Hörmətli Adnan Oktarın yeni izahları (7 avqust 2012; 17:00)

İblis və dəccaliyyət, İslam Birliyinə maneə törətmək üçün, bildiyimiz təqvalı hesab etdiyimiz müsəlmanları da ələ alaraq, bir çox adamı ələ alaraq durdurmağa çalışır. Amerikanın ortaya atdığı o Böyük Yaxın Şərq layihəsi üçün də dəlilər kimi cəhd göstərirlər. BÖYÜK YAXIN ŞƏRQ LAYİHƏSİNİN XÜSUSİYYƏTİ; İNSANLARIN XƏSİS, QISQANC, TƏCAVÜZKAR, SEVGİSİZ OLMASI ÜZƏRİNƏ AMERİKALI PSİXOLOQLAR BİR QİYMƏTLƏNDİRMƏ EDƏRƏK DEYİRLƏR Kİ; “YAXIN ŞƏRQİN İNSANLARI ÜMUMİYYƏTLƏ DİNİ DUYĞULARINI İTİRDİLƏR. ALLAHDAN, DİNDƏN, İSLAMDAN, UZAQDIRLAR. BU KƏSLƏRDƏ İRQÇİLİK, SEVGİSİZLİK, QƏDDARLIQ HAKİM OLDU VƏ TƏCAVÜZKAR RUHLUDURLAR. İNDİ BUNDAN İSTİFADƏ EDƏRƏK NƏ EDƏ BİLƏRİK? BİRİNCİSİ, BUNLARI BİR-BİRİNƏ QIRDIRA BİLƏRİK. İKİNCİSİ, PARAMPARÇA EDƏ BİLƏRİK. PARAMPARÇA ETMƏK ÜÇÜN DƏ MÜDHİŞ İMKANIMIZ VAR” -deyir. Məsələn, bir şiə qrup var, bir də sünni qrup var. Sünnilər şiələrdən nifrət edir. Şiələr də sünnilərdən nifrət edir. Məsələn, Türkiyədə də bəzi əxlaqsızlarda müdhiş bir ələvi, kürd nifrəti var. Çox sevgisizdirlər. Bəzi xaraktersizlərdə də laz nifrəti vardır. Heyrətləndiricidir, nə səbəbdən olduğu da məlum deyil. Niyə nifrət etdiyini də bilmirsən. Nifrət edir. Bu axmaqların bu fikirlərindən istifadə edərək Yaxın Şərqi paramparça etmək düşüncəsindədirlər. Cənub-şərqdə türk-kürd ayrı-seçkiliyi edərək, ələvi-sünni ayrı-seçkiliyini edərək Türkiyəni rahatlıqla parçalayacaqlarına inanırlar. “Biz onsuz da Türkiyəni böləcəyik, yəni bu mütləq edəcəyimiz şeydir, siz də bu imkanlar, bu mühit içərisində rahatlamaq istəyirsinizsə bu sistemi dəstəkləyin, bölünmə olsun, siz sonra yenə işinizə-gücünüzə baxarsınız. Yəni yenə karyeralarınızı tamamlayarsınız, ticarətinizə davam edərsiniz. Sizə toxunan bir istiqaməti yoxdur, amma buna müqavimət göstərsəniz, nə imkanınıza, nə məktəblərinizə baxarıq. Nəfəsinizi kəsərik. Bizi dəstəkləyin, heç olmasa bir dəfə Kürd problemi var, deyin” və yaxud  “Bir muxtariyyət istəyin, federasiya istəyin, bir şəkildə bunun zəminini hazırlayın” -deyirlər. “Yoxsa biz də nə edəcəyimizi bilirik”. fikrindədirlər. Bir qisim insanlar üçün deyirəm. Onlar da çox təsirli olurlar. Məsələn, indi Yaxın Şərqdəki nifrət, Suriyadakı nifrət, sünni-ələvi gərginliyi və nifrətini qızışdırmağa çalışırlar.

Amerika, mehdiyyətin birləşdirici olduğunu bildiyi üçün, əvvəlcə mehdiyyəti ortadan qaldırmağın dərdinə düşdü. Amerikalı mütəxəssislər olsun, Avropalı mütəxəssislər olsun Yaxın Şərqi çox yaxşı tanıyan insanlar, mehdiyəti çox yaxşı tanıyan və mütəxəssisləşmiş insanlar. “Əgər mehdiyyət idealı olsa, mehdiyyət düşüncəsi, ümmət qətiliklə Kürd də olsa, türk də olsa, ələvi də olsa birləşərlər. Cəfəri, şiə, vəhabi qalmaz hamısı birləşərlər. “İndi bu birləşdirici olduğuna görə, ən birinci bizim bölünmə idealımızı ortadan qaldıracaq mövzu nədir?” “Mehdiyyətdir” -deyirlər. “O zaman mehdiyyəti var gücünüzlə ortadan qaldırın” -deyirlər. Əvvəl Bədiüzzamanı gözdən salmağı düşündülər. Baxdılar ki, Bədiüzzamanın hörməti hər tərəfə yayılmış, qurtaracaq kimi deyil. Mehdiyyətdən xilas olaq dedilər. Çox vurnuxdular, mən qarşılarına çıxdım. İsa Məsihdən xilas olmağa çalışdılar, İsa Məsihlə mehdiyyət ikisi bir-birinə bağlı olduğu üçün, bu səfər pərt oldular. Orada da qarşılarına çıxdıq. Hal-hazırda vurnuxurlar. Yoxsa böyük Yaxın Şərq layihəsini çoxdan tətbiq edəcəkdilər. İndiyə qədər bitmiş olacaqdı. Tamamilə bitmiş olacaqdı. Heç cür bacara bilmirlər. Deyəcəklər: “Türk Milləti adına qərar alırıq. Millətinizi təmsil edən adamlar da gəldi,  Cənub-şərqi verdik getdi. Bitdi”. Belə bir fikir içində idilər. Allah ayaqlarına doladı.

(Tövrat və İncil haqqında)

QURANDA TÖVRATI TƏRİFLƏNİR, bəziləri isə tövratdan nifrət edir. ALLAH QURANDA İNCİLİ TƏRİFLƏYİR, amma bəziləri nifrət edir. Ağlını itirib. İNCİLİN HAQQ OLAN QİSİMLƏRİ NURDUR, FƏRAHLIQDIR, GÖZƏLLİKDİR. SEVGİDƏN, QARDAŞLIQDAN, BAĞIŞLAYICILIQDAN BƏHS EDİR, ALLAHI BÖYÜK BİR COŞĞUYLA SEVMƏMİZDƏN BƏHS EDİR. Səhv olan qisimlərini oxuma, onsuz da Quranın hökmü ilə ayırd edilir. İncili oxumağı da bilməlisən. Haqq olan, Qurana uyğun olan qisimləri etibarlıdır.

TƏSLİS İNANCI DA, İNCİLİN O HÖKMLƏRİNİN SƏHV BAŞA DÜŞÜLMƏSİNDƏN QAYNAQLANIR. ÇÜNKİ ALLAH O DÖVRDƏ ÖZÜNÜ “ATANIZ” DEYƏ TƏQDİM ETMİŞ. ALLAH, ONA QARŞI SEVGİ BƏSLƏYƏNLƏRİN, ONU MƏHƏBBƏTLƏ SEVSİNLƏR DEYƏ BELƏ BİR XİTAB ŞƏKLİ İSTİFADƏ ETMİŞ. SEVGİNİN ARTMASI ÜÇÜN: “SİZLƏR MƏNİM OĞULLARIMSINIZ” -DEYİR. BU HƏQİQİ MƏNADA BİR ATA VƏ OĞUL MƏNASINI VERMİR. HZ. İSA (Ə.S) DA HƏQİQİ MƏNADA BİR İLAHLIQ MƏNASINDA SÖYLƏMƏMİŞDİR BUNU. “Hamınız Allahın oğullarısınız, mən də Allahın oğluyam” -demişdi. İncilə görə bunu deyə bilər. İncildə “Allah atamızdır” sözü, bir sevgi mənasında işlədilmişdir. Hər şeyimizə hakimdir, bizi bəsləyər, bizə baxar, xəstə olduğumuzda bizə kömək edər, mənasını verir. Yəni insanların anlaması üçün, sevginin çoxaltmasına istiqamətli bir ifadədir.

Ələvilər çox ağıllı, məqbul düşünən, doqmatikliyə qarşı çox gözəl mübarizə etməsini bilən və sevgini coşğun yaşayan insanlardır. Həmişə dostyana münasibətdədirlər. Sözləri, danışıqları, xitabları gözəldir. Bir-birlərini çox sevirlər. XANIMLARA QARŞI SEVGİ BƏSLƏYİRLƏR. MƏSƏLƏN, XANIMLARIN AZAD OLMALARI ÜÇÜN GÖSTƏRDİKLƏRİ RƏFTARLARI ÇOX SƏMİMİDİR. Semahda (ələvi icmasında musiqi müşayiətində tətbiq olunan mərasim oyunu) xanımlar bəylərlə eyni mühitdə olur. Bir qisim xurafatçılar kimi, qadınları alçaltmazlar. ƏLƏVİLRDƏ QADIN BAŞ TACIDIR. QADINLARI ÇOX SEVƏRLƏR, ÇOX HÖRMƏT EDƏRLƏR, ÇOX NƏZAKƏT GÖSTƏRƏRLƏR. Ələvilər qürurlarına, iffətlərinə çox düşkün bir birlikdir.



DEVAMINI GÖSTER