Hörmətli Adnan Oktarın yeni izahları (5 noyabr 2012; 24:00)

 (Yusif surəsi, 69)

Onlar Yusifin yanına daxil olduqda o, qardaşını bərk-bərk qucaqlayıb dedi: “Mən sənin qardaşınam. Onların tutduqları işlərə görə kədərlənmə”.

 

Sonra, bir müddət sonra təbii ki, xurafatçılar bağışlanacaqdır. Xurafatçılar etdikləri pisliklərdən dolayı peşmançılıq hiss edəcələr. O bağrına basma da İsa Məsihə işarə edir. Qardaşı, Mehdi (ə.s) və qardaşı. Bağrına basmaq Mehdi ilə İsa Məsihin qarşılaşmasına işarə edir. “Onlar Yusifin yanına daxil olduqda o, qardaşını bərk-bərk qucaqlayıb dedi: “Mən sənin qardaşınam””. Mehdi (ə.s) da nə deyəcək? "Sən İsa Məsihsən" inşaAllah. İsa Məsih də nə deyəcək? "Sən vəd edilən Mehdi (ə.s)-san" deyəcək vəhy ilə. "Allah mənə vəhy etdi" deyəcək. "Sən vəd edilən Mehdi (ə.s)-san", amma inanılması fərz deyildir. Çünki peyğəmbər olaraq gəlmədiyi üçün, risalə sahibi peyğəmbər olaraq gəlmədiyi üçün, yəni yeni bir kitab gətirmədiyi üçün inanılması fərz deyil. "Yusifin yanına girdikləri zaman" Yəni, Mehdi ilə İsa (ə.s)-ın qarşılaşdığı zaman. Quran ona işarə edir inşaAllah. “... qardaşını bərk-bərk qucaqlayıb”. İsa Məsihi bağrına basdı. Ona işarədir, inşaAllah. “Mən sənin qardaşınam”. Deməli, bu cür bir qarşılıqlı kimlik bildirmə olacaq. “Sən İsa Məsihsən”.“Sən də imam Mehdisən” inşaAllah. “Onların tutduqları işlərə görə kədərlənmə”. Deməli, Mehdi (ə.s) dövründə çox sevgisiz, mərhəmətsiz, şəvqətsiz, qəddar insanlar olacaq. Çirkin sözlər deyəcəklər, çirkin aksiyalar həyata keçirəcəklər, tələlər quracaqlar. Mehdi (ə.s) onlara qarşı hər nə olursa olsun, nəticədə yenə şəvqətlə hərəkət edəcək, inşaAllah. “Su qabı” Bax, Yusif surəsində keçir su qabı. Nədir su qabı? Dolça bürcü. Quyunun içində uşaq, hz. Yusif (ə.s) gözləyərkən aşağı salınan nədir? Dolça. Yenə dolça bürcü. Hansı çağdayıq? Dolça çağındayıq. Mübarək görəsən Dolça bürcündədirmi? Baxacağıq inşaAllah. Zühur etdiyində başa düşərik.

 

(Yusif surəsi, 70- 71- 72)

Yusif onları azuqə ilə təmin edərkən qardaşının yükünün içinə bir piyalə qoydu. Sonra bir carçı qışqırıb dedi: “Ey karvan əhli! Siz oğrusunuz!” Qardaşlar onlara tərəf dönüb: “Nə itirmisiniz?” – dedilər. Onlar dedilər: “Padşahın piyaləsini itirmişik. Onu gətirənə bir dəvə yükü ərzaq veriləcək”. Carçı: “Mən buna zaminəm!” – dedi.

 

“Sonra bir carçı qışqırıb dedi: ...” Hədislərdə nə deyir? “Göydən bir münadi səslənər” -deyir. “Qardaşlar onlara tərəf dönüb: “Nə itirmisiniz?” – dedilər. Onlar dedilər: “Padşahın piyaləsini itirmişik””. İtən nədir? Mehdi (ə.s)-dır, inşaAllah. "Qeyb" adı üstündə. Mehdi (ə.s)-ın qeyb olacağına da işarə var, inşaAllah. Deməli, dolça dövrünə mənsub olan bir insan itəcək. Ona da işarə var. “Onu gətirənə”, Deməli, Mehdi (ə.s)-ı insanlar tapacaq. İsa Məsihi tapacaq. Onlara işarə var. Bundan başqa, itən nədir? Hz. Musa (ə.s)-ın sandığı; Müqəddəs sandıq. Hz. Musa (ə.s)-ın müqəddəs sandığı. Hz. Yusif (ə.s) hüququ çox yaxşı istifadə edən biridir. Yəni, hüququn bütün üsullarını yaxşı istifadə edir. “Bir dəvə yükü ərzaq veriləcək”. Carçı: “Mən buna zaminəm!” – dedi”. 

 

(Yusif surəsi, 80)

Ondan ümidlərini kəsdikdə məsləhətləşmək üçün bir kənara çəkildilər. Onların böyüyü dedi: “Atanızın sizə Allaha and içdirməsi, bundan əvvəl də Yusuifə qarşı haqsızlıq etdiyiniz yadınızdadırmı? Atam mənə izin verməyincə və ya mənə aid Allah hökm verməyincə mən bu yerdən ayrılmayacağam. O, hökm verənlərin ən yaxşısıdır.

 

“…bundan əvvəl də Yusifə qarşı haqsızlıq etdiyiniz yadınızdadırmı?” Hz. Yusif (ə.s)-a qarşı bir günah işləyəcək qardaşları, Mehdi (ə.s)-a qarşı da eyni şəkildə zülm edəcəkləri üçün Quranda ona işarə var.

 

(Yusif surəsi, 84) 

Yaqub onlardan üz döndərdi və: “Heyif Yusifdən!” – dedi. Kədərdən onun gözlərinə ağ gəldi. O, dərdini öz içində saxlayırdı.

 

Şiddətli kədərdə xəstəliyin necə əmələ gəldiyini Allah göstərir; Udqunma, gözlərdə infeksiya meydana gətirir üzüntü. Yəni, göz sağlamlığını itirər, görmə gücünü itirər daha da artarsa, daha da bədənin gücü, müdafiə gücü qırılar, Allah bağışlasın, çox pərişan hala gələ bilər insan. Quran ona işarə edir, yəni kədərin xəstəlik gətirəcəyinə işarə edir Allah. 

 

(Yusif surəsi, 85)

"Onlar dedi: “Allaha and olsun ki, Yusifi sən tez-tez yada salmaqla axırda ya əldən düşəcək, ya da öləcəksən”.

 

"Onlar dedi: “Allaha and olsun ki, Yusifi sən tez-tez yada salmaqla””. Məndən də dayanmadan soruşurlar; “Hələ də Mehdi (ə.s)-ı xatırlayırsan, hələ də İsa Məsihi xatırlayırsan” Xatırlayacağıq, çünki darıxırıq. Yaqub (ə.s) kimi darıxdıq, hz. Yaqub (ə.s) kimi. Bağrımıza basmaq üçün həyəcanla gözləyirik. “Axırda ya əldən düşəcək, ya da öləcəksən” Çox sevgi dolu olduqları üçün peyğəmbərlər həmişə bu cür kədərə də çox açıq olurlar. Kiçik bir şeydən ötrü çox üzülər peyğəmbərlər, amma iradələrini işlədib ondan qurtularlar. Hz. Süleyman (ə.s)-da da var, Musa (ə.s)-da da var, Peyğəmbərimiz (s.ə.v)-də də var. Allah deyir; “Özünü həlak edəcəksən üzüləcəyəm deyə”, Peyğəmbərimiz (s.ə.v) üçün. Çox dərin ruhlu, sevgi dolu, bu cür çox tez üzülən bir insan Peyğəmbərimiz (s.ə.v), amma təvəkkül edərək ona səbr edir, inşaAllah. 

 

(Yusif surəsi, 86)

O dedi: “Mən dərd-qəmimi yalnız Allaha açıb söyləyirəm və Allahdan nazil olan vəhy sayəsində sizin bilmədiklərinizdən agah oluram”.

“Allahdan nazil olan vəhy sayəsində sizin bilmədiklərinizdən agah oluram”. İnşaAllah hz. İsa Məsihə işarədir. 

 

(Yusif surəsi, 87)

"Ey oğullarım! Yusifdən və qardaşından xəbər tutmaq üçün yola düşün, Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”.

 

Ey oğullarım! Yusifdən və qardaşından xəbər tutmaq üçün yola düşün”. Biz nə deyirik? “Bizə Mehdi (ə.s)-dan və İsa Məsihdən xəbər gətirin qardaşlarım” -deyirik. Hər yerdə Mehdi (ə.s)-ı və İsa Məsihi axtarırıq. “Ey oğullarım! Yusifdən və qardaşından xəbər tutmaq üçün yola düşün”. Mehdi (ə.s)-ı axtarın deyən kimdir? Rəsulullah (s.ə.v) inşaAllah. “Allahın mərhəmətindən ümidinizi üzməyin”. Nə deyir adamlar? “Yox” -deyirlər, “artıq Mehdi (ə.s) gəlməz”. Allah nə deyir? “Allahın mərhəmətindən ümidinizi üzməyin”. Axtararkən Allahın rəhmətindən ümid kəsilməz. “Vaxt keçdi artıq” -deyir. Yusif (ə.s)-da da o cür dedilər, “Çox vaxt keçdi artıq axtarmayaq” -dedilər. Bax, nə deyir Allah? “Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”. Ancaq kafirlər, müşriklər və müşrik toplumu, münafiqlər və münafiq toplumu Allahın rəhmətindən ümid kəsər. Mehdi (ə.s)-ın çıxışından ümid kəsmək müsəlmana yaraşmaz. 

 

(Yusif surəsi, 88)

Onlar Yusifin yanına girdikdə dedilər: “Ey hökmdar! Biz və ailəmiz fəlakətə uğramışıq. Bir az mal gətirmişik. Bizə bunların əvəzində ölçünü tam elə və bizə sədəqə ver. Şübhəsiz ki, Allah sədəqə verənləri mükafatlandırar”.

 

“Onlar Yusifin yanına girdikdə”, yəni Mehdi (ə.s)-ın hüzuruna girdikləri zaman, ona işarədir, inşaAllah, “… dedilər: “Ey hökmdar!”” Deməli, dövlət idarəçisi olur. Dövlətin üstündə bir güc, inşaAllah. “Biz və ailəmiz fəlakətə uğramışıq”. Deməli, dəhşətli bir iqtisadi böhran olacaq Mehdi (ə.s) dövründə, Quran ona işarə edir. “Bir az mal gətirmişik”. Deməli, insanların çox az pulu olacaq. Pul qalxacaq bazardan, Quran ona işarə edir. “Bizə bunların əvəzində ölçünü tam elə”, Bol-bol payla. Mehdi (ə.s) nə edəcək? Malı bol-bol paylayacaq. “… və bizə sədəqə ver”. Mehdi (ə.s) da bol-bol əlavə mal verir hətta daşır, adamlar geri vermək istəyirlər. Amma, geri alınmır. Yusif surəsi əvvəldən sona qədər Mehdiyyətə baxır. “Şübhəsiz ki, Allah sədəqə verənləri mükafatlandırar”. Mehdi (ə.s) da ən çox sədəqə paylayan insan olacaqdır. 

 

(Yusif surəsi, 89)

O dedi: “Sizin nadanlığınız dövründə Yusifə və qardaşına nələr etdiyiniz yadınızdadırmı?”

Yəni, “İsa Məsihə və Mehdi (ə.s)-a qarşı necə hərəkət etdiniz cahilliyiniz ucbatından” deyəcəyik inşaAllah, Quranın işarəsi. 

 

(Yusif surəsi, 90)

Onlar dedilər: “Yoxsa sən özün Yusifsən?” O dedi: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə mərhəmət etmişdir. Kim Allahdan qorxsa və səbir etsə, bilsin ki, Allah yaxşı iş görənlərin mükafatını puç etməz”.

 

"Yoxsa sən özün Yusifsən”, Bir şeir kitabı var idi, “Sən həqiqətən Yusifsənmi?” adlı, Mehdi (ə.s) izah edilir o şeir kitabında “Yoxsa sən özün Yusifsən?” Biz də deyəcəyik: “Əfəndim, siz İsa Məsihsinizmi?” İsa Məsihə. Mehdi (ə.s)-a da deyəcəyik, “Əfəndim, siz də Mehdi (ə.s)-a çox bənzəyirsiniz. Mehdi (ə.s) - sınızmı?” deyəcəyik, inşaAllah. "Yoxsa sən özün Yusifsən?” Yusif (ə.s) ilə Mehdi (ə.s) arasında bir əlaqə var, ona da bir işarə var. Yəni, Yusif (ə.s) ismi ilə Mehdi (ə.s) arasında bir əlaqə olduğunu başa düşürük Qurandan, inşaAllah, Allahualəm. “Yoxsa sən özün Yusifsən?” Deməli, tərəddüd içində olacaq bəzi insanlar da. “Mən Yusifəm". İsa Məsih nə deyəcək? Mən İsa Məsihəm deyəcək ibni Məryəm. Mehdi (ə.s) nə deyəcək? “Bənzəyirəm” deyəcək, “Amma iddia edə bilmərəm” deyəcək. “Bu da qardaşımdır”. Bu da İsa Məsihdir, inşaAllah. Ona işarə edir Quran. Allah bizə mərhəmət etmişdir. Allah seçməsə insan Mehdi (ə.s) ola bilməz, çalışmaqla Mehdi (ə.s) olunmaz, oxumaqla Mehdi (ə.s) olunmaz, cəhd etməklə, qrupla, camaatla, onun-bunun dəstəyi ilə Mehdi (ə.s) olunmaz. Allah seçməlidir. Onun üçün nə deyir? “Allah bizə mərhəmət etmişdir”. Cəhd etməklə İsa Məsih olunmaz. Cəhd etməklə də Mehdi (ə.s) olunmaz. “Kim Allahdan qorxsa və səbir etsə”, Halala və harama diqqət edər və səbr edərsə. Səbr nə qədər? Onlarla il, 40 il, lazım gələrsə 50 il, ömür boyu. Bilsin ki, Allah yaxşı iş görənlərin mükafatını puç etməz”. Dünyada və axirətdə. Dünyada hakimiyyət, axirətdə cənnət inşaAllah.

 

(Yusif surəsi, 91)

Onlar dedilər: “Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur. Biz isə günahkar olmuşuq”.

 

“Onlar dedilər: “Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur””. Təəccüb edirlər onun Mehdiliyinə hz. Yusif (ə.s)-ın. “Bizə qarşı səni seçdi Allah” -deyirlər. “Allaha and olsun ki” -deyirlər, təəccüblənirlər, qəribədir deyirlər, yəni heyrətamiz. “Biz isə günahkar olmuşuq”. Xurafatçı dəstəsi də məhz bunu deyəcək. Axırda bu olacaq, yəni inşaAllah. 

 

(Yusif surəsi, 92)

Yusif dedi: “Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhmlisidir.

 

“Yusif dedi: “Bu gün siz qınanılmayacaqsınız””. Deməli, kimsədən intiqam almayacaq, ədavət aparmayacaq, arxasına düşməyəcək. “Allah sizi bağışlasın!” “Amma bax onu bilə bilmərəm” -deyir. Allah axirətdə bəla verərmi, verməzmi bilə bilmərəm, sizi Allah bağışlasın. “O, rəhm edənlərin ən rəhmlisidir”. “Bəlkə, mərhəmət edər sizə” -deyir. “Amma bilə bilmərəm mən” -deyir. 

 

(Yusif surəsi, 93)

“Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. Sonra da bütün ailənizlə birlikdə yanıma gəlin”.

 

“Bu köynəyimi aparıb atamın üzünə atın … ” Deməli, Mehdi (ə.s) sevgisini ifadə edəcək hədiyyələr göndərəcək hər tərəfə. İnsanlara hədiyyələr göndərəcək sevdiklərinə, xəstələrə şəfa olacaq o hədiyyələr inşaAllah. Onun qayğısı, onun münasibəti, onun sevgisi xəstələrdə bir fərahlıq, bir asanlıq, bir güclənmə, bir qüdrət, bir şövq, bir həyəcan Allahın “Hay” adının təcəllisi olaraq meydana çıxaracaq, inşaAllah. “Gözləri açılsın. Sonra da bütün ailənizlə birlikdə yanıma gəlin”. Yəni, sağalar deyir mənim sevgimlə. Mənə olan sevgini bilib hiss edən kimi sağalar deyir. Deməli, Mehdi (ə.s)-ın sevgisi şəfa olacaq inşaAllah xəstələrə. 

 

(Yusif surəsi, 94)

Karvan Misir torpağından ayrılanda ataları dedi: “Mən, həqiqətən də, Yusifin qoxusunu hiss edirəm. Bircə məni ağılsız saymayaydınız”.

“Karvan Misir torpağından ayrılanda ataları dedi: “Bircə məni ağılsız saymayaydınız””. Çünki xurafatçılarda hörmətsizlik olduğu üçün, ədəbsizlik olduğu üçün, sevgisizlik olduğu üçün çox çirkin zənlər edirlər. “Mən, həqiqətən də, Yusifin qoxusunu hiss edirəm”. Deməli, Yusif (ə.s)-ın, yəni Mehdi (ə.s)-ın da gözəl bir qoxusu olacaq. Yəni, ona xas, xüsusi bir qoxusu olacaq, məşhur olacaq o qoxu, bilinəcək inşaAllah. Ki, Quran buna xüsusilə işarə edir, qoxuya. Deməli, o qoxu onlara da çatmış, oraya qədər gəlmiş. Dalğa-dalğa ətrafa yayılan, yaxud möcüzə olaraq meydana gəlmişdir. Çünki bəzən insan o qoxunu hiss edər, çox sevdikdə sevdiyinin qoxusunu hiss edər, inşaAllah.

 

(Yusif surəsi, 95)

Onlar dedilər: “Allaha and olsun ki, sən hələ də öz köhnə yanlışlığından əl çəkməmisən”.

“Onlar dedilər: “Allaha and olsun””. Bax, təəccübdən təəccübə düşür o dövrün insanları, amma təbii ki, azmış insanlardır bunlar. "Sən hələ də öz köhnə yanlışlığından əl çəkməmisən”. Bir də Allahın adı ilə söyləyirlər. 

 

(Yusif surəsi, 96)

Müjdəçi gəlib köynəyi onun üzünə atan kimi gözləri açıldı və o dedi: “Məgər sizə deməmişdimmi ki, mən Allahdan gələn vəhy sayəsində sizin bilmədiklərinizi bilirəm?”

 

“Müjdəçi gəlib köynəyi onun üzünə atan kimi gözləri açıldı”. Kədər insanda tənəzzülə səbəb olur. Bədən müqaviməti qırılır. Mikroblara qarşı, bakteriyalara qarşı, xəstəliklərə qarşı, xərçəngə qarşı orqanizmin müqaviməti azalır, yaxud tamamilə qırılır və orqanizm infeksiyaya, xəstəliklərə açıq hala gəlir. Quranın bir möcüzəsidir bu. Demək ki, müjdə insanı canlandırır. Gözündə, məsələn, infeksiya varsa dərhal keçər. Xəstəlik varsa, keçər. Sevinc insanı canlandırır. İman insanı canlandırır, müjdə insanı açar, qəlbinə rahatlıq verər. Quran bu həqiqətə işarə edir. “Və o dedi: “Məgər sizə deməmişdimmi ki, mən Allahdan gələn vəhy sayəsində sizin bilmədiklərinizi bilirəm?”” Yəni, “Yusifin geri dönəcəyini mən bilirdim” -deyir hz. Yaqub (ə.s), yəni İsrail. “Müjdəçi gəlib köynəyi onun üzünə atan kimi, (Yaqub (ə.s)–ın) gözləri açıldı”. Sağlamlığı geri qayıdır, yetər ki, Mehdi (ə.s) ilə əlaqə olsun. Yetər ki hz. Yusif (ə.s) ilə əlaqə olsun. O eşq ilə, o sevgi ilə Allah şəfa meydana gətirir. Sevginin şəfa tərəfinə Allah diqqət çəkir inşaAllah. İsrail (ə.s): “Məgər sizə deməmişdimmi ki, mən Allahdan gələn vəhy sayəsində sizin bilmədiklərinizi bilirəm?” -deyir. Peyğəmbər olduğu üçün xüsusi məlumatla təchiz edilmişdir Allah tərəfindən. 

 

(Yusif surəsi, 97)

Onlar dedilər: “Ey atamız! Allahdan bizim günahlarımızın bağışlanmasını dilə. Doğrudan da, biz günahkar olmuşuq”.

 

Çox uzun müddət sonra səhvlərini qəbul edirlər. Bağışlanma diləyirlər. Allahdan bağışlanma diləyirlər. Qul haqqı olaraq da bağışlanma istəyə bilərlər insanlardan, ama “Allahdan günahlarımızın bağışlanmasını dilə” -deyirlər, yəni onu vəsilə edirlər. Bir müsəlman üçün də günahının bağışlanması üçün dua etmək demək ki, caizdir, Qurandan bunu başa düşürük. “Onlar dedilər: “Ey atamız! Allahdan bizim günahlarımızın bağışlanmasını dilə””. Deyirlər uşaqları. Yenə yaxşıdır ki, heç olmazsa, səhvlərini bilirlər. “Doğrudan da, biz günahkar olmuşuq”. Demək ki, xurafatçılar minlərlə dəfə peşman olacaqlar, Quran ona işarə edir, Mehdi (ə.s) zühurunda, İsa Məsih çıxdıqda. 

 

Bax, deyir ki, İsrail, yəni Yaqub (ə.s); 

 

(Yusif surəsi, 98)

O dedi: “Mən Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”.

 

“O dedi: “Mən Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm””. “Bu dəqiqə diləmərəm” -deyir. Çünki hələ də şübhə edir, onlara güvənmir. “Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”. Bağışlayıcıyam, əfvediciyəm, amma bir də qoruyucuyam, deyir Allah. Ayrıca xurafatçı dəstəsinə də dərhal güvənib yumuşalmağın düzgün olmayacağını Quran göstərir, təmkinli olacaqsan. Çünki nə edəcəyi bəlli olmaz. Bir dəfə edibsə, yenə anormal bir şey edə bilər. Yaxşıca ölçüb-biçmək istəyir. 

 

(Yusif surəsi, 99)

Onlar Yusifin yanına gəldikdə o, ata-anasını bağrına basıb dedi: “Əmin-amanlıqla Allahın istəyi ilə Misirə daxil olun!”

 

“Onlar Yusifin yanına gəldikdə o, ata-anasını bağrına basıb”, hz. Yusif (ə.s) nə qədər sevgi dolu, nə qədər coşğuludur. Bax, bağrına basır dərhal. “… dedi: “Əmin-amanlıqla Allahın istəyi ilə Misirə daxil olun!”” İlk təklif nədir? Təhlükəsizlik. Dünyada həmişə təhlükəsizlik problemi vardır. Həmişə insanlar bundan gərginlik və sıxıntı içindədir. Anasına arxalana bilməz bir hissəsi, bir qismi də atasına güvənə bilməz, bir qismi qardaşına etibar edə bilməz, bir qismi küçədəki insana güvənə bilməz. Binaya güvənə bilməz çökər deyə, qidaya güvənə bilməz. Məsələn, yemək alar, görəsən, hormonlu bir yeməkdirmi, yaxud genetik strukturu pozulmuş bir yeməkdirmi, zərərlidirmi, görəsən. Həşəratlardan çəkinə bilər, bir əqrəb ola bilər, ilan ola bilər. Dünya da elədir. Yəni, dünyada çox təhlükə vardır, amma cənnətdə yox. Onun üçün hz. Yusif (ə.s)-ın ilk təklifi nədir atasına, anasına? Allahın istəməsi ilə, əvvəl qəlblərini rahatladır. Kimin istəməsi ilə? Allahın istəməsi ilə, Allahın izni ilə, yəni inşaAllah deyir bax inşaAllah. “Əmin-amanlıqla Allahın istəyi ilə Misirə daxil olun!” Mehdi (ə.s) üslubu olduğu üçün əvvəlcə inşaAllah deyir, Allahın diləməsi ilə. “Əmin-amanlıq içində Misirə. İlk təmin olunan rahatlıq nədir? Güvənlikdir. Sevgidə zəmin hazırlayan nədir? Güvənlik. İnsan güvənmədiyi insanı sevə bilmir. Güvənmədiyi insanın yanında rahat ola bilməz. 

 

(Yusif surəsi, 100)

O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar hamısı onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O mənə lütf etdi. O məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan yanıma gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir.

 

“O, ata-anasını taxtın üstündə əyləşdirdi”. Onlar taxtda, hz. Yusif (ə.s) ayaqda. Bu nədir? Təvazökarlıq, sayğı, sevgi. Anası-atası taxtda, taxtın üstündə otururlar. Təklif edir, yəni özü üçün olanı onlara təklif edir. Anası-atası da o qədər sevir ki, oradakı insanlar da “Onlar hamısı onun qarşısında səcdə etdilər”. Onlar da ayaqlarına qapanırlar. Coşğulu bir sevgi göstərişi var qarşılıqlı. “O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur””. Məhz Mehdi (ə.s) da deyəcək ki; İslam Birliyi olanda “Mən bunu daha əvvəl sizə Rəsulullah (s.ə.v)-in hədislərindən bildirmişdim. İzah etmişdim, yozumunu da söyləmişdim. Doğru söyləmişəm” deyəcək. “Sizə izah etdiklərimin yozumudur bu. Mənim izah etdiyim bu idi. Hakimiyyətdən qəsdim bu idi. Dünya miqyasındakı hakimiyyəti gördünüz, bütün əlamətləri də gördünüz. Dediklərimi Allah doğru çıxartdı” -deyəcək Mehdi (ə.s). Yusif surəsində bu həqiqətə işarə edilir. Bax, “çoxdankı yuxumun yozumudur”. Mehdi (ə.s) da nə deyəcək? “Hədisin yozumudur” diyəcək. “Rəbbim onu gerçəkləşdirdi”. Nə deyəcək Mehdi (ə.s)? Rəbbim bu hədisləri gerçəkləşdirdi. Həqiqət olduğunu gördünüz, deyəcək inşaAllah. “O mənə lütf etdi”, deyəcək. Hz. Yusif (ə.s) nə deyir? Mənə yaxşılıq etdi deyir Allah. “O məni zindandan çıxartdı”. Deməli, Mehdi (ə.s) üçün həmişə bir həbs təhlükəsi; Həbsə girmə, həbsdən çıxmaq, Yusif surəsi buna işarə edir. Mehdi (ə.s)-ın başında bir qılınc kimi dayanacaq həbs. Onun imtahanı bu olacaq. Demək ki, çox riskli bir mübarizə aparacaq Mehdi (ə.s). Quran buna işarə edir inşaAllah. “… şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonar”, Şeytan Mehdi (ə.s) ilə müsəlman qardaşlarının, bir çox müsəlmanın arasını vuracaq. Mehdi (ə.s)-ı onlara tərs göstərəcək, səhv göstərəcək, azğın göstərəcək. Onları şübhələrə salacaq. Məhz, “O belə səhv yoldadır, belə azğındır, belə səhvlər edir, belə təhlükəlidir. Çəkinin ondan” deyəcək. Belə bir risk qumquması kimi göstərəcək -haşa-hz. Mehdi (ə.s)-ı. “… sizi səhradan yanıma gətirdi”. Müsəlmanlar hər yerdən Mehdi (ə.s)-ın yanına gələcəklər. Səudiyyə Ərəbistandan, Məkkədən, Mədinədən, Sudan çöllərindən və bütün çöllərdən hər yerdən müsəlmanlar Mehdi (ə.s)-ın yanına gələcək. 

 

(Yusif surəsi, 103)

Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir.

 

Dəccaliyyət dövründə insanların çoxu iman gətirməyəcək. İndi də elədir. İnsanların haradasa 99%-i iman etmir, çox yayılıb. 

 

(Yusif surəsi, 104)

Sən ki bunun əvəzinə onlardan bir mükafat istəmirsən. Bu Quran aləmlər üçün ancaq bir öyüd-nəsihətdir.

“Sən ki bunun əvəzinə onlardan bir mükafat istəmirsən”. Deməli, Mehdi (ə.s) hər hansı bir mükafat qarşılığı yox, Allah rızası üçün təbliğ edəcək. “Bu Quran aləmlər üçün ancaq bir öyüd-nəsihətdir”. Dünya üçün, bütün dünyadakı insanlar üçün yalnızca bir öyüd və xatırlatmadır. 

 

(Yusif surəsi, 105)                                                          

Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər.

 

Göylərdə məsələn, deyil mi, astronomiya ilə maraqlananların nəfəsi kəsilir göy üzünü gördükləri zaman. Allaha heyran olurlar. Yerdə fosil qalıqları var, elə deyil mi? Paleontoloji tapıntılar var. Keçmiş mədəniyyətlərin əsərləri var.

 

(Yusif surəsi, 106)

Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir. 

Yəni, müşrik xarakterlidirlər. Quranı yetərli görmür, başqa ağılda olur.

 

(Yusif surəsi, 107)

Məgər onlar Allahın hər şeyi bürüyən əzabının onları qaplamayacağına və ya özləri də hiss etmədən o Saatın onlara qəflətən gəlməyəcəyinə əmindirlərmi?

 

“Məgər onlar Allahın hər şeyi bürüyən əzabının onları qaplamayacağına”. Məsələn, böyük savaşlar I Dünya müharibəsi, II Dünya müharibəsi, yaxud iqtisadi böhran, aclıq, terror, anarxiya. “… və ya özləri də hiss etmədən o Saatın onlara qəflətən gəlməyəcəyinə əmindirlərmi?” Deməli, Axırzamana baxan bir ayə olduğu da açıq-aydın başa düşülür. Qiyamətdən bəhs edir Allah. Qəflətən gələcəyindən xəbər verir Allah. Allah bu vəziyyətdə müsəlmanın rahat olmasının vacibliyinə işarə edir.

 

(Yusif surəsi, 108)

De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”.

 

“De: “Bu, mənim yolumdur. mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırırıq””. Mən təbliğçiyəm, İslama dəvət edirəm deyir. “Mən və mənə tabe olanlar. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”. “Mən şirk qoşmuram, Quranın yetərli olduğuna inanıram. Allahın hökmlərinin yetərli olduğuna inanıram”. “Mən və mənə tabe olanlar”. Mehdi (ə.s) və tələbələri də, ona da işarə var inşaAllah.

 

(Yusif surəsi, 110)

Elçilər hər dəfə ümidlərini itirdikdə və özlərinin yalançı hesab edildiklərini güman etdikdə köməyimiz onlara gəlir və istədiyimiz kəs də nicat tapırdı. Günahkar tayfadan əzabımız əsla dəf olunmaz.

 

“Elçilər hər dəfə”, Mehdilər, “ümidlərini itirdikdə”, bunlar elçidir, peyğəmbər. “… özlərinin yalançı hesab edildiklərini güman etdikdə”. Artıq illər keçib hələ də İslam hakim olmamış, hələ də Mehdi (ə.s) çıxmamış, hələ də İsa Məsih enməmiş, insanlar dalaşırlar, heç cür vəd edilən üfüqdə görünmür kimi bir şərait var. “… köməyimiz onlara gəlir”. Hakimiyyəti təmin etdim, deyir Allah. Mehdi (ə.s) dövründə nə deyir hədisdə? Mehdi (ə.s)-dan ümid kəsildiyi bir zamanda Mehdi (ə.s) zühur edər deyir. Tövratda necə keçir Moşiyah üçün? Ümidin kəsildiyi bir zamanda Məsih (Moşiyah) ortaya çıxar, deyir. “Istədiyimiz kəs də nicat tapırdı”. Kimi diləyirsə; Mehdi (ə.s), tələbələri, dünya. “Günahkar tayfadan əzabımız əsla dəf olunmaz”. Savaşlarla, terrorla ətrafa dəhşət saçaraq Allah intiqam aldım deyir.

 

(Yusif surəsi, 111)

Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir.

 

“Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır”. Ağlı güclü olanlar üçün Yusif surəsində ibrətlər, işarələr, izahlar, dünyaya, həyata aid əhəmiyyətli məlumatlar vardır. “Bu Quran uydurulmuş bir kəlam deyildir”. Qurana diqqət çəkir Allah. 

 

(Ənam surəsi, 85- 86- 87)

Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmaili, Əlyəsəni, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik. Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik.

 

“Zəkəriyyəni, Yəhyanı,” Harun və Yəhya da alt-alta çox əlamətdardır Quranda; Harun və Yəhyanı. Bax, “atalarından, nəsillərindən”. Kimin soyundan? Rəsulullah (s.ə.v)-in soyundan. Kim? Mehdi (ə.s). Nə deyir bax, “atalarından, nəsillərindən və qardaşlarından”. “Davudu” -deyir. Mehdi (ə.s) kimin soyundandır? Hz. Davud (ə.s)-ın soyundan. Nə deyir ayədə? “Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik. Bu, Allahın hidayətidir”. Allah Hadi ismi ilə, Mehdi ismi ilə təcəlli edir. “Qullarından dilədiyini bununla hidayətə çatdırar”. Mehdi edər inşaAllah. Eyni, iki şəkildə də istifadə edə bilir bu məna. “Əgər Ona şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı”. Onlar müşrik olmadılar deyir Mehdilər, hamısı əhli hidayətdir inşaAllah. “Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslərdir”.



DEVAMINI GÖSTER