Hz. Mehdi (ə.s)-ın tələbələrinin üstün xüsusiyyətləri 11-ci hissə

Hz. Mehdi (ə.s)-ın tələbələrinin üstün xüsusiyyətləri

11-ci hissə

Hz. Mehdi (ə.s)-ın tələbələri, Qalu Bəladan Allahın özlərindən  əhd aldığı möminlərdən ibarət olacaq

Əli ibn Əbu Həmzə, İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalam belə buyurduğunu deyir: "...onu (hz. Mehdi (ə.s.)-ın), YALNIZ ZƏRR ALƏMİNDƏ ALLAHIN ƏHD GÖTÜRDÜYÜ MÖMİNLƏR QƏBUL EDƏCƏK." (Şeyx Muhammed b. İbrahimi Numanı, Gaybeti Numanı səh. 247)

 

Hz. Mehdi (ə.s) və tələbələri bütün saleh möminlər kimi Cənnətlə müjdələnmişlər

"Onlar uzaqgörən, təqvalı və təvazökardırlar. Dünya malına əhəmiyyət verməzlər, iman və mədəniyyət sahibidirlər, .... Gecələri abid, gündüzləri aslandırlar. Mərhəmət, şəfqət, qürur və cəhd əhlidirlər. Polad ürəkli və güclü bir imana sahibdirlər. Yorulmaq bilməzlər, güclüdürlər. O qədər dözümlüdürlər ki, dağlara göndərilsələr oranı dəlik-deşik edər yerindən oynadarlar. Haqqa inanan, Rəhbərinə (hz. Mehdi (ə.s)-a) itaət edib təslim olan, şəhadət aşiqi, Allaha çatmaq üçün can atan, təhlükələrin və çətinliklərin eşiyində yetişmiş fədakarlar, ... cəhd və şəhadət aşiqidirlər. Səbir onların xüsusiyyətidir, təvəkkül onların yol azuqəsidir. Polad ürəkli, dəmir iradəli, gecələr ibadət edən, qənaətkar, hər biri qırx igid olan mərd insanlardır." (Safı Golpeygani, Muntahabul-Eser, səh. 486)

Bütün hədislər göstərir ki, hz. Mehdi (ə.s)-ın tələbələri heç qorxmadan, bütün ömürləri boyu hz. Mehdi (ə.s)-ın yanında olub, bu mübarək insana hər işində kömək edəcəklər və səmimiyyətlərindən, ixlaslarından ötəri Uca Allahın icazəsiylə sonsuz cənnətlə mükafatlandırılacaqlar.

Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (Nisa surəsi, 124)


DEVAMINI GÖSTER

Bu əsər ilə əlaqədar digər çeşidlər