Hörmətli Adnan Oktarın yeni şərhləri (11 oktyabr 2013; 22:30)

MƏRHƏMƏTİ VƏ ŞƏFQƏTİ İNSANLARA ÖYRƏDƏN ALLAHDIR

 

Yanaraq da uşaq ölər. Aclıqdan ölməyin üzərində niyə o qədər dayanırsan? Və yaxud uçqun olur, zəlzələ olur, dağıntı altında qalıb ölür. Amma bəzi insanlar Allahın necə bir sistem yaratdığını bilmirlər. Beyninin içindəki bir ekranla görüşdüyündən də xəbərsizdir. Beyninin içindəki məlumat axışıyla qarşılaşdığından da xəbərsizdir. Toxunma hissinin, görmə hissinin, eşitmə hissinin, düşünmə hissinin, hər cür hissin ona davamlı bir kanaldan xüsusi olaraq axıdıldığının fərqində deyil. Əlli metr uzaqlığa baxır: “Uzaqda bir uşaq var” -deyir. Oradakı ledüni məlumatı bilsə dərhal mövzunu anlayar. Allah sənə yüz adam göstərər, amma onların içində əllisi insan olar. Əllisinin də görüntü olduğunu bilə bilməzsən. Kimin nə olduğunu bilə bilməzsən. İnsan zənn edərsən, amma başqa bir şey çıxar. Başqa bir şey zənn edərsən, insan çıxar. Məsələn, əşya zənn edir, halbuki o insan olmuş olur. İnsan zənn edir, halbuki insan deyil.

 

Məsələn, yuxunda bir uşaq öldüyünü görərsən. Və onu qurtarmaq üçün necə canfəşanlıq edirsən. Uşağı qurtarmaq üçün insan yanğının içinə dalır, elə deyilmi? Amma yanğının içindən uşağı çıxarır, özü də yanıb xeyli xəsarət alır. Uşaq da ölür. Yuxusunda deyir; “Yazıq uşaq. Öldü uşaq, mən də yaralandım”. Sonra da bir oyanır; nə təcili yardım var, nə yanğın var, nə uşaq var.

 

Allah nə edəcəyini bilir. Allaha mərhəmət öyrətməyə qalxmayın. Şəfqəti, mərhəməti sizə öyrədən Allahdır. Allaha şəfqət öyrədirlər. Allah sənə öyrətməsə, şəfqətin, mərhəmətin nə olduğunu onsuz da bilməyəcəksən. Sənə öyrədir, Allahın sənə göstərdiyi görüntü ilə Allah haqqında şərh edirsən. Allah sənə millim-millim, anba-an göstərir .



DEVAMINI GÖSTER