Hörmətli Adnan Oktarın 24 aprel 2015 tarixli xoş söhbətlər proqramından əhəmiyyətli başlıqlar

A9 TV, 24 aprel 2015 xoş söhbətlər

Quranın hökmünə, Allahın qanunlarına görə PKK məğlubiyyətə məhkumdur.

PKK məğlub olmağa məhkumdur. (Əhzab surəsi, 25) "Allah, inkar edənləri" PKK inkarçı mı? İnkarçı. Küfr, tağut və dəccaliyyət. "Kin və qəzəbləri ilə geri çevirdi"- deyir, Allah. Bunlar kinli mi? Kinli. Qəzəbli mi? Qəzəbli. Amma, Allah geri çevirdi. "Onlar heç bir xeyirə nail ola bilmədilər" Allah: ''Müvəffəqiyyətli ola bilməyəcəklər”-deyir. "Döyüşdə Allah (köməkçi və zəfər nəsib edici olaraq) möminlərə kifayət etdi." Demək ki, Türk ordusu qalib gələcək. "Allah ən güclü, üstün və qalib olandır." Bu ayəyə görə açıqdır. O qədər çox elə ayə var ki. Möminlərin daima qalib gələcəyinə dair, inananların. Küfrün də ziyana uğrayacağına dair.

(Nisa surəsi, 141) “...Allah, kafirlərə möminlərin əleyhinə qətiyyən yol verməz.” Bu ayəyə görə də PKK-nın qalib olması imkansızdır. Mütləq məğlub olar.

(Tövbə surəsi, 107) Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik” – deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar.

PKK nə etmək istəyir? Zərər vermək istəyir. Ayədə deyir ki, bir; "Zərər vermək," İki; "İnkarı (gücləndirmək)," bunlar inkarı gücləndirir. Darvinistlər, materialistlər, stalinistlər təbliğat aparıb gəncləri, insanları imandan soyutmağa çalışırlar. Allah inancına qarşı mübarizə aparırlar. “Möminlərin arasına təfriqə salmaq”, Türkiyəni bölmək istəyirlər. Kürd qardaşlarımızla bizim aramızı pozmaq istəyirlər. "Əvvəlcədən Allaha və onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək" Amerikanı gözləyirlər, Türkiyəyə qarşı döyüşsün deyə. "Üçün məscid tikənlər" yəni orada toplaşanlar və hərəkat etməyə çalışanlar. "Əlbəttə:" Biz yaxşılıqdan başqa bir şey istəmədik "deyə and içəcəklər". Onlardan soruşulduğunda; biz, sülh, qardaşlıq, yaxşılıq, gözəllik, hüzur istəyirik, başqa istədiyimiz bir şey yoxdur deyirlər. "Allah şahiddir ki, onlar yalançıdırlar". Tamamilə PKK-ya aid bir ayədir.

 

Səmimiyyət insana baha başa gəlir

Dərin iman üçün elə fövqəladə bir enerji sərf etməyə ehtiyac yoxdur. İnsan çox səmimi olarsa, dərin iman dərhal meydana gələr. Ona görə, dini çox çətin görürlər. Deyir ki; "Çox təfəkkür etməliyəm, çox dərin düşünməliyəm". Sən istəməyinlə dərin düşünə bilməzsən, Allah səni dərin düşündürür. Müstəqil bir gücün yoxdur. O zaman edəcəyin, səmimi olmaq. Səmimi olub Allahdan tələb etmək. Səmimi olmaq zövqlü bir şeydir. Səmimiyyət baha başa gəlir insana. Səmimi adam dəlixanaya da girər, həbsxanaya da girər, başı bəlaya da girər. Sən kefin istəyən kimi yaşayırsan. Mənfəətinə, lazım olan yerdə maraq göstərirsən. Mənfəətini, körpəni qoruyan kimi qoruyursan. Orada səmimiyyət hanı?

 

("Təfəkkür edərkən diqqətin dağılmaması üçün nələr edilə bilər?" sualına cavab)

Bəli, bu böyük bir bəladır. Məsələn, hüceyrənin quruluşu izah edilir, hər bir mərhələsi nəfəs kəsicidir. Amma diqqət dağıldığı üçün, insanlar təfəkkür edə bilməyəcək hala gəlirlər. Bu da insan beyninin acizliyidir.

 

Tövratda dərin düşünməyin əhəmiyyəti

Yatağıma uzananda Səni xatırlayaram, gecə boyunca dərin-dərin düşünərəm. (Mezmurlar, 63: 6)

Rəbbin işlərini xatırlayacağam, bəli, keçmişdəki möcüzələrini xatırlayacağam. Etdikləri üzərində dərin-dərin düşünəcəyəm, bütün işlərinin üzərində diqqətlə dayanacağam. (Mezmurlar, 77: 11-12) Bunu edərsə, insanın ağlı açılar.

... Yaxşı gündə xoşbəxt ol, amma pis gündə diqqətlə düşün ... (Vaiz, 7: 13-14)

... Şərtlərini dərin-dərin düşünürəm, (Mezmurlar, 119: 13-16)

Dinlə, Əyyub, dayan və düşün Allahın möcüzəli işlərini. (Əyyub, 37:14)

Musəvilər çox düşünürlər, onun üçün başları çox inkişaf etmiş bir qövmdür onlar. Həmişə təfəkkür edərlər. Tövrat üstündə, oxuyub-oxuyub araşdırma apararlar. İncə-incə düşünürlər ki, görəsən, oradakı məna nədir.

 

("Cəhənnəmin məkanı var mı, yoxsa xəyal mı?")

Zahirən məkanı vardır, amma batində Allahdan başqa heç bir varlıq yoxdur. Allah zaman və məkandan münəzzəhdir. Allahın olduğu bir yerdə məkan olmaz. Məkan halı olar. Məkan kölgəsi olar. Ancaq, Allah mütləq varlıqdır.

 

(Cəhənnəm əhli görünüşdür, yoxsa onlar da ruh sahibidir? Məsələn, heyvanlara işgəncə edilərkən, o heyvan hiss edir mi, yoxsa görünüşdür mü?)

Heyvan acı çəkməz. Heç bilməz acını. Heyvanların şüuru tamamilə bağlıdır. Fərq etməsi üçün "mən mənəm" deməlidir

.

("”Peyğəmbərlərə Allah tərəfindən verilən möcüzələr ağılın ixtiyarını qaldırmayacaq şəkildə olmuşdur.” deyirsiniz. Möcüzə və açıqlanmayacaq hadisələr olduğunda daha çox insan iman etmiş olmaz mı? Bunun hikməti nə ola bilər?" sualına cavab)

Olmaz. O zaman imtahanın sirri pozular. Tarazlığı pozular. Bir qövm düşün, heç möcüzə görmür. Bir qövm düşün, həmişə möcüzə görür. Deyirsən ki, onun imanı daha da güclənir. O birisinin günahı nədir? Olmaz. Allah onda fövqəladə bir diqqət təmin edəcək şəkildə tarazlıq yaradıb. Məsələn, hz. İsa (ə.s)-a Allah, "Palçıqdan quşa bənzər bir şey et", deyir. Götürür palçığı, yavaş-yavaş baş düzəldir ona, ağız, qanad düzəldir. Üsulu ilə də ayaq, bir az da quyruq düzəldir. Düzəldir, azca quşa bənzəyir. Ümumi xətləriylə bir quş maketi, palçıqdan. ''İndi ona üfür! O quş olub uçacaq'', deyir. Əgər, ovucunun içinə üfürəndə quş canlanıb uçsa, bu hz. İsa Məsih (ə.s)-ın ağlının ixtiyarını alar. Görənlərin də ağlının ixtiyarını alar. İmtahanın sirri qalxar. O zaman necə olur? Üfürür quşa, aparır, otlu, kolluq bir yerə buraxır. Geriyə çəkilir və gözləyir. Bir müddət sonra da “pırrr” deyə, bir quş uçur. Belə olur, yoxsa ağılın ixtiyarı qalxar. Məsələn, otaqda otururlar. Evin bir çox geniş otaqları var. Qapıları var, pəncərələri var, hər kəsin girib çıxacağı kimi. "Ya Rəbb, bizə Öz tərəfindən bir süfrə endir'' deyir və gözləyirlər. Bir müddət sonra daxili otaqlardan birində, süfrə görürlər, bildiyimiz hər hansı bir süfrə. Baxır, qablarda yeməklər, bir az çörək. Bu ağılın ixtiyarını qaldırmaz. Gəlib biri etmiş ola bilər onu. Duyub etmiş ola bilər. Amma Allah Qatından olduğu da açıqdır. İman edən bilir onu, möcüzə olduğunu bilir. Amma yenə iman lazımdır möcüzəyə inanmaq üçün. Hz. Musa (ə.s) məsələn, əsasını dənizə vurur, millət zənn edir ki, avtomatik olaraq dəniz dondu. 300 m boyunda dalğa iki tərəfdə dayanır, bir dəhliz meydana gəldi, su dəhlizi meydana gəldi və aralarından keçdilər, zənn edir insanlar. Firon kütbeyin mi, girər mi oraya? Dəli olması lazımdır oraya girməsi üçün. Firon kafirdir, amma o qədər də manyak deyil. Kifayət qədər ayıqdır o. Ağıllı deyil, amma qurd kimi zəkalıdır. Girməz oraya.

 

Tövratdan açıqlamalar

Musa belə cavab verdi: "İsraillilərə gedib, “Məni sizə atalarınızın Allahı göndərdi" desəm, "Adı nədir?” deyə soruşa bilərlər. O zaman nə deyim?"

Masonluqda çox əhəmiyyətlidir bu: Allah, "Mən Mənəm" dedi, "İsrail övladlarına de ki: "Məni sizə Mən Mənəm deyən göndərdi.”

"İsrail övladlarına de ki, “Məni sizə atalarınız İbrahimin, İshaqın, Yaqubun tanrısı Allah göndərdi.” Sonsuza qədər adım bu olacaq. Nəsildən-nəsilə belə yaddaşlarda qalacağam."

Yenə masonluqda olan, bir də musəvilikdə olan hasidik musəvilərin söylədiyi bir söz var. "Əgər mən, mənəmsə, sən də sən olduğun üçün, sən sənsən. Çünki mən mənəm. O zaman mən də mən deyiləm. Sən də sən deyilsən. Əgər mən mənəmsə, mən mən olduğum üçün, sən də sənsən. Çünki sən sən olduğun üçün, o zaman mən mənəm, sən də sənsən. "Təbii ki, bu bir çox masonik sirri də ehtiva edən bir ifadə. Yəni, Allahdan başqa heç bir şeyin olmadığını izah edən bir ifadədir bu.

 

("Qurandan tort edib yemək doğru bir şeydirmi?'' sualına cavab olaraq.)

Bu gün haqqında danışdıq, çox qorxuncdur. Bir ağılın tutulması var, bir də bəsirət bağlanması var. İnsan Müfti! Ak Partiyanın öndə gedənləri filan var. Gülərək, əylənərək bunu edir. İnanılacaq kimi deyil.

 

("Hz. Yunis (ə.s) balığın içində necə yaşamış ola bilər, ağılın ixtiyarını ala bilərmi bu hadisə?'' sualına cavab olaraq)

Bu da elə, ağılın ixtiyarını alacaq şəkildə olmaz. Dənizə itələyərlər. Balığın udması çox rast gəlinən bir hadisə deyil. Bir çox hadisə var. Hətta qurtarılan insanlardan birinin balığın öz sularından ötrü bədəni ağarmış. Son əsrlərdə olan hadisələr yazılı olaraq mövcuddur. Balığın insan udma hadisələri. Olan bir hadisədir.

 

("İnsanın imanının dərinləşməsi üçün hansı tədbirlər ola bilər? '' sualına cavab olaraq)

Əlləşməklə əlaqəli olan bir şey deyil. Səmimiyyəti getdikcə artırmaqla olar. Belə olmalıdır; səmimiyyətin onun başına bəla açması lazımdır. Səmimiyyət insanı çətinliyə salır. Səmimi olarsan, yuxusuz qalarsan. Səmimi olarsan, yorularsan. Məsələn, mən: "İndi gec oldu, qoyum başımı yatım" , desəm, ola bilər, məntiqi cəhətdən olar. Amma baxdım izləmə çox yüksəkdir. Bir də telefonlarıyla izləyirlər on minlərlə insan. Vicdanım əl vermədi. Geri qayıtdım söhbətə. Nə baş verir? Hal-hazırda yoruluram mən. Vicdanım sevinir. Vicdanım bayram edir. Amma nəfsim yorulur. İndi səmimi qərar verəndə belə olur. Yorulursan. Çətinliyə girərsən, başın bəlaya girər. Həbsxanaya girərsən, dəlixanaya girərsən.

 

Hər axşam yatırıq, ölürük. Sabah yenidən dirilirik.

Hər canlı ölümü dadacaqdır onsuz da. Ölməyən heç kim qalmayacaq. Bunu soruşan da öləcək, oxuyan da öləcək. Dinləyən də öləcək. Hər kəs öləcək.

"Sura üfürüldü; beləcə Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə olanlar öləcəkdir." deyir Allah. Yəni yox olur, ölür. "Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar." (Zumər surəsi, 68-69) deyir. Bir anda hamısı dirilir, deyir. Hal-hazırda onsuz da Allahın bu sistemi var. Axşam yatırıq, ölürük. Sabah yenidən dirilirik.



DEVAMINI GÖSTER