Hörmətli Adnan Oktarın yeni şərhləri (13 May 2014; 22:00)

HÖRMƏTLİ ADNAN OKTARIN HİCR SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ

 

Hicr surəsi, 56-cı ayə

 "Dedi: “(Doğru yol­­dan) azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?" Peyğəmbər deyir: "(Doğru yol­­dan) azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?" Bir çox insan görürük ki, Allahın rəhmətindən ümidini kəsir. Halbuki, Allah bunu azğınlıq olduğunu deyir. "Allah, hər şeyə güc yetirəndir." Qədərdə necədirsə, elə də olar.

 

Hicr surəsi, 57-58-59-60-cı ayələr.

 "Dedi ki: "Ey elçilər, vəzifəniz nədir?" Dedilər: "Biz, günahkar bir tayfaya göndərilmişik. Yalnız Lutun ailəsindən başqa! Biz, sözsüz ki, onların hamısını xilas edəcəyik!. Zövcəsindən başqa. Biz onun geridə qalanlardan olmasına qərar verdik."

Peyğəmbər olmağına baxmayaraq arvadının münafiq olduğunu bilmir.

 

Hicr surəsi, 61-62-ci ayələr

 "Elçilər Lut əhlinin yanına gəldikdə, o dedi: “Siz yad adamlarsınız!”

Yəni "Sizi tanımıram" deyir.

 

Hicr surəsi, 63-64-65-66-67-68-ci ayələr

 Xeyr" dedilər. Xeyr, biz sənin yanına onların şübhə etdiyi (əzab) ilə gəlmişik. 

Biz sənin yanına doğru xəbərlə gəlmişik. Həqiqətən də, biz doğru danışanlarıq. Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə yollanın. Biz ona vəhy etdik ki, sübh çağı onların kökü kəsiləcək. Şəhər əhalisi bir-birini müjdələyərək (onun yanına) gəldilər. (Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. Məni biabır etməyin!."

Cinsi pozğunlar hz. Lut (ə.s)-ın qapısına dayanırlar. Mələklərə qarşı əxlaqsız düşüncədədirlər. O dövrdə qadınlar kişiləşdirilmiş, kişilər də qadınlaşdırılmışdır. Qadınlar baxımsız, iyrənc və kişi görünüşündə, hal-hazırdakı mövhumatçıların etmək istədiyi tərzdə. Kişilər də ona görə qadınlaşmış olurlar.

 

Hicr surəsi, 69-70-ci ayələr

 

"Allahdan qorxun və məni hörmətdən salmayın! Onlar dedilər: “Məgər biz sənə (bura gələn) adamları (qonaq saxlamağı) qadağan etməmişik?”

Deməli, təbliğatçılara həmişə belə deyərlər: "Sənə nə, sənin vəzifəndir? Kim izah edirsə izah etsin" tərzdə müsəlmanlara tez-tez belə sözlər deyilər.

 

Hicr surəsi, 71-ci ayə

 

"(Lut) dedi: “Bunlar mənim qızlarım! Əgər istəyirsinizsə, (onlarla evlənin)!”

“Onlarla halal olaraq əlaqəyə girin, amma cinsi pozğunluq etməyin"-deyir.

 

Hicr surəsi, 72-ci ayə

 

"Sənin canına and olsun ki, onlar sərxoş halda veyl-veyl gəzirdilər."

Yəni mövhumatçılığın sərxoşluğu içindədirlər və kordurlar, haqqı görmürlər və gic, azğın və təcavüzkar bir ruhdadırlar.

 

Hicr surəsi, 73-74-cü ayələr

 

Günəş doğanda qorxunc səs onları yaxaladı. Oranın altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil­ daşlar yağdırdıq.

Yəni evləri başlarına yıxılır. Palçıqdan (gildən) deyilən o dövrdə tikilən kərpic evlər var idi, o kərpic evlər üstlərinə yıxılır.

 

Hicr surəsi, 75-76-cı ayələr

 

"Şübhəsiz ki, bunda, başa düşənlər üçün dəlillər vardır. Həqiqətən, onlar yolun üstündə yaşayırdılar."

Nümunə olaraq.

 

Hicr surəsi, 77-ci ayə

 

"Şübhəsiz ki, bunda, möminlər üçün dəlillər vardır."

Ancaq iman edənlər üçün.

 

Hicr surəsi, 78-79-cu ayələr.

 

"Əykə əhli də zalım idi. Onlardan da intiqam aldıq. Hər iki kənd aydın görünən yol üzərində yerləşirdi."

Yəni "onların dağılmasının nəticəsinə aid dağıntılar vardır deyir"-deyir Allah. "Gedin baxın" deyir.

 

Hicr surəsi, 81-94-cü ayələr.

 

"Biz onlara ayələrimizi göndərdik, lakin onlar (bu) ayələrdən üz döndərdilər. Onlar təhlükəsizlikdə qal­­maq üçün dağlarda evlər yonurdular. Onları sübh çağı qorxunc səs yaxaladı. Qazandıqları (dünya malı) isə onlara heç bir fayda vermədi. Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən onlarla gözəl tərzdə davran. Həqiqətən, Rəbbin Yaradandır, Biləndir. Biz sənə təkrarlanan (cütlərdən) yeddi ayəni və əzəmətli Quranı verdik. Onların bəzi təbəqələrinə verdiyimiz (fani) dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminlərlə yumşaq davran və de: “Şübhəsiz ki, mən açıq-aşkar bir xəbərdar edənəm!” Biz, (Quranı) bölənlərə də beləcə (əzab) endirmişdik. Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər). Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq, törətdikləri əməllər barəsində. Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir. Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik.

         Biz onlara ayələrimizi göndərdik, lakin onlar (bu) ayələrdən üz döndərdilər. Qurana qulaq asmamışdılar. Onlar təhlükəsizlikdə qal­­maq üçün dağlarda evlər yonurdular. Onları sübh çağı qorxunc səs yaxaladı. Qazandıqları (dünya malı) isə onlara heç bir fayda vermədi. Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. Yəni hər şey, məsələn, televizor, stəkan, təsbeh, ayna, ayaqqabılar ağlınıza gələn hər şey, hamısı bir məqsədlə yaradılır. "O Saat mütləq gələcəkdir..." Yəni qiyamət vaxtı da yaxınlaşır. "Odur ki, Sən onlarla gözəl tərzdə davran." Yəni, gözəl təbliğ et, ağıllı təbliğ et, dağıdıcı üslubdan istifadə etmə. "Həqiqətən, Rəbbin Yaradandır, Biləndir. Onsuz da "Mən yaradıram"-deyir Allah-"və bilən də Mənəm"-deyir. " 

Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik." 87-ci ayə və 7-ci "və de: “Şübhəsiz ki, mən açıq-aşkar bir xəbərdar edənəm!” Yalnız xəbərdar edən. "Biz (Quranı) bölənlərə də beləcə (əzab) endirmişdik"-yəni müsəlmanları parçalayanlara. Məsələn, Türkiyəni bölmək istəyirlər, İslamı bölmək istəyirlər, məzhəblərə ayırır, qruplara ayırmağa çalışırlar. "Onlar Quranı hissələrə böldülər." Quranın bir qismini çıxıb, etibarsız deyirlər. Bir qisminə də, "hədislərlə Qurana əlavələr edirlər, əlavə ayələr var xəbəriniz yox" deyirlər. "Quranın xaricində ayə var"-deyirlər. Hal-hazırda mövhumatçılar belə bir din qurublar. "Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq"-deyir Allah. "Törətdikləri əməllər barəsində, Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir. Müşrik nədir? Mövhumatçı dəstəsidir. Onlar sənə söz ata bilər, bir söz deyə bilər, internetdən və ya başqa yerdə yersiz danışa bilərlər, "Bundan təsirlənməyəcəksən"-deyir, Allah.



DEVAMINI GÖSTER