Hörmətli Adnan Oktarın yeni izahları (15 fevral 2013; 13:00)

METEORİTLƏRİN BİR HALƏ ŞƏKLİNDƏ DÜNYANIN ÜZƏRİNİ BÜRÜMÜŞ OLMASI HƏDİSDƏ İŞARƏ EDİLƏN BİR HALDIR

 

Meteoritlərdə fövqəladə bir intensivləşmə olub göydə bilirsiniz, 1980-ci ildən sonra. 1980-ci ildən sonra iki məsələdə çox intensivləşmə olub. Bir; zəlzələlərdə, iyirmi-otuz misli. Dünya tarixində görülmüş zəlzələlərin iyirmi-otuz misli daha çox. METEORİTLƏR ARTIQ BULUD HALINA GƏLDİ. QƏDİMDƏN TƏK-TÜK İKƏN, BARMAQLA SAYILARKƏN, İNDİ BULUD HALINDA ƏHATƏ ETDİ DÜNYANI. BUNLAR MEHDİYYƏTİN İŞARƏLƏRİDİR. DEYİLİR HƏDİSDƏ: "MEHDİ (Ə.S) BAŞINDA BİR BULUD İLƏ ZÜHUR EDƏR, BİR HALƏ İLƏ" DÜNYANIN ÜSTÜNDƏKİ O HALƏYƏ İŞARƏ EDİR EYNİ ZAMANDA BU İFADƏ. METEORİTLƏR BİR SARIQ KİMİ DÜNYANIN ÜZƏRİNİ BÜRÜMÜŞ VƏZİYYƏTDƏ, BİR HALƏ ŞƏKLİNDƏ. ÇÜNKİ MEHDİ (Ə.S)-IN DÜNYASIDIR BURASI, ALLAHIN DİLƏMƏSİ İLƏ. 

 

HÖRMƏTLİ ADNAN OKTARIN ƏRAF SURƏSİNDƏN MEHDİYYƏTƏ İŞARƏ EDƏN AYƏ İZAHLARI

 

raf surəsi, 181)

Yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, haqq ilə doğru yola aparır və bunun sayəsində ədalətlə hökm edirlər.

 

Şeytandan Allaha sığınıram. Yaratdıqlarımızdan-haqq ilə doğru yola aparan”- təbliğ edən, haqqa, Allaha yönəldən, çatdıran. “… və bunun sayəsində ədalətlə hökm edirlər”, bir əbcədi var 1987. Əlamətdardır. 181, əgər, 81-inə baxsaq o da çox əlamətdardır. Bu açıq-aşkar Mehdi (ə.s)-ı izah edir. “Yaratdıqlarımızdan haqq ilə doğru yola aparan”, dünya miqyasında təbliğ edən “… və bunun sayəsində ədalətlə hökm edirlər”. Mehdi (ə.s)-ın ədaləti onsuz da məşhurdur. Mehdi (ə.s)-ın ən gözəçarpan xüsusiyyəti ədalətidir. “… bir ümmət vardır”, icma vardır. Mehdi (ə.s) və tələbələri inşaAllah, 1987.

 

(Əraf surəsi, 182)

“Ayələrimizi yalan sayanları, özlərinin də bilməyəcəkləri bir yerdən tədricən tovlayıb məhvə aparacağıq”.

 

“Ayələrimizi yalan sayanları”, yəni, darvinizmi, materializmi və ateizmi müdafiə edən, “özlərinin də bilməyəcəkləri bir yerdən” Mehdi (ə.s)-ı haradan bilsinlər? İsa Məsihi haradan bilsinlər? “Tədricən tovlayıb məhvə aparacağıq”. Mehdiyyət onlara qarşı fikir ilə mübarizə aparacaq. Mehdiyyət fikir ilə mübarizə apardıqca onların günahları artır. Çünki mehdiyyəti bildikləri halda, İslam Birliyini bildikləri halda, İsa Məsihin izahatlarını gördükləri halda, Quran həqiqətlərini bildikləri halda tərs davranış göstərdikləri üçün günahları qat-qat artacaq.

 

(Əraf surəsi, 183)

“Mən onlara möhlət verəcəyəm. Şübhəsiz ki, Mənim hiyləm sarsılmazdır”.

 

Allah deyir ki, 183-cü ayə, “onlara möhlət verəcəyəm”. Nə qədər? Bəlkə, 2020-ci ilə qədər. “Şübhəsiz ki, Mənim hiyləm”, mənim qurduğum sistem, mənim qurduğum plan, mehdiyyət planı, İsa Məsih planı, İslam Birliyinin yaranması, dünya hakimiyyəti planı “sarsılmazdır”, deyir Allah. Sarsılmaz. Nə deyir Zülqərneyn əhvalatında? Sapsağlam bir iqtidarla məskun etmişdik. Ayədə nə deyir? Sapsağlam deyir.

 

(Əraf surəsi, 184)

“Məgər fikirləşmirlərmi? Onların yoldaşında heç bir dəlilik yoxdur. O ancaq qorxudan və bəyan edən bir Peyğəmbərdir”.

 

“Yoldaşlarında” Mehdi (ə.s)-ın bir xüsusiyyəti nədir? Zamanın sahibi. “… heç bir dəlilik yoxdur. Məgər fikirləşmirlərmi?” Bir çox lazımsız möhvumatçılar Mehdi (ə.s)-a nə deyəcək? Dəli və ağıl xəstəsi deyəcək. Çünki bütün peyğəmbərlərə deyilmişdir. Sahiblərində, Zamanın sahibində, yəni, Peyğəmbərimiz (s.ə.v)-də və buna görə də onun davamı olan övladlarında və xüsusilə, Mehdi (ə.s)-da “… heç bir dəlilik yoxdur. O ancaq qorxudan və bəyan edən bir Peyğəmbərdir”. Sadəcə mehdilik vəzifəsini yerinə yetirən bir insandır, inşaAllah.



DEVAMINI GÖSTER