Hz. Mehdi (ə.s)-ın tələbələrinin üstün xüsusiyyətləri 9-cu bölüm

Hz. Mehdi (ə.s)-ın tələbələrinin üstün xüsusiyyətləri

9-cu bölüm

Hz. Mehdi (ə.s)-ın Əshabından olmaq istəyən bir müsəlman səbirli, təqvalı və gözəl əxlaqlı olmalıdır

Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olan İmam Cəfər Sadiq həzrətləri, hz. Mehdi (ə.s)-ın yaxınlarından və onun Əshabından olmaq istəyən müsəlmanların, hz. Mehdi (ə.s)-ın zühurunu gözləyərkən Qurana uyğun hərəkət etməli olmalarını və Allahın razı olacağı gözəl bir əxlaq göstərmələrini tövsiyə etmişdir.

İmam Cəfər Sadiq belə buyurub:

“Kİm Qaİmİn (Hz. Mehdİ (ə.s)-IN) əshabından olmaq İstəyİrsə, gözləməlİ və gözlədİyİ müddətdə təqva və gözəl əxlaq göStərməlİdİr.” (Biharu'l Envar, c.  52, səh. 140, hədis, 5)

 

Hz.Mehdi (ə.s)-ın tələbələri hz. Mehdi  (ə.s)-ın verdiyi qərarların əleyhinə olmayacaqlar

Rəsulullah əfəndimiz (s.ə.v) bir hədisində hz. Mehdi (ə.s)-ın tələbələrinin, hz. Mehdi (ə.s)-a qarşı təslimiyyətlərini belə ifadə etmişdir:

“Hz. Mehdi (ə.s)-a qarş tələbəri, bir kölənin ağasına qarşı itaətkar olduğundan DAHA DA İTAƏTLİ VƏ BOYUN ƏYİCİ OLACAQLAR.  (Mikyal el-Mekarim, Cild: 1, səh. 65)

Tələbələri, hz. Mehdi (ə.s)-ın verdiyi bütün qərarları sorğu-sual etmədən, etina ilə tətbiq edəcəklər. Bu, onların Allaha olan imanlarındakı dərinliyin və səmimiyyətin göstəricisi olacaq.

 

Hz. Mehdi (ə.s)-ın tələbələrinin dünyaya qarşı heç bir maddi və mənəvi istəkləri olmayacaqdır

Ey Əbu Hüreyrə! Bu birlik (hz. Mehdi (ə.s) camaatı) əziyyətli və çətin bir yola girərək peyğəmbərlərin dərəcəsinə çatarlar. Allah özlərİnİ doyurduqdan sonra aclığı, geyİndİrdİkdən sonra çılpaqlığı, İçİrTDİKdən sonra susuzluğu seçərlər. Allahın qatındakına ümİdlərİnİ bağlayıb, bunları tərk edərlər. HaqQ-hesaba çəkİləcəklərİndən qorxduqları üçün halal olanı belə TƏRK EDƏRLƏR. Dünyaya sadəcə bədənlərİ İlə maraq göstərərlər, dünyəvİ şeylərlə məşğul olmazlar.

Onların Rəbblərinə olan itaətləri, mələkləri və peyğəmbərləri heyrətləndirər. Onlar necə də xoşbəxtdirlər. Allahın, onlarla məni bir yerdə etməyini elə cox istərdim ki!...( el-Vesaya li-İbnü'l-Arabi, Halet Ef. no.: 198/2, 486a yaprağı)

Adnan Oktar: “Mehdi (ə.s) tələbəsi olmaq həddindən artıq çox çətindir. Bu fırıldaqçıların, dünya aşiqlərinin, ağlı zəif olanların, imanı zəif olanların, dünya həyatına aludə olanların, evlənib, ailə qurub vaxtını işə-gücə sərf edənlərin, dünyalarını xoş keçirmək istəyənlərin, var-dövlət qazanmaq istəyənlərin edə biləcəkləri bir iş deyil. Qorxaqların isə heç bacarmayacaqları işdir.” (Harun Yəhya, 9 Avqust 2010-cu il tarixli TV reportajından)

 

Səmimi  müsəlmanlar hz. Mehdi (ə.s) və tələbələrini zaman keçdikcə sevib təqdir edəcəklər

Hədislərdə, hz. Mehdi (ə.s) və tələbələrinə qarşı zülm, təzyiq və əziyyətlərin ediləcəyi, onları pisləyənlərin olacağı bildirilmişdir. Sonradan isə belə insanlar azalacaq, hz. Mehdi (ə.s)-ın sevən və tərifləyən insanların sayı zamanla çoxalacaqdır.

...Hz. Peyğəmbər... Belə dedi: “Cəbrayıl mənə xəbər verdi ki, Əhli-beytim məndən sonra zülmə məruz qalacaq. Bu zülm, onlardan olan hz. Mehdi (ə.s)  ortaya çıxana kimi, onların (HZ.MEHDİ (Ə.S) VƏ TƏLƏBƏLƏRİ) ŞANI UCALANA VƏ İSLAM ÜMMƏTİNİN ONLARI SEVƏNƏ KİMİ, ONLARLA BİRLƏŞƏNƏ KİMİ DAVAM EDƏCƏCKDİR. O DÖVRDƏ ONLARI PİSLƏYƏN AZALACAQ, SEVMƏYƏNLƏR ZƏLİL OLACAQ VƏ TƏRİFLƏYƏNLƏR ARTACAQDIR. (Hidayət Başçıları, Hz. Məhəmməd Mustafa, 1- ci cild, səh. 314)



DEVAMINI GÖSTER

Bu əsər ilə əlaqədar digər çeşidlər

iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net