Hörmətli Adnan Oktarın yeni izahları (2 fevral 2013; 23:00)

HORMƏTLİ ADNAN OKTARIN MAİDƏ SURƏSİNDƏN AYƏ TƏFSİRLƏRİ

 

(Maidə surəsi, 84)

"Nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq? Biz ki Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə Cənnətə daxil edəcəyinə ümid edirik”.

 

"Biz ki Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə Cənnətə daxil edəcəyinə ümid edirik". Yəni, Mehdi camaatına qatmasını ümid etməyə də işarə edir. “Nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq?” Haqdan gəlir Mehdi (ə.s) ilə bağlı məlumat, niyə inanmayaq? Qurandakı məlumat Haqdan gəlir, nəyinə inanmayaq? İsa Məsihin enişi ilə bağlı məlumat Haqdan gəlir, niyə inanmayaq? Niyə onu dəyişdirənlərə inanaq? Niyə şəxsi mənəvidir deyənlərə inanaq? Niyə elə bir şey yoxdur deyənə inanaq? Vəhylə bizə gələn məlumata inanırıq biz. Peyğəmbərimiz (s.ə.v)-ə vəhylə gələn məlumata inanırıq. Vəhylə gələn məlumatda Peyğəmbərimiz (s.ə.v), Mehdi (ə.s)-ın şəxs olduğunu açıq-aydın bildirir. Sonrakılar sanki vəhyə meydan oxuyar kimi haşa. Allahın hökmünə meydan oxuyar kimi haşa bir üslub göstərirlər. Təbii ki, məlumatsızlıqlarından, qəsdən etmirlər, amma həm özlərinə zərər verirlər, həm də ümmətə zərər verməyə təşəbbüs edirlər. Ümmət onları ciddiyə almaz.

 

(Maidə surəsi, 87)

“Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir”.

 

“Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin”. Məsələn, musiqini haram etməyin. İpəyi haram etməyin. Əyləncə, gülmək haram etməyin. Xanımların idarəçi olması, haram etməyin. Xanımlara danışmağı haram etməyin. Xanımlara sayğını, hörməti, nəzakəti haram etməyin. Yerdən çıxan, dənizdən çıxan bəzək əşyalarını, nemətləri haram etməyin. Yeməklərdən halal olanları haram etməyin. Gözəl şeylər; bəzəklər, bijuteriyalar, hər şeyi haram etməyin. “… və həddi aşmayın”. Yəni, azğınlaşmayın, harama girməyin. Çünki halalı haram etmək həddi aşmaqdır. Halal varkən də haramı istəmək yenə həddi aşmaqdır. Çünki halalların ucu-bucağı yoxdur. Haramlar çox azdır, barmaqla sayılar. Çox da olsa harama onsuz da uymarıq. “Həqiqətən, Allah həddi aşanları sevmir”. Yəni, Qurana uymayanları sevməz. 

 

(Maidə surəsi, 88)

“Allahın sizə ruzi olaraq verdiyi halal, təmiz nemətlərdən yeyin və iman gətirmiş olduğunuz Allahdan qorxun!”

 

“Allahın sizə ruzi olaraq verdiyi halal, təmiz nemətlərdən yeyin”. Yəni, oğurluq mal o-bu filan yox halalı ilə qazanılmış və təmiz olaraq yeyin. Kirli yeməklər yeməyin, pis yeməklər yeməyin. Təmizləmək. Sağlığa zərərli olan şeyləri yeməyin. Təmiz şeylər yeyin. Bəlli ki, pis zərər verəcək. Yeməyin. “…  iman gətirmiş olduğunuz Allahdan qorxun!” Allahdan sevgidən qaynaqlanan o qorxu ilə qorxub çəkinin. Çünki sevgi ilə Allahdan qorxuruq. Yəni, dünya qorxusu kimi deyildir Allah qorxusu. Allah sevgisinə əsaslanan bir qorxudur. 

 

(Maidə surəsi, 89)

“Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz”.

 

“Bunun kəffarəsi”, Yalan yerə and içəndə yəni, andını tutmayanda onun kəffarəsi, “ailənizə yedirtdiyinizin orta hesabı dəyərində” yəni, uşağına, özünə yedirtdiyi hansı keyfiyyətdədirsə, bax, burada çox önəmli bir xüsus vardır. Keyfiyyətsiz bir yemək yox. Artıq, bayat yemək yox. Keyfiyyətli yemək. “... on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Quranın hədəfini görürsünüzmü? İnsanlara insanın özü kimi rəftar edilməsini istəyir Allah. Yoxsulları doyurmağımızı istəyir. Və onları geyindirmək, paltar vermək. Və ya bir köləni azadlığına qovuşdurmaq yəni, insanlara da kölə mövqeyini yaraşdırmamaq. Onları azad etmək.  

 

CƏNNƏTDƏKİ EHTİRASIN GÜCÜ

 

(Saffat surəsi, 48)

“Onların yanında baxışları öz ərlərinə dikilmiş iri qaragözlü hurilər olacaqdır”.

 

“Gözlərini yalnızca öz ərlərinə yönəltmiş” amma Allah ayədə ehtiras ilə deyir, ehtiras ilə. Amma, o ehtiras necə bir ehtirasdır bilirsənmi ? DAĞI DAŞI YIXAR, O QƏDƏR DƏRİN BİR EHTİRASDIR, CƏNNƏTDƏ HEÇ GÖRÜLMƏYƏN BİR EHTİRAS VARDIR, İNŞAALLAH. YƏNİ, İNSANI ƏRİDƏR, O QƏDƏR MÜKƏMMƏLDİR.



DEVAMINI GÖSTER