Hörmətli Adnan Oktarın yeni izahları (17 iyul 2012; 23:30)

Peyğəmbərimiz (s.ə.v)-i çox rahat şəhid edə bilərdilər, ən başında. Hər mərhələsində şəhid edə bilərdilər. Ayədə bu haqda belə deyilir: “İki tərəfdən sıxışdırılmışdınız”. Həm dağın üstündən həm dağın altından mühasirə var. Arada qalmış müsəlmanlar. Rahatca hamısını qılıncdan keçirərdilər, çox rahat, Allah əsirgəsin. Hər döyüşdə məğlub edə bilərdilər müsəlmanları. HƏR DÖYÜŞDƏ MÖCÜZƏ OLMUŞDUR. AÇIN BAXIN UHUD, XƏNDƏK HAMISI MÖCÜZƏDİR. Rəsulullah (s.ə.v)-in onsuz da Bədrdə şəhid edilə bilməməsi bir çox insanın iman etməsinə vəsilə olmuşdur. Yəni normalda orada yüzdə yüz şəhid edilər. İndi dörd cəbhə var, dörd istiqamətdən sarılmış dairə şəklində, bir dənə əleyhdarları var; Peyğəmbər Əfəndimiz (s.ə.v). Adamların əlində gürz, ox, qılınc, hər şey var. Hədəfləri də ortada, Rəsulullah (s.ə.v). Bütün səhabələr arasında onsuz da şəhid edildi xəbəri yayılmış. Yəni mümkün deyil artıq, oradan diri çıxmasının qeyri-mümkün olduğunu deyirlər. Rəsulullah (s.ə.v) arslan kimi aralarından çıxdı. Heç bir şey də olmadı.

MEHDİYYƏT MÖCÜZƏ İLƏ OLACAQ BİR HADİSƏDİR. İndi normal zəmində İslamın dünyaya hakim olması qeyri-mümkündür. Yəni bu normal, bilinən şərtlərdə mümkün kimi görünür. Amma baxın BÜTÜN TƏBİƏT HADİSƏSİ DEDİKLƏRİ HADİSƏLƏR HAMISI MEHDİYƏ KÖMƏK EDƏCƏK ŞƏKİLDƏ OLUR HAZIRDA. Yəni təbiət hadisəsi olur onların deyişi ilə, xüsusi olaraq. Məsələn, mən sizə nümunə verim: Hz. Musanın səhabələri ilə, tələbələri ilə Fironun əlindən xilas olması normalda qeyri-mümkündür, mümkün deyil. Onların təbiət hadisəsi dediyi hadisə Allahın əmri ilə o anda meydana gəlir. Adam deyir: “Məhz o bir dəfəliyinə olmuşdur” Hansı bir dəfəliyinə? Yaxşı Bədirdə necə olur? Uhudda necə olur? Rəsulullah (s.ə.v)-i yatağında şəhid etməyə qalxdılar. Rəsulullah (s.ə.v) hz. Əlini yatağına yatırdı, mövzu bitdi. KÜÇƏDƏ GƏZİR ONSUZ DA RƏSULULLAH (S.Ə.V), OX ATIB ŞƏHİD EDƏRLƏR, NİZƏ ATIB ŞƏHİD EDƏRLƏR, BIÇAQ ATIB ŞƏHİD EDƏRLƏR. TOPLUCA HÜCUM EDİB ŞƏHİD EDƏRLƏR. OLMUR, MÖCÜZƏ OLARAQ OLMUR. MEHDİYYƏT DƏ BU CÜRDÜR. YƏNİ MÖCÜZƏLƏR ŞƏKLİNDƏ OLUR.

Məsələn, Bədiüzzamanı yüz dəfə şəhid edərdilər. Nəticədə yaşlı bir insandır onlara görə. Küçədə gəzir. Arxasından yanaşsalar tək əl silah atıb rahatca şəhid edərlər. Dəfələrlə onsuz da uzaqdan atəş edilmiş. Dəfələrlə zəhərlədilər. Onsuz da qoyduqları həbsxanada normalda ölər, şəhid olar. Yəni -10 dərəcədə taxta daxmaya qoyurlar. Soba yox içində, yaşlı bir insan, nə olar onun içində, taxta daxmanın içində? Nə qədər dayana bilər? Neçə ay dayana bilər? Neçə həftə dayana bilər? Qrip olar, qrip olduqda onsuz da bədən kömək edilmədiyi üçün məcbur olaraq ölər orada, şəhid olar. Heç bir şey olmur. Şəhid edə bilmədilər. Hökumət qarşı idi, hər hökumət qarşı idi. Amma nə qarşı olmaq. Həbsxanadan çıxartmırlar. Həbsxanalarda rahatca şəhid edə bilərdilər. Hər yerdə, hər şəkildə əngəlləyə bilərdilər. Heç bir şəkildə qorxmadı.

İSLAM BİRLİYİNDƏ SEVGİNİN İRMAĞI VARDIR, ÇAY KİMİ AXAR SEVGİ. Şəfqət, mərhəmət, dostluq, qardaşlıq, köməkləşmə, mərhəmət. Mehdiyyət bunlardan ibarətdir.

Nə üçün intihar edirsən? “Adam öldürməyə hazıram” -deyirsən. “Mən qatil ruhluyam, cinayətə hazıram” -deyirsən. Müsəlmanın işlədəcəyi bir sözdürmü bu? Pul üçün intihar etməyə qalxan pul üçün adam da öldürər, oğurluq da edər, əxlaqsızlıq da edər. Pul üçün intihar etmək nə qədər alçaq bir hərəkət, nə qədər alçaldıcı bir şeydir.

İNTİHAR ƏXLAQSIZLIQDIR, CİNAYƏTDİR, QATİLLİKDİR, CANİLİKDİR. ÇOX XARAKTERSİZCƏ BIR FİKİRDİR. ƏXLAQSIZ BİR FİKİRDİR. Müsəlman belə bir ifadə işlətməz.

Türkiyənin təyyarəsinin vurulması, TÜRKİYƏNİN DƏ BU MÖVZUDA QİSASÇILIQ KİMİ BİR RƏFTAR GÖSTƏRMƏMƏSI, MÖTƏDİL, MƏQBUL, ŞƏFQƏTLİ, AĞILLI YANAŞMASI TÜRKİYƏNİN KEYFİYYƏTLİ DÖVLƏT OLDUĞUNU, DÖVLƏT FƏLSƏFƏSİNİN PRİNSİPİAL OLDUĞUNU, ŞƏFQƏTLİ BİR DÖVLƏT OLDUĞUNU GÖSTƏRİR VƏ LİDER DÖVLƏT OLDUĞUNU GÖSTƏRİR. Psixopat dövlət nə edər? Təyyarəni vurdun, “Al mən də sənin 10 dənə təyyarəni vuraram” deyər, yerlə bir edər, ağır bombardman edər, xalq da coşar. Bu bəsitlikdir. Keyfiyyətli bir dövlət bunu etməz. Keyfiyyətli dövlət olduğumuzu göstərdik, zadəgan olduğumuzu göstərdik. Qisasçı olmadığımızı, şəfqətli, mötədil, məqbul olduğumuzu göstərdik və etibarlı bir dövlət olduğumuzu göstərdik. Bu səbəbdən səhv edilən bir şey yoxdur.

İndi var gücləri ilə taleni dayandırmağa çalışırlar, amma talenin bir xüsusiyyəti vardır: qarşısı alına bilməz. Yəni maddəni şəklə sala bilər, bir çox şeyi şəklə sala bilər, amma taleni dəyişdirə bilməzsən. Talenin xüsusiyyəti; əzicidir tale. Əzə-əzə irəliləyər, heç bir güc dayandıra bilməz taleni, Allahın icazəsi ilə.

Bədiüzzamanın Mehdinin varlığı ilə əlaqədar, hücuma keçdiyi ilə əlaqədar, nə zaman, nə nəticələr alacağı ilə əlaqədar əbcədləri, sözləri var. Amma ən başlanğıcında 1956-cı il tarixini verir. İlk başlanğıc onunla başlayır. Deyir ki; “Bu əbcəd, Quranın bu ayəsindən, 1956-cı il tarixindən çıxan budur ki” -deyir “Artıq münafiq sistemin, münafiq dəccaliyyət sisteminin yəni darvinizm, materializm sisteminin ölümünün, batışının başlanğıcını verir” -deyir “1956 tarixi”. Bədiüzzaman, Risalə-i Nurda bunu verir. yəni “münafiqlik cərəyanının, tağutun və dəccaliyyətin ölümünü, yəni ölməyə başlamasının tarixini verir” -deyir. Ölməyə başladığı tarixsə doğulmağa başladığı tarix də olmuş olur. Yəni Mehdiyyətin doğumu olmuş olur. Çünki dəccaliyyət ölməyə başladısa mehdiyyət doğulmağa başlamışdır, doğulmuşdur. Bu tarixi kilid tarix olaraq verir Bədiüzzaman, 1956-cı ili.



DEVAMINI GÖSTER