Hörmətli Adnan Oktarın yeni izahları (11 noyabr 2012; 11:30)

(Nisa surəsi, 76)

Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.

“Möminlər Allah yolunda”. Nə imiş? Sırf namaz yox, Allah yolunda mübarizə aparırlar. Ömür boyu. “Kafirlər isə tağut yolunda”. Dəccal tərəfində “vuruşurlar”. Mübarizə apararlar, cəhd edərlər. Dəccaliyyəti hakim etmək üçün mübarizə apararlar. “Elə isə şeytanın dostları ilə vuruşun!” Allah deyir; cəhd edin, mübarizə aparın. Elm ilə, irfan ilə. “Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir”. Necə? Darvinizmi görürsünüz, son dərəcə gücsüzdür, çox asan şəkildə, elm ilə, irfan ilə təsirsiz hala gətirə bilirik. Çünki şeytan insanlarla zarafat edir. “Siz” -deyir; “Palçıqdan, təsadüflər nəticəsində yarandınız” -deyir. “İlk atanız mikrob idi” -deyir. Bəziləri də “Həqiqətən doğru söyləyir” -deyir. 

 

(Nisa surəsi, 165)

Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir.

 

“...elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın” deyə, göndərdim deyir Allah. Yəni, sonra xəbərim yox idi, bilmirdim, etmirdim deməyin, deyir Allah. Onun üçün xüsusi olaraq göndərdim, deyir Allah.

 

(Nisa surəsi, 157)

Bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” – dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. 

 

“Bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” – dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər” -deyir Allah. “… nə də çarmıxa çəkdilər”. Ma sələbə, deyir Allah; asmadılar. “Onlara ancaq İsanın bənzəri göstərildi”. Onun kimi bir insan göstərildi deyir Allah. Təkcə İsa Məsih üçün keçir bu ayə. Bütün peyğəmbərlərə Allah öldü deyir, yəni ölənə. Təkcə İsa Məsih üçün Allah deyir; “Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər”. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər” -deyir Allah. Ma katəlahu, deyir Allah; qətl etmədilər. Bir daha vurğulayır. Sırf İsa Məsihə aid bir xüsusiyyətdir. Allah and içir; “Kitab əhlindən elə kimsə yoxdur ki, (İsanın) ölümündən əvvəl ona iman gətirməsin …” (Nisa surəsi, 159) -deyir. Hamısı iman edəcəklər, deyir. Ancaq İsa Məsihin enişi ilə olar bu. “… Qiyamət günü isə İsa onların əleyhinə şahid olacaqdır”. (Nisa surəsi, 159) –deyir. İsa Məsih. Hamısı toplananda, onlara şahid olur.

 

(Zuxruf surəsi, 48)

Bizim onlara göstərdiyimiz hər bir möcüzə, əvvəlkilərdən daha da üstün idi. Biz onları əzabla yaxaladıq ki, bəlkə, doğru yola qayıdalar.

 

“Bizim onlara göstərdiyimiz hər bir möcüzə, əvvəlkilərdən daha da üstün idi”. Çox böyük dəlillər göstərdik, deyir. Axırzamanda Mehdiyyət dövründə bu dəlilləri gördükləri halda anlamazlıqdan gəlirlər. “Biz onları əzabla yaxaladıq ki, bəlkə, doğru yola qayıdalar” -deyir. Əgər dəlillərimi görməsəniz, əzabla yaxalayaram, deyir Allah. 

 

(Zuxruf surəsi, 49)

Onlar: “Ey sehrbaz! Sənə verdiyi əhd xatirinə Rəbbinə bizdən ötrü dua et, biz də doğru yola gələk” – dedilər.

 

“Onlar: “Ey sehrbaz!”” Yəni, bu cür xitab edirlər hz.Musa (ə.s)-a. ““Sənə verdiyi əhd xatirinə Rəbbinə bizdən ötrü dua et, biz də doğru yola gələk” – dedilər”. Bu qədər dəlil olmasına baxmayaraq. Əzab gedəndə yenə andlarını pozurlar, deyir Allah. 

 

(Zuxruf surəsi, 61)

Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol!

İsa Məsih üçün Allah, “İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir” -deyir. Əbcədi 2026-cı il. Bu ayələr həmişə tarixlərini verir. Məsələn, İsa Məsih ilə bağlıdır bu. “O, qiyamət üçün bir əlamətdir”, İsa Məsihin çıxışı. Allah söyləyir, əbcədi 2026-cı ili verir. 

 

(Zuxruf surəsi, 68)

"Ey qullarım! Həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də”.

 

Əbcədi neçədir? 2023. Baş nazir elan etdi, 2023 dedi. Hökumət söyləyir, amma ən əvvəl Allah söyləyib. Nə deyir Allah? “Həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də". Dünya hakimiyyəti. Zuxruf surəsi, 68. Baxsınlar, tam olaraq əbcədidir.



DEVAMINI GÖSTER