Hörmətli Adnan Oktarın yeni izahları (21 iyul 2012; 23:00)

Səhabələr zamanında Peyğəmbərimiz (s.ə.v)-in olduğu bölgədə çoxlu yəhudi vardı. Kiçik-kiçik qruplar halında, böyük qruplar halında yəhudilər var idi. Rəsulullah (s.ə.v) hamısına təbliğ etdi. Onsuz da kök olaraq da Peyğəmbərimiz (s.ə.v) hz. İbrahimin nəslindən gəlir. Hz. İbrahimin bir oğlu hz. İsmayıl (ə.s), bir oğlu hz. İshaq (ə.s). Hz. İshaq (ə.s) oğlu yəni hz. İsrail nəslindən yəhudilər yarandılar. Hz. İsmayıl (ə.s)-ın nəslindən də ərəblər yarandı. Oxşar ataya bağlıdırlar ikisi də, eyni nəsil.

Hz. Davud (ə.s)-dan etibarən şəcərə davam edir hz. Əliyə qədər. Bu səbəbdən hz Əli (r.ə) də hz. Davud (ə.s)-ın nəslindəndir. Bu elmi bir həqiqətdir.

Yəhudilik Masonluq kitabını yayımladığım vaxt qeyri-adi bir tələbat olmuşdu kitaba. O zamanlar çox başa düşməmişdim. 400.000 - 500.000 satdı. Halbuki O kitabda mənim məqsədim; yəhudilərin dinlərinə həssaslığını göstərib biz də belə həssas olaq düşüncəsi idi. Bax, onlar dinlərinə həssas olaraq dünyaya hakim olmuşlar, biz də dinimizə həssas olub dünyaya hakim olaq. Bəhs edilən budur, ifadə edilən budur. Bu səbəbdən də məqsədimizə çatmış olduq.

Peyğəmbərimiz (s.ə.v) dövründə çoxlu yəhudi mənşəli səhabə var idi.

Peyğəmbərimiz (s.ə.v)-in mübarək xanımlarından biri olan Safiye Binti Hüvey, İsrailiyyənin hz. Harunun nəslindəndir. Musəvi soyundandır. Anası Berre Binti Semvan, ata tərəfindən Beni Nudayr. Ana tərəfindən də yəhudilərin Beni Kureyza tayfasının öndə gələnlərindəndir. Bəziləri deyir ki; o dövrdə Peyğəmbərimiz (s.ə.v)-in ətrafında yəhudilər yoxdur deyir. “Atası Huyey ibn Əhtab, Ərəbistandakı bütün yahudilərin başçısı sayılırdı. Safiyye Binti Hüyey Xeybərdə nəcibliyi ilə, gözəlliyi ilə, yaxşı əxlaq və namusu ilə hamı tərəfindən bəyənilirdi. İlk başda Xeybərin ən məşhur qalası olan Şemmus qalasının çox zəngin komandiri Kinanə ibn Hakik ile evləndi. Peyğəmbərimiz (s.ə.v) Xeybəri 629-cu ildə fəth etdi. Hz. Peyğəmbər, hz. Safiyəyə İslam və yəhudilik haqqında fikrini soruşdu. “Ey Allahın Elçisi” -deyir. “İslamı arzu etmiş və sən dəvət etmədən əvvəl səni təsdiq etmişdim”. Bax, yəhudi mənşəli. “Atam da sənin iddianın doğruluğunu etiraf edərdi. Lakin irqçilik onu apardı. Mən Allahdan başqa ilah olmadığına, sənin Allahın Peyğəmbəri olduğuna qəti şəkildə inanıram” cavabını vermişdi. “Peyğəmbərimiz (s.ə.v) hz. Safiyəni azad etdi”, anamızı. “Hz. Safiyə Peyğəmbərimiz (s.ə.v)-in nikahı ilə şərəfləndi”. Bax, yəhudi olan yəhudi soyundan olan bir insan müsəlman olur və Peyğəmbərimiz (s.ə.v) ilə evlənir. “Və bütün müsəlmanların anası oldu. Peyğəmbərimiz (s.ə.v)-ə qarşı böyük məhəbbəti vardı. Hz. Safiyə ağıllı, ürəyiyumşaq və ağır başlıydı. Səxavətli olması ilə bilinirdi”.

“Mədinədə bütpərəst ərəblərin yanında üç yəhudi qəbiləsi də yaşayırdı: Bəni Nadir, Bəni Kurayza, Bəni Kaynuka” Üç ədəd yəhudi qəbiləsi var Peyğəmbərimiz (s.ə.v)-in olduğu yerde. “Bəni Kaynukanın dini lideri olan Husaynın soyu hz. Yusif (ə.s)-a qədər uzanmaqdadır. Bir yəhudi alimi olan atasından dini elmlərin təhsilini almış, Tövrat və təfsiri öyrənmiş biri idi. Tövratı təfsir edə bilən bir xaxamdı”. Abdullah ibn Selam, səhabə. Xaxamkən Müsəlman olur. Rəsulullah (s.ə.v) təbliğ edir. Peyğəmbərimiz (s.ə.v) onlara pis davransa, lənətləsə onlar bu şəkildə olardımı? Əxlaqsız adam lənətlənər. Kitab Əhlinə niyə lənət oxuyursan? “Peyğəmbərimiz (s.ə.v) tərəfindən cənnətlə müjdələnən Əshab-ı Kiramdan, Ənsarın böyüklərindəndir”. Abdullah ibn Selam Xaxam kökənli və yəhudidir. Müsəlman olub və Cənnətlə müjdələnib. İndi Cənnətdədir. “Cahiliyyə dövründə Husayn olan adını Müsəlman olduqdan sonra Rəsulullah (s.ə.v) Abdullah olaraq dəyişdirdi. Müsəlman olduqdan sonra Qurani Kərimdən dörd əllə yapışıb Peyğəmbərimiz (s.ə.v)-i sanki kölgəsi kimi təqib etməyə başladı. Rəsulullah deyir ki; “Cənnətlik bir adama baxmaq kimin xoşuna gələrsə, Abdullah ibn Selama baxsın” -deyir Peyğəmbərimiz (s.ə.v). Hz. Məhəmməd (s.ə.v)-in tərifinə layiq olan və Abadile-i Səba şəklində vəsifləndirilib məşhur olan Abdullah adlı yeddi nəfər səhabəmizdən biridir.

Külli iradə, cüzi iradə deyə bir şey yoxdur. Təkcə bir iradə vardır. Onu da Allah yaradır. Mütləq orda bir büt iradə meydana gətirirlər, Allahın gücü çatmayacaq, haşa. Allahın nəzarəti altında olmayan bir iradəyə sahib olmaq istəyirlər. “Bizdə də bir Allahlıq xüsusiyyəti var” -deyir, haşa. Bütün güc Allahındır. Bir külli iradə vardır, hakim iradə, Allahın iradəsi vardır. Hamısına hakimdir. Tale tamamilə Allaha aiddir. Hamısı bir kitabda yazılmışdır. Tək bir an vardır. Tək bir an içində Allah hər şeyi yaradıb bitirmişdir. Mütləq ki orda bir büt meydana gətirəcəklər. “Cüzi bir hissəsi də bizə aiddir” -deyir. Hamısı Allaha aiddir. Sən kimsən? Ətdən, sümükdən meydana gəlmiş yazıq bir varlıqsan. Üstəlik də onun görüntüsüsən. Kölgə bir varlıqsan. Hamısı Allaha aiddir gücün. Bizi danışdıran da Allahdır. “Allah istəməsə, siz istəyə bilməzsiniz” -deyir Allah. Nitqi verib danışdıran Allahdır. Ayə var. “Nitqi verən Allahdır” -deyir ayədə.

Baxın, Baş xaxam Ahuna, ondan Baş xaxam Hofnai, ondan Baş xaxam Hofnainin qızı, Hofnainin kızı Eset İbn-i Haşim ilə evlənir. Baş xaxam Hofnainin qızı hz. Davud nəslindən evləndiyi şəxs Eset İbn-i Haşim, Eset İbn-i Haşimlə Davud nəslindən olan Hofnainin qızının evlənməsi nəticəsində Fatıma Binti Əsəd dünyaya gəlir. Fatıma Binti Əsəd anamız Əbu Talib Həzrətləri ilə izdivac edirlər. İki mübarək insanın evliliyindən İmam Əli Kərəmullahi Vəchə dünyaya gəlir. Həzrəti Əli Kərəmullahi Vəchədə Havle Bint-i Cəfər əl-Hənəfiyyə anamızla evlənir. İkisinin evliliyindən Muhamməd ibn əl-Hənəfiyyə dünyaya gəlirr. Mənim şəcərəm Muhamməd ibn əl Hənəfiyyəyə dayanır. Bu səbəbdən mən də hz. Davud (ə.s) nəslindənəm, hz. Əli (r.ə) də hz. Davud (ə.s) nəslindəndir, inşaAllah. Fəxr edirəm, möhtəşəm bir şeydir. İsrail nəslindənəm, hz. Davud (ə.s) nəslindənəm, hz. Yəqub (ə.s)-ın nəslindənəm, hz. İbrahim (ə.s)-ın nəslindənəm, hz. Yusif (ə.s)-ın nəslindənəm. Peyğəmbər nəslindən olmaqla da fəxr edirəm.



DEVAMINI GÖSTER