Hörmətli Adnan Oktarın yeni izahları (17 dekabr 2012; 20:30)

AXIRZAMANDA GƏLƏCƏK OLAN HZ. MEHDİ (Ə.S), O DÖVRDƏ HEÇ KİMİN ETMƏDİYİ LEDÜN ELMİNİ TƏTBİQ EDƏCƏKDİR. Ona görə də bir çox insan hz. Mehdi (ə.s)-a qarşı müxalif olacaqdır. Bir çox insan: “Hərəkətləri İslama zidddir” -deyəcəkdir. Eynilə Xızır (ə.s)-a hz. Musa (ə.s)-ın qarşı çıxması kimi, özləri də bilmədən qarşı çıxacaqlar. HZ. MEHDİ (Ə.S) LEDÜN ELMİNİN AXIRZAMANDAKI SULTANIDIR. Elm-i Batin, Elm-i Ledün Axırzamandakı bu qəribə elmin adıdır. “Qəribə bir elmdir” -deyir, ledün elmi qəribə bir elmdir. LEDÜN ELMİ İLƏ HZ. MEHDİ (Ə.S) UĞURLU OLACAQDIR. Uğurunda əhəmiyyətli vəsilələrdən birisi də ledün elmidir. LEDÜN ELMİ OLMADAN AXIRZAMANDA MÜBARİZƏ APARILMASI, DƏCCALIN MƏĞLUB EDİLMƏSİ MÜMKÜN DEYİLDİR. HÖKMƏN BU QƏRİBƏ ELMİ, LEDÜN ELMİ TƏTBİQ EDİLMƏLİDİR. LEDÜN ELMİNƏ DƏCCAL ÇARƏ TAPA BİLMƏZ. YƏNİ, LEDÜN ELMİ ONU DUZUN SUDA ƏRİTDİYİ KİMİ ƏRİDƏR. ÇÜNKİ DƏCCAL ZAHİR ELM İLƏ MÜBARİZƏ APARAR. BATİN ELMİNƏ QARŞI MÜBARİZƏ APARA BİLMƏZ. BATİN ELMİ HZ. MEHDİ (Ə.S)-DADIR. ONUN ZAHİR ELMİNİ HZ. MEHDİ (Ə.S)-IN BATİN ELMİ YOX EDƏR. ONUN ÜÇÜN DƏCCALIN BÜTÜN QAPILARINI, BÜTÜN PƏNCƏRƏLƏRİNİ AÇAR HZ.MEHDİ (Ə.S), ONUN GİZLİ QALALARINA GİRƏR. ƏN GİRİLMƏZ ZƏNN EDİLƏN YERLƏRİNƏ HZ.MEHDİ (Ə.S) GİRƏR. Onun üçün bu qəribə elmi bilməyən cahil və bilgisizlər öz ağıllarınca hz.Mehdi (ə.s)-a qarşı hərəkət edəcəklər. Hədislərdə də bu çox əhatəli şəkildə izah edilmişdir. Bir müddət keçdikdən sonra o pərdə qalxdıqda hz.Mehdi (ə.s) elmin hikmətlərini izah etdikcə cahil əhlinin ağzı açıq qalacaqdır. BU QƏRİBƏ ELMƏ DƏCCALIN DAVAM GƏTİRMƏSİ MÜMKÜN DEYİLDİR, BU LEDÜN ELMİNƏ.

 

AĞLI BAŞINDA OLAN BİR İNSANIN RƏHBƏRİ QURANDIR. QURANDAN ÇIXAN KİMİ AĞLIN DA GEDƏR ALLAH QORUSUN. QURANLA HƏRƏKƏT ETDİNSƏ UĞUR QƏTİDİR. Ayədə Allah onu dəfələrlə izah edir. Mütləq uğurlu olarsınız deyir Allah. Amma, səbrli və əzmli olaraq Qurana tabe olacaqsınız. 

 

Allah heç kimə zülm etməz. MÖMİNLƏR DƏ HEÇ BİR ŞƏKİLDƏ CƏHƏNNƏMƏ GETMƏZ. Amma, mömin cəhənnəmdən qorxacaq. Cəhənnəm əzabından çəkinəcək. AMMA TƏKRARƏN SÖYLƏYİRƏM; BİR MÖMİN ƏSLA VƏ QƏTİ OLARAQ CƏHƏNNƏMƏ GETMƏZ. ALLAHA SƏMİMİ İMAN EDƏN BİR MÖMİN CƏHƏNNƏMƏ GETMƏZ. CƏHƏNNƏMİ SEYR EDƏR, O AYRI, GÖRƏR, EŞİDƏR, XƏBƏRLƏRİNİ ALAR, AMMA CƏHƏNNƏMƏ GETMƏZ. ƏRAZİSİNƏ GEDƏR, GÖRƏR, AMMA ACI ÇƏKMƏZ. 

 

(Zuxruf surəsi, 57)

“Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü”.

Bu dəqiqə də elədir. Gələcək deyirsən, qəhqəhə ilə gülür. “Olacaq işdirmi?” -deyir. 2000 il sonra yer üzünə gələcək deyirik. “Olacaq iş deyil” -deyir. 

 

(Səba surəsi, 3)

Kafirlər: “O Saat bizə gəlməyəcəkdir!” – dedilər. De: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, o, mütləq sizi haqlayacaqdır. Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın”.

 

“Kafirlər: “O Saat bizə gəlməyəcəkdir!”” Yəni, qiyamət əlamətləri də yaranmaz, Mehdi (ə.s) da çıxmaz, İsa Məsih də gəlməz, qiyamət də gəlməz. “De: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, o, mütləq sizi haqlayacaqdır. Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın””. Yəni, hamısının çıxışı taledə məlumdur; Mehdi (ə.s)-ın zühuru nə zaman olacaq, İsa Məsih nə zaman enəcək hamısı məlumdur. 

 

(Əhzab surəsi, 70)

“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki”,

Yalan demək haramdır. Bədiüzzaman mövzusunda da bəzi qardaşlarımız doğru danışmırlar. Bax, Allah haramdır deyir, sözü doğru söyləyin deyir. Bədiüzzamanın ifadələrini orginal halı ilə, doğru halı ilə danışmalıdırlar. 

 

(Furqan surəsi, 77)

De: “Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!”

Dua hər gün olacaq. Allaha dua etmək çox zövqlüdür. Sevinc verər, dua rahatlıqdır. Böyük nemətlərdən birisidir. 

 

(Bəqərə surəsi, 62)

Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.

 

Həqiqi yəhudilər, yəni təhrif edilməmiş şəkildə Tövrata əməl edirsə, cənnətə gedər. Amma, həqiqi xristian da Peyğəmbərimiz (s.ə.v)-in peyğəmbərliyini təbii ki, qəbul edəcək, inşaAllah. Bu dəqiqə sabiilərin sayları çox azdır. Hz. İbrahim (ə.s)-ın dininə əməl edənlərdir sabiilər. Dinləri İslamiyyətə çox bənzəyir. Öz gizli kitabları var. Peyğəmbərimiz (s.ə.v)-in peyğəmbərliyini qəbul etməmək çox böyük zülmdür. Qəbul edəcək, təhrif edilməmiş şəkildə öz kitabına tabe olarsa, tamamdır.



DEVAMINI GÖSTER