Hörmətli Adnan Oktarın yeni şərhləri (19 sentyabr 2013; 22:00)

NOSTRADAMUSUN KƏHANƏTLƏRİNDƏ MEHDİ (Ə.S)

 

Nostradamus deyir: “Dustaq Şahzadə, İtaliyanı fəth edəcək”. Yəni həbs olunan, əvvəllər həbsə girən. Onu şahzadə olaraq qəbul edir. “İtaliyanı fəth edəcəkdir”. Peyğəmbərimiz (s.ə.v) belə buyurur: “Dənizi keçib”, dəniz yolu ilə gələcəyini bildirir. “Cenevizdən Marsilyaya qədər hər yeri alacaq” –deyir. Əcnəbilərin öhdəsindən gələrək, böyük səylə heç bir mərmi istifadə etmədən”, qan axıtmadan alacağını bildirir. MaşaAllah, maşaAllah. Rəsulullah (s.ə.v)-in hədislərinə eynilə uyğun gəlir. “Heç bir mərmidən istifadə etməyəcək” -deyir. “Əcnəbilərin öhdəsindən gələcək” -deyir. Yəni öyrədərək, izah edərək, danışaraq başa salar. “Böyük səy göstərəcək” -deyir. “Dənizi keçəcək” –deyir. “Dəniz yolu ilı gələcək” -deyir. “Cenevizdən Marsilyaya qədər öz təsirini göstərəcək. ltaliyanı fəth edəcək, amma əvvəl həbs olunacaq” -deyir. Çox dəqiqdir. Aydın olmayacaq kimi deyil, maşaAllah. Eynilə hədislərə uyğundur.

 

HÖRMƏTLİ ADNAN OKTARIN TÖVRATDAN İZAHLARI

 

Amos 6:11: “Çünki RƏB buyurur, Böyük ev toza, Kiçik ev külə dönəcək”. Diqqət edin, Amos-11-11 Sentyabrı dəqiq izah edən bir ifadədir. Toz və külə çevrildi həqiqətən. İki yer var idi, ikisi birdən çökdü. Yəni yanındakı böyük evlər çökdü, sonra kiçik evlər də onunla birlikdə batdı. Onlar da yandı, kül oldular.

Tövratda belə çox möcüzəli izahlar var. Elə bir dəfə baxdım, baxar-baxmaz bunu gördüm. Misirdən, Misirdəki hadisələr haqqında bəhs edilir. Tövrat Suriyadakı hadisələri, Suriyanın bu vəziyyətə düşəcəyini izah edir. Çox uzun, təfərrüatlı izah edir. Çox qəribədir.

 

 

HƏDİSLƏRDƏ HZ. MEHDİ (Ə.S)

 

“Mehdi (ə.s) zühur etdikdə özlərini onun təqibçisi sananlar... Mehdi (ə.s)-ı müdafiə edənlər sonradan bundan üz döndərəcək” -deyir Peyğəmbərimiz (s.ə.v). Çox mənalıdır. Hal-hazırda nə Mehdi (ə.s)-dan, nə Axırzamandan, nə də Dəccaldan bəhs edirlər. “Dindən uzaq olan kəslər Mehdiyə inanacaqlar” -deyilir. Yəni materialistlər, darvinistlər, MaşaAllah.

“Qaim (Mehdi) mübarizəsində, Peyğəmbər (s.ə.v) qarşılaşdığı çətinliklərdən də çoxuyla qarşılaşacaq. Peyğəmbər (s.ə.v) insanlara onlar daşa və taxtaya tapınarkən gəldi. Halbuki Qaim (Mehdiyə) qarşı çıxan insanlar, ona (Mehdiyə), Allahın Kitabından istifadə edərək qarşı çıxacaqlar və ona (Mehdiyə) Allahın Kitabı ilə mübarizəyə başlayacaqlar”. Yəni Qurana itaət etdiklərini iddia edərək, xurafatlarla mübarizəyə başlayacaqlar. Məsələn, Quranda baş örtüyü olmadığı halda, “baş örtüyü var” -deyəcəklər. Amma Nur surəsində olmadığı halda “Nur surəsində var” -deyəcəklər. Mehdi (ə.s) məhz burada onun doğrusunu izah edəcək. Quranla qarşı çıxacaqlar, amma Quranı təhrif edərək qarşı çıxacaqlar.

“İmam Mehdi azana çağırıldıqda Allaha İbranicə adı ilə də ibadət edəcək”. inşaAllah. Biharul Envarda keçir.

“Hz. Əli (r.ə)-in nəvələrindən Əl Qaim, Əl Mehdi dünyanı başqa bir dünyaya çevirəcək”. Yəni mövcud olan dünya tam fərqli olacaq. Döyüşlər, müharibələr, kobudluqlar, mərhəmətsizliklər olmayacaq. Şahanə arxitektura, gözəllik olacaq. “Mehdi (ə.s)-ın əkmədiyi, yaşıllandırmadığı heç bir sahə qalmayacaq” -deyir. Bütün dünyanı yamyaşıl edəcəyi deyilir hədisdə.

 

Peyğəmbərimiz (s.ə.v) deyir: “Forma, xarakter və zadəganlıq cəhətdən İsa Məsihə ən çox bənzəyən əl-Qaim (əl-Mehdi)-dir”. İsa Məsihə çox oxşayacaq. Yəni üz görünüşü, şəxsiyyəti və xasiyyəti çox bənzəyəcək.

 

“Allah Mehdiyə bütün peyğəmbərlərə verdiklərini verəcək”. Bütün peyğəmbərlərin bir xülasəsi olacaq Mehdi (ə.s). Ona görə Allah bütün peyğəmbərlərə verdiklərini ona (Mehdi (ə.s)-a) verər. Bənzər şəkildə verir. “Bundan əlavə Mehdi (ə.s)-ı hamısından üstün tutacaqdır” -deyilir bu hədisdə. Yəni Mehdi (ə.s), bir çox peyğəmbərdən üstün olacaq mənasındadır. Bu Əhli Sünnə qaynaqlarında da keçir.

 

“Hz. Yusuf (ə.s)-ın ortadan qeyb olması kimi qeyb olacaq” -deyilir. Yəni həbs olunmaq, tutulmaq kimi. “Məryəm oğlu İsanın zühuru kimi də zühur edəcəkdir” -deyir.

 

“İnsanlar təyin olunan yeni bir üsulla, yeni prinsiplərlə yeni qaydalarla hökm etdiyi üçün ona (Mehdiyə) bağlanacaqlar” -deyilir. Bütün dünya dəyişər, üslublar, xasiyyətlər, şəxsiyyətlər, ruh halları, qaydalar, əxlaq anlayışı, din anlayışı tamamilə dəyişər.

 

“Mehdi (ə.s)-ın ordularından (tələbələrindən) heç biri ölənə qədər məğlubiyyətə uğradılmaz”. Yəni “məğlub olmaz” -deyir. “Ölənə qədər mümkün deyil” -deyir Peyğəmbərimiz (s.ə.v).

“Qaim Mehdi (ə.s) çıxdıqda yeni üsul, yeni prinsiplərlə çıxacaq” -deyir Peyğəmbərimiz (s.ə.v). “Yeni bir sünnə və yeni fikirlərlə hökm edəcək”. Çox müasir, çox mehriban tam fərqli bir dünya olacaq. Demokratiyanın, mehribançılığın, dostluğun, qardaşlığın olduğu, müharibələrin olmadığı yeni bir dünya olacaq.

 

“Şərəf və fəzilət cəhətdən onun kimi bir övlad yoxdur”. Onun kimisi yoxdur”- deyir Mehdi (ə.s) üçün. MaşaAllah.

 

“İnsanlara və cinlərə qalib gələcək” -deyir.

 

“Heç bir yeri əkilməmiş buraxmayacaq”. “Hər yer yamyaşıl olacaq”- deyir Peyğəmbərimiz (s.ə.v).

 

“Onun dövrünə varanlar (ona) qatılsın” -deyir. “Onun dövrünə çatanlar Mehdi (ə.s)-a qatılsın” -deyir. “Və ona qatılıb onun günlərini görənlər nə xoşbəxtdirlər” -deyir. Maşallah.

 

“Mehdi (ə.s) və tələbələri, Nuh Peyğəmbərin yaşadığı yerdə yaşayarlar” -deyir. Haradır? Türkiyədir. Yəni ölkəni deyir Peyğəmbərimiz (s.ə.v).



DEVAMINI GÖSTER