Hörmətli Adnan Oktarın 25 aprel 2015-ci ildəki söhbətindən əhəmiyyətli başlıqlar

A9 TV, 25 aprel 2015

(Bu səhər Nepalda 7.9 bal gücündə bir zəlzələ baş verdi. Zəlzələdən dörd ölkə təsirləndi. Son məlumatlara görə 1100-dən çox insanın öldüyü xəbər verilir. Tarixi yerlər yerlə bir oldu. Everest zirvəsində zəlzələnin təsiriylə qar uçqunu oldu. İlkin nəticələrə görə 8 alpinist həyatını itirdi.)

Nepal məzlum bir ölkədir. Zəlzələnin gücü də bir xeyli çoxdur. Nə edilər? Qızıl aypara köməkçi olar, xarici ölkələr köməkçi olar. Əlbəttə ki, şəfqət göstərmək lazımdır. Bütün dünya kasıbdır. Hər gün heç gözlənilməz hadisələr olur. Sürpriz hadisələr olur.

(Meral Akşener bu gün NTV-də qonaq olduğu bir proqramda, “Ərdoğan prezident idarəetmə sisteminin olmayacağını bilir. Çünki anket sorğularına çox əhəmiyyət verən bir insandır. Prezident idarəetmə sistemini 18-30%-lik kütlə istəyir. Yalnız öz seçiciləri də daxil olmaqla. Lakin Davutoğlu qrupunun işlərindən çox məmnun deyil. Meydana enmək üçün bir mövzu tapmalıdır. Prezident idarəetmə sistemi mövzusundan buna görə istifadə edir” -dedi.)

Tayyib hocam prezident idarəetmə sistemini, əlbəttə mən onu söylədim. Çox təzyiq var, yoxsa mən prezident idarəetmə sistemini istəyəcəyini heç zənn etmirəm. Çünki elə bir şeylə Türkiyə parça-parça olar. Zənnimcə, Amerika, Avropa Birliyi çox təzyiq edir. O da üsulən, hükmen söyləyir ola bilər. Yoxsa Türkiyə elə bir sistemdə məhv olar. Parça-parça olar, Allah göstərməsin.

(HDP həmsədri Səlahəddin Demirtaş Prezidentlik Sarayını tənqid etdi. “Bizə deyirlər ki: “Hz. Peyğəmbər (s.ə.v)-ın yolundan gedirik”. Allah yalançının bəlasını versinmi? Hz. Peyğəmbər (s.ə.v) 1500 otaqlı, lüks sarayda yaşadımı? Hz. Məhəmməd (s.ə.v) sərvət olaraq Allahın əmrlərindən və öz həyat tərzindən başqa bir şey buraxmadı” dedi.)

Doğrudur, amma o dövrdə hər kəs kasıb idi. Peyğəmbər (s.ə.v) onsuz da özünə sərvət əldə edəcək bir rəftar içində ola bilməzdi. Ümmətinə yazığı gəlirdi. Sərvəti bərabər şəkildə paylayırdı. İctimai ədaləti təmin etdi. Amma həqiqətən, respublika başçısının qonaqları qəbul edəcək düzgün, yeni bir yer yoxdur. Bəlkə bir az şişirdilmiş olmuş ola bilər. Həqiqətən, daha sadə, daha nəzakətli bir quruluş ola bilərdi. O zaman daha rahat olardı. Bu qədər böyük olunca rahat da olmaz. Bir az kobud göstərir. Amma yenə də edilib. Sərvətdir, bir gözəllikdir. Tayyib hocam də gecə-gündüz orada qalmır. Qonaqlar gəldiyində gedir. Məncə, elə böyüdüləcək bir şeydir yoxdur. Heç öz mülkü də deyil.

(Mardində yandırılaraq şəhid edilən əsgərin yoldaşına Tokidən hədiyyə edilən 65 m2 evin pulu 14 il sonra geri istəndi. Atasını 4 aylıqkən itirən Həsən Batırar, “Mənim atam bu vətən üçün şəhid oldu. 15 il sonra gəlib bizdən bir əvəz istəyirlər. Əgər əvəz istənəcəksə, mən əvvəlcə bu əvəzi dövlətdən istəməliyəm. Onda atamı mənə geri versinlər” dedi.)

Olarmı? Alicənablığına yaraşmaz. Ayıb edib. Elə deyilməz. Orada onsuz da bir nalayiqlik var, bir utanc vəsiləsi var. Amma sən elə bir şeyə bu şəkildə cavab versən alicənablığını zədələyərsən. Sən şəhid övladısan. Sənə yaraşarmı? Sən atanın şəhidliyi ilə öyün, fəxr et. Orada bir nalayiqlik olub, anormallıq olub, doğrudur. O düzəldilər. Bu cür hadisələrə heç əvvəldən icazə verməməlidirlər. Bu sonuna qədər nəzarətsiz şəkildə olur. Məsələn, qazinin protez ayağı olur. Evinə girib, qapısına dayanıb, zorla, lazım olsa evindən əşyalarını alaraq bunun qiymətini ödə deyirlər. Buna bənzər hadisələrlə. Və buna məmurlar necə icazə verirlər, mən buna heyrətlənirəm.

(Dövlət məktəblərində bu il açılan həftə sonu kurslarında istifadə edilmək üçün, Milli Təhsil Nazirliyi Ölçmə Qiymətləndirmə və İmtahan Xidmətləri Ümumi Müdirliyi tərəfindən hazırlanan və 8-ci siniflərə tətbiq olunan testlərdə təkamül nəzəriyyəsi üçün xüsusi hissə ayırıb.)

Bu sanki ilk dəfə olurmuş kimi. Orta məktəbdə də, liseydə də, universitetdə də bu şəkildədir. Onsuz da tarix, biologiya dərsində, fəlsəfə dərsində, sosiologiya dərsində, struktur dərsində hətta coğrafiya dərsində belə təkamül izah edilir. “Dünya necə meydana gəlmişdir” deyir, “Big Bangla meydana gəlmişdir” deyir. “İlk yaradılış necə olmuşdur” deyir. “Sularda təsadüfən ilk canlı meydana gəldi” Bu şəkildə cavab versə, şagird dərsi keçə bilir. “Təsadüf nəticəsində ilk hüceyrə meydana gəlmişdir. Bu təkamülləşmişdir. Bu səbəbdən canlılar da ondan meydana gəlmişdir”. “Al sənə on bal. Afərin doğru bildin” deyir. Sonra da sizə din dərsi izah edək deyirlər. Sonra da Çanaqqala döyüşünü izah edirlər. Çanaqqaladakı şəhidləri izah edir. Darvinizm şəhidlik qəbul etmir ki. Qazilik də qəbul etmir. Onsuz da darvinizm “atanız mikrobdur” deyir. Səudiyyə Ərəbistanı, İran, Türkiyə gecə-gündüz bu təhsili verirlər. Kurslarda da bu şəkildədir. Hər yerdə belədir. Dövlət kitabları onsuz da bu mövzularla doludur.

(Almaniyadan danışdığımız şəxslər əgər dövlət öyrədirsə yalan bir şey öyrətməz. Darvinizm doğrudur deyə baxırlar.)

Xristianlığın izahı, İncildəki izahı ağıl alacaq kimi deyil. Onun üçün əsl dindar Xristian tapmaq çox-çox çətindir. Yəni evlənmək üçün kilsəyə gedirlər, Bazar ayinlərinə gedirlər. Məsələn, Katoliklər, Ermənilər də kilsəyə gedirlər, amma o folklorik bir şey olaraq tətbiq olunur.

İşin dəhşətli tərəfi İmam Hatiblərdəki müəllimlərin böyük hissəsi darvinizmə inanır. İlahiyyat professorlarının 95%-i darvinizmə inanır. Dünyada çox əcaib bir vəziyyət var. Səudiyyə Ərəbistanında da. Məsələn, bura Səudiyyə Ərəbistanıdan İslam alimləri gəldi, görüşdüm. Professordur. Mövzu təkamülə gəldi. “Mən buna heyrətlənirəm” -deyir. “Sizin təkamülə inanmamağınız çox heyrətvericidir” deyir. “Darvinizm elmi gerçəkdir” -deyir. “Əksinə işlər görürsünüz” -deyir, “Mən bunu qəbul edə bilmirəm” -deyir. Darvin, “din yoxdur” -deyir. “Allah yoxdur” -deyir. Sən də darvinist olduğunu söyləyirsən, sonra da çadradan bəhs edirsən. Etmə eləmə. Adamın dini-imanı gedib xəbəri yoxdur.

(Səlahəddin Demirtaş Diyanət Nazirliyini tənqid etdi. “Hansı dildə ibadət edəcəyinə İlahiyyat qərar verir. Kürdcə, Zazaca xütbə verdiklərində Diyanət istəsə, istintaq aparar. Niyə? İslamiyyətdə “sən Zazaca danışa bilməzsən” deyə bir şey varmı? Türkcə bilməyən insanlar nə edəcək, necə ibadət edəcək? Allaha hansı dillə yalvaracağımıza Diyanət qərar verə bilməz” -dedi.)

Oradakı dil anlaşılmazlığının səbəbi gənclərə Kürdcə təhsil verib, yalnız Kürdcə bilmələrini təmin etmək, Türkcəni də bilməmək, bu səbəbdən bir mədəniyyət qopuqluğu meydana gətirib federasiyanın məntiqini yaxşıca oturtdurmaqdır. Yoxsa doğrusu, BDP-ni maraqlandırmır. Üslublarından, hər şeyindən aydın olur. Amma müasir olmaları gözəldir. Məsələn, qadın haqqları, qadınlara qarşı hörmət göstərmələri, sevgi göstərmələri gözəldir. Amma hər cür üslublarından solcu olduqları və dinə göstərdikləri kimi o dərəcə əhəmiyyət vermədikləri aydın olur. Yəni min cəhətdən söyləyə bilərəm. Onsuz da, açıqca söyləyirlər.

CHP-nin Diyanətin qaldırılmasını müdafiə etməsi haqqında

Amma onda güclü bir təşkilat sıxıntısı olar. Maliyyə çətinliyi meydana gəlir, məscidlərin çoxu bağlanar, Allahualəm. Məscidlərdə könüllü imam tapmaları çox çətindir. Bəlkə ixlas, səmimiyyət bunu tələb edir deyə düşünürlər, amma praktikada belə bir şey olmaz. Yəni məscidlərin doxsan faizi bağlanar.

“Avropada bu cür olduğu üçün diyanət kimi bir təşkilat olmadığı üçün məscidlərdə radikal təhsil verən imamları da idarə edə bilmirlər. Elə bir təsiri də olur”.

Bir də müsəlmanlar parça-parçadır. Məsələn, süleymançıların məscidi var, heç kim oraya gedə bilmir. Nurçuların məscidi var, oraya başqa kimsə gedə bilmir. Hər qrupun ayrı məscidi var və bir-birlərinə çox ciddi müxalifdirlər. Bu böyük bir riskdir.

(Engin Ardıç, Çanaqqala döyüşündə İngilislərin və Anzakların qəfildən, birdən-birə üstümüzə hücum etdikləri iddiasının böyük bir saxtakarlıq olduğunu söylədi. “Anzaklar, ya da İngilis ordusu bizə hücum etmədi. Biz onlara hücum etdik. “İmperialistlər üstümüzə sıçradılar” sözü də yalandır. Bizim müttəfiqimiz bəs Alman imperializminə nə etmişdi? Sən Təşkilat-ı Mahsusa agentlərini İran və Əfqanıstana göndərərkən imperializm deyil, vətən müdafiəsi olacaq eləmi?” dedi.)

Adam işğala gəlməyibmi? Cinayət işləməmişmi? Əlbəttə ki, hər dövlətin elə bir Qırmızı alma idealı var. Rusiyanın yoxdurmu? Çinin yoxdurmu? Hindistanın yoxdurmu? Hamısının var. İsrailin yoxdurmu? Hər ölkənin var. Əlbəttə ki, Türkiyənin də bir Qırmızı alma idealı olacaq. Bunda təəccüblənəcək nə varki? Əfqanıstanda kim var? Öz qardaşım var. Yəni Konya bizdən ayrılıb, mən Konyanı yenidən bizə bağlamaq istəyirəm. Təşkilat-ı Mahsusa oraya gedibsə, ağıllı hərəkətdir. Doğru bir hərəkət idi, çünki övladımızı bizdən qoparıblar, mən övladımla yenidən bir yerdə olmaq istəyirəm. Mövzu budur. Burada bir işğal yoxdur ki. Amma məsələn, sən Fransaya Təşkilat-ı Mahsusa adamlarını göndərərsən, Fransanı fəth etmək istəyərsən, bu doğrudur. Bu qəribədir, çünki dini, dili, hər şeyi ayrıdır. Amma Əfqanıstan özbəöz qardaşlarımızdır, öz dindaşlarımızdırlar, öz insanlarımızdır. Biz əsrlərdən bəri onlarla bir yaşadıq. Niyə ayrı olaq? Hələ Türk dövlətlər, onsuz da biz bütövük. Onlar bizim parçamızdırlar. Onlarla biz bütün olmaq istəyiriksə, Təşkilat-ı Mahsusa işçiləri də oraya getdisə, bu çox insancıl və doğru bir hərəkətdir. Amma bizim dilimiz ayrı, dinimiz ayrı, inanclarımız ayrı, ənənəmiz ayrıdır və bizə aid bir torpaq var. İngilislər gəlib buranı işğal edir və cinayət işləyərək bunu edir. Bu necə normal olur? Orada sən öz vətəndaşın, öz insanınla birləşmək istəyirsən. Türküstanda kim var? Yozgatdakı insanlar var. Əlbəttə ki, birləşəcəyik.

(Suriyada İdliblə, Lazkiyə şəhərləri arasında olan və strateji əhəmiyyətə malik olan Cizr əl Şuhur qəsəbəsi müxaliflərin əlinə keçərkən yeni hədəf Əsəd rejiminin qalası olan Aralıq dənizi sahilindəki Lazkiye şəhəridir.)

Lazkiye gedərsə, Əsəd bitdi deməkdir. Lazkiyəyə girsələr, Əsəd məhv oldu deməkdir. Çünki tək sığındığı yer ora idi. Onda Rus donanması da qaçar, Allahualəm. İŞİD gəmiləri ələ keçərər, Allahualəm. Onlar çox rahat kapitanlıq edər. Yük maşını idarə etməyi bilirəm, mən bunu niyə bilməyim deyir. Təyyarə ilə qəribə manevrlər eləyir. Həm də gülürlər. Keflənirlər. Hər şeyi edirlər. Hamsını on dəqiqədə həll edirlər. İŞİD-in şiddətlə öhdəsindən gələ bilməzlər. İŞİD-lə mütləq fikirlə. Mehdiyyətlə, sevgiylə olar. Başqa cür olmaz.

(Dünya Səhiyyə Təşkilatı Qərbi Afrikanı təsiri altına alan dünyanın gəlmiş keçmiş ən ölümcül virusu ebola haqqında son hesabatını yayımladı. Hesabata görə, ortaya çıxdığı gündən etibarən ebola virusu əksəriyyəti Qvineya, Liberya və Sierra Leonedən olmaq üzrə cəmi 10.800 insanın ölümünə səbəb oldu.)

Bir şəkildə ölərik. Xərçəng olar, xora olar. Məsələn, ağciyərə mikrob düşür, çox rahat ölürsən. Bir infeksiya. Hətta diş infeksiyası belə əhatə edir, beyinə doğru sıçrayır, öldürür. Bədən özünü qoruya bilmir. Bir şəkildə olur. Antibiotik virusa daha əks təsir edir. Məsələn, həkim panikaya düşür, iki, üç antibiotik birdən verir. Tam onu öldürəcək şey olmuş olur. Pərişan olur. Arxasından kortizon verirlər, adam tam məhv olur, ölür. Allah əsirgəsin.

(Uğur Dündar, şirk tarixində bu günə qədər tayı-bərabəri olmamış bir dövr yaşandığını ifadə etdi. “Bu insanlar ehtiyat üçün Kəbə düzəltməyə çalışıb, Quran şəklində tort kəsməkdədirlər. Belə bir cəmiyyət Allahın intiqam alacağı bir cəmiyyətdir. Çünki müşriklər Allahın düşmənidirlər. Onların məkanında ibadət edilməz. Kəsdiyi ət yeyilməz. Onlarla eyni safda namaz qılınmaz” dedi)

Yaxşı, şirkə girmiş ola bilərlər, o vəziyyətdə dünyada müsəlman qalmaz. Bu insanları qazanmağa çalışmaq lazımdır. Ətini yeməyəcəksən, suyunu içməyəcəksən, həmsöhbət olmayacaqsan, əzəcəksən, bilmirəm nə. Bu məntiqlidirmi? Yazıqdırlar. Məlumatsız olduqları açıq-aydın görünür. Cəhalətin pəncəsinə düşüblər. Bir qisimi. Məsələn, müfti şəxsən özü kəsir. Quran ayələrindən tort. AK Partiyanın öndə gələnləri var, ağlı başında bildiyimiz adamlar var. Çox xoşbəxtdirlər. İslama dinə xidmət etdikləri qənaətindədirlər. Müdhiş bir din təbliğatı etdiklərini və çox orijinal bir şeydən yapışdıqlarını düşünürlər. Bir bəsirət tutulması, ağıl tutulması var. Ənənəvi Ortodoks sistemin, demək olar ki, hamısı belədir. Təəccüblü dərəcədə bir bəsirət və ağıl tutulması vardır. Xalq onları yeni tanıyır. Çox kiçik tərəfiylə qavrayırlar. Bunları danışdırsalar, hadisəni tam anlayacaqlar.



DEVAMINI GÖSTER