Hörmətli Adnan Oktarın yeni şərhləri (13 sentyabr 2013; 18:00)

ALLAHIN YAXŞI İNSANLAR ÜÇÜN DÜNYANI ŞƏKİLDƏN ŞƏKİLƏ SALMASI BÖYÜK GÖZƏLLİKDİR

Səhv yolda olan insanların xəbəri belə yoxdur. Halbuki, Allah dünyanı yaxşı insanlar üçün dizayn edir. Onların yaradılışında, möminlərin yaradılışında bir gözəllik, bir nur olar. Qəflət içində olanlarda da bir zülmət olar. Onların nurlarından istifadə edərlər. Hətta diqqət edin, axirətdə də deyirlər ki, “Allahın sizə verdiyi nemətlərdən bizə də verə bilərsiniz?”. Bilavasitə nemət tələb etməzlər. Bu dünyada da elə Allahın verdiyi nemətlərdən -möminlərə verilən nemətlərdən- birbaşa istifadə etməzlər. Yoxsa onlara heç bir şəkildə verilməz. Vasitə ilə alarlar. İmtahanın sirrindən ötrü Allah onlara bir şey demir. Allah möminlərə xitab edərək deyir: “De: “Bunlar dünya həyatında iman edənlər üçündür, Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Allah, onlara heç əhəmiyyət də vermir. Yəni ayə sizə gələn nemətlərdən dolayı yolla istifadə edəcəkləri mənasını verir. Anlayırıq ki, Quranın belə sadə üslubuyla bir çox şey aydın olur. Yəni o dərinliyi görmək lazımdır.

 

HÖRMƏTLİ ADNAN OKTARIN AXIRZAMAN İLƏ ƏLAQƏDAR HƏDİS İZAHLARI

 

“İnsanlar elə bir zamanla qarşılaşacaqlar ki, namaz tərk ediləcək, hündür binalar tikləcək, and içmək və lənətləşmələr çoxalacaq, rüşvət yayılacaq” -deyilir hədisdə. Mehdi (ə.s) dövrünün əlamətləridir. Peyğəmbərimiz (s.ə.v) deyir: “Ey Xalid, məndən sonra hadisələr, fitnələr, bölünmələr olacaq. Müsəlmanlar bölünəcək, bu cür birlik içində olmayacaqlar”. Hətta səhabələr bölünmələrin necə ola biləcəyinə təəcüblənmişdilər. Bir müsəlman qrupu var, necə bölünər görəsən deyə. Lakin, fəxrlə deyirlər ki, guya “ümmətimin ixtilafı, bölünməsi rəhmətdir” -deyilir. Ayədə haram, fitnə və bəla kimi göstərtilir. Uydurma hədisdə də, müsəlmanların bölünməsində xeyir var, gözəllik, çox faydalı bir şeydir deyə keçir. Guya ümmətin bölünməsində, ixtilafında rəhmət varmış. Peyğəmbər (s.ə.v) adına doğru olmayan sözlər danışırlar, bununla fitnəni qızışdırırlar.

 

“Və anlaşılmazlıqlar çıxacaq. Ardınızda çətin günlər vardır”. Axırzaman. “O günlərdə dinə temessük edən adam” -yəni dindar olan, İslama xidmət edən adam, Peyğəmbərimiz (s.ə.v) səhabələrə deyir “bir adam sizdən 50 adamın qazandığı savabı qazanacaq”. Elə bir dövrdür Axırzaman.

“Tanınan kimsədən başqasına salam vermədikcə, məscidlər namazsız qalmadıqca, qocaya hörmət qalmadıqca, ticarətdə bərəkət olmadıqca qiyamət qopmaz”. Bunlar baş verdiyinə görə demək ki, Axırzamandayıq. “Zahirən razılaşıb, daxilən insanlar bir-birinə nifrət edəcək. Zülm, fəxr vəsiləsi olacaq”- deyir Axırzamanda. “Alçaq və riyakarlar liderlik mövqeyinə keçəcəklər” -deyir Peyğəmbərimiz (s.ə.v) Axırzamanda. Məsələn, ən alçaq adamlar heç gözlənilməz yerlərdə lider olurlar. Məsələn, Misirdə, Suriyada və başqa yerlərdə belədir. Çox mərhəmətsiz, dərin dövlətin psixopatları bir çox yerdə dövlətin başına keçib insanlara qan qusdururlar.

“Küçələr çox tiklilərə görə daralacaq” -deyir Axırzamanda.

“Natiqlər çoxalacaq, təbliğ edən az olacaq” -deyir. Məsələn, bir çox dövlətin natiqləri var, yalnız məsciddə danışar, evinə gedəndə oturar, küçədə də oturar, bərbərdə də oturar. Halbuki əslində küçədə izah etməlidir natiqlər. Yalnız vəzifəli olduğu gün, vəzifəli olduğu yazını izah edər. Onun xaricində bir şey izah etməz.

“Boşanmalar çoxalacaq” -deyir Peyğəmbərimiz (s.ə.v). Axırzamanda boşanmalar heyrətləndirici səviyyəyə çatdı. Axırzaman əlamətidir. Məsələn əvvəllər boşanma çox çətin ehtimal idi, Osmanlı dövründə çox çətin idi, Respublika dövründə də çox çətin idi. Amma hal-hazırda insanlar asanlıqla boşanırlar.

“Ani ölümlər”. Adam danışarkən ölür, qəfldən küçədə ölür.

“Xainə etimad ediləcək” -deyir Axırzamanda. Məsələn, Sisiyə etibar edir adam, güvənirlər, dəyərləndirirlər. Suriyanın dəccalına dəyər verirlər.

“Doğru kəslər xain sayılacaq” -deyir. Ən qiymətli alimlər, ən gözəl İslamı izah edən insanlar, ən seçkin müsəlmanlar mətbuatda, qəzetlərdə xain kimi göstərilir.



DEVAMINI GÖSTER