Hz. Mehdi (ə.s)-ın tələbələrinin üstün xüsusiyyətləri 4-cü hissə

Hz. Mehdi (ə.s)-ın tələbələrinin üstün xüsusiyyətləri - IV hissə

Çətinliklər və təzyiqlər hz. Mehdi (ə.s.) və tələbələrini qorxutmayacaq.

Hz. Mehdi (ə.s.)-ın tələbələri, onlara qarşı olan təzyiqlərdən qorxmayacaqlar. Hz. Mehdi (ə.s.)-a və tələbələrinə qarşı münafiqlərdən, inkarçılar və dəlalət əhlindən çox şiddətli təzyiqlər olacaq, işgəncələrlə, böhtanlarla qarşılaşacaqlar, lakin, heç vaxt qorxmayacaqlar və məğlub olmayacaqlar.

Hz. Mehdi (ə.s.) əlini köməkçilərinin çiyni ilə sinəsi arasına çəkəcək, beləliklə, onlar, haqlarında verilən hər hansı bir hökmdən çəkinməyəcəklər, hər hansı bir qərar onlara çətin gəlməyəcək. (Bihar-ül-Envar, cild: 52, səhifə:345, El Melahim va el Fitan, səhifə:205; Mikyaal el-Mekarim, cild.1, səhifə:144/235) 

Həmçinin, hədisdə hz. Mehdi (ə.s.)-ın tələbələrinin əleyhlərində məhkəmə hökmlərinin də çıxa biləcəyinə işarə edilir. Ancaq, onlar əleyhlərinə çıxan qərarlardan təsirlənməyəcək və Allah rizası üçün etdikləri elmi işləri, şövqləri azalmayacaq.

ADNAN OKTAR: "Onun, Mehdi (ə.s.)-ın komandirləri insanların ən xeyirlisidir"  deyir. Peyğəmbər əfəndimiz (s.ə.v.), Əl Kavlul Müxtəsərdə: "Onlar, Allah yolunda heç bir qınayıcının qınamasından (dedi-qodusundan) qorxmayan İslam əhalisidir."Sünəni İbni Macə səhih hədis kitabı, cild: 10, səh.:259). Əleyhlərində qınama, dedi-qodu, televiziyalarda, radiolarda, qəzetlərdə təhqirlər, böhtanlar, yazılacaq. Lakin, Mehdi (ə.s.) və tələbələri bundan təsirlənəcəklərmi? Xeyr, təsirlənməyəcəklər, onlara heç fikir verməyəcəklər. Peyğəmbərimiz (s.ə.v.) onlar haqqında belə buyurdu: " Belə igidlər, Allah yolunda heç bir qınayıcının qınamasından (dedi-qodusundan) qorxmayan İslam əhalisidir. MaşaAllah.”  Rəsulullah (s.ə.v.) hədisdə buyurdu ki: “Ümmətimdən bir camaat Allahın əmri reallaşana qədər batilə qələbə çalaraq, haqq ilə davam edəcək və onları köməksiz buraxanlar, onlara zərər verə bilməyəcəklər."(Sünen-i Tirmizi cild: 4, səh.: 91). Belə aydın olur ki, onları köməksiz buraxmaq istəyənlər də olacaq. Bəs bu necə ola bilər? Məsələn, çıxıb deyəcəklər ki, onlarla qətiyyən görüşməyin, qəzetlər onlar haqqında (yəni onların xeyrinə) yazılar yazmasın, alimlər görüşməsin. Belə deyən bidatçılar, alçaq məxluqlar çıxacaq və Mehdi (ə.s.)-a qarşı mübarizə aparacaqlar. Onu tək buraxmağa çalışacaqlar. Amma, zərər verə biləcəklərmi? Xeyr, bilməyəcəklər. Özlərini rüsvay edəcəklər. Bunu, Rəsulullah (s.ə.v.) səhih hədis kitabında (Sünəni Tirmizidə...) bildirir.

Hz. Mehdi (ə.s.) və tələbələri çox igid və cəsur olacaqlar. Axırzaman imamının (hz. Mehdi (ə.s.)-ın) tələbələri ASLANDAN CƏSUR VƏ QILINCDAN İTİ olacaqlar. (Mikyaal al-Makaarem, cild 1, səh. 65)

Onların (hz. Mehdi (ə.s.)-ın tələbələri) ürəkləri POLADDAN DA MÖHKƏM olacaq. Onların hər biri qırx adam gücünə malik olacaq. (Mikyaal al-Makaarem, cild 1, səh. 65)



DEVAMINI GÖSTER

Bu əsər ilə əlaqədar digər çeşidlər