Hörmətli Adnan Oktarın 27 aprel 2015-ci ildəki Xoş söhbətlər proqramından əhəmiyyətli başlıqlar

A9 TV, 27 aprel 2015 Xoş söhbətlər

Dünyada heç bir zaman insanların ağlının ala bilməyəcəyi möcüzə olmaz

Bizə uşaqkən həmişə elə izah edərdilər. Hz. Musa (ə.s) əsasını bir vurdu, dəniz dondu belə. Amma polad kimi belə; atır, koridor açılır, dördbucaqlı bir yol, oradan keçdilər deyir. Sonra Firon ordusu girir, bir anda bağlanır. Belə bir hadisə olmaz. Heç bir şəkildə ağlın ixtiyarını ortadan qaldıran bir hadisə olmaz. İnsanlar peyğəmbərləri görsə, daha yaxşı anlayarlar. Çox məzlum, təmiz, ağlı başında müsəlmanlardır. Başı ağrıyır, yorulur, yuxusuz qalır. Narahat olduğu şeylər olur. Yəni insandır.

Onlar dedilər: “Bu necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilmədi?” (Furqan surəsi, 7)

Əlbəttə, necə peyğəmbərdir deyirlər; bazarda gəzir, yemək yeyir. İnsanlar təəccüblənir. Ağlındakı imic odur.

Allah ayədə, “sizə içinizdən bir elçi göndərdik” deyə bildirir.

Əlbəttə. Peyğəmbərimiz (s.ə.v) olduğunda ortaya bir süfrə gəlir, hamı birlikdə “Bismillah” deyirlər, hamı birlikdə yeyir. Peyğəmbərimiz (s.ə.v) plov sevir. Quzu qol sevir. Nar kimi qızardıb plovun üstünə onu qoyurlar. Nazik xəmirdən çörək bişirirlər. O qaşığı əvəz edir, onunla plovu yeyirlər. Gözəl üstünə də soyuq hoşaf, yaxud soyuq şərbət. Peyğəmbərimiz (s.ə.v)-in sevdiyi budur. Günorta kaylule deyilən günorta yuxusuna yatır. Çox isti olur. Axşamları da az yatır.

“Dünya hakimiyyətində, necə bir mühit olur? Ölkələrin hz. Mehdi (ə.s)-a tabelikləri necə olur?”

Axırda insanlar sevginin gözəl olduğunu görəcəklər. İslamın da elə qorxunc bir din olmadığını görəcəklər. Çünki indi göstərdikləri çox qorxuncdur. Tamamilə zidd olduğunu görəcəklər. Ən məqbul, ən ağıllı dindir. Başqa da bir həll tapa bilməyəcəklər. Çünki dünya dayanmadan fəlakətə doğru gedir. 2, 4, 8, 16 tərzində. Bu şəkildə bəla genişlənir. İndi izah etdiklərimizin doğru olduğunu anladılar, amma qürur edirlər. Demək olar ki, indi anlamayan yoxdur. Bütün dünya ölkələrinin hər cür təşkilatı bu mövzunu anlamış vəziyyətdədir. İslamın gerçəyini, özünü, hamısını anladılar.

(“Hz. İsanın palçıqdan düzəltdiyi quş nə cür quş ola bilər?”)

Sərçə, kiçik bir quş, kiçik, əliylə düzəldir. Çünki iki əliylə düzəldir. Nə olar? Kiçik. Bir qanad düzəldir, yüngül bir dimdik, baş qisimini düzəldir, ona quyruq düzəldir. Yandan qanad kimi bir şey edir. Yəni kobud bir görünüş. Elə farfor kimi mükəmməl bir quş deyil. Ayaq qisimi də dördbucaqlı bir şeydir, elə düşünün. Üfürür, amma üfürən kimi uçmaz. Üfürür, məsələn, kolluq bir yerin içinə, otluq bir yerin içinə qoyur və möcüzənin meydana gəlməsi üçün uzaqlaşır. Sonra oradan bir quş pırıldayıb uçub gedir. O qədər. Gedib nəzarət etmək də olmaz. Qoyduğum palçıq yerində dayanırmı, olmaz.

(“Hz. Musa (ə.s)-ın əsasının əjdahaya çevrilməsi ağılın ixtiyarını alarmı?”)

Almaz. Çünki insanlar da eyni cür edir. Misirli cadugərlər eynisini edir. Hz. Musanın içi qorxuyla doldu deyir. Eyni görünüş meydana gəlir. Amma onun etdiyi digərlərini udanda bu dəfə adamların ağılı durur. Yoxsa eynisidir. O zaman Misirdə cadu sənəti çox inkişaf etmişdi. İnsanlar bunu çox normal qarşılayırdı. Ağlın ixtiyarını qaldıran bir şey deyil. Onsuz da həmişə deyir, caduyla bizi yurdumuzdan atmaq istəyir deyirlər. Cadu o dövrdə çox yayılmış bir şey idi.

Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür..”. (Taha surəsi, 71)

Bax, öyrəşib, məqbul görür. Daha güclü cadugərdir deyir.

“Ayın ikiyə yarılması möcüzəsi”

Peyğəmbərimiz (s.ə.v) əliylə işarə edir, Ay ikiyə yarılır. İndi baxdığında adam üç saniyə yaxud iki saniyə Ay bir-birindən ayrılmış olaraq görür. İndi adam gözündəki bir nəmlik səbəbiylə də elə gözünə görünmüş ola bilər. Bir an elə qəbul etmiş də ola bilər. Yəni ağlın ixtiyarını qaldırmaz. Onsuz da dünyada heç kim bundan bəhs etmir. Ay yarıldı, biz gördük və s. demir. Bu, çox qısa müddət olduğunu göstərir. Əliylə göstərir, mövzu bitir, o qədər. Yəni adamlar hipnozla da bunun meydana gəldiyinə inana bilərlər. Gözünə elə göründüyünə də... Onsuz da bunu çox az insan görür. Peyğəmbərimiz (s.ə.v)-in olduğu yerdə çox az, bəlkə beş-on adam, bəlkə iyirmi-otuz adam, çox az.

Ölümdən sonra gözləmə müddəti olmayacaq

Mən Allahın gücü haqqında bir məlumat verdim. Allah sonsuz keçmiş zamanı, sonsuz gələcək zamanı tək bir anda yaradıb bitirib. O zaman insan orada niyə gözləsin? An. An nə deməkdir, bilirsinizmi? Bir saniyənin katrilyonda biri qədər olmur. Daha da qısa, daha da qısa, daha da... Yəni açıqlana bilmir. Allah bu qədərlik bir zamanda bitirib. Bu vəziyyətdə insan niyə gözləsin? Gözləmə deyə bir şey olmur. Dərhal ya cənnətə, ya cəhənnəmə gedər. Xeyr, o ara mərhələləri görər, amma onlar çox sürətli olur. Məsələn, qısa ara mərhələlər var. Amma ildırım sürətiylə olur, elə bir vaxt itkisi yoxdur. Məsələn, gedir, hesab verir. Hədisdə açıqlayır, deyir ki, ən son hesab verən ən başda hesab verdiyini düşünər. Bu, nə deməkdir? Ola biləcək çox qısa zamanda bitir.

Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz. Şübhəsiz ki, Allah tez (ardıcıl) haqq-hesab çəkəndir. (Mömin surəsi, 17)

Allah tez (ardıcıl) haqq-hesab çəkəndir -deyir. Cəhənnəmi də görür, o toplanma yerini də görür, yanında sürücüsüylə hadisə yerinə də gedir. Amma bunlar çox qısa davam edir. Sırf xoşuna gəlsin deyə. Sürətlə cənnətə gedir. Onsuz da dünyada qalma müddəti soruşulur, “bir günün bir vaxtı qədər” deyirlər. Bir qisimi də “göz açıb yummaq vaxtı qədər” deyir. Orada səmimi qənaətini söyləyir. Uzun müddət qaldığına inansa, adam niyə “göz açıb yummaq vaxtı qədər” desin? İzah edər. Bəziləri günün bir qisimi qədər deyir. Hardasa cəmi bir gün belə demirlər. Bir günün bir vaxtı qədər.

Onlar Qiyaməti gördükləri an dünyada yalnız bir axşam çağı və yaxud bir gündüz qədər yaşadıqlarını güman edəcəklər! (Naziat surəsi, 46)

Axşam çağı vaxtı qədər deyirlər. Amma hamısı qısa bir vaxtdan bəhs edir. Çünki mömin üçün gözləməyin bir mənası yoxdur. Nümayiş üçün, gözəllik üçün var. O onsuz da cənnət neməti olmuş olur. Məsələn, cəhənnəmin torpağı göstərilir, amma əylənsin deyə göstərilir. Oranı görsün, cənnətin qiymətini yaxşı bilsin deyə. Onsuz da avtomobili var, sürücüsü var. İldırım sürətiylə də cənnətə alınır. Amma onlar sırf xoşuna gəlməsi üçündür. Məsələn, sürücü, avtomobil. Avtomobil onsuz da xoşuna gələcək şəkildə yaradılır. Sürücü son dərəcə gözəl olur. Üslub son dərəcə xoşdur. Onun üçün gözəl bir macəra tərzində olmuş olur.

Onlar səbir etdiklərinə görə Cənnətdə olan yüksək məqamla mükafatlandırılacaq, orada xeyir-dua ilə, salamla qarşılanacaqlar. (Furqan surəsi,75)

Salamla qarşılanırlar.

Axirətdə möminləri narahat edəcək heç bir şey olmayacaq

Allah insanları narahat edəcək, müsəlmanları narahat edəcək heç bir şey etmir. Çünki gözləmək sıxıntıdır. Elə bir şey olmur. Küfr üçün gözləmək sıxıntılı olur. Gözləyir də gözləyir. Sırf əziyyət olsun deyə hər etdiyi tək-tək soruşulur. Məsələn, “bu adama əxlaqsızlıq etmisən, doğrudurmu?” -deyir, “bəli etdim” -deyir. Etmədim deyir, dili bəli etdi deyir. Rəzil-rüsvay olur. Yəni bitmir. Hədisdə “dayanmadan tərləyərlər” -deyir. Çox sıxılır. Yenə soruşulur, bir daha soruşulur. Sorğusu aylarla, illərlə davam edir. Onsuz da cəhənnəmə gedəcək, bir an əvvəl ölüm yox olum deyir. Elə bir şey yoxdur deyirlər. Amma cənnət əhli heç belə bir şeylə qarşılaşmır. Müsəlman üçün çətinlik haramdır. Heç bir yerdə qarşılaşmır.

 

Allahı haqqıyla sevən və təvəkkül edənlər dünyada da çətinliklə qarşılaşmaz

“Onlara qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər” (Əhqaf surəsi, 13)

Allah orada bir sirr söyləyir. Əgər diqqət yetirsələr, dünyada da yoxdur. Əgər ağıllarından istifadə etsələr, yaxşı təvəkkül etsələr, Allahı tam sevsələr, dünyada da yoxdur. Heç bir zaman üçün qorxu hiss etməzlər. Heç vaxt çətinlik yaşamazlar. Amma Allah Özü istədiyi kimi sevilməsi şərtiylə. Özü istədiyi kimi təvəkkül edilməsi şərtiylə. Müsəlman onda açıq-aydın görər. Dəqiq möcüzə olaraq görünər.

Küfr də möcüzəvi şəkildə əzilər. Küfr anlamır. Dayanmadan əzilir, heç cür anlamır. Allah ürəyini sıxır, heç cür anlamır. İşləri yolunda getmir, başı bəladan bəlaya girir, heç cür anlamır. Onlar təsadüfən olur zənn edir. Bu qədər təsadüf olarmı? Bir az başını işlət. Hər gün başın bəladadır. Hər gün canın yanır.

Allah “Möminlərə güvən və hüzur duyğusu endirdi” deyir. (Fəth surəsi, 4)

Amma bax orada bir sirr var. Allah “Məni çox sevəcəksiniz və Mənə çox güvənəcəksiniz” deyir. Bu Allahın haqqıdır. Etmirsənsə, zülm etmiş olarsan.

Allah “Kim Allaha təvəkkül etsə, artıq o qopmayan bir dəstəkdən yapışmış olar” deyə bildirir. (Loğman surəsi, 22)

Burada heyranedici bir izah var. Adam da elə-belə deyilmiş bir söz zənn edir. Burada dünyanın bir sirri var.

(Cənub-şərqdəki dindar qardaşlarımız bölgəni əsla tərk etməsinlər, haram olar)

Hüda-Parlı bacı-qardaşlarımız bölgəni tərk etməsin. Haram olar. Küfrə dəstək vermiş olarlar. Əsla! Ən çox şəhid olar və yaxud qazi olar; şərəfdir. Əsla, Hüda-Parlılar da, müsəlman dindar bacı-qardaşlarımız da, heç kim tərk etməsin.

(Heyvanlar imtahana tabedirmi?)

Əlbəttə ki, deyil. Onların şüuru bağlıdır. Hamısının şüuru bağlıdır. Heç bir heyvan əziyyət çəkməz, heyvan ağrı bilməz. Yəni şüuru bağlıdır. Əziyyət çəkmək üçün şüuru açıq olmalıdır. Mən mənəm deməlidr. Mən nəyəm deməlidir. Heç bir heyvan bunu deyə bilməz.

Yaxın bir gələcəkdə xristianlarla müsəlmanlar ittifaq quracaqlar

Yaxında müsəlmanlarla xristianlar ittifaq quracaqlar. Bir anormallıq olduğunu anlayacaqlar. Onlar tövhid inancını, Allahın birliyini qəbul edəcəklər. Yəni xristianlıq müsəlman xristianlığı şəklinə gələcək.

“Xristianların tam hz. Mehdi (ə.s)-a tabe olmaları hz. İsa (ə.s)-ın hz. Mehdi (ə.s)-ın yanında göründüyü andadırmı?”

Bəli, ondan sonra. İnşaAllah.



DEVAMINI GÖSTER