Hörmətli Adnan Oktarın yeni şərhləri (29 mart 2014; 23:00)

HÖRMƏTLİ ADNAN OKTARIN YUNUS SURƏSİ VƏ NİSA SURƏSİNDƏN AYƏ İZAHLARI

 

Yunus surəsi, 82-ci ayə

 

Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək”.

“Günahkarlar istəməsələr də ..”. Baxın, cinayət törətmiş günahkar adam haqqı istəmir. Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək”. Yəni İslamı hakim edəcək, Mehdi (ə.s)-ı çıxaracaq, İsa Məsihi endirəcək. Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək”. Yəni Allahın istədiyi, doğru olan, gözəl olan hər şeyi Öz sözləriylə reallaşdıracaq. Günahkarlar istəməsə də Allah hal-hazırda Öz sözləriylə haqqı reallaşdırır.

 

Yunus surəsi, 83-cü ayə

 

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi”.

 

“Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq” - o zamanki dövlətin azğın təzyiqi səbəbiylə iman edən olmadı. Çox az bir gənc birliyi iman etmişdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi”. Həddi aşmaqdan, küfr və azğınlıq etməkdən, təkəbbürlənməkdən Allaha sığınmaq lazımdır. Təkəbbür göstərdikdə, azğınlaşdıqda, həddi aşdıqda Allah yerlə bir edər. Bunu unutmamaq lazımdır. Baxın, o zaman bir ovuc gənc azğın Firon sisteminə qarşı qorxmurdular maşaAllah.

 

Yunus surəsi, 84-cü ayə

 

“Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və müsəlman olmuşsunuzsa, Ona təvəkkül edin!”

“Müsəlman olmuşsunuzsa”. Baxın, müsəlmanlıq hər dövrdə var. Müsəlmanların o zamanki adları da müsəlman olaraq keçir. Yəhudi müsəlman. Yəni “La İlahə illəllah Musa Rəsulullah” -deyirdilər, o zamanki kəlmeyi-şəhadət elə idi. Sonra “La İlahə illəllah İsa Rəsulullah” -dedilər. İndi, “La İlahə illəllah Muhəmmədən Rəsulullah” -deyirik. Hamısı haqdır, hamısı doğrudur.Ona təvəkkül edin”. Allaha təvəkkül dünyadakı ən böyük rahatlıqdır. Adam: “Çox dəbdəbəli, ehtişamlı həyat yaşamaq istəyirəm, zəngin olmaq istəyirəm” -deyir. Qardaşım, elə rahat olmazsan, xoşbəxt olmazsan, böyük sarayında izdirab çəkərək sürünərsən. Allah verməsin, adam var sarayındakı çilçırağa özünü asıb intihar edir. Saray səni xoşbəxt etməz. Səni Allaha təvəkkül etmək xoşbəxt edər. Ən böyük rahatlıq təvəkkül etməkdir. İnsan zəif varlıqdır, hər cür iztirab çəkər. Allah nemət olaraq yaratmışdır. Deyir “Allah bizdən təvəkkül etməyimizi istəyir,.”.. Allah insanın xoşbəxtliyi üçün istəyir. Namaz qıldıqda xoşbəxt olarsan, dəstəmaz aldıqda xoşbəxt olarsan, təvəkkül etdikdə xoşbəxt olarsan, Allahı xatırladıqda xoşbəxt olarsan, Quran oxuduqda xoşbəxt olarsan, beynin açılar, çünki zəif varlıqsan. Allah insanı buna ehtiyac duyacaq şəkildə yaradıb. Bu gözəllikləri yaşamazsansa boğularsan. Bunlar boğulmağı önləyən nemətlərdir, can qurtaran nemətlərdir. Quranın bütün hökmləri təcili yardım hökmündədir, yoxsa insan boğular, həyat onu boğar, onsuzda insan suyun içində yaşayır. Bu gözəlliklər olduğu üçün insan boğulmadan yaşayır. Bu nemətlər olmadıqda insanlar boğulur. Suyun dibinə batar. Nuh qövmünün vəziyyəti kimidir.

 

Yunus surəsi, 85-ci ayə

 

Onlar dedilər: “Biz ancaq Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Bizi zalım qövmün əlində sınağa çəkmə!”” Müsəlmanlar “Ey Rəbbimiz! Bizi bu zalımlarla sınama” -deyirlər. Allah istəsə imtahan edə bilər, amma Ey Rəbbim sınama deyə dua edrilər.

 

Yunus surəsi, 86-cı ayə

 

Və bizi Öz mərhəmətinlə kafir qövmün əlindən qurtar!”

Əbcədi 2018-ci il tarixini verir. Demək ki, möminlər bu acı və iztirabdan 2018-ci illərdə xilas olacaqlar, inşaAllah. Şəddəsiz 2018-ci il, şəddəli 2021-ci il edir. Çox mühüm tarixlərdir. Quran çox dəqiq tarixlər verib maşaAllah, Allah belə gözəl bir işarə verib.

 

Yunus surəsi, 87-ci ayə

 

Biz Musaya və onun qardaşına: “Camaatınız üçün Misirdə evlər hazırlayın, evlərinizi namazgah edin və namaz qılın. Möminləri müjdələ!” – deyə vəhy etdik”.

“Camaatınız üçün Misirdə evlər hazırlayın ..”. Müsəlman nə etməlidir? Təbliğ edəcəyi yerləri evlər olmalıdır. “... evlərinizi namazgah edin”. Allaha ibadət edilən, təbliğ edilən nur müəssisələri halına gətirin. “... və namaz qılın. Möminləri müjdələ!” Doğru düzgün demək, yəni səmimiyyətlə namaz qılmaq. Onsuz da namaz asan bir ibadətdir. Bəzi mövhumatçılar barmağını belə edəcəksən, ayağını belə edəcəksən, elə detallar yaradır ki, adam: “o zaman mən namaz qılmayım” -deyir. Yüzlərlə detal yaradır. Dəstəmaz almaq üçün 370 səhifəlik kitab yazır. 370 səhifədəki məlumatı adam qavraya bilmədiyi üçün namazdan imtina edir. Bu şeytanın bir oyunudur. Din bu qədər asan olduğu halda çətinlik yaradır. Allah Quranda “Hz. İbrahimin dini kimi asandır. Allah sizin üçün çətinlik diləməz, asanlıq diləyər” -deyir. 370 səhifə kitab yazdıqda asanlıqmı olur? O, təqva olduğu üçün etdiyini zənn edir. Sən təqva deyə detala dalıb boğulmusan. Detallığa boğulma Quranda ifadə edilən bir fitnə və fəlakətdir.

 

Yunus surəsi, 88-ci ayə

 

Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlar insanları Sənin yolundan sapdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və qəlbini sərtləşdir ki, ağrılı-acılı əzabı görməyincə iman gətirməsinlər”.

 “Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin””. Yəni dəccaliyyətə imkanlar verdin. Ey Rəbbimiz! Onlar insanları Sənin yolundan sapdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et ..”. Bax nə qədər hiddətlənib. “... və qəlbini sərtləşdir”. İki mühüm şey. Mallarını yox et və ürəklərini möhürlə, yəni ağıllarını möhürlə, ağılları getsin. ... ağrılı-acılı əzabı görməyincə iman gətirməsinlər”. İman edir, amma acı əzabı gördükdə iman edir, amma o zaman da imtahan bitmiş olur. Onun üçün namazı, ibadətləri çətin göstərib şeytana imkan tanımamaq lazımdır. Milyonlarla insan dəstəmaz çətin göstərildiyi üçün, namaz çətin göstərildiyi üçün dindən uzaqlaşır. Milyonlarla insanı dindən çıxararaq məhv etdilər.

 

Nisa surəsi 4-cü ayə

 

Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin!”

“Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin!” Yəni sevinclə, məsələn, yoldaşına, xanımına pul verir, ev verir onu xoşbəxt edərək, onun könülünü alaraq, sevinclə verin. “Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin!” Allah qarşılıqlı bir comərdlik, qarşılıqlı bir dəliqanlılıq ruhu, qarşılıqlı bir gözəllik istəyir. Hər kəsə paylamaq kasıblara, uşaqlara... Hər kəsə kömək edin. Çünki malı verən Allahdır. Adam malını paylamayıb yığarsa bədəni xəstə olar. İctimai həyat çətinləşər, iqtisadi böhran çıxar və insanlar ağrının, iztirabın içinə girərlər.

 

Nisa surəsi, 8-ci ayə

 

Əgər bölgü vaxtı orada qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə, onlara o maldan bir şey verin, özlərinə də xoş söz deyin”.

Yəni yetimlərə, yoxsullara gözəl söz söyləyin. Məsələn, çox zəngin insanlar var. Orada varisləri var. Qəpiyinə kimi pulu alırlar. Amma Allah nə deyir? “... qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə, onlara o maldan bir şey verin”. Bu nə deməkdir? Onları da çağır, ruzidən bol-bol paylayın. Hamısını yığmaq yerinə onlara da ver ki, bərəkəti gəlsin. ... özlərinə də xoş söz deyin”. Buradan da, Quranın hakimiyyətində necə xoşbəxtlik mühiti olacağı aydın olur. ... xoş söz deyin”. Çünki o pulla, malla doymaz, gözəl sözlə doyar. Alıb sifətinə tullamış kimi etsən bu olmaz. Kompliment deyəcəksən, könül alacaqsan, sevəcəksən, o xoşbəxt olduqda sən də xoşbəxt olarsan. Ona pul lütf etdikdə, mal lütf etdikdə, o xoşbəxt olduqda sən də xoşbəxt olarsan. Allah üstündən dərdi, bəlanı qaldırar. Malına mülkünə bərəkət gələr, həyatına bərəkət gələr. Malını-pulunu qısdıqca daha yaxşı olacağını zənn edir. Əksinə, qısdıqca yığdıqların sənin üçün bəlaya çevirilər, ondan başqa bir şey olmaz inşaAllah.

 

Nisa surəsi, 9-cu ayə

 

Qoy özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onlardan ötrü qorxan kəslər yetimlərdən ötrü də qorxsunlar. Qoy onlar Allahdan qorxsunlar və doğru söz söyləsinlər”.

Yəni onları aldatmayın, bol-bol kömək edin, qoruyun. Kimləri? “Kiçik uşaqları, müdafiəsiz olan uşaqları, qüsurlu uşaqları”. Müsəlman onlara qayğı göstərməlidir. Onların nemətlərini, gözəlliklərini təmin etməyə çalışmalıdır.

 

Nisa surəsi, 10-cu ayə

 

“Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb-yaxan oda girəcəklər”.

Quran bizə yetimləri, uşaqları necə qoruyacağımızı göstərir. Onları həmişə Allah yolunda, İslam yolunda əl tutacaq, dəstək olacaq şəkildə xeyirə, bərəkətə çağırmaq lazımdır. Yetimləri həlak olacaq yerdən çəkmək, küfrə düşəcəksə küfrdən qorumaq lazımdır. Yəni sırf yedirməklə, içirməklə olmaz, Quranı öyrətmək, islamı öyrətmək, Allah qorxusunu öyrətmək, Allah sevgisini öyrətmək vacibdir. Yeməklə xilas olmaz, batar, həlak olar. Yetim imanla, Quranla xilas olar.



DEVAMINI GÖSTER