Hörmətli Adnan Oktarın 2 may 2015-ci il tarixli Xoş Söhbətlər programından əhəmiyyətli başlıqlar

A9 TV, 2 may 2015 Xoş Söhbətlər

Allaha ölümünə bağlanan möminə Allah mütləq yollarını açar

Çox əcaib. Konkret bir çox möcüzə var, insanlar da deyir ki “Möcüzə necə olar?” Bax deyir ki, Cənabı Allah: “Mənə şükr edin, həmd edin yəni normal yaxşı bir Müsəlman olun sizə nemətimi artıracağam”. Artırır həqiqətən. İstisnasız kim olursa olsun artırır. Amma səmimi, təmiz ürəklə Allaha bağlanmış, əziyyəti, ağrını hər şeyi qəbul etmiş biri olacaq. Allah zəngin edir. Heyrətləniləcək şey. Xeyli xoşbəxt yaşadır. Allah deyir: “Mənim yolumda gedənlərə yollarımı açaram, qoruyaram”. Açır yollarını. Açıqca görünür. Zəfər verir. Məsələn möcüzənin açıq, aydın olanı bunlardır. Konkret möcüzədir. Heç bir şey olmur.

Amma bax indi belə əxlaqsız bir oyanıqlıqla etməyə qalxan olarsa, Allahı oyuna gətirəcəyini zənn etsə bu axmaqlar axmaqlıqlarıyla qalar. Elə deyil. Allaha ölümünə bağlanacaq. Şəhid olmağı da qəbul edəcək, qazi olmağı da qəbul edəcək, həbsxananı da qəbul edəcək, dəlixananı da qəbul edəcək. Başına gəldiyində həmd edəcək, şükr edəcək. O zaman Allah yollarını sərhədsiz açır.

Bədiüzzaman Həzrətləri özünü Allah yoluna hibə etmiş bir insandı, Allah Onu həmişə qorudu

Bədiüzzaman Səid Nursi Həzrətlərində bu açıq-aydın görünür. Allah yoluna özünü hibə etmiş. Elə yaşlı qoca adamı anında öldürərlər. Bir də siyasi təhlükə olaraq da görülür. Dərin güclər rahatca öldürər, şəhid edərlər rahatca. Heç bir şey edə bilməmişlər. Xərçəng olar, xora olar, xəstələnib ölər. Bir şey olar yəni. Bax ən yuxarı yaşlarına qədər tam bir mücahid olaraq İslama xidmət etdi. Heç bir şey olmadı. Pulu varmı? Yox, bir ovuc pulu var. Amma bol-bol çatır. Tələbələrinə bir lirə verir, gümüş lirə. Mənim zamanımda vardı o gümüş lirələr. Tədavüldən onlar daha yeni qalxdı sayılar. Çox köhnə zamanda gümüş 1 lirələr vardı. Böyük qardaşlara verirmiş 1 lirə. Böyük qardaşlardan saxlayanlar var, mənə göstərdilər. Belə pulqabısında saxlayır. O özünün aldığı bir polkovnik maaşı var, təqaüdçü maaşı, oradan verirlər. Bax hamısına çatır tələbələrinin. Heç kimdən də pul almır. Bu qədər mübarək bir insanı əzməyə qalxmaları da inanılacaq kimi deyil. Onun da maşaAllah heç təsirlənməməsi. Heç təsirlənməmiş. İnsanın əcaib ləyaqətinə toxunar, “Mən yaşlı başlı insanam, məndən nə istəyirlər bunlar?” deyə bilərdi. Taxta komalarda mənfi 10 dərəcəylə yatırtmaq aylarla. Tam mücahid.

Peyğəmbərimiz (s.ə.v) Allahın    qoruması ilə aslan kimi 63 yaşına qədər yaşadı

Peyğəmbərimiz (s.ə.v) cüt zireh geyirdi. Bir zireh geyirdi, üstünə bir zireh daha geyirdi, biri bir şey etməsin deyə. Ayə gəldi, “Mən səni qoruyacağam, rahat ol” dedi Allah. Zirehi çıxartdı, o biri zirehi də çıxartdı. Köynək, altında uzun paltarı, maşlahı, əlində qılınc, kafirlərin içinə girdi. Atatürk deyir ki, möcüzə axtarırsınızsa məhz möcüzə budur deyir. Dörd tərəfindən sarılmışkən bu döyüşdə ona heç bir şey olmaması, Peyğəmbər (s.ə.v)-ə deyir. Az da deyil, saat hesabıyla yoxaçıxır Peyğəmbər (s.ə.v). Səhabələrin artıq bir çoxu ümidsizliyə qapılırlar, Peyğəmbər (s.ə.v)-i öldürdülər deyirlər. Aralarından dimdik belə qıpqırmızı çox sağlam olaraq çıxır əlində qılıncıyla. Dörd tərəfindən bir insan mühasirə olunar və bu adamların tək məqsədi onu şəhid etmək. Bax əllərində balta var. Gürz (toppuz) var, belə iti uclu gürz. Bir dəfə vursalar bitdi. 15 kiloluq filan gürz. Kerəklər, ox, mizraq. İstifadə edər mizrağı bitər yəni, bu qədər sadə, atın üstündə. İki tərəfdən biri kürəyindən vurmağa qalxsa, biri də yandan vurmağa qalxsa bitdi. Ox ata bilərlər, yağış kimi ox yağdırarlar. Kürəklə vurarlar, gürzlə vurarlar. Üzərinə tor ata bilərlər, hər şey olar. Heç bir şey edə bilmirlər. Adamlar da Peyğəmbər (s.ə.v)-in möcüzəsini axtarır. Gəlmiş keçmiş ən böyük möcüzə budur. Bu çox müdhiş bir şeydir. Çox böyük bir hadisədir. Məsələn, Ayın yarılması hadisəsindən daha böyükdür. Yenə ona bir şey tapa bilərlər, gözümüzə belə oldu, elə oldu. Burada hərəki tutular vəziyyət var. Bunun bir izahı yoxdur. Dəqiq tarixi hadisədir. Aslan kimi 63 yaşına qədər də yaşadı.

Peyğəmbərimiz (s.ə.v) vəfat edəcəyi anı bilməsi möcüzədir

Peyğəmbərimiz (s.ə.v) vəfat anında iki əlini birdən havaya qaldırır belə, “Rəfiqi Alaya” deyir. Əli düşür. Bax öləcəyi anı da bilir. Rəfiqi Alaya, Ya Rəbbi Sənə təqdim edirəm deyir ruhumu. Öləcək insan bunu söyləyə bilməz. Can boğaza gəldiysə əlini yuxarı qaldırıb bunu söyləyə bilməz. Canı dərdindədir. Canı çıxarkən. Onda elə bir şey olmur. Məsələn, bu da bir möcüzədir. Öləcəyi anı bilməsi. Bilə bilməz öləcəyi anı. Huşunu itirəcəyini filan düşünə bilər ən çox. Hz. Ömər (r.ə) mübarək belə dəliyə dönür sanki Peyğəmbərimiz (s.ə.v) vəfat etdiyində, sevgisindən. Hz. Əbubəkr (r.ə) çox yetkin amma Ömər cavan, dəliqanlı olduğu üçün onun reaksiyaları çox şiddətli olur.

“Siz də o dövr tamamilə kommunist təşkilatların idarəsi altında olan Memar Sinan Universitetində tək başına təbliğ etməyə başladınız. Allah sizi qorudu. Köməyiylə dəstəklədi. Cibxərcliklərinizlə təbliğ edirdiniz. Daha sonra Allah sizə çox geniş imkanlar verdi, səmimiyyətinizə görə”.

Tələbə təqaüdü vardı, tələbə təqaüdünü bankdan aldım. Bir də yığılır o bir az. Yığılmış, mənim xəbərim yox. Xeyli sevindim. Doğru kitabxanaya. Avtobusa mindim. Bizim Dərəboyunun avtobusuna. O Bəyazıda qədər filan oralara gedirdi. Dərhal qaçaraq getdim kitabxanaya. Darvinizmin etibarsızlığını izah edən kiçik kitabçalar vardı o zaman, kiçik. Onlardan, qutuyla aldım bir də, böyük bir qutuyla. Müdhiş sevindim. Aldım apardım Molla Məscidinə. Ora mübarək bir məscid, gözəl. Allah sanki belə bu təbliğ üçün oranı yaratmış kimi. Çox şahanə bir şey oldu əlhəmdülillah. Hara qoyum dedim, indi imam hara yerləşdirsək fərqinə varar. Vəz verilən kürsü var ha, kürsünün kürək minbərinin arxa tərəflərinə yerləşdirdim kitabları. Gözəlcə yastıqla da örtdüm. Heç bəlli olmurdu. Xeyli miqdarda kitab yerləşdirdim. Oradan aldım üç dörd kitab, beş dənə filan, fayla qoyurdum. Yastı faylım vardı. Onlarla gedirdim akademiyaya, paylayırdım.

Allah Quranda küfrü həmişə təhdid etmişdir

Həddən artıq təhdid var. Ən çox mənim gördüyüm yüzdə 70-80%-i təhdid. Həmişə küfr və münafiqlərə təhdid. Möminlərə Allah deyir; “Siz Mənə əmanətsiniz, siz çox rahatlayacaqsınız”. Amma insan çox zalım və cahil olduğu üçün, çox azğın bir varlıq olduğu üçün Quranın yüzdə 70-80%-i həmişə təhdid ayələridir. Buna baxmayaraq heç təsirlənmirlər. Bu qədər bəla, xəstəlik, döyüşlər olur, yenə təsirlənmirlər. Nə inadkar varlıqdır insan. Çox qəribədir nəfsinin azğınlığı və şiddəti. Əlbəttə hər kəs üçün demirəm, amma ümumiyyətlə çox şiddətlidir. Çox təəccüblüdür. Mən deyirdim, “Quranda Allah niyə bu qədər görəsən təhdid edir?” Hikməti odur. Çünki inkar edəcəkləri kimi deyil. Allah: “Mən sizi bu qədər qorxutdum, xəbərdar etdim. Çox laqeyd davrandınız” deyəcək, Allah.

Allahın dilədiyi zaman bir şəhəri toxunulmaz etməsi bir möcüzədir

Bax Cənabı Allah deyir ki, Ənkəbut surəsi, 67-ci ayədə, “Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, Məkkəni onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi?” Cənabı Allah oranı toxunulmaz edir. Halbuki digər şəhərlərdən bir fərqi yoxdur. Oranı da yun kimi sovura bilərlər. Allah orada möminlər var deyə toxunulmaz edir, toxuna bilmirlər. Bir möcüzədir bu. Bu gözlə görünən dəqiq möcüzədir, məsələn. Ənkəbut surəsinin 67-ci ayəsi möcüzə ayədir. Necə toxunulmaz bir şəhər? Xeyr, bir suru yox, xəndəyi yox, bir şeyi yox, dümdüz şəhər. Səhranın ortasında şəhər.

Peyğəmbərimiz (s.ə.v)-ə beyətdən sonra möminlərin qəlblərinə hüzur və güvən duyğusu enməsi möcüzədir

Fəth surəsi, 18-ci ayədə Allah, şeytandan Allaha sığınıram, “And olsun, Allah, sənə o ağacın altında beyət edərlərkən”. Məryəm də ağacın altında. Beyət də ağacın altında. Ağac altları demək ki, gözəl yerlər. Beyət üçün ağac altı. Bunun xüsusi bir mənası olduğu aydın olur. Bax “möminlərdən razı olmuşdur, ürəklərində olanı bilmiş və beləcə üzərlərinə güvən duyğusu və hüzur endirmişdir”. Məsələn bu da möcüzədir. Qurandakı gizli möcüzələrdən biridir. Məsələn, beyət edirlər, güvən duyğusu və hüzur verir Allah. Amma daha əvvəl yoxdur. Məsələn, gərgindirlər, hüzur da yoxdur. Gərginlik, sıxıntı var. Amma beyət etdiklərində, beyət nədir yəni? Biz sənə bağlıyıq deyir. Onsuz da onlar bağlıdır Peyğəmbər (s.ə.v)-ə. Yalnız şifahi olaraq söyləmiş olurlar. Amma dərhal bunun ardınca dərhal sonra güvən duyğusu və hüzur endirir Allah. Bu ayrı bir şeydir, güvən duyğusu və hüzur endirilməsi. Məsələn, Allah bir qorxu verir, durduq yerə ağılalmaz qorxmağa başlayır. Bir güvən duyğusu verir möcüzə olaraq, ürəyi dərhal rahat olur və hüzur gəlir.

Məsələn, hz. Yusuf (ə.s.)-ın atası çox narahat olur. Hz Yusif köynəyini göndərir, üzünə sürtün deyir. Atası dərhal rahatlayır. Dərhal gözlərinə rahatlıq gəlir. Üstündəki xəstəlik gedir. Yəni mənəvi rahatlıq bədənə dərhal əks olunur. “... Və onlara yaxın bir zəfərlə savab (qarşılıq) olaraq vermişdir”. (Fəth surəsi, 18) Arxasından fəth olur. Məsələn, fəth verəcək deyir, fəth verir Allah.

(Fəth surəsi, 19) Üstəlik alacaqları çoxlu qənimətə də”. Qənimət almaz da tamamilə məğlub olar, məğlubiyyətə uğraya bilərlər. Bax həm fəth olacaq deyir Allah, həm də qənimət alacaqsınız deyir. Bunlar olur. Tam əksinə ola bilər. Çox da məqbuldur, o dövrdə adamlar 10 min nəfər gəlir. Möminlər min yaxud iki min nəfərdir. Adamları toz duman edər 2 min adam. Bu qeyri-adi bir hadisədir. Onun üçün bu cür izah edilməyən möcüzələr var, bunların üstündə dayanaq.

Tabut-u Səkinə ilə möminlərin qəlbinə fərahlıq və hüzur gəlməsi bir möcüzədir

Məsələn, Tabut-u Səkinə. Allah, “Onda Rəbbinizdən bir güvən hissi və hüzur” var deyir. Metal bir tabut, gəlir; adamların ürəyinə, hər kəsin ürəyinə güvən hissi və hüzur verir. Möcüzədir. Qızıldan bir tabutdur bu. İstisnasız mütləq bu təsiri göstərir. Quranda da bu qeyd edilmişdir. Bu xüsusiyyəti vardır deyir. İndi möcüzə deyil mi bu? Gətirirlər çiyinləyib, tabutu qoyurlar ora, qızıl tabut. Hər kəsin ürəyinə rahatlıq və dinclik gəlir.

Allah Tabut-u Səkinəni Axırzamanda Mehdinin hörmətinə tapdıracaqdır

“Rəbbinizdən bir güvən hissi və hüzur ilə Musa ailəsindən və Harun ailəsindən qalan bəzi şeylər var” (Bəqərə surəsi, 248) Məsələn, bu ayə, durduq yerə bunu söyləməz Allah. Bu tabut olacaq deməkdir. Harun və Musa ailəsindən o qalanlar da tapılacaq. Bu dünyada yeri yerindən oynadar. Bunu Allah hz. Mehdi (ə.s)-ın üzü suyu hörmətinə tapdırır. Yoxsa qiyamətə qədər tapa bilməzlər bu tabutu. İmkansızdır tapa bilməzlər. İndiyə qədər necə tapa bilməmişlər. Bax az qala dörd min il keçmiş, tapa bilməmişlər. Tez-tez axtarırlar. Allah hz. Mehdi (ə.s.)-ın üzü suyu hörmətinə tapdırır.

Adnan Oktar: “Akademiyada oxuduğum illərdə mühit çox riskli idi, mən heç kimdən çəkinmədən İslamı yaşayırdım və təbliğ edirdim”.

Biz akademiyada olarkən məktəbdə bir işğal meydana gəldi. Üç yerə barrikada qurdular məktəb çıxışına. “Mən Cümə namazına gedəcəyəm” dedim. Birinci barikattan keçdik. İkinciyə gəldim, yenə “mən Cümə namazına gedəcəyəm”. Oradan da, oradan da ... Üç barikattan da keçdim, getdim namazımı qıldım. Namaz qılmağa gedən bir uşaq tapmışdılar Beyoğlunda, öldürürcəsinə döymüşdülər məktəbdə. Namazdan çıxarkən görmüş, Cümə namazından. Komaya salmışdılar. Yəni öldü deyə buraxmışlar. Mən əlimi qolumu yelləyərək gedərək namaz qılmışdım.

Mənim İbrahim deyə Qurtuluş Liseyindən yoldaşım var idi, komünist idi. Bir yoldaşı daha vardı zəif yenə, uzun boylu. İbrahim baxdım bizim akademiyada. Necə oldusa gəlmiş bir şəkildə. Mənimlə qarşılaşdı məktəbin qarşısında. “Adnan, mən sənə deyim bu məktəbə gəlirsən səni öldürərlər qəti” -dedi. “Qədərdə varsa olar. Qədərdə olan hər yerdə olar. Sən fikirləşmə, rahat ol” -dedim. Belə yanağını sıxdım. Rahatca getdik, davam etdik məktəbdə. Heç bir şey olmadı.

Kommunistlərin bir çayxanası vardı, ora mənim adımı, soyadımı yazmışlar, doğum tariximi yazmışlar. Bir də atamın adını yazmışlar. Yəni şəcərəni, nəslini, hər şeyini bilirik, xəbərimiz var deyə. Pəncərənin şüşəsinə. Şüşə çirklənmiş bu cür o avtomobillərin keçdiyi bir yerdə. O tozların üstünə elə yazmışlar, mən akademiyaya gedərkən yolda görəcəyimi bilərək. Heç vecimə belə deyildi.

Onların kitabxanası vardı, kommunistlərin. Gedib oradan kitab seçirdim, onları oxuyurdum filan. Aşağı qatına enirdim. Səhər namaz qılmaq üçün Ortaköy Məscidinə gedirdim. Qaranlıq belə ara yollardan keçərək. Orada köhnə İstanbul evləri var, onsuz da çox tərk edilmiş oralar. Tərk edilmiş aralardan keçirdim. Başım havada. Sinə də irəlidə. O şəkildə gedirdim.

Məsələn, məktəbdən gəldim, evə girəcəyəm, “tak tak tak tak” arxa-arxaya bir silah səsi gəldi. Tam da anlaya bilmədim, yaxından gəldi. Təsbit etməyə çalışdım, kimsəni də görə bilmədim. Orada meyvəsatan vardı, o da çox narahat oldu. Belə bir hərəkətləndi. Guya qorxudacaqlar. Qədərimdə deyilsə sən heç bir şey edə bilməzsən. Qədərində isə hər şeydən ölərsən qardaşım. Bunun üçün silah şərt deyil ki.

(“Quranda keçən “namazların huşu içində qılınması” ifadəsinin mənası nədir?” sualına cavab)

Onu səhv anlayırlar. Yəni xəyalından məsələn bir şey keçir, “huşum pozuldu” deyir. İnsanın ağlından bir şeylər keçər. İnsani bir şeydir o. Beyindir bu, rahat durmaz. O mənada deyil. Səmimi olaraq namazı qılmaq, candan. Amma zahir mənası olaraq bir az baxacaq olsaq məsələn səs-küylü bir yer, məsələn kompressorla işləyirlər, nə dediyini eşitmirsən. Orada namaz qılınmaz. Get uyğun bir yerdə qıl. Amma vaxt yoxdursa qılarsan təbii ki. Amma yəni o tip, o qədər qarışıqlığın, səs-küyün olduğu yerlərdə namaz olmaz. Və yaxud bir narahatlığı var, o narahatlığı davam edərək namaz olmaz. Əvvəl o narahatlığını aradan qaldırmalıdır. Məsələn, ayağına bir şey batır, hələ namaz qılmağa qalxır. O ayağına batanı bir aradan qaldırmalıdır. Ki rahat diqqətini verebilsin namaza.

Mömin əgər saf, səmimidirsə onun üçün Allahın müjdə verdiyi ayələri əsasdır

Əraf surəsi, 34Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər”. Məsələn bu təhditdir.

Əraf surəsi, 36Ayələrimizi yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar”. Bu da bir təhdid ayəsidir. Həddən artıq çoxdur Quranda. Amma möminlər üçün əsas olan Allahın müjdə verdiyi ayələri əsasdır. Mömin davamlı təhdidi əsas alan bir dünyagörüşü içərisində olmayacaq. Əgər saf, səmimidirsə Allahın ona verdiyi müjdələrə diqqəti yaxşı verməsi lazımdır.

“Şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə gərəkdir?” (Nisa surəsi, 147) deyir Allah.



DEVAMINI GÖSTER

iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.net
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
SAYIN ADNAN OKTAR VE ARKADAŞLARININ DURUŞMALARIN İLK HAFTASINDAKİ...
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.