Hörmətli Adnan Oktarın 5 may 2015-ci il tarixli söhbətindən əhəmiyyətli başlıqlar

A9 TV, 5 may 2015-ci il

(Respublika başçısı Ərdoğanın Diyarbəkir, Batman və Siirtdəki mitinqlərdə kürdcə Quran göstərməsi bəzilərindən fərqli reaksiyalar aldı.)

Quranı hər kəs göstərsin. Hər kəs əlinə alsın. O edirsə onlar iki misli göstərsin, heç əlindən endirməsin. Nə gözəl. Tayyib hocam qapı açmış olur. Amma əlbəttə mənim qənaətim hər partiyanı ayrı-ayrı dəstəkləmək lazımdır. CHP-ni də, MHP-ni də, AK partiyanı da.

(Teksasda sözdə Peyğəmbərimiz (s.ə.v)-ə aid olduğu iddia edilən karikaturalar üçün təşkil edilən sərgiyə İŞİD tərəfdarı olduğu iddia edilən 2 müsəlman silahlı hücum təşkil etdi. 1 polis yaralandı, 2 adam hadisə yerində öldürüldü.)

Bu alçaqlıq nəyə lazımdır? Peyğəmbərimiz (s.ə.v) çox yaraşıqlı və xeyli gözəl bir insan idi. Çox dəbdəbəli bir insan idi. Sən meymun kimi bir məxluq çəkmisən. O, ancaq şüuraltında öz şəkilin ola bilər. Peyğəmbərimiz (s.ə.v) çox yaraşıqlı bir igid idi. Onları hirsləndirirlər, onlar da uşaq kimi bunların arxasına düşürlər. Heç veclərinə almamalıdırlar. Açıq-aşkar Qurana, imana təhqir etsə “uzaqlaşın” deyir Allah. “Onların olduğu yerdə dayanmayın”. “Adamlarla mübahisə edin” demir Allah.

Qadınlar ağıl və imandan təsirlənərlər

Qadın kişidə onu axtarar, kişi də qadında onu axtarar. Bu ət sümük işi deyil. Çox gözəl qadınlar olur, amma iffətsizdirsə sevə bilməzsən. Nəzakətsizdirsə sevə bilməzsən. Yalançıdırsa, eqoistdirsə, sevə bilməzsən. Azad düşünmürsə, səmimi düşünmürsə sevə bilməzsən.

PKK, kürd milliyyətçiliyinə sarılmış; Amma dəli kimi bir kürd milliyyətçiliyi

Hər yer kürd olacaq; hava, quru, dəniz, küçə kürd... Sən dəlisənmi? Lazlar nə gözəl insanlardır. Bir rəng. Məsələn, albanlar dünya gözəli insanlardır. Niyə narahat olursan? Məsələn türkmənlər ayrı gözəl, çərkəzlər başqa cür gözəl, hər biri ayrı bir rəng. Hər birini ayrı sev, hörmət et. Cənub-şərqdə ayırıb Türk İslam Birliyinə, İslam birliyinə maneə törədəcək geniş bir baryer yaratmaq istəyirlər. Buna icazə vermərik.

Saf irq deyə bir şey yoxdur. Hamımız hz. Adəmin övladlarıyıq

İrqçilik, irq üstünlüyünə görə insanlara dəyər vermək əxlaqsızlıq, xaraktersizlikdir. Hamısı hz. Adəmlə Həvvadan törəmiş nur kimi varlıqlardır. Cənabı Allah rəngarənglik olsun deyə ayırmışdır.

Yaxın şərqdə həddindən artıq milliyyətçilik təhlükəli şəkildə inkişaf etmiş vəziyyətdədir

Bölgədə, yaxın şərqdə İslami iş görülmür. İrqçilik, həmyerlililik düşüncəsi, irqçilik düşüncəsi elə isə ala bildiyinə gedir. İrqə görə birləşmək o qədər ağılsızca bir hərəkətdir ki. Həm elmi də deyil, məntiqi də yoxdur. Elə saf bir irq yoxdur.

Dinsizlikdən uzaqlaşmaq istəyir insanlar, amma ağlına, səmimiyyətinə güvənəcəkləri adamı tapa bilmirlər. Əvvəl-axır tapacaqlar.

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)

Bax, nə qədər dəqiqdir. “Tək bir anadan atadan sizi yaratdım” deyir. Bunun daha üstünə nə var? Bitdi və “üstünlük təqvadadır” deyir.

(Səlahəddin Dəmirdaş: “Suriyada döyüş bitmədən, ölüm təhlükəsi ortadan qalxmadan bizə sığınmış insanları geri göndərmək kimi bir şeyi əsla qəbul edə bilmərik” dedi.)

Çox gözəl. Səlahəddin vicdanlı gəncdir; amma Türkiyənin bölünməsi məsələsini əslində o da qəbul etmir. Bu PKK bəlası olmasa Səlahəddin Dəmirdaş bütün səsləri silib süpürərdi. Çünki bölünməyə qarşı elə isə şiddətli rəftar göstərər; çünki ürəyindəki odur. Türkiyənin bölünməsini niyə istəsin? Heç kim istəməz. Amma bu an məcbur olaraq federasiya istəyir. Niyə? PKK təzyiq göstərir. Məsələn Öcalanı tərifləməsi; PKK-dan çəkinməsə Öcalana düz gedər. Nifrət edir. Heç bir vicdanlı kürd Öcalanı tərifləməz, amma silah, lülə alınına istiqamətləndirildisə, Öcalanı da, PKK-nı da tərifləyir.

Hədislərə görə Mehdi (ə.s) dini asanlaşdıran olacaq

Qatı dinçilər mövhumatçılar, Mehdi olaraq, mövcud xürafatçı sistemin üstünə daha azğını “super xürafatçı” birinin gələcəyini düşünürlər. Halbuki Mehdi (ə.s) yüngülləşdirəndir. Dini yüngülləşdirər, ayənin hökmünə görə asanlaşdırar. Allah İslam üçün nə deyir? “Hz İbrahimin dini kimi asan”. “Allah sizin üçün çətinlik istəməz, asanlıq istəyər” deyir. Yüngülləşdirəcək. Necə bir asanlıq? Görülməmiş bir asanlıq. Din yüngülləşəcək, zəncirlər qalxacaq. Çox asan bir din ortaya qoyulacaq. Bu din hansı din? Qurandakı din.

Mehdi deyə qatı xürafatçı gözləməsinlər. Elə bir şey olmayacaq. Hətta Məvdudi, rəhmətlik, deyir ki; “Gələcək olan Mehdi (ə.s) dövrün ən müasiri olacaq, elmi, texnologiyanı ən gözəl şəkildə istifadə edəcək” deyir.

“İmam Mehdi gəldiyi zamanın ən ideal komandiri, lideri olacaq. Buradakı idealdan məqsədim budur: Dövrün bütün gerçəklərini biləcək, tam bir idarəçi qabiliyyətinə sahib bir insan olacaq. Qorxuram ki, onu ilk rədd edəcək olanlar ənənəvi üləma sinifi və sufi komandasından başqası olmayacaq. Çünki onlar görəcəklər ki, bu insanın, təsəvvürlərindəki Mehdi ilə heç bir əlaqəsi yoxdur”. Bunu kim söyləyir? Məvdudi. Məvdudi çox böyük bir alimdir.

Tənqid edənlər Qurandan ayə və dəlil göstərməlidirlər

“İslamda musiqi yoxdur” deyir. Dəlil göstər. “Dəlil yoxdur”. Elə isə mən haqlıyam. “İslamda rəqs yoxdur” deyir. “Qurandan dəlil gətir” deyirəm. “Yoxdur” deyir. Yoxdursa mən haqlıyam, sən haqsızsan.

Allah, şeytandan Allaha sığınaram: “Siz Allaha dininizimi öyrədirsiniz?” buyurur.

Tam olaraq bunlar elə edir. Allaha din öyrətməyə çalışırlar. “Belə din olar?” deyir. Allaha əxlaq öyrədirlər, haşa.

Mövhumatçılıq İslam günəşini söndürmək istəyən bir sistemdir

Xürafatçılıqla İslamı bütün dünyada hörmətdən saldılar və İslam günəşini söndürmək istəyirlər. Ağılsızlıq etməsinlər. Səhv yoldadırlar. Deyir ki, “Üləmada səhv yoldadır?” Onlar da səhv yoldadır, İslamı məhv etdiniz. Belə İslam olarmı? Bir az başınızı işlədin. Ölüm qoxusu verir, hər yer ölüm qoxusu verir. Çürütdünüz dünyanı, məhv etdiniz. Asmaq, kəsmək, döymək, qadınları alçaltmaq, qadınlara “yarımçıq” dəmək, musiqi yox, şəkil yox, sənət yox, yaxşılıq yox, gözəllik yox, məhəbbət yox, o yox, bu yox. Siz dəlisinizmi? Cəhənnəm həsrəti içindədirlər. Elə bir şey yoxdur.

Gələcək olan Mehdi (ə.s) İslamı yenidən canlandırarkən asanlıqla canlandıracaq. Dini yüngülləşdirəcək, insanların kürəyindən bu xürafatçıların zəncirlərini qaldıracaq, mövhumatçıların zəncirini qaldıracaq. Dayanmadan zəncirlərə sarılırlar. Bax Məvdudi də eyni şeyi söyləyir, “Ən çox xürafatçılar qarşı çıxacaq” -deyir. İslamofobiyanın qaynağı bunlardır.

(“Akşam” qəzeti bugünkü xəbərində PKK-nın təzyiqindən şikayət edən vətəndaşların verdiyi şikayətlərin polis içindəki bəziləri tərəfindən təşkilata sızdırıldığını iddia etdi.)

Doğrudur, ola bilər. Razılaşmışlar PKK ilə. Amma bu əlbəttə təşviqat etmək üçün də yayılmış bir xəbər ola bilər. Yəni xalqa belə bir qorxu vermək istəyirlər: “Əgər PKK-nı polisə şikayət etsəniz, xəbər verdikləriniz də gedər PKK-ya söyləyərlər, sizə zərər gələr”. “Öldürərlər, asarlar, kəsərlər” filan hərhalda ona bənzər bir imic vermək istəyirlər. Heç veclərinə belə almasınlar, davam. Türk dövləti, türk milləti PKK-nı ortadan qaldırmaqda qərarlıdır. Yəni onun qurtuluşu yoxdur. Onsuz da 40 il bitdi. Dəccalın ömürü 40 ildir. İş bitdi.

(Səadət partiyası həmsədri Mustafa Kamalak və Böyük Birlik partiyası həmsədri Mustafa Destici İstanbulda mətbuat nümayəndələri ilə görüşdülər. Kamalak bunları söylədi: “İttifaq olaraq prinsip etibarilə prezident idarə sisteminə qarşı deyilik. Dövlət başçısını xalqın seçməsində sıxıntı yoxdur”.)

Olarmı? Elə isə Türkiyə parça-parça olar. Prezident idarə sistemi bərabərdir federasiya. Çünki ya Amerika modeli, ya da Meksika modeli deyilir. Hər ikisində də bölünmə qaçınılmazdır.

Sənətçilərin qiyməti bilinməlidir

Sənətçilərin qiyməti bilinməzsə sənət müəyyən zamanla itər. Elə olduqda dünya qaralar. Dünyanın gözəlliyini yox etmiş olarlar. Sənətçi demək dünyanı gözəlləşdirən insan deməkdir.

Mövhumatçıların mehdiyətə qarşı olacaqları hədislərdə təfərrüatlı şəkildə izah edilir

Dünyanı Allah onsuz da gözəl yaratmış, insanları da gözəl yaratmış. “Gözəlləşdirin, gözəl yaşayın, gözəl danışın, bir-birinizi sevin, dost olun, yoldaş olun, döyüşməyin, qan tökməyin, mərhəmətli olun, Mənə şükr edin, nemətimi artırım”. deyir Allah. Sən nə edirsən? “Dünyanı cəhənnəmə çevirəcəyəm” deyirsən. İslamı dünyadan yox edəcəksiniz, ağılınızı başınıza alın. Onsuz da ona da icazə vermərik. Gələcək olan imam Mehdi (ə.s), dini yüngülləşdirəcək. Xürafatçılar qarşı çıxacaq. Qarşı çıxdığında “Görəsən o xürafatçı mənəmmi?” deyə niyə düşünmürsən? Peyğəmbər (s.ə.v), ay ağılsız, səndən bəhs edir. Nəzərdə tutduğu sənsən. O zənn edir ki, qəhrəman, özünü dini qurtaran zənn edir. Mehdiyətə etiraz edən bir xürafatçı qrupundan bəhs edir Peyğəmbər (s.ə.v.) və şəkillərini şəmaillərini də izah edir. Özünə götürsənə. Bəlanın içindəsən, Allah səni qorusun. Allah sənə hidayət versin. Cəhənnəmin dibinə gedəcəksən, ağılını başına topla.

(Baş nazir köməkçisi Yalçın Akdoğan, “İndi bəziləri deyir ki: “Türkiyə bölündü, bölünür”. Yoldaş sən zehnində bölmüsən. Şırnaka gedə bilmirsən, Vanda siyasət edə bilmirsən, Hakkaridə bayraq qaldıra bilmirsən. Digəri də Trabzona gedə bilmir. Belə bir şey ola bilərmi? Bütün buralara biz getdik, dövlət artıq vətəndaşını qucaqlayır”. Deyə söylədi.)

Yaxşı, amma vətəndaş gedə bilmir. MHP gedə bilmir, CHP də gedə bilmir. Getdiyində də hücum edirlər. Vətəndaş necə getsin? Burada müdafiə olunacaq bir istiqamət yoxdur. Oradan PKK-nın qazınması lazımdır. Dövlətin qüvvəsi bunu edə bilər. Xalq necə etsin? Xalqın gedib şillə yumruqla, bunlarla məşğul olacaq halı yoxdur.

(Söhbətinin davamında Yalçın Akdoğan, “Bu gün kürdlərə kim zülm edir, kürdün yolunu kim kəsir, kürdlərdən kim xərac alır, kürdlərin uşağını kim dağa qaldırır, kim səs verməyə gedərkən yolunu kəsir, kim təzyiq edir; bunların çox yaxşı görülməsi lazımdır” dedi.)

Təhdid edilirsənsə, Hüquq mühafizə orqanlarına əmr verərsən, hüquq mühafizə orqanları bunları qazıyar, hamısını tutub həbsə atar.

(“Dini yüngülləşdirmək nə deməkdir? Namazı, orucu qaldıracaqsınız?” sualına cavab)

Bax ağlı kəsmir onu, elə zənn edir. Mehdinin dini yüngülləşdirməsi demək, Quranda olmayan haramları qaldırması deməkdir. Məsələn musiqi haramdırmı, deyil. Quranda elə bir ayə yoxdur. Musiqinin haram olduğunu iddia edənlərə musiqinin halal olduğunu söyləyəcək. Namaz, hər zamanki namazdır. Sən Quranla danışdıqdan sonra onsuz da mövzu bitmişdir. Məsələn Mehdi (ə.s) zühur etdiyində faiz olmaz, çünki faiz haramdır. Məsələn bunu bu an dayandıra bilmirsən. Heç bir İslam ölkəsi dayandıra bilmir, amma Mehdi (ə.s) gəldiyində faiz dayanar. Çünki, Mehdi (ə.s) Qurandan kənar addım atmaz. Quran nə deyirsə onu edər. Amma sən deyirsənsə, “qadın yarımçıq varlıqdır”, Qurandanmı çıxarırsan belə bir şeyi? Yox. Quranda qadın əzizdir, qadın ucadır. Qadın təriflənir və qorunur. Sən tam fərqli bir düşüncədəsən. Qurana tabe olmursan.



DEVAMINI GÖSTER