Hörmətli Adnan Oktarın yeni şərhləri (24 dekabr 2013-cü il; 21:30)

HÖRMƏTLİ ADNAN OKTARIN BAĞIŞLAYICI OLMAQLA ƏLAQƏDAR AYƏ İZAHLARI

Maidə surəsi 13-cü ayə

İsrail oğulları verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar Kitabda olan kəlmələrin yerlərini dəyişdirirlər. Onlar özlərinə öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və təqsirlərindən keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir.

“İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən”. Xəyanət nə deməkdir? Xainlik görəcəksən. Allah “Onları əfv et” -deyir. “Xainlik etsələr də bağışla” -deyir. “… təqsirlərindən keç”. Təqsirlərindən keç; maraqlanma. “Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir”. Allah, “yaxşılıq edənlər onsuz da qorunacaq” -deyir. “Qoruyacağam” -deyir.

Əraf surəsi 199-cu ayə

Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər.

Bağışlama yolunu, bağışlamağı mənimsə, İslama uyğun olanı əmr et, insanlara Qurana uyğun olanı söylə və cahillərdən üz döndər. Cahillərlə həmsöhbət olma. Cahillərlə söz duelinə girmə.

Nur surəsi 22-ci ayə

Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir.

Allah “Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə”. Mal, pul verməkdə, “heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar” -deyir. Həm maddi kömək etsinlər və bağışlasınlar. Allah “Qoy əfv edib bağışlasınlar” -deyir. Bağışlayın. Günah olsa belə bağışlasınlar. Səhv edə bilər. Üstünə getməyə ehtiyac yoxdur. Onu qurtarmağa çalışın. Ona qurtuluş yolunu göstərin. Əzməyə çalışmayın. Allah “Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi?” -deyir. Allahın sizi bağışlamasını istəyirsiniz, deyir. “Allah Bağışlayandır, Rəhmlidir”. Allahın bağışlamasını istəyirsənsə sən də bağışlayacaqsan. İntiqamçı olmayacaqsan. Dünyəvi cəzası nədirsə alar. Yaxşı, artıq o yetərlidir. Ondan sonra bir kinə, ədavətə ehtiyac yoxdur. Sonra tövbə edər, qardaşındır.

HÖRMƏTLİ ADNAN OKTARIN HƏDİS İZAHLARI

Peyğəmbərimiz (s.ə.v) “Aranı düzəltmək, barışdırmaqdır” -deyir. “Aranın pozulması, inciklik saçı kökündən qazıyar demirəm. Dini kökündən qazıyar” -deyir. Barışıq olmazsa, inciklik olsa “din qalmaz” -deyir. Din qalmaz. “Dini yox edər, deyirəm” -deyir Allah. Din qalmaz. “Dini yox edərəm” deyir. Müsəlman dinin yox olmasını istəyərmi? Allah əsirgəsin. Allah “Elə isə barışın” -deyir.

Tirmizi, Qiyamədə; “Bir-birinizə hüsumət, düşmənçilik etməyin” hirslənməyin, nifrət etməyin. “bir-birinizə həsəd etməyin” Qısqanmayın. “bir-birinizə arxa çevirməyin”. Bir-birinizlə əlaqəni kəsməyin. “Ey Allahın qulları, qardaş olun. Bir müsəlmanın qardaşını 3 gündən çox tərk etməsi haramdır”. 3 günü keçdi. O haram başladı. Olmaz. (Buhari- Müslim- Riyaz üs-salehin səhifə-930)

“… Ancaq özü ilə din qardaşı arasında inciklik olan kimsəni barışmadıqca bağışlamaz”. Amma “Allah (c.c) özünə şirk qoşmayan hər kəsi bağışlayar” -deyir Allah. (Müslim- Riyaz üs-salehin - səhifə -946) Əvvəlcə barışacaq. “Əstağfirullah, əstağfirullah” -deyir. Yaxşı. Amma barışmamısan. Əvvəl onu həll et. Barış, ondan sonra “əstağfirullah” deyəcəksən. Çünki Allah; “Qəbul etmərəm” -deyir. Küsmək, inciklik şərab içmək kimi, qumar kimi, oğurluq kimi haramdır. Mömin edə bilməz. İmtina edəcək.

Peyğəmbərimiz (s.ə.v) Müslimdə “Möminin möminə bağlılığı, parçaları bir-birinə bağlayan bir tək bina kimidir” -deyir. (Müslim, Birr, 18.) Bax, mənim canım Peyğəmbərimiz (s.ə.v) Quran ayəsinə uyğun danışır, görürsənmi? Eyni Quran ayəsinə görə danışır. Çünki bütün ruhu Quran olduğu üçün eynisi ilə danışır.

Peyğəmbərimiz (s.ə.v) deyir; Axırzamanda, bir-birinizdən usanmadan, bir-birinizi lənətləmədən, bir-birinizin üzünə qışqırmadan və bir-birinizi inkarçılıqla ittiham etmədən sizin gözlədiyiniz reallaşmayacaq”. Ravi, “Ya Rəsulullah, bunda heç müsbət bir şey yoxdur” -deyir. Rəsulullah belə fərman verdi, Əlbəttə var. Çünki, bax, bu zamanda gözlədiyiniz Qaim Mehdi (ə.s) zühur edəcək və bütün bunlar sona çatacaq” -deyir Peyğəmbərimiz (s.ə.v).

Yəni hökumətdən usanır, camaatdan usanır, iddiasından usanır. Usandığı üçün də getməsini istəyir.



DEVAMINI GÖSTER