Hörmətli Adnan Oktarın yeni izahları (10 fevral 2013; 11:00)

TUR SURƏSİNİN 44-CÜ AYƏSİNDƏ TELESKOPA İŞARƏ EDİLİR

 

(Tur surəsi, 44)

“Əgər onlar göy parçalarının düşdüyünü görsələr: “Bulud topasıdır!” – deyərlər”.

 

Göydən bir parçanın düşməkdə olduğunu görmək asan bir şey deyildir. Bu ancaq, Axırzamanda teleskopla aşkar edilə bilən bir şeydir. O ayə Axırzamana işarə edən bir ayədir. Çünki meteoriti çılpaq gözlə seyr etmək, yəni, yaxalamaq mümkün deyil. Çox sürətli getdiyi üçün gözlə müəyyən etmək olmur. Ancaq, teleskopla aşkar etmək olar. Axırzamana baxdığını başa düşürük, inşaAllah. 

 

TÖVBƏ SURƏSİNİN 128-Cİ AYƏSİNİN ƏBCƏDİ 1990 TARİXİNİ VERİR

 

(Tövbə surəsi, 128)

“Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir”.

“Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir” yəni, müsəlmanları qorumaq mövzusunda qərarlı olan, “sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir”. Ayənin əbcədi 1990 tarixini verir.



DEVAMINI GÖSTER