Hörmətli Adnan Oktarın 12 may 2015-ci il tarixli söhbətindən əhəmiyyətli başlıqlar

A9 TV, 12 may 2015-ci il

(İranın dini lideri Hamaney 2013-cü ildə sırf qadınlarla bağlı bir konfransda müsahibəsində qadınların kişilərdən daha güclü olduğunu, zəriflik və incəliklə kişiləri çox rahat idarə altına ala biləcəklərini izah etmiş.)

Nə gözəl qadınların incəlikləri, zəriflikləri. Elə deyilmi? Gözəl geyimləri, keyfiyyətləri, təsiredici olmaları. Bunlar çox gözəldir. O mövzuda müsahibə vermiş. Hamaney səmimi, amma edəcəyi bir şey yoxdur. İranda hz. Mehdi (ə.s)-dan başqa bu işi düzəldib təşkil edəcək insan olmaz. İranın gözəl tərəfi odur, şiələrin gözəl tərəfi odur; Hz. Mehdi (ə.s)-a çox əhəmiyyət verərlər. Bax deyirlər; “İran konstitusiyası hz. Mehdi (ə.s) çıxana qədər etibarlıdır”. Çox gözəl.

(Manisa və İzmirdə danışan MHP başçısı Hörmətli Bahçeli “Prezidentlik sistemi Türkiyəni parçalayar” -dedi.)

Bahçelinin bu mövzunu daim gündəmdə tutması tarixi bir vəzifədir. Millətin də əhəmiyyət verdiyi bir mövzu olduğu üçün sırf Bahçeli deyil hər kəs gündəmdə tutmalıdır. MHP millət vəkilləri də, edə bilirsə CHP millət vəkilləri, Böyük Birlik partiyası, Səadət partiyası da, hamısı gündəmdə tutmalıdır. Möhtəşəm bir səy və əzmlə bu mövzunu gündəmdə tutmalıdırlar. Bu böyük bir fəlakətdir. Prezidentlik sistemi demək, Allah əsirgəsin Türkiyənin öz əliylə özünü bölməsi deməkdir.

(Köhnə adların geri verildiyini xatırladan hörmətli Davudoğlu “Səid Nursinin kəndinə əsl adlarını verdik. Norşin adını verdik. Biz bu cür ayrı-seçkiliklərə qarşı birləşdirməyə hazırıq” -dedi. Müsahibəsində Xütbə-i Şamiyə əsərinə də toxunan hörmətli Davudoğlu sözlərini belə davam etdirdi: “Dövlət ilə millət arasında ziddiyyət meydana gətirməyə çalışanlar, 28 fevralda razısalma otaqlarında çadralı qızlara zülm edənlər; Baxın keçmiş Türkiyə bu idi”.)

Keçmiş Türkiyəni anladıq, indiki Türkiyə tamamilə bölünmə təhlükəsi içindədir. Allah əsirgəsin köhnəsi, yenisi qalmayacaq. Tayyib hoca bütün gücüylə söyləyir “Prezidentlik sistemi gəlsin” deyə. Bu gəlsə nə olar? Federasiya. Federasiya olarsa Türkiyə paramparça olacaq. Əsl mövzunu gündəmə gətirmək yerinə bunlar əlaqəsi olmayan şeylərdən bəhs edirlər. Başımızdakı bu fəlakətdən, bölünmə fəlakətindən əvvəlcə bizi qurtarsınlar. PKK getmiş cənub-şərqi Anadolunu işğal etmiş. Əvvəl o işğalı qaldırsınlar. Milliyyətçi Hərəkət partiyasına bu mövzuda böyük bir vəzifə düşür. Millətə də əlbəttə çox böyük vəzifə düşür. “Milliyyətçi Hərəkət Partiyası vəzifə icra etsin, biz də seyr edək?” Bu onsuz da olmaz.

(Avropa İttifaqının Beynəlxalq Məsələlər üzrə Ali Nümayəndəsi Federika Moqerini (Federica Mogherini) Aralıq dənizində qaçqın tragediyalarının qarşısının alınması üçün həm xilasetmə işlərini, həm də qaçaqmalçılıq edən təşkilatlarla mübarizəni gücləndirəcəklərini ifadə etdi. “Avropa İttifaqı olaraq dənizdə qurtarılan heç bir qaçqın ya da mühaciri öz istəyi xaricində geriyə göndərməyəcəyik” -dedi.)

Ölkəsində döyüş var, adamı öldürəcəklər, dəhşət və şiddət var. Nə etsin adam? Bir qurtuluş yolu göstərməliyik. Məskunlaşmağa yer göstərin, rahat yaşasınlar, dinc yaşasınlar. Onlara bu qədər dəhşət yaşatmaq nəyə lazımdır? Yaxud da Libya tərəfində oralarda etibarlı bir bölgə meydana gətirə bilərlər.

(Hörmətli Ərdoğan Kobanidə digər etnik mənşələrin təmizlənib tək mənşəyə söykənən bir bölgə meydana gətirməyə çalışdıqlarını izah etdi.)

Yəni kürd. Yəni dəlicə bir irqçi fikri, dəlicəsinə adamlara hakim oldu. Hər gün daha da bu alovlanır. Mən belə bir irqçi fikir görmədim.

(Hörmətli Ərdoğan: “Az qala ərəb qalmadı bölgədə” -deyir.)

Bu nə qədər də iyrənc bir şeydir. Ərəblər nə qədər gözəl insanlardır. Ərəblər, kürdlər, çərkəzlər, türklər həmçinin. Hər irqdən, hər qövmdən insan olsun. Yəhudi olsun, katolik olsun, ortodoks da olsun. Hər tərəf şən, sevincli olsun. Hər yerdə niyə təkcə kürd olmalıdır? Bu irqçi düşüncə çox səmimiyyətsiz olmalarından qaynaqlanır. Çox səmimiyyətsizdirlər. Əslində açıqca kommunistdirlər amma sırf kürd olduqda, həmyerlilik düşüncəsiylə kommunizmi daha rahat yaya biləcəklərini düşünürlər. Daha rahat söz keçirərik deyirlər. Məsələn “ərəb olsa söz keçirə bilmərik”, “türk olsa söz keçirə bilmərik”, amma kürd irqçiliyinə dayanan bir kommunist düşüncənin daha yaxşı inkişaf edə biləcəyini düşünürlər. Bu bir zülmdür. Kürd qardaşlarımıza da zülmdür. İllərdir ərəblərlə yanaşı yaşadılar, ticarət etdilər. Hələ də elədir. Niyə ayırmağa çalışırsan? Birlikdə xoşbəxt yaşasınlar.

Türkiyədə Atom Elektrik Stansiyası qurulması mövzusunda hörmətli Adnan Oktarın fikirləri

Bu Atom Elektrik Stansiyası qurmaq fikri çox təhlükəlidir. Hökumət heç buna yaxınlaşmasın. Rusiyada etdilər, Rusiyanı məhv etdilər. Yaponiyada etdilər, Yaponiyanı məhv etdilər. Amerikada etdilər, Amerikanın büdcəsi alt-üst oldu. Oradan gələcək elektrikin neçə qatı dəyərində pul xərclədilər və ağıla sığmaz dərəcədə təhlükəlidir. Yeraltı suları batacaq, hər yer radioaktiv tullantılarıyla dolacaq. Türkiyə yaşanmaz hala gələr. Bir də ki, bu nüvə müəssisələrini çox gözəl yerlərə edirlər. Oraya insan gedə bilməz. Mən şəxsən oraya getmərəm. Oranın 50 kilometr yaxınına belə yaxınlaşmaram. Orada yaşamaq olmaz. Havası, suyu filan hər şeyi təhlükəli olar. Oradakı yeraltı suyunu sən necə içəcəksən? Suyun gözündən suyu necə içəcəksən? Orada otlayan heyvanların südünü necə içəcəksən? Bizim atom stansiyasıyla işimiz yoxdur. Külək stansiyaları gözəl, su elektrik stansiyalar, anbarlarla etdikləri stansiyalar gözəldir. Xüsusilə anbar üçün biz, Türkiyə çox uyğundur. Hər yer anbara uyğundur. Hər yerə anbar qursunlar. Həm sulama üçün yaxşı olur, həm də görünüşü gözəl olur. Böyük göl əldə etmiş oluruq.

“Bir də o maddə Türkiyədə çıxarılmadığı üçün də daim gətirilməli olacaq. O mərhələdə də sızıntı olma ehtimalı çox yüksəkdir”.

Ya gəmiylə, ya da yük maşınıyla filan gətirəcəklər. Həqiqətən hər yerə zəhər saçan bir şeydir. Çox təhlükəlidir.

“Radioaktiv maddə daşıyan vasitələrin bu günə qədər dünyada 500 dəfə belə bir sızıntı qəzası olmuşdur”.

Çox təhlükəlidir. Ondan sonra xərçəng xəstəlikləri qəribə artır. Məsələn, oradakı yeraltı suyunu adam içir, radiasiya alır. Uşaqlar qəribə doğulmağa başlayırlar. Xərçəng xəstəlikləri əcaib çoxalır. İki başlı uşaqlar, üç qollu uşaqlar. Bu çox əcaib bir şeydir. Bu quruluşu pozmayaq. Tayyib hocam bu işə heç girməsin. Bu böyük bir bəladır. PKK bəlasından sonra bu çıxdı. Allah rizası üçün başımıza iş açmasınlar.

(“Siz məzlum insanları hara yerləşdirməyi düşünürsünüz” tamaşaçının mailinə cavab olaraq)

Türkiyədə boş bir çox yer var. Xeyr, Türkiyədə olmasa da Suriya sərhədində də edə bilərik. Məsələn, başdan aşağı bir 10 kilometrlik sahə olsa, 10 kilometr ucu bucağı yoxdur. Onlar üçün cənnət kimi olar. 10 kilometr sahəyə tankları düzsən, “Kimsə gəlməsin” desən mövzü bağlanar .

“Liviyadan qaçanlar məsələn dərhal yanlarında Misir var. Misirə dəniz yoluyla gedə bilmirlər. Dəniz yoluyla Avropaya getməyə çalışırlar. Müsəlman ölkələrin onları qəbul etməməsi də çox böyük bir bəladır. İordaniyaya gedə bilmirlər. Çox böyük boş yerlər var”.

Xüsusilə İordaniya bomboşdur. İordaniya onsuz da əhali azlığından şikayətlənən bir ölkədir. Əraziyə uzaqdan baxırıq, yalnız ağaclar görünür, başqa heç bir şey görünmür. Yüzlərlə kilometr bomboş sahə var. Burax oraya insanlar gəlsinlər. Şən, sevincli olsunlar. Əkin əksinlər, heyvandarlıqla məşğul olsunlar, keçi otarsınlar, qoyun otarsınlar. Rənglənsin.

“İordaniya da su olmadığından şikayətlənir. Digər müsəlman ölkələri də İordaniyaya su köməkliyi etmir”.

Hz. Mehdi (ə.s) gəlmədən rifah olmur. Hz. İsa Məsih (ə.s) bu dünyaya enmədən rahatlıq olmur. Mümkün deyil, bütün dünya liderləri hz. Mehdi (ə.s)-ın çıxışı üçün əməkdaşlıqla cəhd göstərsinlər. Hz. İsa Məsih (ə.s)-ın enişi üçün də mühit hazırlasınlar. Yoxsa sürünəcəklər.

Suriyalı mühacirlər haqqında izahlar

Bu Suriyalı mühacirlər, canlarım mənim, indi metroda gedir, birbaşa yerə oturur. Heç siz elə bir şey gördünüz? “Niyə oturmursunuz?” “Çirklətməyək metronu” -deyir. “Kreslonu çirklətməyək”. Bu insanları bu hala gətirməyin nə mənası var? Bu zülm deyil? Bu çox böyük bir mərhəmətsizlik, qəddarlıq deyil? Bunlar çox nəcib insanlardı, çox tərbiyəli əfəndi insanlardır. Ölüm qorxusundan sanki cinnət keçirdilər. Bir insan bu hala gələr? “Niyə bu haldasan?” -deyir. Niyə söhbəti uzadırsan? Bir şey itirməzsən, bir iki lirə ver. Bir lirə ver. O, ona bəs edər. Bir lirə versən, 10-20 adam bir lirə vermiş olsa o gündəlik yeməyini çıxardar. Onlar dilənmirdi. Adam öləcək, başqa cür yolu yoxdur. Ya öləcək ya bunu edəcək. Sən bir lirə verməyinlə adam ölmür. Bir lirə ver, xilas olsun. Bir çörək al xilas olar, yarım çörək al xilas olar.

İran, məsələn, əsla mühacir qəbul etmir. Sən necə müsəlman ölkəsən? Mühacir kef üçün deyil, ölümdən qaçır, ölümdən. Adam ölmək istəmir. Sən adama öl deyirsən. İran ondan sonra da öyünərək “Mən də müsəlmanam” -deyir. Bu İrana heç yaraşmır.

“Əsgər göndərərək o biri tərəfdən daha çox döyüşü qızışdıra bilir”.

Hz. Mehdi (ə.s) çıxmadan İran təmizlənməz. Hz. Mehdi (ə.s) üçün dua etsinlər. Ancaq quyunun dibində Mehdi gözləməsinlər. O Mehdiyətə bir təhqirdir.

(“Söyləyin görək dünyadakı hansı ölkədə atom yoxdur?” tamaşaçı mailinə cavab olaraq)

Bir adam ağıllı hərəkət etmirsə biz gedib eynisiylə onun niyə təqlidini edək? Allah Allah. Adam özünü öldürür, bizdəmi özümüzü öldürəcəyik? Oradakı insanlar yazıq deyil? Orada işləyən işçiyə yazıq deyil? Bu xeyli təhlükəli bir şeydir. Daşınması təhlükəli, o soyutmada istifadə edilən su çox təhlükəlidir. Yeraltına axır, oradan bulaq sularına qarışır. Onu da, radioaktiv maddəni millət götürüb stəkanla içəcək. Ondan sonra adam ya kolon xərçəngi olur, ya beyin xərçəngi, ya da göz xərçəngi olur. Yazıq-günah deyilmi?

“Hər an zəlzələ ola biləcək bir ölkədə yaşayırıq”.

Allah əsirgəsin, dediyin kimi biz zəlzələ qurşağında olan bir ölkəyik. Zəlzələdə o yerlə bir olar. “Bağışlayın, nə edək” filan deyəcəklər. Həm zəlzələnin dağıntısı olacaq, həm də radioaktiv maddə yayılacaq. Atom bombası partlamış kimi olacaq.

Əgər, Tayyib hocam bu atom enerjisi işindən imtina etsə Allah razı olsun. Çox böyük bir savab qazanar. Millətin kabusudur. Tayyib hocam evinin kənarında nüvə müəssisəsi olunsun istəyərmi? Elə bir müəssisəni öz evinin kənarında istəyərmi? Öz kəndində istəyərmi? Allah xatirinə etməsin. Rusiya ilə portağal satışında razılaşaq, üzüm satışında razılaşaq, amma bu razılaşmanı Tayyib hoca pozsun. Təcili xahiş edirəm. Belə bir kabusu bizə yaşatmasın. Türkiyə tərtəmiz bir ölkədir. İstədiyimiz kimi oturub duracağıq. İndi radioaktiv maddə gətirəcəklər, ya gəmiylə gəlir, yaxud da tırla gəlir, keçdiyi hər yerdə insanlar narahat olacaq. Bir də o bölgədə yaşayan insanlar yazıqdır. Ürəkləri qaralar. Daim radioaktiv su yerin altına qarışır. Biz oradakı suları necə içəcəyik? Orada çaylardakı balıqlar nə olacaq?

“Müəssisəni soyutmaq üçün istifadə edilən su yüksək temperaturda suya qarışır. Elə isə o bölgədə çay və dənizlərdəki canlılar aləmi suyun isti olmasından ötrü məhv olar”

Çox təhlükəlidir. Yaxşı, soyudaraq verdiklərini düşünək, amma yenə də nüvə tullantıları olur. Onlar dərələrə gedəcək. Dərələrdə pomidor, bibər, tərəvəzlər sulanır. Camaat da onu alıb yeyəcək. Radioaktiv maddə bədəninə keçəcək. Allah rizası üçün etməsin. Allah rizası üçün imtina etsin. Elektriki əldə etmək üçün başqa yol yoxdurmu qardaşım? Minlərlə müxtəlif yol var. Nüvə axırıncı variantdır. Nüvə tullantılarının qorunmasına on min il lazım olurmuş. On min ildə təsirini itirirmiş. Biz on min il tullantını saxlayacağıq? Qiyamətin yaxınlaşdı. Hər yeri nüvə tullantıları ilə doldurub dünyanı yaşanmaz hala gətirməyin mənası yoxdur.

“İranla Türkiyə təcili dost olmalıdır”

İranla Türkiyə təcili dost olmalıdır. İranla olan sərhəd boyu çox uzun və bütün tariximiz yan-yana olmuşdur. Nə gözəl müsəlmandırlar, nə gözəl təqvalıdırlar. Nə gözəl hərbi gücləri var, bölgənin ən güclü ordularından biridir. Nə gözəl oturmuş bir dövlət quruluşu var. Qiyama bağlı bir dövlət quruluşu var. İdarəli, dürüst bir dövlət quruluşu meydana gətirmişlər. Üç pilləli, idarəli bir dərin dövlət quruluşu var. Bu səbəbdən dövlətin süqutu deyə bir imkan tamamilə bitmişdir. İranda dövləti yıxmaq mümkün deyil. Hökuməti yıxmaq mümkün deyil. Belə bir dərin dövlət quruluşu mən ilk dəfə görürəm. Dərin dövlətlər ümumiyyətlə əxlaqsız və vicdansızdır. Amma İran dərin dövləti, dövlətə dost bir dövlət quruluşudur. Bu səbəbdən nə vaxt bir alçaqlıq, pislik etməyə çalışsalar, dərin dövlət müdaxilə edir və nəticə ala bilmirlər. Amma bu qanuni bir dərin dövlətdir. Qeyri-qanuni deyil. Yəni gizli deyil. Dövlətin xəbəri var. Bir də dövlətin xəbəri olmayan dərin dövlətlər var. Bunlar çox təhlükəlidir.

Məsələn, Suriyanın süqut etməmə səbəbi İrandır. İran çəkildiyi an Suriya çökər. Halbuki, biz İranla çox yaxın olsaydıq indi Şamda namaz qılırdıq. Əməvi məscidində namaz qılırdıq. Bu qürur nəyə lazımdır? “Biz üstünük” fikri nəyə lazımdır? “Hamımız birlikdə yaxşıyıq” deyilməlidir. İrana sevgiylə yaxınlaş, xeyli dindar insanlardır. Hamısı Allahdan qorxur. Daha nə istəyirsən? İslama, Qurana heyran olan insanlardır. Amma çıxış yolu tapa bilmirlər. Məsələn xürafatın həllini tapa bilmirlər. Dövlət qadınların vəziyyətinə çox kədərlənir. Qadınların baxımsızlığına, kobud görünüşlərinə, qadın estetikasının olmamasına həqiqətən daxilən əziyyət çəkirlər. Buna etiraz edirlər, düzəlməsini istəyirlər.



DEVAMINI GÖSTER