Hörmətli Adnan Oktarın yeni izahları (14 fevral 2013; 12:00)

MEHDİLİK İSLAM ALƏMİNİN ŞƏXSİ MƏNƏVİYYƏSİNİN İSTİNAD NÖQTƏSİDİR

 

“Belə ki: O hədisin və Süfyan və Mehdi haqqındakı hədislərin ifadə etdikləri məna budur ki: Axırzamanda, dinsizliyin iki cərəyanı qüvvə tapacaq:” (On Beşinci Mektup – səhifə, 59)

 

Bu dəqiqə qüvvə tapan iki cərəyan vardır. Suriyadakı dəccal azğınlığını görürsünüz, PKK-dakı dəccal azğınlığını da görürsünüz. Dəccal Türkiyəni təhdid edir, amma mehdiyyət də elm ilə, irfan ilə qarşılıq verməyə davam edir. Bu dəqiqə, mehdiyyət bütün dünyaya səssiz şəkildə istiqamət verir, hər yerdə qabaqcıldır və yol göstərir. İslam aləminin şəxsi mənəviyyəsinin istinad nöqtəsidir Mehdilik. Mehdiliyin özündən əmin olan güclü iman hərəkatı vardır. 

 

BƏDİÜZZAMAN HƏZRƏTLƏRİNİN 15-Cİ MƏKTUBUNDAN DƏCCAL VƏ AXIRZAMAN İLƏ ƏLAQƏLİ SÖZLƏRİ

 

Dəccal təbliğatla, şəkillərlə, yazılarla insanlara guya özünü böyük göstərir

 

Əlcavab: “Dəccalın şəxsi zahiri”-xaricdən görünən surəti, “insan kimidir”. “Məğrur, fironlaşmış, Allahı unutmuş olduğundan, zahiri, cabbaranə” şiddət və terrorla “olan hakimiyyətinə İslam adını vermiş” haşa, Allahlıq iddia etmiş bu istiqaməti ilə “bir şeytani axmaqdır” axmaq bir şeytandır deyir, dəccal. “Və bir hiyləgər insandır. Amma şəxsi mənəviyyəsi olan dinsizlik cərəyanı çox böyükdür”. Məhz bu darvinist, materialist bütün dünya məktəblərinə, bütün dünyanın universitetlərinə və bütün rəsmi dairələrinə, dünyadakı hər yerə hakimdir. “Rəvayətlərdə dəccala aid dəhşətli xüsusiyyətlər” dəhşətli izahlar “ona işarə edər. Bir zamanlar, Yaponiyanın ali baş komandanının şəkli, bir ayağı Bəhri mühitdə (Sakit okeanda), digər ayağı on günlük məsafədəki Port Artur qalasında təsvir edilmiş; o kiçik Yapon ali baş komandanının bu surətdə təsviri ilə, ordusunun şəxsi mənəviyyəsi göstərilmiş”. Yəni, gözdə özünü böyük göstərir deyir. Təbliğat ilə, şəkillər ilə, yazılar ilə.

 

Dəccalla əlaqəli hədisdə dəmir yoluna, yəni qatara işarələr

“Amma, dəccalın yalançı cənnəti isə, mədəniyyətin cazibədar, qanunsuz əyləncələri və fantaziyalarıdır”. İçki, narkotik, hər cür qeyri-qanuni həyat. “Minik vasitəsi isə, dəmir yolu kimi bir vasitədir ki”, yəni qatar, “bir başında od ocağı yerləşir”; qatarın başında od ocağı yoxdur mu? Var. “Özünə tabe olmayanları bəzən ocağa atar”. Yəni, bəlanın içinə atar, həbs etdirər. O minik vasitəsinin bir qulağı, yəni digər başı cənnət kimi döşənilmişdir; tabe olanları oraya oturdar. Yeməkli vaqon olar içərisində, lüks döşənər, gəzərlər. Hədisin ifadəsi ona baxar, deyir Bədiüzzaman. “Onsuz da səfeh və qəddar mədəniyyətin” amma, hansı mədəniyyətin? Səfahətə düşmüş və qəddar və amansız olan mədəniyyətin. “Mühüm bir minik vasitəsi olan dəmir yolu, səfahət əhli və dünya üçün yalançı bir cənnət gətirər; biçarə dəyanət əhli və İslam əhli üçün”, müsəlmanlar məsələn, Mərakeşdə, Tunisdə, Əlcəzairdə, Liviyada, İraqda, Suriyada olan “mədəniyyət əlində cəhənnəm zəbanisi kimi təhlükə gətirir”, çünki qatarlarla tank, top daşınır cəbhəyə faşist və kommunist sistemlər tərəfindən. Stalinin orduları, Hitlerin ordularına aid bütün materiallar qatarla daşınır. Hərbi birliklər, alman əsgərləri, Stalinin əsgərləri kütləvi surətdə cəbhəyə gedərkən qatarla gedir və bilirsiniz bir milyarddan çox qətliam etdilər ona işarə edər, deyir Bədiüzzaman. “Əsarət və səfalət altına atar”. Bilirsiniz, bütün müsəlmanları qatarlarla daşıdılar. Kommunist hökumət dövründə. Xüsusilə, türklərin, müsəlman türklərin olduğu deportasiya edildi.

 

Hz. Mehdi (ə.s)-ın və İsa Məsihin vəfatından sonra dinsizlik cərəyanı müsəlmanlığa qalib gələcəkdir

“Bax, İsəviliyin həqiqi dini zühur ilə və İslamiyyətə çevrilməsi ilə”, yəni xristianlıq mənən eyni İslamiyyət kimi olması ilə, “hərçənd aləmdə” dünyada “mütləq əksəriyyətə nurunu yayar. Amma, yenə qiyamət qopana yaxın, təkrar bir dinsizlik cərəyanı baş qaldırar”, Nə zaman? Hz. Mehdi (ə.s)-ın vəfatından sonra, İsa Məsihin vəfatından sonra “qələbə qazanar” müsəlmanlığa qalib gəlir. “Və "El-hükmülil-ekser" (hökmün çoxluğa əsasən verilməsi) qaydasına görə”, məsələn, dünyanın yüzdə doxsanı qədər “yer üzündə Allah Allah deyən qalmayacaq; yəni, əhəmiyyətli bir birlik dünyada mühüm bir mövqeyə sahib olacaq surətdə Allah Allah deyilməyəcək deməkdir”. Yəni, çox-çox nadir olacaq. Allah Allah deyən qalmayacaq. Nə zaman? 1543-cü illərə qədər. 1543-cü ildən sonra da heç Allah deyən qalmır. İki il, 1545-ci ilə qədər. Quran yuxarı qaldırılır. Allah tərəfindən göyə alınır Quran.



DEVAMINI GÖSTER