Hörmətli Adnan Oktarın yeni şərhləri (20 İyul 2013; 23:30)

HÖRMƏTLİ ADNAN OKTARIN ZUMƏR SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ

 

Zumər surəsi, 61-ci ayə

 

Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər.

Möcüzəvi bir ayədir bu. “Təqva sahiblərini” Yəni, çox səmimi, xalis iman edib Qurana tam tabe olanları. “uğurlarına görə nicat verəcək” Dünyada Allah mütləq zəfər verəcəyəm deyir. Və zəfərin nəticəsi də qurtuluş. Bir də baxın, ardından çox mühüm bir möcüzə də var; “Onlara pislik toxunmaz” deyir Allah. Pislikdən uzaq olurlar. Xüsusi olaraq qoruyur Allah onları pislikdən. “Və onlar kədərlənməyəcəklər.” Mömin vəsfi, mömin kədərlənməz. Kədər toxunmur onlara. 

 

Zumər surəsi, 62-ci ayə

 

Allah hər şeyin Xaliqidir. O, hər şeyi Qoruyandır.

“Allah hər şeyin Xaliqidir” Nələrin? Xeyirin və şərin. Hər şeyin. O, hər şeyi qoruyandır. Deyir ki, məsələn, “Amerika intizamsızdır.” Yox qardaşım. Bax, Allah nə deyir? O, hər şeyi Qoruyandır. Hər şeyin yaradıcısıdır. Suriyadakı hadisələrin onun-bunun hamısının yaradanı Allahdır.

 

Zumər surəsi, 63-cü ayə

 

Göylərin və yerin açarları Ondadır. Məhz Allahın ayələrini inkar edənlər ziyana uğrayanlardır.

“Göylərin və yerin açarları Ondadır.  Göylərdə gizli olan, açılmayan, yerdə açılmayan bütün sirlər, hər yer, hər şey. “Hər cür açarlar Allahın əlindədir” deyir Allah. Məhz Allahın ayələrini inkar edənlər ziyana uğrayanlardır. Mütləq məğlub olacaq. Məsələn, PKK; mütləq məğlub ediləcək. Çünki ayənin hökmünə görə ikinci bir yolları yoxdur. Yəni, küfr mütləq məğlub olur. Dünyada, diqqət edin, küfr heç bir yerdə qalib gəlib davam edə bilməmişdir. Mütləq hüsranla bitər küfr. 

 

Zumər surəsi, 64-cü ayə

 

De: “Mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz, ey cahillər?"

Allah, “Ey cahillər” deyir. Demək ki, mövhumatçıların əsas xüsusiyyəti nədir? Cahillikləri. “Mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz?” Yəni, başqa bir hökm qoyanmı var deyir Allah. Adamlar da deyir ki, bəli, başqa hökm qoyan var deyir. Allah deyir ki; “Cahilsiniz” deyir. Mövhumatçıların əsas xüsusiyyəti. Başqa bir hökm qoyan; uydurma rəvayətlərlə Allahın hökmünü dəyişdirməyə cəhd göstərirlər.

 

Zumər surəsi, 65-ci ayə

 

Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.

Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur (ki): Peyğəmbərimiz (s.ə.v)-ə və ondan əvvəlkilərə də vəhy olunur və ondan sonra olacaqlara da. Bizim əsrimizə də baxır. "Əgər şərik qoşsan” Nə deməkdir? Allahın hökmünü dəyişdirərsən. “əməlin puç olacaq” İstədiyin qədər namaz qıl, istədiyin qədər oruc tut hamısı boşa çıxacaq deyir Allah. “və mütləq ziyana uğrayanlardan olacaqsan.” Dünyanın hər yerində hüsrana uğrayırlar. Şirk qoşdunmu hüsran. 

 

Zumər surəsi, 66-cı ayə

 

"Sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!"

"Sən yalnız Allaha ibadət et, Yəni sadəcə Qurana tabe ol. “və şükür edənlərdən ol." Əlhəmdülillah, daima şükür etmək lazımdır. Həmd çox unudulur. Həmişə həmd etmək lazımdır. Əlhəmdülillah. 

 

Zumər surəsi, 67-ci ayə

 

Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır.

“Onlar Allahı layiqincə qiymətləndirmədilər.” Yəni, Allahın böyüklüyünü, gücünü. Məsələn, Amerikanı ayrı bir güc zənn edir, Rusiyanı ayrı bir güc zənn edir. Bütün güc Allahındır. Atoma, elektrona hər şeyə hakim olan Allahdır. Sonsuzluğa hakim olan Allahdır. Onun Ovcunda olacaq;” Sən dünyanı nəhəng görürsən, Allah yeri nə qədər insanın gözündə kiçik salır. Allahın ovucundadır bütün yer. Yəni, Allah üçün heçdir mənasında. “göylər isə Onun Əli ilə büküləcəkdir.” Sağ əli ilə, yəni, yenə Allahın gücünü və böyüklüyünü vurğulamaq üçün Allah söyləyir.  Sağ əl demək gücü, Allahın gücüdür. “O, pakdır, müqəddəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır.“ Yeni-yeni hocalar, yeni-yeni hökmlər, yeni-yeni alimlər; elə şey yoxdur deyir Allah. Sadəcə Quran.



DEVAMINI GÖSTER