Hörmətli Adnan Oktarın 12 iyun 2015-ci il tarixli xoş xöhbətlər proqramından əhəmiyyətli başlıqlar

A9 TV, 12 iyun 2015 xoş söhbətlər

 

Kəhf surəsindən ayə izahları

“Səndən Zülqərneyn barəsində soruşurlar”. Demək ki, əhəmiyyətli görmüşlər ki, o dövrdə adıyla bilərək soruşurlar. Yəni xristianların, yəhudilərın hər kəsin bildiyi bir addır, Zülqərneyn. Onun üçün Tövrat və İncilə də baxmaq lazımdır.

“De: “Onun barəsində sizə bir əhvalat danışacağam””. (Kəhf surəsi, 83) Bəzi məlumatlar; yəni əhatəli deyil, əlaqədar məlumatlar. Məqsəd nə? Öyüd. Bir: öyüd-nəsihət, iki; xatırlatma. Nəyi xatırlayacaq? Axırzamanı xatırlayacaq. Axırzamandakı hadisələrlə o ayəni ikisini müqayisə edəcək “Nə qədər bənzəyir” deyəcək və xatırlamış olacaq.

 

Hakimiyyətin sarsılmazlığı onun güclü bir imana və inanca söykənməsindən asılıdır

“Həqiqətən, Biz ona yer üzündə sarsılmaz bir hökmranlıq verdik”. Sarsılmaz”. Hakimiyyətin zəif olması narahatlıqlara səbəb olar. Sarsılmaz olması üçün çox güclü bir inanca söykənməlidir. Sağlam inanca söykənməyən heç bir iqtidar möhkəm olmur. Güclü bir imana və inanca söykənsə möhkəm olar. Məsələn, Süleyman (ə.s)-ın iqtidarı güclü idi; çox möhkəm bir inanca söykənirdi. Amma sağlam inanca söykənməyib müxtəlif inancların qarışığı olsa o zəif olar. Parçalanmış qüvvələr olur onlar bir yerə gəlsə də yenə bir bütün kimi təsir edə bilmir.

“Və hər şeyin yolunu ona öyrətdik”. (Kəhf surəsi, 84) Kim yol göstərirmiş? Allah. Hər şeyi kim yaradırmış? Allah. Demək ki, Zülqərneynin öz bacarığı deyil. Heç bir insanda anadan gəlmə bacarıq olmur. Allah ona o gücü verib.

“O, yer üzündə gəzib dolaşmaq üçün səfərə çıxdı”. (Kəhf surəsi, 85) Allahın göstərdiyi bir yol. Neçənci ayə? 85. 85-86, demək ki, hadisələrin başladığı tarix. Həm 1985-ə, həm 1986-ya baxır. Yəni canlılığın, mehdiyyətin ən güclü olaraq özünü göstərdiyi, dəccaliyyətin də ən canının yandığı illər 1985 və 86.

“Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda”, yəni demək ki, mehdiyyətin elmi, mədəniyyəti hər yerə çatacaq. Kitabları, məlumatları çatacaq. Yəni Çinə, Yaponiyaya qədər, hər yerə o məlumat çatacaq. Günəşin batdığı yerə də, doğulduğu yerə də, yəni dünyanın hər tərəfinə o məlumatın, o gücün çatacağına işarə etmiş olur.

 

Ayədə keçən “günəşin qara palçıqlı çeşmədə batması”, mehdiyyətin çətin şərtlərlə qarşılaşmasına işarədir

“Onu qara palçıqlı bir çeşmədə batan gördü”. Yaponiyada olan sunami vaxtı bütün dəniz qara palçıqlı idi. Günəşin batışını da göstərdilər. Qara palçıqlı bir çeşmədə batırdı sanki və müdhiş bir fəlakət idi bu. Böyük bir fəlakət idi. Quran bir istiqamətiylə ona işarə edir. Günəş kimi olan mehdiyyətin də bir müddət qara palçıqlı, məsələn, bir həbsxanada saxlanılacağına da işarə etmiş olur; yəni simvolik mənada. Çünki o günəş kimi bir varlıqdır, lakin qara palçıqlı bir yerdə, yəni pis bir yerdə onun bir müddət tutulacağına işarə etmiş olur. Neçənci ayədir? 86. 86-da mehdiyyətə istiqamətli demək ki, bir şey olacaq 1986-cı ildə. Mehdiyyət, bəlkə, həbslə qarşılaşacaq. “Qara palçıqlı çeşmədə deyilən” qaranlıq bir hücrədə saxlanılacaq, demək ki. Yəni həbs kimi, təcridxana kimi ona bənzər çirkli bir yer, yəni qaranlıq bir yerdə o çətin vəziyyətdə buraxılacaq. Amma “günəş” olmaq xüsussiyyətini mühafizə edəcək mehdiyyət. Demək ki, 1986-cı ilə də bir işarə var burada.

“Zülqərneyn onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!”” (Kəhf surəsi, 86) Yəni ordu başçısı istəsə döyüşlə də, qan tökərək də hadisələri həll edə bilər; amma istərsə sülhlə, qardaşlıqla, sevgiylə, nəzakətlə də edə bilər. Mehdi (ə.s) sevgiylə, nəzakətlə, ağılla, irfanla etməyi seçəcək. Normalda özünümüdafiə haqqı da var. Yəni istərsə yerlə-yeksan edər, amma bunu etməyəcək, sevgiylə həll edəcək. Buna işarə edir.

“O dedi: “Haqsızlıq edəni cəzalandıracağıq”. “Öldürəcəyik, asacağıq, kəsəcəyik” demir. Məsələn, PKK haqsızlıq etdikdə nə olur? Həbsə girir. Cəzalandırmaq budur. Həbs əzabıyla qarşılaşır. “Sonra o, Rəbbinə qaytarılacaqdır”. Axırda da ölür bu adamlar; amma əsl cəza axirətdə olur. O da ona ağır bir əzab verəcəkdir!” (Kəhf surəsi, 87) Bax “ağır bir əzab” dünyadakı əzab heç qalır yanında, axirət əzabının yanında.

“İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir”. İman edəcək Allaha. Bu necə olur? İman həqiqətləri ilə, Quran möcüzələri ilə, vicdanının səsinə qulaq verərək bunu əldə edəcək. Ardıca nə edəcək? Səmimi olacaq. Səmimi olmazsa olmur. İman və səmimiyyət iç-içədir. Yəni bir tamdır.

 

Zülqərneyn hekayəsində mehdiyyətə işarələr vardır

“Biz ona əmrimizdən asan olanı buyuracağıq” (Kəhf surəsi, 88). Mehdiyyət necə bir iş görəcəkmiş? Dini asanlaşdıran bir iş görəcək. Quran buna işarə edir. Mehdi (ə.s)-ın da vəzifəsi bu olacaq. Çünki bir zaman deyə bir hadisədən bəhs edir. Yəni Zülqərneyn hekayəsi keçmişdə olan bir hekayəni bizə izah edən bir nağıl kimi deyil. Allah orada ibrət, nümunə və xatırlatma olduğunu söyləyir. Yəni biz xatırlayacağıq onu. Müqayisə edəcəyik deyəcəyik ki, “bax, bu eynisidir. Mehdiyyətdə də eyni şeylər olur”.

“Sonra o, yoluna davam etdi”. (Kəhf surəsi, 89) Neçənci ayə? 89. Demək ki, bir dönüş nöqtəsi 89. 89, 99, 2009, 2019.

“88-ci ayədə asanlaşdıracağıq” -deyir.

1988-de bir fərahlıq var demək ki.

“Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün günəşə qarşı heç bir örtük yaratmamışdıq”. (Kəhf surəsi, 90) Demək ki, dəniz kənarında bir yerə gələcək. Çünki dəniz kənarında çimərliklər var, insanlar paltarla gəzməz, daha açıqdır. Məsələn, xanımlar dekoltə olar, bəylər dənizə girərlər.

“Bax belə! Biz onun başına gələnlərin hamısından xəbərdarıq”. (Kəhf surəsi, 91) Yəni Mehdi (ə.s) demaqoqiya ilə danışmayacaq. Əsaslı və qısa danışacaq, tam hədəfə istiqamətli, hikmətli. Sözü uzadıb özünü bəyəndirməyə çalışan deyil, tam mövzunun özünə istiqamətli, hikmətli, qısa, təsir edici, tam əhatə edici və tam həll edici danışacaq.

“Sonra o, yenə yoluna davam etdi” (Kəhf surəsi, 92). 1992-ci il də bir dönüşdür demək ki.

 

Kəhf surəsindən mehdiyyətin PKK-ya qarşı mübarizə aparacağını başa düşürük

“Nəhayət, iki dağ (səddin) arasına gəlib çatdıqda”. Yəni PKK ilə mübarizəyə girəcək axırda. “İki dağ”. Yəni dağlıq bölgə olan Türkiyə ilə İraq arasında sərhəd var bilirsiniz orada. Minalanmış ərazilər var, tikanlı məftillər var. Bu sədd deməkdir. Suriyayla olan sərhəd var. İki sədd. Yəni Suriya və İraq sərhədi. “Oraya qədər çatdı”-deyir. Yəni orada belə fəaliyyətlərinə davam edəcək. Dəccaliyyətə qarşı bir mübarizə aparacaq.

“Əbcəd 2015”

Tam yaşadığımız tarixi verir. Bu tarixdə demək ki, PKK ilə mübarizə genişlənəcək. Mehdiyyətin liderliyində görünməmiş bir genişlənmə olacaq.

“Onların ön tərəfində az qala söz anlamayan bir tayfaya rast gəldi”. (Kəhf surəsi, 93) Yəni PKK-lılar. Başqa dildə danışmağa israrla davam edir. Türkçə bildiyi halda danışmamağa diqqət edir. Söz başa sala bilmirsən. Anlamazlıqdan gəlir. PKK-ya işarə edən bir ayədir mehdiyyət cəhətdən baxdığımızda.

 

Yəcüc və Məcüc anarxiya və terror hadisələrinə işarədir və axırda bu mövzuda Mehdidən kömək istəniləcək

“Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc və Məcuc tayfaları yer üzündə fitnə-fəsad törədirlər””. Demək ki, bu Marksist, kommunist dəstəsi, PKK-lılar yer üzündə fitnə-fəsad və terror törədəcəklər. İnsanlara əzab-əziyyət verəcəklər. Axırda insanlar Mehdi (ə.s)-a üz tutacaqlar: “Bu mövzunu həll et, bu mövzunu düzəlt” deyə Mehdi (ə.s)-a müraciət edəcəklər, bu aydın olur.

“Bəlkə, biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?” (Kəhf surəsi, 94) Yəni Mehdi (ə.s)-a pul təklif edirlər. Quranın işarəsidir. Mehdi (ə.s) belə bir şeyi əsla qəbul etməz. Amma aramıza bir sədd, mənəvi bir sədd, elmi, ağıllı bir sədd, yəni bu terroru, anarxiyanı dayandıracaq hər şey; hərbi həll də daxil olmaqla, elmi həll də daxil olmaqla, mənəvi sədd.

Sungur Ağabəy deyir: “Sən səddi-Zülqərneyn oldun. O səddi aşıb bizə gələ bilmirlər”. Nə demək istəyir? Mənəvi sədd. Burada nəzərdə tutulan maddi və mənəvi sədlərin cəmidir. Biz də bir Mehdi öndə gedəni olaraq dəccaliyyətə qarşı, həqiqətən, bir sədd meydana gətiririk, bir növ sədd. Amma Mehdi (ə.s) tam mənasıyla sədd meydana gətirəcək.

“O dedi: “Rəbbimin mənə əta etdiyi mülk daha yaxşıdır””. Bəli, “mənim onsuz da rahatçılığım yerindədir” -deyir. “Sizdən ev, saray heç bir şey istəmirəm; pul da istəmirəm”. “Siz mənə insan gücüylə yəni sözünüzlə, bədəninizlə kömək edəcəksiniz”. Yəni “Hərbi güclə, təbliğat gücünüzlə, təbliğ gücünüzlə, danışıq gücünüzlə, radionuzla, televiziyanızla mənə kömək edin” -deyir.

“Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim”. (Kəhf surəsi, 95) Bəli, “qüvvə” məhz hərbi gücdür. “Möhkəm bir sədd” də yenə hərbi səddir. Həm mənəvi fəaliyyət, həm də hərbi sədd.

“Mənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yamacı arasını dəmir parçaları ilə doldurduqda: “Körükləyin!” – dedi”. Dəmir parçaları nədir? Tanklar, toplar silahlar nədir? Demir parçalarıdır. O dövrdə istifadə olunacaq ağır silahlar.

“Dəmir közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!” – dedi”. (Kəhf Surəsi, 96) “Körükləyin” –deyir. Yəni atəş açın. Çünki silah ağzından alovlar saçar və nəticədə düşmənləri təsirsiz hala gətirər. Bir cəhətdən ona işarə edir. “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!” deyir. Yəni yaxşıca möhkəmlənəcəyi, sistemi yaxşıca oturdacağı aydın olur. Yəni bu mübarizədən sonra sistemin üzərinə ikinci bir sədd daha meydana gətirəcəyi aydın olur. “Mis töküm”. Yəni bir elektron sədd daha hazırlanacağı, elektron cəhətdən tədbirlər də görüləcəyinə də işarə etmiş olur.

“Yəcuc və Məcuc tayfaları nə səddin üstünə çıxa bildilər, nə də onu dəlib keçə bildilər”. (Kəhf surəsi, 97) Yəni elə möhkəm bir müdafiə sistemi düzəldir ki, PKK bir daha onu nə aşa bilir, nə də o sistemi dəlib keçə biləcək bir strukturları olur. Yəni artıq sistem kamil mənada oturur. Dəccaliyyət, yəni PKK düşüncəsi, Firon düşüncəsi tamamilə ortadan qalxmış olur.

“Zülqərneyn dedi: “Bu, Rəbbimdən olan bir mərhəmətdir. Rəbbimin vədi gəldikdə isə onu yerlə-yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir””. (Kəhf surəsi, 98) “Hər şeyi Allah edir” -deyir. “Bunu da Allah etdi” -deyir. “Mərhəmət” Allahın sevgisindən bir gözəllikdir, Allah meydana gətirir. Vaxtı, zamanı gəldikdə də, nə PKK qalar, nə onlar üçün görülən hərbi tədbirlər, sistemlər qalar. Heç bir şey qalmaz hamısı darmadağın olar, ayə ona işarə edir. “Qiyamət onsuz da çox yaxındır” -deyir, Mehdiyyətə işarə etdiyini də oradan anlayırıq. Yəni bu tip ayələrdə dərhal qiyamətdən bəhs etməyə keçirsə hadisə mehdiyyətlə əlaqədardır, Axırzamanla əlaqədardır. Yəcüc-Məcüc mövzusunda, dabbə mövzusunda hamısında həmişə axırda qiyamətdən bəhs edilir. Baxın Quranın hamısında bu şəkildədir. Duxan zühurunda da eyni şəkildədir.

 

Duman zühuru dünyada meydana gələn iqtisadi, siyasi, sosial hər cür böhran və çətinlikdir

Duman zühuru da anarxiya, terror, bahalılıq, böhran mənasındadır. Hər cür çətinlik, hal-hazırda dünyada yaranan böhran budur. Ayədə deyilən duman zühuru budur, yəni bildiyimiz klassik duman mənasında deyil o. Yəni şiddətli çətinlik, şiddətli narahatlıq, iqtisadi böhranlar, anarxiya, terror hər cür çətinlik.

“O gün Yəcuc və Məcuc tayfalarını axışıb bir-birinə qarışmış halda buraxarıq. Sur üfürülən kimi məxluqatın hamısını bir yerə toplayarıq”. (Kəhf surəsi, 99) O küfr artıq yerdən dirilib qaldırılacaq. Onlar bir-birinə qarışacaq. Yəni ağlasığmaz bir izdiham şəklində olacaq. Bir hədəfə doğru qaçırlar axırda onsuz da. Yəni sanki “Çəyirtkə sürüləri kimi” -deyir onsuz ayədə. “Çəyirtkə sürüsü necə dalğalanar o cür onlar da dalğalanaraq gedəcəklər” -deyir. O onsuz da qiyamətdir, yəni qiyamət günü dirilmə anındakı vəziyyətlərindən bəhs edilir.

“O gün Biz Cəhənnəmi kafirlərə aşkar göstərərik”, (Kəhf surəsi, 100). Allah necə intiqam alacağını da söyləyir. Hər cəhətdən cəhənnəm onları tam bürümüş olur.

“O kəslərə ki, gözlərinə Məni anmamaq üçün pərdə çəkmişdilər”. PKK dinsiz, imansız, Allahsız, Kitabsız olduğu üçün, kommunist düşüncədə olduğu üçün Quran o məntiqin ilk halına diqqət çəkir, dünyadakı halına diqqət çəkir.

“Özləri də eşidə bilmirdilər”. (Kəhf surəsi, 101) İndi dinləməyə dözə bilirmi? Danışa bilmirsən, Mardinə gedə bilmirsən, Siirtə gedə bilmirsən, danışmağa imkan vermirlər, Allahdan bəhs etməyə imkan vermirlər. Heç bir şəkildə haqqı və doğrunu deməyə imkan vermirlər. Söyləyənə də silahlı hücum olur.

“Olmaya, kafirlər Məni qoyub qullarımı özlərinə dost tutacaqlarını güman edirdilər?” Məsələn, Allahı qoyub Abdullah Öcalanı özünə dost tutur. Onu haşa ilah kimi görür. Onsuz da o da deyir: “Mən tanrı oldum”. Onlar da onu tanrı kimi görürlər. Ona tabe olurlar. O nə desə ona qulaq asırlar. Ayənin ifadəsi açıqdır, təbii ki, bir tərəfdən ona işarə edir.

“Həqiqətən, Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq”. (Kəhf surəsi, 102) Yəni Allah intiqam alacağını söyləyir, möminlərin könlünün rahat olması üçün. Küfrün gücü yoxdur, əvvəl-axır gedəcəkləri son yer cəhənnəmdir. Bütün dinsiz-imansızların hamısına Allah “Onlara müjdə ver” -deyir onsuz da. “Hamısını cəhənnəmdə məskunlaşdıracağam” -deyir. “Orada onlardan intiqam alacağam” -deyir və “hər tərəfdən onları cəhənnəm odu ilə bürüyəcəyəm” -deyir Allah.

De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” (Kəhf surəsi, 103)

“O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər”. (Kəhf surəsi, 104) Məsələn, PKK-lılar bu dinsiz-imansız dəstə ağlasığmaz bir səy göstərir və çox məqsədəuyğun hərəkət etdiklərini, doğru düşündüklərini iddia edirlər və, həqiqətən, qəhrəman olduqlarına, igidlik etdiklərinə, insanları xilas etdiklərinə inanırlar. Quran ayəsi ona diqqət çəkir. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən (kimələrdir)”. Onsuz da açıq-açıq söyləyirlər Allahı inkar etdiklərini, ayələrini inkar etdiklərini açıq-açıq söyləyirlər.

 

Küfrün bütün etdikləri boşa çıxacaq

Buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik (tərəzi qurmayacağıq)”. (Kəhf surəsi, 105) Bütün etdikləri əlbəttə boşa çıxır. Bütün ömrü dağlarda keçir, əzab içərisində keçir, amma boşa çıxır etdikləri. “Tərəzi qurmayacağıq” deməklə yəni “sorğu-sual da etməyəcəyik, onsuz da günahı məlum olduğu üçün birbaşa cəhənnəmə daxil edəcəyəm” -deyir Allah.

“Kafir olduqlarına, ayələrimi və elçilərimi lağlağıya qoyduqlarına görə onların cəzası Cəhənnəmdir”. (Kəhf surəsi, 106) Namaza lağ edirlər, Qurana lağ edirlər, peyğəmbərə lağ edirlər. “Məhz bu əməllərin qarşılığı olaraq sizi cəhənnəmə dolduracağam” -deyir.

“İman gətirib xeyirxah əməllər işləyənlərin məskəni isə Firdovs bağları olacaqdır”. (Kəhf surəsi, 107) Mehdiyyət ruhu ilə hərəkət edənlər, onların yeri də cənnətdir. Firdovs cənnətləri Ədn cənnətləri.

“Onlar orada əbədi qalacaq”, sonsuza qədər oranı başqa bir yerə dəyişmək istəməyəcəklər” (Kəhf surəsi, 108)

Bəzi insanlar “Cənnətdə sıxılarıq mı” deyə sual verirlər.

Əsla! Ağlının ucundan belə keçməz.



DEVAMINI GÖSTER