Hörmətli Adnan Oktarın 10 avqust 2015-ci il tarixli söhbətindən əhəmiyyətli başlıqlar

A9 TV, 10 avqust 2015

Qurtuluş döyüşündəymiş kimiyik. Yurd işğal edilmiş, namərd PKK-nın işğalına məruz qalmış vəziyyətdədir. Qoç igidlər də, dəliqanlılar da onlara qarşı mübarizə aparır. Amma, əlbəttə ki, bəzi şəxslər hələ hadisənin ciddiyyətini tam qavraya bilməmişlər. Məsələnin ciddiyyətini də qavraya bilməmişlər. Xalqı keyitməklə məşğuldurlar. “Çözüm sürəci”, belə bir şey yoxdur. PKK bütün Yaxın şərqi işğal etmək fikrindədir. Sırf Türkiyəni deyil, Bərzanini, onu-bunu, hamısını düşünür. İraq, Suriya, hamısıyla. Bunlar gözü dönmüş cinayət şəbəkəsidirlər. Böyük ehtimalla Obama sui-qəsd qorxusuyla bunlara ağamsan, paşamsan deyir. Çox pis. Yəni tezliklə gərəyi edilməlidir. İlanın başı böyümədən əzilməlidir. Amma bu elmlə, ağılla olar. Mədəniyyətlə olar.

(Silopidə minalanmış yolda partlayış nəticəsində 4 xüsusi təyinatlımız və Beytüşşebapda iri çaplı pulemyotlarla vertolyota açılan atəş nəticəsində 1 əsgərimiz şəhid oldu. Gün ərzində Hakkari, Şırnak, Silopi, Diyarbəkir Yüksəkovada terroristlər qumbaraatan, uzun mənzilli silah və bombalarla polis və əsgərimizə hücumları davam etdi)

Amma çox təmkinli, diqqətli bir üslub içindədirlər. Halbuki, onlara onların anlayacağı dillə izah edilməlidir. Lakin ən başda elmi, elmi fəaliyyət çox həyatidir.

(Dünən gecə də Sultanbeylidə polis bölməmizə bombalı intihar hücumu təşkil edildi)

Amma vəziyyətin ciddiliyyətini anlaya bilmirlər. Hələ bəzisi evlənmək arxasıca qaçır, bəzisi Avropada təhsil alım deyir, bəzisi də iş yerimi qaydasına qoyum, deyir. Adamlar gözü dönmüş vəziyyətdə bütün inancını, bütün enerjisini, bütün əzmini öz murdar inancına, iddiasına həsr etmiş və onun üçün namərdcə bir savaş aparır. Çölə çıxıb baxırıq bazardan tərəvəz dalınca qaçırlar, bir çox insan laqeyddirlər, çox sakitdirlər. Bu laqeydliyi və fövqəladəliyi heç cür qavraya bilmir və görə bilmirlər. İş adamlarının böyük bir hissəsi, bir çox siyasətçi hadisənin fövqəladəliyini anlamırlar. İllərdən bəri izah etməyimizə baxmayaraq, qavraya bilmirlər.

(Bu gün İstanbul-Amerikan Konsulluğuna da bir hücum edildi. 51 yaşındakı terrorist qadın yaralı olaraq ələ keçərildi. Terroristin qısa müddət əvvəl azadlığa buraxıldığı məlum oldu.)

Hərhalda təcavüz etmək üçün. Çünki ora çox yaxşı qorunan bir yerdir. Qala kimi bir yerdir. Narahat etmək məqsədiylə etmişdir. Oradakı məqsəd bizim polisimizə hücum etməkdir. Amerikan Konsulluğuyla əlaqəsi yoxdur. Bu hansı təşkilatdır?

"DHKP-C deyirlər".

Bəli, onlar Amerikaya qarşı belə hərəkət edə bilərlər. Ümumiyyətlə ayıq-sayıqlığı artırmaq lazımdır. Çox əhəmiyyətlidir.

(Cümhuriyyər qəzetində yer alan xəbərdə Amerikan səfiri John Bass bəzi HDP-li nümayəndələrlə görüşdü və "Türkiyənin PKK-ya qarşı əməliyyatları ən çox bir neçə ay daha davam edə bilər, səbr edin" -dedi. Bass, İŞİD əməliyyatlarıyla birlikdə PKK-ya qarşı əməliyyatların da azalacağını gözlədiyini ifadə etdi.)

Bu, rüsvayçılıqdır. Çox qorxuncdur. Yəni lazım olsa, hökumət MHP və CHP-lə də birləşərək, bir koalisiya hökuməti qursun. Milli səfərbərlik elan edilsin. Ehtiyatdakı əsgərlərimiz vəzifəyə çağırılsın. Ən az 2 milyon əsgər vəzifəyə çağırılsın. Fövqəladəlik görülsün. Amerika niyyəti pozub. PKK üç- beş, səkkiz əsgərlərimizi, qardaşlarımızı şəhid edərək, “Aman deyirlər, “çözüm sürəci” davam edir, səsinizi də çıxartmayın, hər şey çox gözəl gedir”, hipnoz davam edir. Belə bir alçaqlıq içindədirlər. Türkiyə tam mənasıyla üstünə çöksün. PKK-nın bütün yuvaları darmadağın edilməlidir. Gedib öldürsünlər, assınlar, kəssinlər demirəm, amma bütün həyat damarları qoparılsın.

Hz. Mehdinin çıxış əlamətlərindən biri də gerçəkləşdi

Kab Rəsulullah (s.ə.v)-dən rəvayət edir: “Mehdinin zühuru vaxtında, -axırzamanda- Şam nahiyələrinin bir az kənarında Firat ətrafında böyük bir ordu toplanar. Mal-mülk üçün döyüşərlər”. Yəni materialistdirlər. Dünya üçün, mal üçün, torpaq üçün. Allah üçün deyil. Çünki o birilərində həmişə Allah üçün savaşdılar. Bunlar isə mal üçün. Rəsulullah materialist olduqlarını söyləyir. “Hər bir doqquz adamdan yeddisi öldürülər”. Yəni Peyğəmbərimiz (s.ə.v) bir qanlı təşkilat olduğunu söyləyir. “Ramazan ayında eşidilən şiddətli gurultulu çökmədən və qorxudan sonra...” Bilirsiniz, bu Ramazan ayında, 23 iyun 2015-ci ildə Nigeriyada 30 adam, 25 iyun 2015-ci ildə Kobanidə bomba partladıldı, 146 adam öldü. Ramazan ayında Kobanidə ilk dəfə olur. Küveytdə Ramazan ayında İmam Sadiq məscidində yenə bomba partladıldı, 24 adam. 17 iyulda Nigeriyada yenə 64 adam partlamalardan... 17 iyulda İraqda bomba partlaması nəticəsində 100 adam. 170 adam da yaralandı. Bu, izah etdiklərimizin bir qismidir. Bu bombalamalar, partlamalar və şiddətdən sonra. “Üç bayrağın ayrılması olar” -deyir. Bu qrupda, bu təşkilatda. Biri İraqda, biri Türkiyədə. Məsələn, Türkiyədəki PKK-dır. İraqdakı qolunun adı ayrıdır, Suriyadakı qolunun adı ayrı. Bunlar onsuz da aktiv olanlardır. Onsuz da İranda hərəkət edə bilmirlər. “Üç bayraqla hücum” -deyir. “Onlardan hər biri mülkü idarəni özləri üçün istəyər”. Yəni mən daha önə keçim, sən daha önə keç şəklində ayrı-ayrı idarəçi olarlar, deyir. “Amma içlərində Abdullah adlı biri vardır”. Əsl başçılarını da söyləyir. Açıqca Abdullah Öcalanın adını söyləyir. Mehdi (ə.s)-ın yaşadığı yer əsas olduğu üçün, Rəsulullah (s.ə.v) Mehdinin yaşadığı ölkədə nələr baş verdiyini izah edir.

Bunu hocalar izah edərmi? İzah etməz. Halbuki, bu hədis Cübbəlinin öz saytında da var. Amma izah etmir.

(Demokratik Bölgələr Partiyası Şırnak İl (rayon) sədri Saleh Gülenç Şırnakda muxtariyyət elan etdiklərini, bundan sonra dövlətin təşkilatlarıyla işləməyəcəklərini bəyan etdi. “Bu şəkildə dövlətin təyin edilmiş heç bir nümayəndəsi bizi idarə edə bilməyəcək. Bundan sonra xalq olaraq öz rəhbərliyimizi əsas götürərək demokratik təməldə həyatımızı quracağıq” -dedi.)

Hələ hadisənin fövqəladəliyi başa düşülmür. Bax, adam oradan boş-boş danışır, cavab verən yoxdur. Halbuki, dərhal həbs olunmalıdır, tutulmalıdır. Bir hadisə olsa, polis hadisə yerinə gedir. Onun xaricində polis polis bölməsidən çölə çıxa bilmir, əsgər kazarmadan çölə çıxa bilmir. Dağı, daşı bombalamaqla olmaz. Yəni bir dəfə səfərbərlik elan edilməlidir. Əsgər sayı çox artırılmalıdır. 24 saatda 2 milyon əsgər yığa bilirik. Dərhal səfərbərlik elan edilsin və gərəyi də edilsin. Bu itlər tək-tək, ev-ev gəzilib hamısı tutulsun. Bunlar hara qaçacaq? Mağaradadı, mağarada tutarıq. Yerin altındadırsa, yerin altında, evdədirsə evdə tutarıq. Bunları seyr etmənin bir mənası yoxdur. Belə boş-boş danışmaqlarının mənası yoxdur.

(İngilis “Times” qəzetində Türkiyənin PKK əməliyyatları tənqid olundu və Türkiyəyə PKK-ya yaxınlaşması təklif edildi. “Düşmənlərin dostlarının, dostların düşmənləriylə keçici ittifaqlar qurduğu bir bölgədə Türkiyənin İraq Kürdüstanı içindəki PKK düşərgələrinə son hücumları lağvari bir fürsətçilikdən başqa bir şey deyil” -deyildi.)

Halbuki, İngiltərə terrorun dadına baxmış bir ölkədir. “Times” solçu bir qəzetdir. İçində də əksəriyyəti solçudur. Yəni Marksistlər də var və başqaları da var. Orada ehkam kəsirlər. Halbuki, daha əvvəl olan hadisələrdə xeyli ziyana məruz qalmışdılar. Öz ölkələrində belə bir hadisə olsa, İngiltərənin bir hissəsini bölsələr, silahlı qiyam olsa, polis bölmələrinə hücumlar olsa, hərhalda İngilis polisi yatmaz. Türkiyənin etdiklərinə bunların kənardan belə müdaxilə etməsi hadisənin, təhlükənin nə qədər böyük olduğunu göstərir. Lakin hələ qafil olan, hələ ətalətlə hərəkət edən, hadisənin fövqəladəliyini anlamayan xeyli insan var. Hələ sakit- sakit hadisələrə baxır. Bu sakitlik doğru deyil.

(Türkiyədəki İngilis səfiri Richard Moore bu gün “Hürriyet” qəzetinə verdiyi bəyanatda, “PKK İngiltərədə qanuni terror təşkilatıdır. PYD-ni bu şəkildə görmürük. Əlbəttə, bu gün PYD və YPG-nin İŞİD-ə qarşı mübarizələrinin faydalarını görməsəydik, onların bu mübarizədə etdiyi bəzi şeylərə dəstək verməzdik” -dedi.)

İngiltərənin də işin içində olduğu aydındır. Çünki daha əvvəl də, Osmanlı imperiyasının parçalanmasında bunların rolu böyük idi. Bunlar sürətini ala bilməmişlər. Mənim gördüyüm qədəriylə bir şeylər etməyə qərarlıdırlar. Buna qarşı milli səfərbərlik olsa, Türkiyənin qərarlılığını görsə bunların hamısı qorxar, söyləyim. Amma belə sakit, laqeyd olsalar, Amerika da, İngiltərə də təzyiq göstərməyə davam edər. Xəstə adam kimi rəftar edərlər. Amma dinc və qərarlı olduğumuzu göstərsək, qurtuluş müharibəsində necə qaçıb getdilərsə, bu dəfə də elə qaçıb gedərlər. Bütün məsələ qərarlılığımızı göstərməkdədir. Onlar bu an da bizi laqeyd zənn edirlər, ona görə təzyiq göstərirlər. Yəni qərarlılığımızı göstərsək, bu səfir və digərləri bütün üslubunu dəyişdirər. Bu çox yersiz bir izahdir. YPG PKK-ya bərabərdir. Türkiyədə hamısı cinayət işləyən qatillərdir.

Dövləti müdafiə edən, hökuməti müdafiə edən, milləti müdafiə edən bir təşkilat olsun

Hökumətin də inadla söylədiyimiz özünü müdafiə edən bir təşkilat olması izahımıza əhəmiyyət verməməsi çox pis oldu. Dövləti müdafiə edən, hökuməti müdafiə edən, milləti müdafiə edən bir təşkilat olsun. Bütün qəzetlərə bildiriş versin. Dövlət adına hər gün şərh etsin. Hər şeyə açıqlıq gətirsin. Bunların internet saytı da olsun; yazılı, vizual, hər cür imkanı olsun. Yox, etmirlər. Bizim gücümüz və imkanımız çox məhdud olur. Gecə-gündüz uşaqlar çırpınır, mən bir şeylər izah etməyə çalışıram, amma bu dar çərçivədə olur. Bu, dünya səviyyəsində edilmiş olsa, çox təsirli olar.

(Hakkari Çuxurcada 7 gömrük personalından on saatdır xəbər alına bilmir. Təhlükəsizlik gücləri axtarış əməliyyatları apararkən, məmurların terror təşkilatı mənsubları tərəfindən qaçırılmış ola biləcəyi ehtimalı üzərində dayanılır.)

MaşaAllah, yaxşı yoxlamışlar. Bu nə soyuqqanlılıq, bu necə bir işdir, mən anlamıram. Bütün Türkiyədə səfərbərlik elan edilməlidir. Bir fövqəladəlik var. Bunu görməlidirlər. Mən anlaya bilmirəm. Bütün ehtiyatda olanları əsgərliyə çağırsınlar. Lazım olsa biz də gedərik.

PKK ilə əvvəlcə elmi mübarizə aparılmalıdır

Mən öldürməyə şiddətlə qarşıyam. Fikirlə! PKK-ya kitab atılsa, onları ağlasığmaz şok edər. Darvinizmin, materializmin etibarsızlığı izah edilsə, Amerika da məhv olar, İngiltərə də məhv olar. Yük maşınları ilə, vertolyotlarla, təyyarələrlə xalqa kitab paylansa, PKK-nın səhv ideologiyası, Darwizmin, materializmin etibarsızlığı izah edilsə, yer yerindən oynayar. Bütün dünyada xəbər olar.

İyirmi gün içində 30-dan çox şəhidimiz var. PKK donuz kimi ayaqdadır!

PKK-nı qanun, hüquqla necə əzdiyimizi, bunları necə tutduğumuzu göstərək. PKK təbliğatına icazə verməyək

Yandırılan tırların, tikintilərin, vurulan polis bölmələrinin həddi- hüdudu yoxdur. Hər yer yanğın yeri kimidir. Bu, böyük bir PKK təbliğatıdır. Biz Türk əsgərini təbliğ etməliyik. Türkiyəni təbliğ etməliyik. PKK-nı necə əzdiyimizi, bunları necə tutduğumuzu göstərək. Adamlar tutulmuş, sən “niyə tutdun?” desən, olmaz. Tutulduğu üçün təqdir etməlisən.

MHP sevgini, şəfqəti, mərhəməti daha güclü, daha isti vurğulaya bilər

Sənəti, estetikanı daha çox vurğulaya bilərlər. Gənc, dəbdəbəli xanımlar və gənc dəbdəbəli bəyləri daha ön plana ala bilərlər. Müasir bir kütlə partiyası olaraq özünü ortaya çıxara bilər. İdealist ruhu daha da gücləndirərək. İdealist ruh heç bir şəkildə zəiflədilməməlidir. 1980-ci ildəki həyəcanları necəydisə, eynilə o həyəcan olmalıdır. Allah əsirgəsin o həyəcan itsə, fəlakət olar. Camaatları qucaqlayan, Bədiüzzamanı qucaqlayan, İmam Rəbbanini, Abdülqadir Geylanini qucaqlayan, İskəndər Paşaya sahib çıxan, Nurçulara sahib çıxan.

MHP dibdə, dərində o düşməni əzən qərarlılığı, mənəvi gücüylə, həmişə zəmində, hazırda və hücumda dayanar. Demokratiyanın sərhədləri içərisində, qanun, hüquq sərhədləri içərisində o gözəlliyini, gücünü mühafizə edər. Millət mehribanlığı xoşlayır.

Kafirun və Kafirat, Münafiqun və Münafuqat Cəhənnəmdə heyrətlə və qibtə ilə möminləri izləyəcəklər

Əlbəttə ki, möminlərin cənnətdə heç bir şeyə ehtiyacları yoxdur. Məsələn, mömində bağırsaq olmaz, amma kafirdə bağırsaq olur. Cəhənnəm əhlində bağırsaq olur. Mömində bağırsaq yoxdur. Mömində mədə yoxdur, onlarda var. Mədəsi yanır, yəni içdikdə mədəsi yanır. Bağırsaqlarını od bürüyür. Möminlərin qaraciyəri və s. yoxdur. Ciyəri var, amma nəfəs alıb-verir. Gözəl qoxunu alıb-verir. Tamam ayrı bir yaradılışla yaradılırlar.

(Amerikalı yazıçı David Phillips, “Beynəlxalq Cinayət Məhkəməsi respublika başçısı Ərdoğan haqqında insanlığa qarşı cinayətlərdən iddia qaldıra bilər” -dedi. “Türkiyə Əncirlik aerodromunu terrorizmlə mübarizə bəhanəsiylə PKK-ya hücum edə bilmək üçün açdı. Türkiyənin İŞİD kimi cihadçı təşkilatlarla keçmişi var” şəklində danışdı.)

Hökumətin İŞİD ilə heç bir əlaqəsi yoxdur. Mən hadisəni çox yaxşı izlədim. Çox yaxşı bilirəm. Yaxından izləyirəm. Yəni onların bilmədiyi şeyləri də bilirəm. Heç bir şəkildə elə bir şey yoxdur. İŞİD hökumətə də şiddətlə qarşıdır, Ərdoğana da qarşıdır. Ağılalmaz dərəcədə qarşıdırlar və hirslidirlər. Çox səmimiyyətsiz bir üslubdur.

PKK-nın artıq darmadağın olacağını anladılar. Özlərincə matəm tuturlar. İndi PKK belə dəlilik etdikcə daha da bəla istədiyi aydın olur. Etdiklərinin yanına qalmasına imkan vermərik.

PKK-ya hələ heç bir şey edilmədi. Bu an yalnız bir yoxlama var. Amma ediləcəyinin zəmanətini verirəm. PKK-ya xeyli bir şey ediləcək. Ağılsız həriflər bir dəfə kommunist, Stalinist olduğunda, terrorist olduğunda onsuz da işi bitmiş olur. Onunla artıq sevgi bağı olmaz.

(Ankaraya kritik ziyarət edəcək İran xarici işlər naziri Zərifin çantasında yeni Suriya planı olacaq. İranın Şam, Lazkiye və Tartusun Əsəd rejimində qalmasını, müxaliflərin ələ keçirdiyi bölgələrdə isə yeni rəhbərlik qurulmasını təklif edəcəyi iddia edilir. Əsəd rejiminin əlində olan Hələbin isə beynəlxalq bir koalisiya ilə idarə olunması istənəcək.)

Nə əlaqəsi var, canım? Hələbi Türkiyənin idarəsinə versinlər, nalayiqlik etməyə ehtiyac yoxdur. Daha yeni dedim. “Lazkiyedə Əsədə bir yer verək” dedim. Bax, dərhal dediyim həyata keçir.

İran bizim dostumuz və müttəfiqimizdir. İranı sevməliyik. İran düşmənliyi doğru bir şey deyil. İranla dost olmalıyıq. Şiələr çox təmiz insanlardır, dindardırlar. Təqvalıdırlar. Şiə düşmənliyi çox pisdir.

Səudiyyə Ərəbistanı İrana apardığı təklifdə, “Suriyada Hizbullahı oradan çəksəniz, biz də müxaliflərə dəstəyimizi çəkərik” deyə.

Bizim Hizbullaha sözümüz yoxdur. Lakin kommunist doldurublar. Sənin Stalinistlə, kommunistlə nə işin var? Sən Şiə olaraq, mömin olaraq vəzifəni yerinə yetir, mən sənin alınından öpərəm.

(Bingölün mərkəzə bağlı Almalı kəndinə sızmağa çalışan PKK-lılar keçici kənd meşəbəyiləriylə qarşıdurmaya girdilər. Qarşıdurmada 2 PKK-lı öldürüldü. 1 yaralı, 2 terrorist ələ keçirildi.)

Bax, meşəbəyilər çox diqqətcildirlər. Əlbəttə ki, biz adam ölsün, asılsın, kəsilsin demirik, amma bunlar vətəninə, millətinə, bayrağına qarşı çox diqqətcildirlər. Hökumət əsrarəngiz bir şəkildə, anlaya bilməyəcəyimiz bir şəkildə qoruyuculuq sistemini təzyiq altına aldı. Gerilətdi və gücünü qıracaq bir siyasət izlədi. Saylarını artır. Halalı xoş olsun, maaşlarını da artır. Silahlarını keyfiyyətli hala gətir. Güllələri keyfiyyətli olsun. Bol sursat ver. Onlar bizim canlarımızdırlar.

Müsəlmanın qətlinə səbəb olmanın nəticəsi əbədi cəhənnəm olar

İŞİD-ə edilən qanlı hücumlara kimsə qarışmasın. Edilən bu qorxunc hərəkətdə heç bir müsəlmanın barmağı ola bilməz, haram olar. Nə vəsilə olmaq, nə vasitəçi olmaq. Müsəlmanın qətlinə səbəb olmaq, qətl etmək kimidir. Yeri əbədi cəhənnəm olar. Səhvi varsa, elmlə, mədəniyyətlə məlumatla düzəldərsən. Xəbərdar etmirsən, danışmırsan, cavab vermirsən, yazı yazmırsan, televiziyada xəbərdar etmirsən. Bu halda “mən gedib bombalayacağam, bombalamağıma icazə verərsənmi?” demək Olmaz!

HZ. MEHDİ (Ə.S); “MƏN MEHDİYƏM” DEMƏYƏCƏK, “MƏN MEHDİNİN KÖMƏKÇİSİYƏM” DEYƏCƏK

Mehdi (ə.s)-a deyərlər: “Sən filankəs oğlu filankəssən”. O İSƏ “MƏN YALNIZ ƏNSARDAN- KÖMƏKÇİLƏRİNDƏN BİRİYƏM” deyər” -deyir. Mənim elə bir iddiam yoxdur, deyər. Allah ona tələbə olmağı nəsib etsin. Onların əlindən xilas olar... Onu yenə Məkkədə taparaq, “Sən filankəs oğlu filankəssən, anan da filankəs qızı filandır, səndə bu-bu əlamətlər vardır, birinci dəfə bizdən xilas oldun, uzat əlini sənə beyət edək” deyərlər. Bunun üzərinə o “Mən axtardığınız deyiləm” deyər və təkrar Mədinəyə gedər. Mədinədə yenə axtarılınca yenə Məkkəyə dönər. Məkkədə özünü Rükndə taparaq belə deyərlər:.. Süfyani ordusuna qarşı möminləri qorumazsansa, günahlarımız sənin üzərinə və qanları da boynuna olsun”. Bunun üzərinə Mehdi, Rukun ilə Mövqe arasına taxtına oturar və əlini uzadaraq beyətləri qəbul edər...” (Cəlaləddin Suyutinin təsnifindən hədislər, Axırzaman Mehdisinin Əlamətləri, Əli min Hüsameddin əl Muttaki, səh. 61) Bir rəvayətdə ölümlə təhdid edərlər deyir, bir rəvayətdə də qəbul etməzsənsə, bu qədər insanın qanı boyuna olsun deyirlər. Bu hədis İmam-Suyutinin əsərində keçir.



DEVAMINI GÖSTER