Hörmətli Adnan Oktarın yeni izahları (5 İyul 2013; 10:00)

HÖRMƏTLİ ADNAN OKTARIN ƏNFAL SURƏSİNDƏN AYƏ İZAHLARI

 

Ənfal surəsi, 63-cü ayə

 

Allah onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir.

 

“Allah onların qəlblərini birləşdirdi.” Öncə qəlblərin birləşməsindən danışır Allah. Qəlblərdə sevgi olması və birləşmə. Başa düşürsən, yəni eyni fikirdə. “sən yer üzündə olanların hamısını sərf etsəydin” İstədiyin qədər pul ver deyir Allah, istədiyin qədər iqtisadi zənginlik meydana gətir “belə, onların qəlblərini birləşdirə bilməzdin.” Yəni, qəlb birləşməsi zənginlik ilə olmur, pul ilə olmur. Deyirlər; “İqtisadiyyat düzəlsə bir şey olmaz.” O qurtarmır. “Lakin Allah onları birləşdirdi.” Bütün güc Allahın əlində. Demək ki, möminlər səmimi olarsa Allah, rahat şəkildə bu imkanı təmin edir. “Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir.” 

 

Ənfal surəsi, 64-cü ayə

 

Ey Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə Allah kifayət edər.

“Ey Peyğəmbər!” deyir Allah. “sənə” Bax, “sənə” Peyğəmbərimiz (s.ə.v)-in şəxsən özünə. “və sənin ardınca gedən möminlərə” Kimlər? Bizlər; bütün dünya müsəlmanları. “Allah kifayət edər.” deyir Allah. Yəni, filankəsin gücü, filankəsin dəstəyi filan bunlara heç ehtiyac yoxdur deyir Allah.  

 

Ənfal surəsi, 65-ci ayə

 

Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır.

 

“Ey Peyğəmbər! Möminləri döyüşə hazırlayıb təşviq et.” Hazırlamaq necə olur? Darvinizmə, materializmə qarşı təhsil verəcəksən. Ayrıca orada diqqət çəkilən nə var? “təşviq et” deyir Allah. Hər cür imkanı istifadə edərək müsəlmanları təşviq etmək. Həm şəxsən səy göstərib, həm təşviq etmək. “Əgər aranızda iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr.” Çoxluqla əlaqəsi yoxdur, deyir Allah. Keyfiyyət çox əhəmiyyətlidir, deyir. “Əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda min səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mininə qalib gələr. Çünki onlar həqiqəti dərk etməyən cəmiyyətdir” deyir Allah. Həqiqəti qavraya bilmir. Maddənin, haşa Allah kimi olduğuna inanır. Maddəyə Allahlıq xüsusiyyəti verir. Maddənin hər şeyi yaradacağına, hər şeyə qadir olduğuna və hətta ruhu belə yaradacağına inanır haşa. Hər şeyi yaradar maddə, deyir. Şüursuz maddə, atomlar.

 

Ənfal surəsi, 73-cü ayə

 

Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.

 

“Kafirlər də bir-birinə dostdurlar.” deyir Allah. Yəni inanmayan insanlar bir-birlərinə kömək edərlər. Həqiqətən baxırsan, Türkiyədəki inkar edənlərlə, Misirdəki inkar edənlər eyni düşüncədə olur. Hər şeyləri ittifaq halındadır. Bax, “Kafirlər də bir-birinə dostdurlar.” Bir-birini qoruyub mühafizə edərlər, bir-birləri ilə xəbərləşərlər, bir-birləri ilə köməkləşərlər, taktika mübadiləsi apararlar, ruh baxımından bir-birilərini dəstəkləyərlər, hər istiqamətdə ittifaq halındadırlar, deyir Allah. “Əgər siz bunu etməsəniz” ki, İslam aləmində müsəlmanlar bir-birlərini dəstəkləmir, əksinə. “(bir-birinizə yardımçı olmasanız) yer üzündə fitnə” Məhz yaranan budur. “və böyük bir fəsad baş verər” deyir Allah. Bax, fəsad meydana gəldi elə. Təxribatçılıq da oldu. Müsəlmanlar bir-birini sevməyəndə, bir-birini qoruyub mühafizə etməyəndə bu olur. Müsəlmanların bir-birini sevməsi üçün Qurana tabe olmaları lazımdır. Adam mövhumatçılığı ortaya qoyur Qurana qarşı. Yəni Peyğəmbərimiz (s.ə.v) adına yalan ortaya qoyur. Məsələn, qadına yarım deyir. Sən qadına yarım deyincə sevgi qalarmı? Yarım insan deyirsən sən, anormal bir varlıq deyirsən. Mövhumatçıların əlindən din alınarsa, dünya xilas olar. 

Din aydın, ağlı başında, səmimi, mütərəqqi, sevgiylə, məhəbbətlə hərəkət edən, gözəl insanların əlinə keçərsə, - ki, onsuz da o mərhələdə dünya xilas olar. Mövhumatçıların əlindən din bir an əvvəl alınmalıdır. İnsanlar "din" dedikdə mövhumatçıların əlində zənn edirlər. Mövhumatçılar dini qəsb etmiş. Din yaxşı insanlarındır, mövhumatçıların deyil. Mövhumatçılar dindən istifadə edirlər.



DEVAMINI GÖSTER