Hörmətli Adnan Oktarın yeni izahları (28 iyul 2012; 23:00)

(Ənam surəsi, 103)

“Gözlər Onu dərk etmir” yəni, bax idrak edə bilməz deyir, qavraya bilməz. İdrak etmə gücümüz yoxdur. İNSAN GÖZÜNÜN ALLAHI İDRAK ETMƏ GÜCÜ YOXDUR. Hansı ki deyirlər; “Allahı görmək istəyirik”. Allah deyir ki, bax, idrak edə bilməz. İdrak etmə gücü yoxdur insanın. “O isə gözləri dərk edir”. Baxın, bütün gözlər nə demək bilirsinizmi? İNSANLAR, QUŞLAR, HEYVANLAR, BÖCƏKLƏR. HAMISININ GÖZLƏRİNDƏN ALLAH GÖRÜR MƏNASINDADIR. AYRICA GÖZƏ EHTİYACI OLMADAN DA CƏHƏTSİZ OLARAQ HƏR ZAMAN HƏR YERİ GÖRÜR ALLAH. Məsələn, bu mükəmməl bir elmdir, mükəmməl bir gücdür, mükəmməl bir qüdrətidir Allahın. BİR DƏ SONSUZ ALƏMİ O CÜR GÖRƏ BİLİR ALLAH. Yəni, sırf oranı, sırf buranı yox. Onun üçün Allah ayədə; “Onlar Allahı lazımınca qiymətləndirmədilər” -deyir. 

Allah dünyanı gözəl yaradıb Əlhəmdülillah, amma dünya sevgi ilə çox gözəldir. Dostluq ilə çox gözəldir. Yardımsevər olmaq lazımdır. İnsanların yaxşı olması üçün cəhd etmək lazımdır. Çünki insanlar acizlik içindədirlər. GÜCÜ OLANIN ZƏİF OLANA YARDIM ETMƏSİ ÇOX ƏHƏMİYYƏTLİDİR. DİGƏR CÜR XOŞBƏXTLİK OLMAZ. Çünki eqoist olduğunu hiss edərsən, o zaman canın yanar. MƏSƏLƏN, BAŞI AĞRIYANA BAŞI AĞRIMAYAN XİDMƏT ETMƏLİDİR; AYAĞI OLMAYANA AYAĞI OLAN XİDMƏT ETMƏLİDİR; QOLU OLMAYANA QOLU OLAN XİDMƏT ETMƏLİDİR. “Mənə nə” düşüncəsi olmaz; eqoistlik, paxıllıq sevgiyə uymaz.

 

(Ənam surəsi, 112)

Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et.

 

“Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik”. Deməli, düşmən bir ehtiyacdır. Düşməni olmasa, bir insanın imtahanı olmur. Düşmən olacaq ki xidmət edə biləsən. İslama, Qurana xidmət edə biləsən. Onun üçün Allah, bax, “hər bir peyğəmbər üçün”, istisnasız yəni, hər Mehdiyə, “insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik”. İndi, İNSAN DÜŞMƏN GÖRÜNÜR, AMMA CİN DÜŞMƏN ÇOX TƏHLÜKƏLİDİR. ÇÜNKİ GÖRÜNMÜR CİN DÜŞMƏN. O NƏ EDƏR? SIXINTI VERƏR. NARAHATLIQLAR VERƏR, DİQQƏTİNİ DAĞITMAĞA ÇALIŞAR. YORĞUNLUQ VERMƏYƏ ÇALIŞAR. PESSİMİSTLİK VERMƏYƏ ÇALIŞAR. ÜZƏRİNƏ SƏBƏBSİZ BİR ƏZAB GƏTİRƏ BİLƏR. İNSANLARI ONA QARŞI QALDIRAR. Məsələn, bu dəqiqə şeytan Mehdiyə qarşı xurafatçı dəstəsini qızışdırır.  Xurafatçılarda dəhşətli bir qudurma var, əgər diqqət etsəniz. Şeytan təhrik edir onları. Darvinist və materialistlərdə dəhşətli bir hücüm var Mehdiyyətə qarşı. 

QURANDA ALLAH SEVGİNİN ÖNÜNDƏKİ BÜTÜN ƏNGƏLLƏRİ QALDIRACAQ İZAHLAR EDİR. Məsələn, eqoistlik, paxıllıq sevgini aradan qaldırar. Mərdlik isə sevgini artırar. Vəfa da sevgini artırar. Diqqət və səbr sevgini artırar. Məsələn, əfvedicilik sevgini artırır. Əfvedicilik olmasa, kiçicik bir şeydən dolayı insan sevdiyindən qopub gedər. Əgər bir insan əfv etməyi bilməzsə. İnsanoğlu mütləq xəta edir. Bir xətasını görər, əlaqəni kəsər. Amma, müsəlman əfvedici olduğu üçün israrla sevgini davam etdirər və SEVGİ MÜHÜM BİR HƏDƏF OLAR İNANAN ÜÇÜN, ÇOX ƏHƏMİYYƏTLİ BİR HƏDƏF OLAR VƏ MÜKƏMMƏL BİR ZÖVQ OLAR. EHTİYAC VƏ QİDA OLMUŞ OLAR.

GÖY HADİSƏLƏRİNİ İSTİQAMƏTLƏNDİRƏRKƏN DƏ ALLAH YENƏ DƏ MƏLƏKLƏRİ İSTİFADƏ EDƏR. Məsələn, quyruqlu ulduzların çıxışı. Orda insan mı istifadə olunur? Tarixin içərisində, məsələn, quyruqlu ulduz çıxmalıdır. İnsan edə bilməz bunu. Masonluq da edə bilməz. Dərin dünya dövləti də edə bilməz. Allah edər. Allah mələklərini istifadə edər orada. O qədər bütün ağıl qəbul edəcək kimi deyil bəzi məsələlər. Siz sadəcə tarixin axışını seyr edin.



DEVAMINI GÖSTER