Hörmətli Adnan Oktarın yeni şərhləri (23 yanvar 2014-cü il; 12:30)

HÖRMƏTLİ ADNAN OKTARIN HƏDİS İZAHI

Əbu Hureyrədən təxric edilən hədisdə, “Mədinədə böyük bir hadisə olar”. İstanbulda böyük bir hadisədən bəhs edir. “Bu hadisədə bir qadının öldürülməsi, bir qırmancın yellənməsi qədər asandır”. Yəni elə bir silahdan bəhs edir ki, Axırzamanda qırmanc tərzində, əllə tutulan, lakin bu yellənir. Yəni atəş açdıqda yellənən bir silah, sarsılan bir silah, qırmanc kimi yellənir. Bu nədir? Ya pulemyotdur ya da tapançadır. Bu silahla, Axırzaman silahı ilə öldürməyin çox asan olacağı deyilir. “Bu hadisə Mədinədən iyirmi dörd mil qədər yayılar. Sonra hz. Mehdiyə beyət edilər”. İstanbuldakı bu Taksimdə olan böyük hadisə. O, İstanbul tarixində olan ən böyük hadisədir, ən böyük fitnələrdən biridir. Çünki burada deyir ki, daha təfərrüat var hədisdə, “Belə ki, yağ daşları qan içində qalar”. Digər hədisdə də “qara yağ daşı” deyir. Asfalt qatran yağ olaraq görülür. Yəni qatrandan əldə edilən daşlaşmış forma. Taksimin hər tərəfi asfalt bilirsiniz, qara. “24 mil qədər də yayılar”. Həqiqətən İstanbulun da çöl səmtlərinə qədər yayılmışdı, çox böyük bir hadisə olmuşdu. Orada qadınlar öldürülmüşdü. Orada həqiqətən avtomatik tüfəng də istifadə edildi, avtomatik tapança istifadə edildi. Bu hadisəyə baxır hədis, Axırzamanda Mehdi (ə.s) dövründə olacaq bir hadisədir, böyük bir hadisə olaraq.

 

HÖRMƏTLİ ADNAN OKTARIN LEDÜN ELMİ, CƏNNƏT VƏ CƏHƏNNƏM İLƏ ƏLAQƏDAR İZAHLARI

 

Cəhənnəmə kimin gedib getmədiyini də sən bilə bilməzsən. Yəni Allah insanları yandırmağa məcbur deyil. “Yandıracağam” -deyər, yandırmaz. Allahın bir məcburiyyəti yoxdur. “Niyə yandırmırsan?” deyə bilməzsən sən -haşa- Sənə yandırırmış kimi də göstərə bilər. Sənə yandırırmış kimi göstərər, amma yandırmaz. Yanmayacağını zənn edərsən, Allah əsirgəsin cəhənnəmə girərsən. Özünü Əhli Nəcat zənn edər, cəhənnəmə girə bilər.

Allahın mərhəmətinə, şəfqətinə, ağlına güvənəcəksən. Çünki sənin mərhəmətini O yaradır, şəfqətini O yaradır, məntiqini O yaradır. Sənə bu sualı Allah soruşdurur. Sən soruşmadın, Allah soruşdu. Xəbərin belə yoxdur. Allah sənə soruşdurur, cavabını da mənə Allah verdirir. Bunlar ledün elmidir. Filmdə də görürsən insanlar yanır, beyninin içində yanır. Nə bilirsən yandıracağını, haradan bilirsən və niyə məcburiyyəti olsun Allahın? Amma sözünü tutur, Allah deyir ki, “Mən yandıracağam”. Yanırmı? Yanır. Amma həqiqi mənada yanırmı, yanmırmı? Onu da Allaha burax. O da ledün elminə girər.

Cənnət sözünü verir, möminlər cənnəti görür. Möminlər cəhənnəmi də görür. Cəhənnəmin kənarına qədər gəlirlər. Allahın qorxusunu hiss etmək üçün hər kəs dizi üstə çökür. Sonra möminlərə deyilir ki, “Siz gəlin”. Onlar onsuz da həm ön tərəflərində, həm də sağ tərəflərində işıq var. Bir minik içindədirlər. Kiçik bir avtomobil kimi bir şey və “yanlarında sürücü var” -deyir Allah. Yəni çox mənalı bir ifadədir. Bax, indiki avtomobillərin eynisi “qarşısında işıq var” -deyir, “sağında da işıq var” -deyir. Bu avtomobildə olar elə deyilmi? “Yanlarında sürücüləri var” -deyir. Rahatlıq içindədirlər. Onsuz da “çox böyük ümid edərlər” -deyir. Onsuz da möminə xas bir şeydir, kafir elə bir miniyə minə bilməz. Kafir yerdə dayanır. “Çox ümid edərlər” -deyir Allah. Cənnət qapıları açıldığı zaman möminlər cənnətə girir. Girdisə “Salam əleykum. Xoş gəldiniz”. “Əleykum salam”. Cənnət bağlanılır, bitdi. Sonsuza qədər oradadır.

Cəhənnəmə ehtiyac var. İnsan cəhənnəmi görməzsə, cənnətin qiymətini o qədər bilə bilməz. Hətta onun üçün Allah hz. Adəm (ə.s)-ı, bax, əvvəl cənnətə qoyur. Burada çox açıq izahat, buradan ledün elmini anlayın. Sonra deyir ki, “səni çıxaracağam indi”. Cənnətdə normalda sonsuza qədər qalınar, elə deyilmi? “Yox” -deyir, “indi səni çıxaracağam. Çünki cənnətin ədəbinə uyğun davranmadın” -deyir. Yəni “sözümü tutmadın” -deyir. Burada da yenə bir təhdid var.

Cənnət əhli cənnət ədəbiylə cənnətdə yaşayırlar. Yəni orada, cənnətdə də yenə Allah qorxusu var. Orada öyrəndiklərini tətbiq edirlər, yəni tərbiyəni tətbiq edirlər. Yəni heç üsyan etmir. Çünki dünyanı bildiyi üçün çox qorxur. Həm cəhənnəmi görmüş, həm dünyanı bilir. Nə dünyaya dönmək istəyər, nə cəhənnəmə getmək istəyər. Onun üçün cənnətin torpağına sarılıb sarılıb öpür. Çünki çox rahat və gözəl bir yerdir. Bezmək mümkünmü? Necə mümkün olsun, cəhənnəmi görür, istədiyi an ekrandan görə bilir. Dünyadan onsuz da heç məmnun olmaz. “Dünyaya çevirəkmi səni?” -deyir, “Aman aman aman” -deyir. Heç bir insan, heç bir şəkildə bir daha dünyaya dönməyi istəməz. Cənnəti görən üçün dünyaya geri dönmə təklifi çox böyük bir əzabdır. “Səni cəhənnəmə aparım” demiş kimi olur, eyni. Bizə mərhəməti öyrədən Allahdır. Biz mərhəməti bilmərik. Buradakı məntiqi də bizə öyrədən Allahdır.

 

HÖRMƏTLİ ADNAN OKTARIN HƏCC SURƏSİNDƏN AYƏ İZAHLARI

 

Həcc surəsi, 30-cu ayə

Allah; “Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin” -deyir. Şirkdən, şirk inancdan çəkinin, yalan danışmaqdan da çəkinin, deyir.

Həcc surəsi, 37-ci ayə

“Sən isə yaxşılıq edənləri müjdələ!” -deyir Allah. Yaxşılıq edən nə deməkdir? İslama, Qurana xidmət edən.

Həcc surəsi, 40-cı ayə

“Allah Ona yardım edənlərə, mütləq yardım edər”.

Yardım edər demir, “mütləq yardım edər”. Dinə yardım etmək nə deməkdir? Təbliğ etmək, İslamı izah etmək. Radiolardan, televiziyalardan, internetdən İslamı izah etmək. Yaxud ev-ev gəzib izah etmək, küçədə izah etmək. Dinin rəvac tapması, güc tapması üçün cəhd göstərmək.

Həcc surəsi, 41-ci ayə

“Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir”.

Yəni “yer üzündə hökmranlıq versək”. Yer üzü haradır? Ərş, bütün dünya. Ayə hara baxır? Mehdiyyətə. Çünki yer üzü hakimiyyətindən bəhs edir. “... namaz qılar”. Deməli, hz. Mehdi (ə.s) tələbələri və müsəlmanlar o zamanlar namazlarını qılacaqlar. Zəkatlarını verəcəklər. Marufu, gözəl olanı əmr edəcəklər. Münkərdən də çəkindirəcəklər, təbliğ də edəcəklər. “Bütün işlərin aqibəti Allaha aiddir”. Yəni “belə bir hadisənin sonu Mənə aiddir” -deyir Allah, “Mən bunu reallaşdıracağam”.

Həcc surəsi, 42-ci ayə

“Əgər səni yalançı saysalar, bil ki, səndən əvvəl Nuhun xalqı da, Ad və Səmud tayfaları da elçiləri yalançı saymışdı”.

“Əgər səni yalançı saysalar ...” -deyir Allah. İndi də, məsələn, biz; “Hz. Mehdi (ə.s) çıxacaq” -deyirik, yalançı sayırlar. “İsa Məsih (ə.s) gələcək” deyirik, yalançı sayırlar. “İslam birliyi olacaq” -deyirik, yalançı sayırlar.

Həcc surəsi, 43-cü ayə

“İbrahim tayfası da, Lut xalqı da,”

“Onlar da yalançı hesab etmişdilər” -deyir. Onlar da “Doğru söyləmirsiniz, yalan danışırsınız demişdilər” -deyir.



DEVAMINI GÖSTER