Hörmətli Adnan Oktarın yeni izahları (19 iyul 2012; 23:00)

Səba surəsi

1- Göylərdəkilərin və yerdəkilərin hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur. O, Müdrikdir, Xəbərdardır.

İndi Allahın Axırzamanda xəbəri yaymada və xəbəri insanların almasında yaratdığı quruluşu görürük. Məsələn, indi internetdən birbaşa yayım var. Allahın “Xabir” adının təcəllisi. İnsanlar xəbər alırlar. Məsələn, biz xəbər söyləyirik, məlumat veririk, onlar da xəbər alırlar. Hər cür xəbər almağı Allah yaradır. Hamısı Allaha aiddir. Beynimizdən keçən məlumatları də Allah bilir, çöldə zahir olan məlumatları də bilir.

2-O, yerə girəni də, oradan çıxanı da, göydən düşəni də, oraya qalxanı da bilir. O, Rəhmlidir, Bağışlayandır.

“O, yerə girəni də, oradan çıxanı da, göydən düşəni də, oraya qalxanı da bilir”. Yerin içinə girən? Yağış girir. Nə çıxır? Buxar çıxır. Başqa? Radio dalğaları var yerin içinə girən və yerdən çıxan. “... göydən düşəni də, oraya qalxanı da bilir”. Göydən mələklər enir, cinlər enir. Təyyarə enir. Oraya çıxan yenə mələklər çıxır, cinlər çıxır, təyyarə çıxır, raket çıxır, quşlar çıxır. “Hamısından xəbərdaram” -deyir Allah. Yəni “kosmosa çıxandan da xəbərdaram. Hamısını Mən yaradıram” -deyir Allah.

3- Kafirlər: “O Saat bizə gəlməyəcəkdir!” – dedilər. De: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, o, mütləq sizi haqlayacaqdır. Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın”.

“Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz”. Zərrə nədir? Atom. Atomun daha da kiçik hissələri. “Hamısını bilirəm” -deyir Allah. “Bütün atomların hamısını tək-tək bilərəm” -deyir. Məsələn atom bizə görə kiçikdir, amma bir başqa varlığa görə atom, bir kainatdır. Bir başqasına görə dünya böyüklüyündədir. Bir başqasına görə bir böyük saray qədərdir, atomun içi. “Bundan daha kiçik” atomdan daha kiçik olan demek ki, vardır ki Allah onu deyir. Elm bunu çox sonra fərq etdi. Zərrə atomdur, daha kiçik olan da deyir Allah. “... və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın”. “Hamısı qədərdə bəllidir” -deyir. “Atomların harada olacağı, hansı atomun harada olacağı, hansı protonun hansı neytronun harada olacağı hamısı qeyd olunmuşdur, yazılmışdır” -deyir Allah. Allahın elmini və gücünü anlamaq baxımından bir ölçüdür inşaAllah.

İsra surəsi

44- Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır.

   “Yeddi göy, yer və onlarda olanlar”, yeddi göy, biz indi bilmirik. Bəlkə axirətdə öyrənəcəyik, bəlkə Allah heç öyrətməyəcək, amma öyrənəcəyik Allahu Aləm, inşaAllah. “Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin”, Çünki bütün atomlar hamısı canlıdır. Canlı olduğu üçün də davamlı hərəkət halındadır. Hamısı Allahın əmrinə uyğun hərəkət edər və çox ağıllıdır atomlar. Diqqət etsəniz neytron, proton hadisələrində heç bir qarışıqlıq, bir çaşqınlıq olmaz. “... lakin siz onların tərifini anlamazsınız” -deyir Allah. Demək ki davamlı Allah Allah deyirlər. Tərif deyirlər. Orada bir səs, onsuz da o dönüşdə mütləq səs çıxar. Dönmələrində mütləq səs çıxar. Onu onsuz eşitmirik. Amma təriflərini də heç eşitmirik.

Yunis surəsi

79- Firon dedi: “Bütün bilikli sehrbazları yanıma gətirin!”

Firon dedi: “Bütün” diqqət edin “Bütün” çoxlu sayda, ölkədə nə qədər varsa. Demək ki, ölkəyə hakimdir. “Bilikli”, elm adamı “sehrbazları yanıma gətirin!” -dedi. Dəccaliyyət indi nə ilə vurur? Elm adamları ilə vurur. Saxta elmlə vurur. Firon dövründə necədir? Bütün ölkəyə hakim olmuş, elm adamları var lakin saxta elmlə xalqı aldadırlar. Sehrbazlıq edirlər, cadu edirlər xalqa.



DEVAMINI GÖSTER