Hörmətli Adnan Oktarın 27 may 2015-ci il tarixli söhbətindən əhəmiyyətli başlıqlar

A9 TV, 27 may 2015

(Respublika başçısı Ərdoğan, çözüm sürəci ilə bağlı “Mən Dolmabağçada o kəslərlə birlikdə olmağı hökumətimiz üçün doğru görmədim -dedi. İzləmə komitəsinə istiqamətli də “İzləmə komitəmiz var, MİT hal-hazırda bunu edir” -dedi)

Sürəc və s. bu işlərdən bir şey çıxmaz. Amma adamlar sahə hakimiyyətini təmin etdikləri üçün hal-hazırda hürmürlər, hücum etmirlər. Çünki PKK-nın məqsədi sahə hakimiyyəti idi, onu təmin etdilər. Zenitlər, havan toplarıyla da sahəyə yerləşdilər. Kimsə də oralara girə bilmir, nə MHP, nə CHP. Ak Partiyalılar da girə bilmir. İstədiklərində adam vururlar, oranı-buranı basırlar, kimsə də qarışmır. Qəribədir. Amma hər gecənin bir səhəri vardır. Vətən torpaqlarında əməliyyata icazə vermərik.

(Pərvin Buldan, keçidi aşa bilməmələri vəziyyətində, “Ak Partiya namizədlərinin məclisə getməsini Hakkari xalqı qəbul etməz. Mən də etməm, Diyarbakırdakı, Şırnakdakı seçici də qəbul etməz. Başqa sözlə, Türkiyə yeni bir böhran yaşayar, dərhal ardından erkən seçki olar” -deyə danışdı.)

Onu mən söylədim; bir il yarım əvvəl söylədim. Sanki məclisə girsələr, HDP gözəl fəaliyyətlər edəcəklərmiş kimi danışırlar, amma ilk edəcəkləri şey prezidentlik sistemi üçün, federasiya üçün Ak Partiyaya dəstəkçi olmaqdır. Çünki, başqa cür də, seçilsələr də, seçilməsələr də federasiya üçün dəstək təmin etmiş olacaqlar. Mən bunu söylədikdən sonra aralarında çaxnaşma oldu, davamlı “əlaqəmiz yoxdur, Ak Partiyaya qarşıyıq, prezidentlik sisteminə qarşıyıq, başçı da adadan elə söyləyir”. Onsuz da ən başda o söylədi. “Amerikan modeli prezidentlik sistemi istəyirəm” -dedi. İllərdən bəri bunu müdafiə edir. Mən üzə çıxardıqda da “bağışlayın, istəmirik, əlaqəmiz yoxdur, biz yalnız federasiya istəyirik, prezidentlik sistemi istəmirik” -deyir. Onsuz da fəlakət federasiyadadır. Prezidentlik sistemində fəlakət yoxdur. Fəlakət, prezidentlik sisteminin gətirəcəyi federasiyadadır. Yoxsa bizim prezidentlik sistemi ilə alıb-verə bilmədiyimiz yoxdur.

(Konyanın Akşehir mahalını ziyarət edən CHP həmsədri Kamal Kılıçdaroğlu, ailəsinin soyunun dayandığı Seyid Mahmud Heyraninin türbəsində Fatihə oxudu.)

Halal olsun Qılıçdaroğluna. Həqiqi seyiddir maşaAllah. Peyğəmbər övladından anormallıq çıxmaz. Peyğəmbər övladının vicdanı təmizdir, gözəldir. Seyidlər həmişə bərəkətli insanlardır, onun da bərəkətli olduğuna inanıram. Dürüstlüyünə inanıram. Xeyli də şövqlüdür. İnşaAllah partiya ona təslim olar, sözünü dinləyərlər, çoxbilmişlər öz-özlərinə plan qurmağa qalxmazlar. Hörmətli Qılıçdaroğlunun göstərdiyi dindar, gözəl yolu seçərlər və CHP yenidən keçmiş gücünə, saflığına qovuşar.

(Avni Özgürel, “Respublika başçısı Ərdoğanın müstəqil Kürdüstanı dəstəklədiyini düşünürəm. Bu, Ak Partiyanın da Kürdüstanın müstəqilliyini istədiyi mənasını verir. Bərzani hökuməti bir hücuma məruz qalsa Türkiyə hərbi, siyasi, iqtisadi hər cür köməyi edəcək” -dedi.)

Amma PKK-lılar məhz Bərzanini çəkib vura bilərlər. Bir özüdür, bir də qardaşı oğlu, ikisini də vursalar çox təhlükəli olar. Onun üçün qorunması çox əhəmiyyətlidir. Təbii ki, MİT lazımi ciddiyyəti göstərir, amma yenə də mən vicdani olaraq narahatlığımı dilə gətirim. Çox diqqətli bir qoruma olsun, bu çox zəruridir. Davamlı xalqın arasına çıxan, orada-burada gəzən bir quruluş riskli ola bilər. PKK namərddir. Uzaqdan atışla vurarlar. Açıq-açığına da təhdid edirlər, amma, təbii ki, inşaAllah qədərində nə varsa o olar. Səbəbə sarılmaq əhəmiyyətlidir.

(Camaata yaxın media və Cumhuriyet kimi sol qəzetlər Ak Partiyanın millət vəkili sayının azalması və məclisdə CHP-nin əlinin Ak Partiyaya qarşı güclənməsi üçün HDP-ə səs verin çağırışı edirlər.)

Amma onlar bunu düşünmürlər; 70 millət vəkili ilə HDP-nin məclisə girdiyini düşünək. İlk edəcəkləri şey prezidentlik sistemi üçün Ak Partiyaya dəstək vermək olar. Federasiya üçün Ak Partiyaya dəstək vermək. Çünki Tayyib hoca söyləyir, “mən Meksika modeli istəyirəm” -deyir. Meksika modeli: Meksika Birləşmiş Dövlətləri. Ak Partiyanın seçimi budur deyəcək, HDP-nin də xoşuna gələr, çünki hədəfi budur. Qırx ildən bəri gözlədiyi hədəfdir bu. Dərhal hadisənin üstünə atlayacaq, yetmiş millət vəkili ilə dəstək verəcək. Bu səbəbdən bu bir həll deyil. Amma “Cumhuriyet”, camaatın qəzeti, televiziyası federasiyada bir qüsur görmürsə o ayrı məsələ. Amma bu bir qurtuluş deyil.

Dövlətimiz sənətçilərə sahib çıxmalıdır

Bir sənətçini dərdli başına buraxmaq çox böyük bir vicdan əskikliyidir. İlk olaraq sənətçi dolanışıq dərdində olmamalıdır. Xeyli mükəmməl bir həyat təmin edilməlidir. Məsələn, Rusiyada kommunizm dövründə elə idi. Sənətçilərə villa verirdilər, avtomobil verirdilər, yüksək maaş verirdilər. Bunun üsulu belədir. Dövlətin bir çox imkanı var, sənətçinin ayağının altına sərəcəksən. O da sənətini rahat-rahat icra edəcək. Sən adamı həyat mübarizəsinə məcbur etsən o necə sənətçilik etsin? Necə sənətini icra etsin?

(Xüsusi Təyinatlılar Hakkari Çuxurca da bir mağarada PKK-ya aid çox sayda silah-sursat ələ keçirdi.)

Axtarsınlar, hər yer doludur. Hər yerdən yığsınlar. Həm bu adamları yığsınlar, həm fəaliyyətlərini dayandırsınlar.

(KCK İcra Şurası üzvü Murad Karayılan artıq meşəbəyiləri hədəf almayacaqlarını bildirdi.)

Mütləq bir yerdən qorxu gəlmişdir. Ya əməliyyat qorxusudur, ya bir şeydir. Durduq yerə belə deməzlər. Bir də onların vicdanlarına buraxılacaq bir mövzu deyil bu. Bunların etdiyi təlxəklikdir. Hamısının başı əzilməlidir, hamısı tutulmalıdır, hamısı həbsə atılmalıdır.

(Hökumətin və Respublika başçısı Ərdoğanın uzun müddətdir hədəfində olan “Doğan Holdinq” dövlət tenderlərindən 237 gün məhrum edildi.)

Hərhalda bu, qanun-hüquqa əsaslanır.

(Uğur Dündar, gündən-günə Ak Partiyanın səslərinin əridiyini və hər kəsin bu fikirdə birləşdiyini söylədi. “Əgər Ak Partiya tək başına hökuməti qura biləcək əksəriyyəti təmin edə bilməzsə, o zaman respublika başçısının Hörmətli Qılıçdaroğlunu hökuməti qurmaqla vəzifələndirməlidir” açıqlamasını etdi.)

Ak Partiya varkən niyə Qılıçdaroğlu hökuməti qurmaqla vəzifələnsin? İlk partiya oldumu birbaşa iqtidara gələr. Əgər ən çox səs alarsa, iqtidara o gələr.

(Respublika başçısı Ərdoğan CHP-yə istiqamətli “Diyanəti qaldıracağam deyir. Sən kimsən? Bunlardakı CHP zehniyyətidir. Mən Quranı Kərimi babamdan öyrəndim deyir. Babanın dini özünə, sənin dinin özünə” ifadələrini işlətdi.)

Amma yenə də heç yoxdan yaxşıdır. Elə danışması təqdir ediləcək bir istiqamətdir. Bədiüzzaman: “Bir insana “yaxşısan” desən, yaxşı olması ümid edilər” -deyir. Biz Respublika Xalq Partiyasını (CHP-ni) dindar olması üçün daim təşviq etdik və xeyli də gözəl yol aldılar. Dindar yola doğru çox gözəl addımlar atdılar. Amma hər addımları onların burnundan gətirilsə, hər addımlarında mənfi sözlər deyilsə o zaman bir qisimi dindarlığa qarşı rəftar almaq vəziyyətində qala bilərlər. Bu da yaxşı olmaz. Belə bir stil, xüsusilə din mövzusunda belə bir şey edilməməlidir. Digər mövzularda tənqid etsinlər, amma din mövzusunda məncə səhv olur. Çünki onların dindar olması bütün müsəlmanların lehinə olan bir şeydir.



DEVAMINI GÖSTER