Hörmətli Adnan Oktarın yeni izahları (17 avqust 2012-ci il; 23:00)

Vaqiə surəsi

Şeytandan Allaha sığınaram. “Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz?” (Vaqiə surəsi, 57) Bax, yaratmağa Allah əhəmiyyət verir. Yaradılış. Biz də onun üçün yaradılışı daim izah edirik. Ona görə bizə yaradılışçılar deyilir. İnkar edənlər də darvinist, materialistdirlər.

“Ona yalnız pak olanlar toxunur”. (Vaqiə surəsi, 79) YƏNİ ANCAQ MƏLƏKLƏR TOXUNA BİLƏR. ŞEYTAN TOXUNA BİLMƏZ. DEYİRLƏR; “ŞEYTAN MÜDAXİLƏ ETDİ, TOXUNDU, DƏYİŞDİRDİ”. ALLAH, BU MÜMKÜN DEYİL DEYİR. ŞEYTAN TOXUNA BİLMƏZ QURANA, DEYİR. ANCAQ MƏLƏKLƏR TOXUNA BİLƏR. YƏNİ TƏMİZ OLANLAR TOXUNA BİLƏR.

“O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir”. (Vaqiə surəsi, 80) Quran Allah Qatından endirilmişdir. 80-ci ayədə Quranın endirilməsinə diqqət çəkilir. Eyni zamanda 1980-cı ildə demək ki, bütün İslam aləminə hakim olacaq şəkildə Quranın mənəvi bir endirilməsi var. 1980-ci ildə Mehdi (ə.s)-ın enməsi var. Buna da işarə edilir. ÇÜNKİ 1980-CI İLDƏ MEHDİ (Ə.S)-IN İSTANBULDA ZÜHURUYLA QURANA DÖNÜŞ BAŞLAYIR. DİQQƏT YETİRSƏNİZ QURANA DÖNÜŞ HƏRƏKƏTİ 1980-CI İLLƏRDƏN SONRADIR. Quranı əsas qəbul etmə 1980-cı illərdən sonra başlamışdır. Baxın, bütün dünyada belə olmuşdur.

“Siz bu kəlamı yalan sayırsınız?” (Vaqiə surəsi, 81) Quranı, İslamiyyəti, eyni zamanda Mehdiyəti, Mehdi (ə.s)-ı, İsa Məsihin enişini o dövrdə xor görüb, yalan hesab edirlər və hələ də davam edir.

83-cü ayədə Allah deyir: Can boğaza yetişdiyi zaman” (Vaqiə surəsi, 83) Mehdi (ə.s)-ın hadisəsinə işarə var. Əsl işarə burada ölümədir, canın boğaza gəlib dayanması. Amma ikinci işarə etdiyi məna, MEHDİ (Ə.S)-IN İSTANBUL BOĞAZINA GƏLMƏSİ, İSTANBUL BOĞAZINDA FƏALİYYƏTƏ BAŞLAMASI. ÇÜNKİ PEYĞƏMBƏRİMİZ (S.Ə.V) MEHDİ (Ə.S)-IN BOĞAZ KƏNARINDA OLACAĞINI SÖYLƏYİR.

“Həmin an siz can verən adama baxırsınız”. (Vaqiə surəsi, 84) deyir Allah. Kimə? Ölən adama. İkinci işarəsi nədir? Mehdi (ə.s)-a və yaxud ölən adam özünə baxmış da ola bilər. Yaxud da öz bədəninin qarşısına keçib baxmış ola bilər. Ölmüşdür, öz bədənini görür. Ayənin birinci mənası. İkinci mənası, MEHDİ (Ə.S) SİZİ GÖRÜR, AMMA SİZ MEHDİ (Ə.S)-I GÖRƏ BİLMİRSİNİZ. MEHDİ (Ə.S)-A BAXIRSINIZ, AMMA TANIMIRSINIZ.

“Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz”. (Vaqiə surəsi, 85) Allah ölən adama daha yaxındır. Yəni ölən adamı Allah görür. Amma digər insanlar oradakı hadisəni görə bilmirlər. Məsələn Əzrail (ə.s)-ın gəlişini, mələklərin gəlişini, ruhun çıxışını görə bilmirlər. Allah Mən daha yaxınam deyir, Mən görürəm ancaq siz görməzsiniz. İkinci mənası 85-ci ayədə, MEHDİ (Ə.S)-I SİZ GÖRMƏZSİNİZ, GÖRƏ BİLMƏZSİNİZ İLK ƏVVƏL. O SİZİ GÖRƏCƏK, SİZ ONU GÖRƏ BİLMƏYƏCƏKSİNİZ.

Cənnət yaşılının nə olduğunu biz bilmirik. Bizim bildiyimiz klassik yaşıl vardır. Cənnət yaşılı ayrıdır. CƏNNƏT YAŞILI İNSANI MƏST EDƏN BİR RƏNGDİR. DAVAMLI GÖRMƏYİ ARZULADIĞIN, ONU GÖRDÜKDƏ SANKİ HİPNOZ OLDUĞUN BİR RƏNGDİR. CƏNNƏT YAŞILINA DOYA BİLMƏZ İNSAN. ONUN ÜÇÜN HƏR YERDƏ CƏNNƏT YAŞILI HAKİMDİR. DOYUNCA FƏRAHLIQ MEYDANA GƏLSİN DEYƏ.



DEVAMINI GÖSTER