Hörmətli Adnan Oktarın yeni şərhləri (14 oktyabr 2013; 12:30)

QURAN EYNİ ZAMANDA AĞILLI OLMAĞIN KİTABIDIR

 

Quranda bir çox mövzu təkrar-təkrar izah edilər. Çünki Quranda bir sadəlik hakimdir. Qarmaqarışıq bir sistemi izah etmir. Quran çox sadədir. Quranın yarıdan çoxu təkrardır. O, yaxşı qavranması üçündür. Bu səbəbdən Allah ağılın yığcam, sadə qaydalarını bizə izah edər. Onu tətbiq etdiyimizdə xeyli ağıllı və tutarlı olarıq. Əksi halda müxtəlif cür tiplər, küçədə, bəzi yerlərdə gördüyünüz tiplər meydana gəlir. Ağlayan, kədərlənən, əsəbiləşən, qışqırıb-bağıran, şübhələnən, vəfasızlıq edən, sədaqətsizlik edən, heç kimə güvənə bilməyən, içindəki şübhələrlə özünü həlak edən, cəmiyyətə zərər verən insanlar meydana gəlir. Onun üçün Quran oxuyan insanlar, hər oxuduqları ayədə ağılın dərinliyini bir az daha anlamış olduğunu biləcəklər. Bu Tövratda da vardır, onun üçün yəhudilər Tövratı gecə-gündüz oxuyarlar. Bu səbəbdən, həm əxlaqı, həm şəxsiyyəti inkişaf edər.



DEVAMINI GÖSTER