Hörmətli Adnan Oktarın yeni şərhləri (18 İyul 2013; 17:30)

HÖRMƏTLİ ADNAN OKTARIN FATİR SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ

 

(Fatir surəsi, 25-ci ayə

 

Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də elçiləri yalançı hesab etmişdilər. Halbuki elçiləri onlara aydın dəlillər, müqəddəs yazılar və nur saçan kitab gətirmişdilər.

 

"Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də elçiləri yalançı hesab etmişdilər." Peyğəmbərimiz (s.ə.v) üçün. İnsanlar hər dövrdə sevgisiz, heyrət vericidir. Məsələn, Peyğəmbərimiz (s.ə.v) əcaib şirindir, çox nurludur, şəkər kimi yəni. O qədər gözəl, keyfiyyətli bir insanı sən necə yalançılıqla ittiham edərsən? Sırf vicdansızlıq, murdarlıq; başqa bir şey deyil. Əxlaqsızlıqlarından. Əlindən, üzündən nur axır, fövqəladə dərəcədə əfəndi və çox tərbiyəli bir insandır. Heç bir sözündə şişirtmə olmur... Ömrü boyunca yalan söyləməmiş bir insana, "Yalan söyləyirsən." deyir. Niyə yalan söyləsin? Sırf sevgisizlik, başqa bir şey deyil. "Halbuki elçiləri onlara aydın dəlillər, müqəddəs yazılar və nur saçan kitab gətirmişdilər." Hamısında eyni reaksiya olur. İnsandır nəticədə, ayədə deyir Allah, "İnsan, zalım və cahildir." deyir. “Zaluma və cəhula” deyir Allah. Əsrimizdə də insanların böyük bir qismi zalım və cahillər. 

 

Fatir surəsi, 26-cı ayə

 

Sonra Mən haqqı inkar edənləri yaxaladım. Görəydin Mənim onları həlak etməyim necə oldu!

Ya o məmləkəti məhv edir Allah, ya daxili qarışıqlıq çıxarır, ya da iqtisadi cəhətdən çökdürür. Xüsusi ilə bir-birlərinə salaraq Allah həlak edir və yaxud başqa bir ölkəni onlara hakim edərək həlak edir. 

 

Fatir surəsi, 33-cü ayə

 

Onlar Ədn bağlarına daxil olacaq, orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcəklər. Libasları da ipəkdən olacaqdır.

"Onlar Ədn bağlarına daxil olacaq, orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcəklər." Bax, bəzənməyin, bəzək əşyalarının qiymətini, əhəmiyyətini, Allahın necə bəyəndiyini Quranda görürük. Allah bəzənməyi sevirmi, bəyənirmi? Bəyənir. Mövhumatçılar bəyənmir. Amma Allah bəyənir. Nə deyir Allah bax, "Qızıldan bilərziklərlə". İki qolunda qızıl, amma cənnət qızılı. "Və incilərlə". Cənnət inciləri ilə, "Bəzənirlər". Alovlu şəkildə yanır bu cür. "Libasları da ipəkdən olacaqdır." Sən ipəkdən nifrət edirsən, qızıldan nifrət edirsən. Allah bəyənir; Sən bəyənmirsən. Allah, gözəl deyir ipəyə; Sən, çirkin deyirsən. Cənnət neməti olaraq görür Allah ipəyi; Adam, "Aman aman" deyir. Qızıldan çəkinir, incidən diksinir, ipəyi istəmir. Qəlbində sevgi qalmayıb.

 

Fatir surəsi, 34-cü ayə

 

Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir."

 

"Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun!" Demək ki, insanın ruhunda kədərə meyil var. 24 saat kədərə meyil vardır insanda. Hər şeyə üzülməyə cəhd göstərər, hər şeyə. Ağlına gələn hər şeyə. Məsələn, stolda oturar ona kədərlənər, biri gələr ona kədərlənər, bir şey olar kədərlənər, havada külək əsər kədərlənər, yağış yağar kədərlənər, Günəş çıxar kədərlənər. Bax, "Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun". Bax, aradan qaldırır əvvəl, kədər gedir, sonra tamamilə yox edir Allah. Kədər deyə bir hadisə bilinmir ondan sonra. Allaha həmd olsun, əlhəmdülillah. "Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir " Həqiqətən, Allah günah işləndiyində bağışlayır. "Əstəğfirullah" deyirsən, "Ya Rəbb, məni bağışla" deyirsən. Allah bizləri əfv etsin. "Bağışlayandır Allah." deyir. "Şükrü qəbul edəndir." Bax, əlhəmdülillah dedinmi o şükrü Allah qəbul edir. 

 

Allahın ən bəyəndiyi zikrlərdəndir “əlhəmdülillah”. Məsələn, bir nemətə qovuşdun; əlhəmdülillah. Bir gözəllik var; əlhəmdülillah. Gözəl bir söz eşitdin; əlhəmdülillah. Çox. Allaha həmd ilə yaxınlaşmaq lazımdır. Həmdi çoxaltmaq lazımdır. Həmd çoxaldıqca nemət çoxalır. Necə olur? Allah, sezdirmədən edir. Həmd etdikcə artırır, həmd etdikcə artırır. Heç bilmədiyin yerlərdən, təxmin etmədiyin yerlərdən artır. 

 

Fatir surəsi, 35-ci ayə

 

"Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!”

 

"Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur." İnsanlarda ən böyük instinkt, sonsuzluq instinktidir. Həmişə onu istəyər ruhunda. Allah, onu məhz axirətdə təmin edir. Sonsuz olur, ondan sonra rahatlayır. Çünki o instinkt tam doymuş olur. "Orada bizə nə bir yorğunluq üz verəcək." Demək ki, dünyada yorğunluq xüsusi olaraq verilir. Adam yataqdan qalxır, yenə yorğun. Tətilə gedir, yorğun qayıdır. Şezlonqda uzanır, dincəlir, yenə yorğun olur. Yorğunluq xüsusi verilir, imtahan üçün. "Nə də bir üzgünlük toxunacaqdır!" İnsanlar bezə bilirlər bir çox şeydən. Sevgidən bezilməz, məhəbbətdən, Allah eşqindən bezilməz. Amma bezginlik insanın ruhunda var. İmanla bunu aşa bilər mömin, imanla. Onun üçün məsələn, adam arvadından bezir, sevdiyindən bezir. Amma, mömin imanı ilə bezmir. Amma imanı ilə, inşaAllah. Amma, küfrdə bezginlik çox tez əhatə edər insanları. Mömin də çətin olan şeylərdən bezə bilər, çətinliklərdən bezə bilər. Amma, axirətdə o, tamamilə qaldırılır. Lakin, iman gücü ilə bezginlik əzilir. İman ilə mütənasib olaraq əzilir. Yoxsa insanın ruhunda, xasiyyətində bezginliyə meyil var, dərəcəsinə görə. Amma mömin sevgidən bezməz, məhəbbətdən bezməz, gözəllikdən doymaz, inşaAllah. Amma məsələn, fərz edək ki, boş bir söz, bezir ondan. Boş söhbətdən bezər, monotonluqdan bezər. Zənginlik axtarar, yəni yenilik istəyər, bir gözəllik istəyər. Amma axirətdə bezginlik qalxmış olar. Heç yoxdur, elə bir hiss yoxdur. Məsələn, cənnət nemətlərini kvadrilyonlarla dəfə görür, yenə bezmir. Kvadrilyon vurulsun kvadrilyon görür, yenə bezmir. Məsələn, incidən bezmir, bilərzikdən bezmir; Hər dəfə bilərzik xoşuna gəlir, hər dəfə inci xoşuna gəlir, hər dəfə o cənnət çayları xoşuna gəlir. Çaylardan bezmir, cənnət evlərindən bezmir. Hər dəfə sanki ilk dəfə gəlmiş kimi həyəcanla qarşılayır.



DEVAMINI GÖSTER