu desə yaxşı. Amma döyüş davam edir, “geri göndərəcəyik”. Ölümə göndərmiş olursan. İndi bu CHP-yə yaraşırmı? Bu CHP-yə yaraşmır. Çox ayıbdır. Bu vəziyyətdə CHP-yə kimsə səs verməz. Mən “CHP-yə səs verilsin deyirəm” amma bu olmamaq şərtiylə. Məsələn “MHP-yə də səs verilsin” deyirəm; çünki Türkiyənin təhlükəsizliyi baxımından yaxşı olar.

(“Hocam bu qədər sevilən, məlumatlı, müvəffəqiyyətli bir insan olmağı necə bacarırdınız?” Tamaşaçı mailinə cavab olaraq)

Məlumatın sahibi Allahdır. Bizə Allah istədiyi qədər məlumat verir, sevginin sahibi də Allahdır. Allahın istədiyi qədər sevilərik. Təcəllinin sahibi də Allahdır. Bir insanı biz sevdiyimizdə Allahın təcəllisini sevərik.

(“HDP federasiya istəyir” sözümüzə qarşılıq olaraq, “Elə bir şey yoxdur. Biz yerli rəhbərliklərlə öz şəhərlərini idarə etsinlər deyirik” deyən tamaşaçıya cavab olaraq)

Öz şəhərini adam özü idarə edirsə, bax federasiya buna deyərlər. Öz qubernatorunu özü seçir, öz əsgərini özü qurur, öz polisini özü qurur, öz dövlətini özü qurursa ayrı bir dövlət olmuş olursan. Federasiya olmuş olursan. Özbaşına hərəkət edirsənsə, artıq sən federasiyasan.

Zəki Alasyanın mason olduğu iddialarıyla bağlı

Zəki Alasya masondursa bunda nə problem var? Masonluğa onsuz da Allaha inanmayan heç kimi götürməzlər. Mason olmaq demək dinsiz imansız mənasını verməz. Mənim mason yoldaşlarım, tanışlarım var olduqca dindardırlar. Katolik olanlar var, qatı katolik mason; ravvin var, qatı dindar ravvin, baş ravvinlər var mason olan. Yəni masonluq dinsizlik deyil. Bir dərnək kimi düşünsünlər, bir birlik kimi. Yəni yaxşı niyyətli olmağı, dostluğu, yoldaşlığı hədəfləyən bir birlikdir. İçində ateisti də var, dinsizi də var, katolik olan var, müsəlman olan var, yəhudi olan var, bütpərəst də vardır, hamısı vardır. Bir də ölən bir insana hüsnü zənn edilər. Bir dəfə belə “Allah” demiş olması kifayətdir, bir dəfə “Allaha şükr” desə kifayətdir, bir dəfə “Əlhəmdülillah” desə kifayətdir. Hüsnü zənn edilməlidir. Bu şəkildə bir üslub ayıbdır.

(SASAM başçısı Süleyman Erdəm, cənub-şərq təəssüratlarını paylaşdı. Erdəm, marksist terror təşkilatı PKK-nın, cənub-şərqdəki din alimləri ilə qənaət rəhbərlərinə böyük bir təzyiq tətbiq etdiyini izah etdi.)

Allah Allah. Bu məşhur bir mövzudur, onsuz da bilinir. PKK sahə hakimiyyəti təmin etdiyinə görə, bütün bölgəni işğal etdiyinə görə. “İşğal” nə deməkdir? Adam təhdid edir bütün milləti, öz fikrincə yola gətirir. Bax orada bizə kitab paylamağa imkan vermirlər, yığıncaqlar edə bilmirik, Allahı xatırlaya bilmirik. Yəni özünə güvənərək heç kim gedə bilmir. Millət vəkilləri də gedə bilmir, nazirlər də gedə bilmir. Daş yağışına tuturlar. Bölgə PKK tərəfindən işğal edilmişdir. Bu işğalın qırılması lazımdır. Mehmetciyin əli tutulmasın. PKK-nın cənub-şərqdəki gizləndikləri yerə girsinlər. O mikrobları elmlə mədəniyyətlə, hüquqla qanunla təmizləsinlər.

(Süleyman Ərdəm bölgədə tayfa rəisləri ilə din alimlərinin sözlərinin çox keçdiyini, dinlənildiyini; lakin onların da bir şey etmədiyini ifadə edir. PKK tərəfindən təzyiq və təhdidə məruz qaldıqlarını eyham yoluyla söyləmişlər.)

Orada hansı şeyx ağızını aça bilər? Səhəri gün vurarlar. Yüzlərlə, minlərlə meşəbəyini şəhid etdilər. On minlərlə əsgərimizi şəhid etdilər. On minlərlə polisimizi şəhid etdilər. Adamların gözü dönüb. Əsgər bir yerdən girib o biri tərəfdən çıxacaq. Hamısını həbs edib mövzunu bitirəcək.

(Abdullah Yeğin, Hüsnü Bayramoğlu və Əhməd Aytimur qardaşlarımız seçki mövzusunda şərh etdilər və Bədiüzzaman həzrətlərinin Demokrat partiyasını niyə dəstəklədiyini izah etdiyi sözlərini gündəmə gətirdilər: “Çünki Xalq partiyası iqtidara gəlsə, kommunist qüvvəni eyni partiyanın altında bu vətənə hakim olacaq. Halbuki bir müsəlman qətiyyən kommunist ola bilməz, anarxist olar. Bir müsəlman heç bir zaman əcnəbilərlə müqayisə edilə bilməz. Bax bunun üçün həyatı ictimaiyə və vətənimizə dəhşətli bir təhlükə təşkil edən bu partiyanın iqtidara gəlməməsi üçün, Demokrat partiyanı, Quran, vətən və islamiyyət adına mühafizə etməyə çalışıram”. dedi. (Emirdağ Lahikası-2 (206)

Mənim qənaətim Ustada əlbəttə böyük hörmətim var; amma CHP artıq köhnə CHP deyil. Yəni indi elə bir risk olduğunu mən düşünmürəm. Vətəndaş rahat bir şəkildə CHP-yə də səs verə bilər, Milliyyətçi Hərəkat Partiyasına da xüsusilə səs verə bilər. Ak partiya onsuz da demokratları təmsil edən bir partiyadır. Ona da səs verə bilərlər. Bu səbəbdən rahat olsunlar. Türkiyəni kimsə kommunist edə bilməz. Elə bir şeyə icazə vermərik. Edə bilsəydi PKK edərdi. Mağaralardan çıxa bilmirlər, it kimi başlarını çölə çıxara bilmirlər. Yəni başlarını qanunla, hüquqla buldozer kimi əzərik. Hüquq çərçivəsində, kimsəyə düşüncəsizlik etdirmərik.

(Vanın Başqala mahalında Ak partiya heyətinin təbliğat işləri əsnasında çıxan hadisələrdə nəzarətə alınan 5 HDP-li həbs olundu.)

maşaAllah. Məhkəmələr də işləyir, prokurorlar da işləyir, polis də işləyir. Nə lazımdırsa etsinlər, belə simvolik olmasın. Minlərləsini tutub həbsə atsınlar. Başqa cür bunlar təmizə çıxmaz. Dağlardan o alçaqların hamısını qanunla, hüquqla qazımaq lazımdır.

(Gülən ictimaiyyətinin HDP-yə səs verəcəyi istiqamətindəki iddialara cavab olaraq)

İstəyən HDP-yə səs verər. Hər kəs azaddır. Əyrisi, doğrusu hər şey ortadadır. Amma Türkiyənin bölünməsinə qapı açan hər üsluba şiddətlə qarşıyıq.

(İrandakı qarşıdurma və qiyamlar hələ də davam edir. Xalq kəşfiyyatçıların binalarını yandırırmış. Az əvvəl Ruhani orduya “Geri çəkilin. Müdaxilə etməyin” əmrini vermişdir.)

Amma azğınlığa da ehtiyac yoxdur. Adam cinayət törətdisə qanunla, hüquqla cəzası verilər. Bina yandırmağın, ora, bura hücum etməyin mənası nədir? Belə bir hüquq harada görülmüş? Belə bir qanun harada görülmüş? Bu çox primitiv bir anlayışdır.

(PEJAK İranda qiyam çağırışı etmiş.)

Çox ağılsızdırlar. Öz edam əmrlərini vermiş olurlar. İran bunları yun kimi sovurub atar. Yəni 48 saatda bir dənəsini buraxmaz. Yenə insan olduqları üçün yazığım gəlir. Bu hücumu dərhal dayandırsınlar. Ən az itki ilə xilas olsunlar. Bax söyləyirəm, başqa cürə kütlə qırğını olacaq. Hamısını qazıyacaqlar. Bir adam qalmaz.

(Van Ak partiya Başqala təşkilatı toplu olaraq HDP-yə keçdi. Süleyman Soylu mövzuyla əlaqədar bunları söylədi: “Təxminən 37-38 yoldaşımızın istefası bizə gəldi. Burada bu mahal başçısı təhdiddən çəkinib, edəcəyi işdən imtina edir, təhdidə dözə bilmir. Təhdid o qədər böyük bir ölçüyə gəldi ki, iş nizamını itirmiş vəziyyətdədir” şəklində danışdı.)

Elə isə lazımdırsa etsinlər. Dövlət gücünü göstərsin. Zorla, silah gücüylə adamlar belə nəticə alırlar. Mən deyirəm: “Bu şərtlərdə seçki olmaz”. Seçkini ləğv etsinlər. PKK-nı qazısınlar. PKK məsələsi həll olsun, sonra seçkilərə gedək. Belə seçki olmaz. Dayanmadan şikayətlənirlər. Əlində qüvvə var; polis var, əsgər var, xüsusi hərəkatçı var, hər kəs var. Bütün vətəndaşlar yanınızdadır. Nə lazımdırsa edin. Silah gücüylə oranı alan, silah gücüylə o biri bölgələri də alar. Belə passiv bir üslub olmaz. Belə bir dövlət dünyagörüşü də olmaz. Belə bir hökumət anlayışı da olmaz. Bunu dəyişdirməlidirlər.

(Həsən Camal, bu günki yazısında Öcalan ilə Cənubi Afrika lideri Mandelanı müqayisə etdi.)

Bənzətmələr çox nalayiqdir. Mandela yüz minlərlə insanın qatili deyildi. Bu adam yüz minlərlə insanın qatilidir. Binaları dağıtdı, Türkiyəni məhv etdi. Kommunist qiyam üçün hər kəsi daim təşviq etdi. Günahkar olduğu üçün də indi həbsdədir. Hansı ölkə olsa eyni cəzanı verərdi. Ədalətsiz bir şey yoxdur. Ədalətə, hüquqa uyğun bir vəziyyətdir. Türkiyənin bölünməyəcəyi bəllidir. Heç kim ona icazə verməz.

(Kobani hadisələrinin ardından Cizrə sərhədindəki 250 nəfər adama İŞİD-in cildinə girən PKK-lıların hücum edəcəyini öyrənən əsgərlər qırğının son anda qarşısını almışdılar.)

PKK-ın da sistemi həmişə namərdlik üzərində qurulmuşdur. Ya donuz cildinə girirlər, ya qadın cildinə, ya da ağac cildinə girirlər. Çox xaraktersiz insanlardır. Əsgər bunları qanunla hüquqla əzər. Ak partiya nə üçün gözləyir mən heyrət içindəyəm. Bu acizlik içindəki ifadələr nəyə lazım? Get tut hamısını, tut həbsə at.



DEVAMINI GÖSTER