Hz. Mehdi (ə.s)-ın tələbələrinin üstün xüsusiyyətləri 2-ci hissə

Hz. Mehdi (ə.s)-ın tələbələrinin üstün xüsusiyyətləri

 2-ci hissə

Hz. Mehdi (ə.s.) camaatının sayı az olacaq

Hədislərdə bildirildiyinə görə hz. Mehdi (ə.s.)-a inananların sayı çox az 313 nəfər olacaq. Bu insanlar Allahın, ürəklərinə xüsusi olaraq iman nəsib etdiyi çox səmimi insanlar olacaqlar.

Əbu Basir deyir ki, İmam Əbu Abdullah əleyhissalam belə buyurdu: "Ərəblərdən Qaim əleyissalamla (HZ. MEHDİ (Ə.S) İLƏ) BİRLİKDƏ OLAN ÇOX  AZ İNSAN OLACAQ."... (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, səh. 239)

“Sayları Bədr səhabələrinin (313) sayı qədər olacaq. Əvvəlkilər onları keçmədiyi kimi, sonrakılar da onlara çata bilməzlər. Onların sayları Talut ilə çayı keçənlər qədərdir.” (Kitab-ul Burhan Fi Alamet-i Mehdiyy-il Ahir Zaman, səh. 57)

“Aralarında qadınların da olduğu 314 nəfərlik bir qrup meydana gətirərlər. Onlar hər zalıma qalib gələrlər. Onların ürəkləri dəmir kimidir və onlar gündüzləri aslan, gecələri də abiddirlər. Nə əvvəlkilər, nə də sonrakılar fədakarlıqda onlara çata bilməz.”( Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 57-68)

Adnan Oktar: Mehdiyyət tək vücudludur. Rəsulullah (s.ə.v.)"313 adamdırlar" deyir. Yəni, Mehdi (ə.s.)-ın tələbələri 600 gözlü, 600 qulaqlı, 300 beyinli bir tək varlıq kimidir. Bunun öhdəsindən gəlmək olmaz, çünki dünyada belə bir varlıq yoxdur. Onlarla heç kim bacara bilməz. (Adnan Oktarın 12 Noyabr 2010-cu il tarixli Harun Yəhya Tv reportajından)

Adnan Oktar: "Əgər içinizdə səbir edən iyirmi adam olsa, iki yüz adamı məğlub edə bilər." Mehdi (ə.s.) tələbələri də çox kiçik bir birliklə (qrupla), nəhəng dünyanı, dünyadakı ateizm, darvinizm, materializm sistemini yerlə bir edirlər inşaAllah. İsa Məsih (ə.s.)-ın tələbələri də elə 1400 nəfərdir. Bax, Allahın izniylə, yerlə bir edirlər, 1400 adamla bütün dünyanı lərzəyə gətirirlər. "Əgər içinizdə yüz səbirli adam olsa, kafirlərdən minini məğlub edər." Yəni, Allah keyfiyyətin əhəmiyyətinə diqqət çəkir. Say əhəmiyyətli deyil, keyfiyyət əhəmiyyətlidir. Kəmiyyət deyil, keyfiyyət əhəmiyyətlidir, bu mənanı verir.

Bədiüzzaman həzrətləri də hz. Mehdi (ə.s.)-ın tələbələrinin sayının az olacağına, lakin, mənəvi təsirlərinin bir ordu qədər qüvvətli olacağına belə diqqət çəkmişdir:

Bu, Mehdi (ə.s.)-ın vəzifəsinin istinad etdiyi qüvvət və mənəvi ordusu, ixlas, sədaqət və həmrəylik xüsusiyyətlərinə tam sahib olan bir qisim  şagirdlərdir. Nə qədər az olsalar da, mənəvi cəhətdən bir ordu qədər qüvvətli və qiymətli olarlar. (Emirdağ Lahikası, 259)
 

Hz. Mehdi (ə.s)-ın 30 nəfərdən ibarət bir iş qrupu olacaq

Hz. Mehdi (ə.s)-ın 313 tələbələrinin arasında, işlərində onu dəstəkləyən 30 nəfərdən ibarət bir qrup olacaq.

İmam (hz. Mehdi (ə.s.)) OTUZ NƏFƏR GÜCLÜ KÖMƏKÇİSİ İLƏ, tək deyildir. (El-Sahife El-Mehdiye'den Seçme Dualar, Seyyid Murtaza Müçtehidi Sistani, səh. 49, Al-Bihar 52:153)

Adnan Oktar: Məsələn, Bədiüzzaman deyir ki, "dəccaliyyəti, darvinizmi, materializmi yıxarkən, öz tələbələrinin içərisində kiçik bir qrup, yəni, ayrı bir qrup ona bu mövzuda kömək edər". Beləliklə, darvinizmi, materializmi yıxan əsərlərin, kitabların hazırlanmasında elm adamlarının hazırladıqları əsərləri götürərlər, onlardan istifadə edərək, darvinizmə, materializmə qarşı kitablar hazırlayarlar. Amma, bunu etmək üçün Mehdi (ə.s.)-ın vaxtı az olar, "Vaxtının halı və zamanı uyğun olmaz", "Mehdi (ə.s.) tələbələriylə birlikdə bu vəzifəni yerinə yetirər. Lakin, tələbələrin bir qismini bu işlə vəzifələndirər, tələbələrinin o biri qismi isə, o kitabları hazırlayar və onunla o ilk vəzifəni yerinə yetirmiş olar" deyir.



DEVAMINI GÖSTER

Bu əsər ilə əlaqədar digər çeşidlər

iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net