Hörmətli Adnan Oktarın yeni şərhləri (12 may 2013; 22:00)

İSRAİLDƏKİ TARİXİ QAPI HZ. MEHDİ (Ə.S)-IN GƏLİŞİNİ GÖZLƏYİR

 

İsraildə musəvilər hz. Mehdi (ə.s)-ın gedəcəyi hündür bir dağ var, oranı hazırlamışlar. Çox təmiz, səliqəli saxlayırlar. Hz. Mehdi (ə.s)-ın keçəcəyi tarixi qapı, neçə min illərdir ki bağlı saxlayırlar. Yalnız hz. Mehdi (ə.s) zühur edəndə, yəni “Şiloh”, Kral Məsih zühur edəndə o tarixi qapı ilk dəfə açılacaq. Hətta yolu da hazırlamışlar, o təpədən aşağı doğru enəcək. Həmin tarixi qapı açılacaq və oradan Qüdsə girəcək, inşaAllah. Bütün musəvilər, xristianlar, müsəlmanlar hamı o dövrdə hazır olacaq. Yer-göy təkbirlə inləyəcək, inşaAllah. Məhz o namazı qıldırarkən, səhər namazını, həmin vaxt hz. İsa Məsih (ə.s) nüzul edər. Yəni bir qəribəlik olduğu onsuz da aydın olacaq. Hz. Mehdi (ə.s)-ı, o təpədən təkbirlərlə endirərlər, inşaAllah. Diqqət edin, tarixi qapı heç açılmamışdır. Həm də uçmayıb. Xüsusi mühafizə edilir.

 

 

HÖRMƏTLİ ADNAN OKTARIN HƏDİS İZAHLARI

 

“Tam səhər namazına gedildiyi vaxtda hz. İsa Məsih nüzul edəcək”-deyilir. Səhər namazı, çox maraqlıdır. “İmam Mehdi onu tanıyaraq camaata təqdim edəcək”. maşaAllah. Baxar-baxmaz tanımağı da çox qəribədir, maşaAllah. Səhər namazını “Hz. İsa Məsih (ə.s), hz. Mehdi (ə.s)-a ‘Namazı sən qıldır, çünki qamət sənin üçün gətirilmişdir' deyəcək və hz. Mehdi (ə.s)-ın arxasında namazı qılacaq” -deyir. “Hz. İsa Məsih (ə.s): Artıq qapıları açın”-deyəcək-deyir. Yəni artıq sədləri, divarları götürün! Qapıları açın! Dünyada alınan tədbirləri qaldırın!” -deyəcək. “Hz. İsa Məsih (ə.s)-ı görən Dəccal duzun suda əriməsi kimi əriyəcək. Duz suda çox tez əriyər, amma yox olmaz. Görünüşü yox olar. Deməli, insanlar yox olmayacaq, fikirləri məhv olar və sürətlə, duz kimi yox olar. Suyun içində dərhal, o andaca itər, amma xüsusiyyətini itirməz, duz qalar. İnsanların yalnız görünüşü su kimi olacaq, buna işarə edir.

 

 

1 may 1977-ci ildə Reallaşan Qırğına İşarə edən Hədis

 

“Yağ daşları”-deyir, məsələn İstanbulda bu asfaltın deyilməsi çox böyük bir möcüzədir. “Mədinədə böyük bir hadisə olar”. Yəni böyük bir qırğın. “Beləliklə”-asfalt, yəni “yağ daşları qan içində qalar. Bu hadisədə bir qadının öldürülməsi, bir qırmancın yellənməsi qədər asandır”. Yəni silahla öldürüləcəyini açıq-aşkar deyir. Qırmanc yellənməsi kimi. Məsələn silahı əlinə alan nə edər? Silahı belə yelləyər, silah təpdiyi üçün əl davamlı hərəkət edər. Qırmanc yellənməsi kimi. O qədər asan olduğunu deyir. Yəni güllənin insanları öldürəcəyini lakin bu olarkən də insanlardakı təsirin bir qırmanc yellənməsi kimi olacağı ifadə edilir. Bu, çox müdhiş bir şərhdir. Qırmanc yellənməsi kimi, silahın təpməsinə işarə edir. Bu hadisə Mədinədən”-İstanbuldan-”iyirmi dörd mil qədər yayılar”. İstanbulu əhatə edən böyük bir hadisə olacağı, bu, 1 may 1977-ci ildə baş verən böyük qırğına işarə edir. Əbu Hureyre (r.ə)-dan tahric edir.

 

CƏHƏNNƏMİN ÇOX TƏBƏQƏSİ VARDIR

 

Cəhənnəm də dərəcə ilədir. Cəhənnəmin elə yerləri vardır ki, adam oturar, söhbət edər. Yalnız sakit, dümdüz bir mühit olar. Amma oranın verdiyi əzabın səbəbi budur, cənnətlə müqayisə etdiyi üçün çox əzab çəkər. Dərəcə-dərəcədir cəhənnəm.

Yəni, cəhənnəmin hər yerində alov yoxdur, hər yerində eyni şey yoxdur. Azğın adamlar üçün şiddətli əzab vardır. Cəhənnəmin bəzi yerləri isə çox sakitdir.

Məsələn, Peyğəmbərimiz (s.ə.v)-ın gözəl əxlaqlı olub amma iman etməyən qohumları var idi. Baxın “gözəl əxlaqlı amma iman etməmiş”-deyilir. O dövrdə səhabələr hətta “necə iman etməz”-deyə təəcüblənirlər. Bu qədər gözəl əxlaqlı, tərbiyəli, təmiz, hörmətli insanlar Peyğəmbərimiz (s.ə.v)-in peyğəmbərliyini qəbul etmir. “Allaha da inanmıram”-deyir. Allah Allah. Bədiüzzaman deyir: Ona görə cəhənnəmdəki yeri bir növ dünya kimi düşünək, rahat bir yerdir”. Peyğəmbərimiz (s.ə.v)-ə olan hörmətinə, sevgisinə, dəstəklədiyinə görə əzab görəcəyi bir yer deyil. Mütləq cəhənnəmlik olarlar amma, cəhənnəmin o qədər müxtəlif, çox təbəqəsi var ki. Məsələn, bu təbəqəsi ən rahat təbəqəsi, dünyanı xatırladar. Yəni dünyadakı həyatı xatırladar. Amma cənnətlə müqayisə etdikləri üçün, çox əzab çəkərlər. Ona görə əzab çəkərlər. Çünki cənnətdəki rahatlıq onlara daim göstərilir. Dünya kimi onların olduğu yer, indi cənnətlə aradakı müqayisəyə bir baxın. Ondan ötrü narahat olarlar.



DEVAMINI GÖSTER