Hörmətli Adnan Oktarın yeni izahları (8 mart 2013; 22:00)

Xəbər: “Elm adamları 2011-ci ildə yeni bir quyruqlu ulduzun Dünyaya doğru irəlilədiyini kəşf etdi. 10 mart günü bu quyruqlu ulduz Günəşə 45 milyon kilometr məsafədə ən yaxın keçidini edəcək və keçərkən də quyruğu çəngəl görüntüsünü alacaq”.

 

İkihaçalı, iki uclu. Rəsulullah (s.ə.v) bir şey deyib mi o iki dəfə reallaşar. Bir dəfə oldu, indi bir dəfə daha. Məsələn, hədisdə quyruqlu ulduz çıxacaq deyir; iki dəfə. Həccdə qan axıdılması; iki dəfə. Həmişə iki dəfə. Yəni görməyənlər olsa bir dəfə daha o biri gözünə. Bir dəfə, bir gözünə bir dəfə o biri gözünə; görməyənlərə inşaAllah. MaşaAllah, quyruqlu ulduzlar Mehdi (ə.s)-ı salamlamağa gəlirlər. İsa Məsihi salamlamağa gəlirlər Allah qatında, İnşaAllah. İslam birliyini müjdələmək üçün gəlirlər. O sevinci çatdırmağa gəlirlər, inşaAllah. Xoş gəlib, səfa gətirdiniz. Gözləyirik, inşaAllah.

 

Sübh namazı sağlamlıq, bərəkət gətirər 

 

Sübh namazına qalxarkən, “Ya Allah, Bismillah” deyərsən, dərhal qalxarsan. Və xeyir vardır sübh namazında. Sağlamlıq üçün də xeyir vardır. Qəlbə iman nuru gələr, fərahlıq gələr. Sübh namazına qalxmayan nasaz qalxar. Sübh namazına qalxan sağlam qalxar. Sağlamlıq, bərəkət gətirər Sübh namazı. Sabahın xüsusi bir xüsusiyyəti vardır, özünəməxsus. Dünya dəyişir, dünyanın elektromaqnit sahəsi dəyişir. Bir şeylər olur dünyada. Sabahı oyanıq vəziyyətdə, namaz ilə qarşılamaq lazımdır.

 

Hörmətli Adnan Oktarın Maidə surəsindən ayə izahları

 

Maidə surəsi, 88-ci ayə

 

Allahın sizə ruzi olaraq verdiyi halal, təmiz nemətlərdən yeyin və iman gətirmiş olduğunuz Allahdan qorxun!

Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. Bax, həm halal olacaq, həm də təmiz. Zərərli olmayacaq. Zərərli yeməklərdən çəkinəcəyik.

 

Maidə surəsi, 89-cu ayə

 

Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz.

 

Bax, Quranın əxlaqında, İslam əxlaqındakı gözəlliyə bax. Şeytandan Allaha sığınıram. “Onun (andının) kəffarəsi, ailənizə yedirdiyinizin orta hesabı dəyərində …” Yəni özünüzə, məsələn, dəbdəbəli restoranda yeyirsə yaxud başqa bir yerdə öz evində hinduşka əti, toyuq əti, nə yeyirsə eynisindən deyir Allah. Köhnə yeməkləri filan elə deyil. Özünün bəyənərək, sevdiyi yeməkdən. Onun orta hesabı dəyərində. On yoxsulu yedirdib doyurmaq. Bax, həmişə yoxsulu yedirdib doyurmaq, Mehdiyyət ruhu. Ya da onları geyindirmək və ya bir köləni azad etməkdir. Həmişə köləni azad etmək, zəncirini açmaq. Həmişə azadlıq. Həmişə zəngin olsunlar, gözəl geyinsinlər, gözəl yesinlər. Quranın həmişə hədəfi budur. Allahın hədəfi budur.

 

Maidə surəsi, 90-cı ayə

 

Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.

Ey iman edənlər, içki, qumar, dik qoyulmuş daşlar və fal oxları -fal baxmaq- ancaq şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Dəqiq, möhkəm ayə. Eyham yox, dəqiq; içki, qumar. “… dik qoyulmuş daşlar”. Yenə elə, fal baxmağa istiqamətli və fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Şeytan sizi bunlarla məhv edər, deyir Allah. İşarə ilə hökm var mı Quranda? Yoxdur. Bax, möhkəm. İndi bu hökmü heç bir şəkildə dəyişdirə bilməzsən.

 

Hörmətli Adnan Oktarın Muminun surəsindən ayə izahları

 

Muminun surəsi, 28- 29-30-cu ayələr

 

“Sən yanında olanlarla birlikdə gəmiyə mindiyin zaman de: “Bizi zalım adamlardan xilas edən Allaha həmd olsun!” Həmçinin de: “Ey Rəbbim! Məni mübarək bir yerə çıxart. Sən yer verənlərin ən yaxşısısan!” Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən, Biz qullarımızı beləcə sınağa çəkirik”.

Hz. Nuh (ə.s) deyir; “Ey Rəbbim! Məni mübarək bir yerə çıxart, Sən yer verənlərin ən yaxşısısan!” Bu mübarək yer haradır? Türkiyə. “Mübarək yerə çıxart məni” -deyir. Hz. Nuh (ə.s) gəmidən Türkiyədə enmişdir. Burada da mehdiyyətin harada olacağına dair gözəl bir işarə var. “Şübhəsiz bunda ibrətlər vardır. Həqiqətən, Biz qullarımızı beləcə sınağa çəkirik”. Bax, nə deyir? “Şübhəsiz bunda ibrətlər vardır”. Bu hökmdə. Bunu açıqladıqdan sonra Allah bunu deyir. Allah “Bizi zalım adamlardan xilas edən Allaha həmd olsun!” deyə dua et deyir, hz. Nuh (ə.s)-a. “Həmçinin de: “Ey Rəbbim! Məni mübarək bir yerə çıxart”. Türkiyədə. Türkiyə mübarək yerdir, müqəddəs hesab edilmiş yerdir inşaAllah.

 

Muminun surəsi, 40-cı ayə

 

Allah dedi: “Onlar tezliklə peşman olacaqlar!”

Bu, hz. Mehdi (ə.s)-a da bir xatırlatmadır, bir müjdədir. Hz. İsa Məsih (ə.s)-a da bir xatırlatma, bir müjdədir. PKK da peşman olacaq, hamı peşman olacaq. İslama qarşı olan hamı. Bəlkə də bu ayənin hökmüylə Abdullah Öcalan bu xəttə girdi. Bəlkə bizim kitaplarımızla o hala gəldi, amma hər vəziyyətdə günahkar cəzasını çəkər. Yəni iman etmiş olması, cəzanın qalxmasını tələb etmir. Müsəlman üçün də cəza hüququ vardır, müsəlman olsa belə. Cinayət işləyən cəzasını çəkər.

 

Muminun surəsi, 50-ci ayə

 

Biz Məryəm oğlunu və onun anasını bir möcüzə etdik. Onları əlverişli bir yerdə, çeşmə axan bir təpədə yerləşdirdik.

Sığınmağa əlverişli, demək ki qorunmuş, etibarlı, gözəl bir yer. Demək ki hz. İsa Məsih (ə.s), seyidinə İsa Məsih (ə.s) belə bir evdə qalacaq. Tələbələri onu qorunmuş bir evdə qoruyacaqlar. Hz. Mehdi (ə.s) da eyni tərzdə bir yerdə qalacaq. Buna işarə var. Yəni hücuma qapalı. “Axar suyu olan bir təpədə yerləşdirdik”. Demək ki, ya arteziyanlı, ya onunla, ya bununla oralardan su çıxacaq. Hz. İsa Məsih (ə.s)-ın olduğu yerdə, hz. Mehdi (ə.s)-ın olduğu yerdə də su olacaq. Buna işarə var, inşaAllah.

 

Muminun surəsi, 73-cü ayə

 

Həqiqətən də, sən onları doğru yola çağırırsan.

Bu, Mehdiyyətə işarə edən bir ayədir. Eyni vaxtda gözəl bir işarə var. Axırzamanı gözəl vurğulayan bir tarix verir, maşaAllah. 

 

Muminun surəsi, 97-98-ci ayələr

 

De: “Ey Rəbbim! şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”

Ey Rəbbim, şeytanların vəsvəsələrindən Sənə sığınaram”. Müsəlman bunu mütləq deyəcək. “Ya rəbbim, şeytanın vəsvəsələrindən Sənə sığınaram”. Bərəkət vardır. Şeytanın təzyiqi qalxar. Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!” “Əuzubillahiminəşşeytanirrəcim” deyib, şeytanın yanında olmasını istəməyəcək müsəlman. Nə sağında, nə solunda, üstündə, kənarında, ayağında, heç bir yerində olmasını istəməyəcək şeytanın. Fərahlıqdır. Davamlı şeytandan Allaha sığınmaq lazımdır. Çünki narahat edər, boğar. Unutqanlıq verər, çətinlik verər, diqqət dağınıqlığı verər, ürəklərə qorxu sala bilər, şövqü qıra bilər, hüzn verə bilər. “Yanımda olmalarından Sənə sığınaram Rəbbim” deyə mömin dua edəcək. “Yanımda olmalarını istəmirəm” deyəcəyik. Görə bilməzsən, gəlib üzünə yapışar, qoluna yapışar. Dua etsən gedər. “... vəsvəsələrindən Sənə sığınaram” deyir, şeytanın. Vəsvəsə verər, dava etdirər, təcavüzkarlaşdırar. Müsəlmanların yanından getməsi üçün vəsvəsə verər. Əxlaqsızlıq etməsi üçün vəsvəsə verər, qəddarlıq etməsi üçün vəsvəsə verər, qısqanclıq üçün vəsvəsə verər, tənbəllik üçün vəsvəsə verər, pintilik üçün vəsvəsə verər. “Sənə nə, təbliği etmək sənəmi düşdü?” deyər, vəsvəsə verər. Bunlar hamısı vəsvəsədir. Halbuki hamımızın üstünə fərzdir dini yaymaq. Şeytandan necə sığınılması lazım olduğunu Allah izah edir; yanında olmasını istəməyəcək mömin, vəsvəsə verməsini istəməyəcək. Allaha bunu xüsusi olaraq söyləyəcək. Təfərrüat olaraq söyləyəcək. Bu təfərrüatlar əhəmiyyətlidir.

 

 

Muminun surəsi, 106-cı ayə

 

Dedilər ki: “Ey Rəbbimiz, bədbəxtliyimiz bizə qarşı üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq”.

Dedilər ki: “Ey Rəbbimiz, bədbəxtliyimiz bizə qarşı üstün gəldi”. Əsla, bədbəxt olmasın müsəlman. Bədbəxt olmaq haramdır. “Ey Rəbbimiz, bədbəxtliyimiz bizə qarşı üstün gəldi”. “Kədərdən mən bu hala gəldim, çətinlikdən bu hala gəldim”. Müsəlman qəbul etməyəcək. İmanı ilə müqavimət göstərib, o bəladan xilas olacaq. Şeytandan Allaha sığınacaq. Yanında olmasından, vəsvəsəsindən Allaha sığınacaq.

Muminun surəsi, 110-cu ayə

 

“Siz onları məsxərəyə qoyurdunuz; elə ki, sizə mənim zikrimi unutdurdular və siz onlara gülürdünüz”.

“Siz onları məsxərəyə qoyurdunuz” -deyir, Allah. Müsəlmanları. Mehdiyyətə lağ ediləcək, İsa Məsih və tələbələrinə lağ ediləcək. Amma son gülən yaxşı güləcəkdir. Mehdiyyət qalib gələcək. İsa Məsih (ə.s) qalib gələcəkdir. “Siz onlara gülürdünüz” -deyir, Allah. Dəccaliyyətin bir oyunudur bu. Müsəlman buna aldanmayacaq. Bundan təsirlənməyəcək, bundan qorxmayacaq. İstədiyi qədər gülsün, qəhqəhə çəkərək gülsün. Mehdiyyətə gülən itirər. İsa Məsih (ə.s)-a gülən itirər. Cəhənnəmin ortasına gedər, oturar. Allah əsirgəsin.

 

Hörmətli Adnan Oktarın Rum surəsindən ayə izahı

 

Rum surəsi, 32-ci ayə

 

“O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini üstün bilib sevinir”.

Axırzamana işarə edir Allah. Necə bir fəlakət olacağına Axırzamandakı hadisələrin necə inkişaf edəcəyinə dair çox xülasə, qəti məlumat. Nədir fəlakətin səbəbi? “... öz dinini bölüb firqələrə ayrıldılar”. Yəni Quranın bir qismini qəbul edib, bir qismini qəbul etmədilər. Bir qisim Quran ayələri yerinə uydurma hədislər qoydular. Quran əvəzinə bir qisim alimlərin uydurma izahlarını götürdülər.



DEVAMINI GÖSTER