Hadisələr və insanlar - Albert Eynşteyn

Eynşteynin din və elmlə bağlı sözü belədir:
Dərin imanı olmayan həqiqi elm adamı düşünə bilmirəm. Bu hal belə ifadə edilir: dinsiz elm topaldır. 
Eynşteyn, ayrıca, elmin Allah inancını artırdığını belə demişdir:
Elmlə ciddi məşğul olan hər kəs təbiət qanunlarında insanlardan daha üstün olan bir ruhun olduğuna inanar. Buna görə, elmlə məşğul olmaq insanı dinə aparır.
Bunlar və bu filmdə verilməyən daha bir çox ifadəsi Eynşteynin ateist olduğunu iddia edənlərin tamamilə yanıldığını göstərir. Bu yalan iddialar Eynşteynin yaşadığı dövrdə və hazırda elmdən siyasətə qədər hər sahədə ateizmi təbliğ etməyə cəhd edən ateist diktaturaya məxsusdur.Ateist diktaturanın təsir etdiyi başqa bir sahə kosmik sahə idi.
Lemetrin kainatın genişləndiyi iddiası Edvin Hablın istifadə etdiyi nəhəng teleskopla rəsmi olaraq sübut ediləndə Eynşteyn bunu daha əvvəl nəzəri olaraq tapdığını ifadə edir. Ancaq o vaxt kainatın Allah tərəfindən yoxdan yaradıldığını inkar edib sonsuz əvvəldən var olduğuna və sonsuza qədər əbədi qalacağına inanan materialist doqmadan təsirlənmiş və bu əhəmiyyətli kəşfini ortaya çıxarmamışdı. Əsrin ən böyük dahisi olan Eynşteyn daha sonra bu hadisəni karyerasının ən böyük səhvi adlandırdı.
Bu hadisə materialist doqmaların elmin önünü kəsdiyini və elm adamlarına mane olduğunu göstərən əhəmiyyətli dəlildir. Materialist doqmalara inanmayıb kainatın genişləndiyini ilk dəfə üzə çıxaran Lemetr elm adamı olmaqla yanaşı, inanclı din adamı idi.
Eynşteynin Ümumi Nisbilik nəzəriyyəsi başqa bir əhəmiyyətli həqiqətə təkan verir. Bu nəzəriyyə maddə və zamanın materialistlərin iddia etdiyi kimi dəyişməz və sabit, yəni mütləq gerçək olduğu fikrini əsassız etmişdir. 
Zaman və maddə sabit həqiqət deyil; adama görə dəyişir. Həqiqət bunu göstərir: zaman və məkan mütləq olmayan, başlanğıcları olan, Allah`ın yoxdan var etdiyi həqiqətlərdir.
Zamanı və məkanı yaradan Allah, əlbəttə, bu anlayışlardan münəzzəhdir. 
Allah zamanın hər anını zamansızlıqda təyin etmiş, təsbit etmiş və yaratmışdır.
Məhz materialistlərin dərk edə bilmədiyi "qədər" həqiqətinin özü də buradadır.
Eynşteynə əsasən onu deyə bilərik ki, əgər materialist doqmalar Allah`a inanan elm adamlarına mane olmasalar, onlar faydalı elmi kəşflər edə bilirlər. Ayrıca, elm Allah`ın varlığı, kainatın yaradılışı, qədər kimi çox əhəmiyyətli mövzularda böyük dəlillər təqdim edir.
İmanı və Allah qorxusunu artırmaq, həmçinin qədəri anlayıb təvəkkül etmək üçün möminlər biliklərini daha çox artırmalıdır. 

Allah'dan Öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, bağışlayandır! (Fatir surəsi, 28)



DEVAMINI GÖSTER