Hadisələr və insanlar - İslam dünyasında əhəmiyyətli tarix: 1979

Peyğəmbərimiz (səv) hədislərində axırzaman əlamətlərini Allah'ın izni ilə ətraflı şəkildə izah etmişdir. Bu əlamətlərdən biri axırzamanda insanları heyrətləndirən böyük hadisələrin baş verməsidir.
Xüsusilə 1979-cu ildə dünyada yaşanan hadisələr diqqətlə analiz edildikdə Peyğəmbərimizin (səv) 1400 il əvvəl bildirdiyi bu axırzaman əlamətinin də reallaşdığı görünür. 
Əfqanıstanın işğal edilməsi 
Əfqanıstanın Rusiya tərəfindən işğal edilməsi, Camp Daviddə imzalanan Ərəb-İsrail sülh müqaviləsi, neftlə yüklənmiş nəhəng tankerin İstanbulda partlaması, İran İslam Respublikasının qurulması və Kəbədə qan axıdılması bu ildə reallaşan böyük hadisələrdən bəziləridir.
Nəhəng tankerin partlaması 
Bir-biri ilə əlaqəsiz görünən bu hadisələr, əslində, yaxınlaşan müjdəli dövrün əlamətlərindən yalnız bir neçəsidir. Bu əhəmiyyətli hadisələri tək-tək araşdırdıqda Peyğəmbərimizin (səv) müjdəsinin nə qədər yaxınlaşdığını bir daha anlayacaqsınız.

Məhz 1979-cu ili önəmli edən bəzi hadisələr...

14 Əfqanıstanın Rusiya tərəfindən işğal edilməsi (24 dekabr, 1979) 

“Taliqana (Əfqanıstana) heyif oldu. Allah-Təalanın orada qızıl və gümüş olmayan xəzinələri var. Orada Allah'ı layiqincə tanıyan insanlar var. Onlar axırzaman Mehdisinin köməkçiləridir”. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 59) 

Hədisdə Əfqanıstanın axırzamanda işğal ediləcəyinə işarə edilir. Həqiqətən də, rusların Əfqanıstanı işğal etməsi 1979-cu ilə, Hicri təqvimi ilə 1400-cü ilə, digər bir ifadə ilə Hicri 14-cü əsrin əvvəlinə uyğun gəlir. Bundan əlavə, bu hədisdə Əfqanıstanın təbii sərvətlərinə də diqqət çəkilir. Bu gün Əfqanıstanda müxtəlif səbəblərdən istifadə olunmayan böyük neft yataqları, dəmir hövzələri və kömür mədənləri təsbit edilmişdir. 

Kəbədə qan axıdılması (21 noyabr, 1979)
Onun zühur edəcəyi il insanlar həccə başlarında rəhbər olmadan gedəcəklər... Birlikdə Beytullahı təvaf edəcəklər, sonra Mina dağına çatanda it kimi bir-birlərinə hücum edəcəklər, hacılar soyğuna məruz qalacaq, qanlar Əqəbə cəmrəsinin üzərinə axacaq. (Kıyamet alametleri, səh.168-169) 
Hədislərdə "onun çıxacağı il" ifadəsindən istifadə olunmaqla, hz. Mehdinin zühur tarixində həcc əsnasında baş verən qırğına diqqət çəkilir.
1979-cu ildə həcc vaxtı Kəbəyə edilən hücumda eynilə belə qırğın olmuşdur.
Çox maraqlıdır ki, bu qanlı Kəbə hücumu axırzamanın başlanğıcının və hz. Mehdinin digər zühur əlamətlərinin reallaşdığı dövrün tam əvvəlindədir, yəni Hicri 1400-cü ilin ilk günündə: 1 məhərrəm, 1400-cü ildə, 21 noyabr, 1979-cu il tarixində meydana gəlmişdir. 
Yenə hədisdə qan axacağından bəhs edilir və qətl hadisəsinə diqqət çəkilir. Basqın əsnasında Səudiyyə əsgərləri ilə təcavüzkarlar arasında meydana gələn qarşıdurmada 30 nəfərin öldürülməsi bu rəvayətin qalan hissəsini də təsdiqləyir. 

Ərəb-İsrail sülhü (26 mart, 1979)

"Sizinlə insanlar (bir nüsxədə rumlar deyilir) arasında dörd sülh olacaq, dördüncü sülh Herakl əhlindən bir nəfər vasitəsi ilə olacaq və bu yeddi il davam edəcək..."(Qiyamət əlamətləri, Osman Çataklı, 299/8 )

Bu əlamətə görə, müsəlmanlar və qeyri-müsəlmanlar arasında 4-cü dəfə sülh müqaviləsi imzalanacaq; bu müqavilə 7 il davam edəcək. İslam aləmindən bir çoxları hədisdə bildirilən 4-cü sülhün 1979-cu ildə ABŞ, İsrail və Misir arasında Amerikada "Camp David"də imzalanmış müqavilə olduğu qənaətindədir. (Ən doğrusunu Allah bilir.)

Neftlə yüklənmiş tankerin İstanbulda partlaması
15 noyabr 1979-cu il

"SƏMADA ŞƏRQ TƏRƏFDƏN GECƏNİ AYDINLADAN BÖYÜK BİR ALOV GÖRDÜYÜNÜZ AN HZ. MEHDİNİN (ƏS) GƏLİŞ VAXTIDIR". (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi'si "Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar)



DEVAMINI GÖSTER